tərirdisə, ətrafındakı qız və qadınların səfilliyinin yanında, anasının mənəvi zənginliyi və fəziləti o dərəcə zahir bir şəkildə növbəti dəfə gözlərinin qarşısında canlandı. Və dodaqlarının arasından bir dəfə də:
– Mənim mələk anam… – sözləri çıxdı…
Bilalı ən çox üzən məqam, Anadolunun tərtəmiz ha-vasından yoğrulmuş, o təmizlik içində tərbiyə almış dürüst, əxlaqlı və fəzilətli gənc qızların, orta təhsildən sonra ali təhsil almaq üçün gəldikləri İstanbulda qısa müddət ərzində mühitə uyğunlaşaraq həm geyimlərinin və həm də əxlaqlarının dəyişməsi və pozulmasıydı. Bunlardan bir dənəsinin necə
uçuruma yuvarlandığına şəxsən şahid olmuşdu. Hadisələr bir film lenti kimi gözlərinin qarşısından keçməyə başladı.
Fakültəyə qeydiyyatını təzələdiyi günlərdən biri idi …
Uzun, hörülmüş saçları ilə utancaq və səssiz bir gənc qız, yanında qara çarşablı anası girib çıxan tələbələrin arasında çaşmış və utancaq bir vəziyyətdə dayanıb. Gənc qızın üzündə
heç bir boya izi yox… Sadə və təbii bir gözəlliyi var. Üzərində qolları uzun və manşetli, yaxası bağlı bir bluz, dizlərini tamamilə örtən rahat bir yubka olduğuna görə əxlaqlı, yəni başıaşağı bir gənc qız olduğu dərhal hiss olunurdu.
Hiss olunurdu ki, Anadoludan yeni gəliblər. Belə əl dəy-məmiş süd quzularını ac qurdlar görüb dayanarlarmı heç?
Bilalın qeydiyyatını aparan cığalı gənc də qalın qara çərçivəli eynəyinin altından otlaqda tək başına gəzişən bir quzu görmüş ac bir qurd kimi gənc qıza baxır … Bilal içdən içə əsə-biləşdiyini göstərmədən sadəcə müşahidə edir. Gözünün sə-kisi ilə gənc qıza fikir verir. Eynəkli gəncin israrlı baxışları qarşısında gənc qızın üzü qıpqırmızı olub. Bu nadir rast gəlinən həya və hicab nümunəsi qarşısında Bilalın içindən 27
gənc qıza qarşı dərin bir təqdir və şəfqət duyğusu yarandı…
Qeydiyyatı aparan eynəkli gənc, böyük bir tələsgənliklə işini bitirib Bilalı başından eləyib olduğu yerdən çıxaraq ana-qıza doğru irəlilədi və gənc qıza:
– Nə üçün bu qədər utancaqsınız? Universitetə qey-diyyatınızı etdirəcəksiniz, elə deyil? Amma burada bu qədər utanıb çəkinəcək nə var axı, canım? – deyə centlmen bir rəftarla yanaşmaq istədi. Lakin Bilal, bu nəticəni gözlədiyi üçün işi bitdiyi halda hələ ki, qapıdan çıxmamışdı. Prinsip etibarilə qadın və qızlara yanaşmaqdan daima qaçdığı halda bu himayəsiz qızı həqiqi bir qardaş mühafizəkarlığı ilə qorumaq barəsində düşünməyə başladı və dərhal da irəli atıldı.
İlahi bir hərəkətlə eynəkli gənclə qızın arasına girdi və
gəncə:
– Ey Adəm övladı, – dedi – Köməyinizə görə təşəkkürlər. Lakin bu qız mənim qardaşım qızıdır. Arxaya dönəndə gördüm ki, artıq gəliblər. Qeydiyyatı ilə özüm məşğul olacağam…
Eynəkli gənc "Bu da haradan çıxdı?.." – deyirmiş kimi hiddətlə yumruqlarını sıxdı. Sonra gənc qıza dönərək:
– Siz bu gənci tanıyırsınızmı? – deyə soruşdu… Gənc qızın cavab verməyinə ehtiyac qalmadı. Qızın anası dərhal dilləndi:
– Bəli, oğlum, qardaşı qızıdır. Sən öz işinlə məşğul ol…
Şorgöz qurd, əlindən ovunu kiməsə verməyə məcbur olmağın qəzəbi içində arxasını çevirib onlardan uzaqlaşdı. Qadının içində Bilala qarşı dərin bir etimad hissi yaranmışdı.
Çünki o, eynəkli modabaz gənci, heç bəyənməmişdi. Minnətdarlıq hissi ilə Bilala baxaraq:
28
-Allah səndən razı olsun övladım, dedi … Səni Allah çıxartdı bizim önümüzə. Qızım çox utancaqdır… Mən isə. Gördüyün kimi cahil bir qadınam, bu işlərdən başım çıxmır. Bu kağızları al, sən köməkçi ol bizə …
Bilal qadının uzatdığı kağızları aldı, qıza da birlikdə
gəlməsini söyləyərək qeydiyyat üçün növbə gözləyənlərin arasına daxil oldu. Gənc qız heç danışmırdı. Bu böyük şəhərin, bu tanımadığı yerlərin onu qorxutduğu dərhal hiss olunurdu. Yalnız "qardaşım qızıdır" deyərək ona sahib çıxan gəncin üzündəki ciddi cizgilər, ona bir az təhlükəsizlik hissi bəxş etmişdi…
Nəhayət sıra onlara gəldi. Eynəkli gənc, eynəklərinin altından tərs tərs Bilala baxırdı. Kağızları aldı, qeydiyyata başladı. Hər şey tamam olub giriş kağızını uzadanda lağ
edəcək bir şəkildə tək Bilalın duyacağı bir səslə:
– Baxsana, bu dünyada bizdən də açıqgözlülər varmış.
Biz o yalanı başa düşdük, amma nə isə nəsib səninmiş… -
deyə dodağının altında mızıldadı… Bilal bir hadisə yarat-mamaq üçün səbrlə dişlərini sıxdı, kağızı alaraq, gənc qızla birlikdə ayaqda onları gözləyən qadının yanına gəldi…
– Qızının qeydiyyatı tamamdır, xala …
Qadın Bilala əməlli-başlı mehrini salmışdı:
– Dedim də, övladım, – dedi. – Allah səndən razı olsun.
Həm də yüz min dəfə razı olsun. Allah heç bir muradını gözün-də qoymasın…
Sonra qızına döndü:
– Zeynəb, sən də təşəkkür et də qardaşına, qızım…
Gənc qızın yanaqları al-al olmuşdu. Başını önünə əyib:
– Təşəkkür edirəm… Sizə çox zəhmət verdik. – dedi.
Bilal söhbəti başqa səmtə yönəltmək istədi: 29
– Eviniz İstanbuldadır, xala?
– Xeyr, övladım, biz Elazığlıyıq.
– İstanbulda yaxın qohumlarınız filan var?
– Xeyr, СКАЧАТЬ