deyə icazə verməyəndə, qız "Mən namuslu, başıaşağı olandan sonra kimsə mənə heç nə edə bilməz", – deyə
ağlamsınırdı. Bir də gördük ki, qız kədərindən xəstələnib.
Çarəsiz qaldıq, oxumağını qəbul etdik … Artıq, qoruyucusu Allah olsun; nə deyək? …
Qadın islanan gözlərini dəsmalı ilə quruladı. Zeynəb, günahkar bir uşaq kimi gözlərini yerdən ayırmırdı. Bilal, içi sızıldaya – sızıldaya yenə qadından soruşdu:
– Yaxşı indi harada qalacaq bəs qızınız?
30
– Cağaloğlundakı tələbə yataqxanasına min bir çətinlikdən sonra qəbul etdirə bildik, şükürlər olsun…
Bilalın ürəyi növbəti dəfə ağradı. Bir neçə dəfə qarşısından keçmişdi bu yataqxananın. Keçəndə də qapı qarşısında burun-buruna sevişən cütlüklərin o həyasız davranışları ürəyini bulandırmışdı hər dəfə … Birdən Zeynəbin də
o qrupun arasında gördü elə bil… Əsəbi və tələsik bir vəziyyətdə:
– Nə isə, Xudahafiz, xala. Qızınızı Allah qorusun. Sizə
də müvəffəqiyyətlər arzulayıram, Zeynəb xanım… – deyib ana-qızın heyrət dolu baxışları arasında yanlarından ayrılıb çölə çıxdı…
Fakültələri eyni olduğu üçün Bilal Zeynəbi hər gün sinifdə görə bilirdi. Anası gedəndən sonra gənc qız tamamilə
ortada qalmışdı. Sinifdə heç kimə yaxınlaşa bilmir, əxlaqına və ciddiliyinə güvəndiyi üçün təkcə Bilalla danışır, hər çətin-liyini, hər müşkülünü ona açırdı. Yaşıd idilər, amma Zeynəb ona "Bilal abi" deyə xitab edirdi … Əsasən Bilal da bu saf və
təmiz gənc qıza qarşı özünü bir böyük qardaş mövqeyində
görürdü. Zeynəbin gündə beş dəfə namaz qıldığını da öyrənəndə isə ümumiyyətlə dünyalar onun olmuşdu …
İndi bacısı ilə bağlı narahat olan bir böyük qardaş kimi onunla yaxından maraqlanırdı artıq. Onu hər cür pis fikrə
qarşı mühafizə və müdafiə etməyə çalışırdı. Lakin ilin son-larına doğru, Zeynəb Bilalı böyük bir xəyal qırıqlığına uğ-ratdı. Geyimi yavaş-yavaş dəyişilirdi Zeynəbin. Artıq makiyaj da etməyə başlamışdı Zeynəb… Zeynəbin paltarları da get-gedə qısalmaqda idi… Zeynəb başqa bir Zeynəbə çevrilirdi artıq… Uzun hörülmüş saçlarını kəsdirmiş, bərbərdə
müxtəlif formalara saldırırdı qısa saçlarını… Artıq Bilala da 31
əvvəlki kimi yaxınlaşmırdı Zeynəb… Ətrafında bir çox qız və
oğlan tanışları var idi … Yoldaşları onu "Zeynoş" deyə çağı-rırdılar. Xülasə Zeynəb də həyatından məmnun idi …
Havalarda uçurdu sanki Zeynəb… Bilal ruhən darmadağın olmuşdu. Onu bu dəli, dünyapərəst və nəfspərəst qara-güruha qarşı qorumaq üçün apardığı bütün mübarizənin bo-şa getdiyini gör-mək pis təsir edirdi Bilala …
Bir gün, dərsdən sonra qapıdan çıxanda, tək qaldığı bir anda ona yaxınlaşdı:
– Zeynəb,– dedi … – Artıq günorta namazlarında məscidə
gəlmirsən… Yoxsa qəzaya saxlayırsan?…
Zeynəb, artıq o məhcub, o utancaq qız deyildi .. Sərbəst bir gülüşlə:
– Yox Bilal qardaş, qəzanı da qıla bilmirəm.
Dərslərimdən vaxt qalmır, vallah … Anlayacağın buraxdım namazı … Qoy bir məzun olum, o zaman düşünərik … – dedi.
Bir müddət heç nə danışmadan getdilər, sonra Bilal icazə istəyərək ayrıldı …
Aradan bir neçə gün keçmişdi …
Bilal həmişə olduğu kimi günorta namazını camaatla birlikdə Bayəzid məscidində qılırdı… Namaz bitib camaat dağılandan sonra adəti üzrə oradakı Qur'ani–Kərimlərdən birini götürüb, səssiz-səssiz oxumağa başladı. Bir ara arxa tərəflərdən bir qadın hıçqırığı yüksəldi. Hıçqırıq pərdə-pərdə yüksələrək, məscidin qübbələrində dərin əks-səda verərək ətrafa yayıldı. Bilal, "Məbədin ülviliyi qarşısında içi dolan bir möminədir … "düşüncəsi ilə oxumağa davam etdi…
Lakin hıçqırıqlar kəsiləcəyi yerdə get-gedə artmaqda, məscidin içinə dərin bir hüzn havası yayılmaqda idi .. Üstə-lik, 32
bu səs Bilala çox tanış gəlirdi. "Sədəqallahüləzim" – deyərək Quranı bağladı, arxasına döndü …
Lakin o nə idi elə?… Qadınlar bölməsində əlləri ilə
üzünü bağlamış, hönkürtüylə sarsılan, Zeynəb idi. Bilal, ona doğru yaxşıca yaxınlaşdı və:
–Zeynəb! … – deyə səsləndi …
Zeynəb, əllərini üzündən çəkmədən sarsılaraq ağlayırdı indi … Bilal heyrətlə bir daha səsləndi:
– Zeynəb!.. Nə olub?.. Sənə nəsə eləyiblər? Xahiş edirəm, cavab ver mənə…
Bu israrlı suallar qarşısında Zeynəb, bir anda əllərini üzündən çəkdi. Yanaqları göz yaşları ilə islaq, pərişan bir halda, dodaqlarını büzərək:
– Mən məhv oldum, Bilal abi!.. Məhv oldum mən! … -
dedi və əlləri ilə yenidən üzünü örtərək hıçqırmağa başladı…
Bilal onu çətinliklə razı salıb məsciddən çölə çıxardı. Universitetin bağçasına apararaq tənha bir yerdə bir oturacaqda oturtdu. Özü də oturacağın o biri tərəfinə keçdi… Hıçqıraraq hələ də ağlamağa davam edən gənc qızı çətinliklə sakitləşdirəndən sonra:
– İndi izah et görək, – dedi. – Amma əvvəlcə mənə olduğu kimi, həqiqətən də bir qardaşınla danışırmış danış hər şeyi.
– Utanıram, СКАЧАТЬ