qaranlıq bir dəhlizin içində gördüm… Dostlar, "Bir az da get gözlərin alışar" – deyə məni itələyirdilər. Nəhayət, ölgün, sarı və qırmızı işıqlarla işıqlandırılmış, son dərəcə balaca, kiçik bir salonda gördüm özümü … Yerlərdə ağacdan hazırlanmış
kubik masalar və oturacaqlar var idi … Divar kənarlarına Şərq stili ilə döşəklər salınmışdı. Divarlar həsirdən idi. Kiçik həsirsəbətlər
içində
rəngli
lampalar
qoyulmuşdu…
Divardakı həsirlərin üstünə dəstə-dəstə qarğıdalılar, sa-rımsaqlar və soğanlar asılmışdı … Dib küncdə yerdən bir qarış yük-səklikdəki kvadrat formasındakı səhnədə, müxtəlif Qərb musiqisi alətləri qoyulmuşdu. Qızlı oğlanlı qruplar, ağac taxtlarda və yerdən salınan döşəklərin üstündə oturub, astadan danışırdılar. Başqa bir küncdə isə yenə ağacdan hazırlanmış bir bufet var idi.
Biz də ağacdan hazırlanmış bir masanın ətrafında oturduq. Əvvəllər qorxduğum bu yer, bir müddət sonra mənə çox romantik və sevimli görünməyə başladı… Səhnədə
çox xoş bir musiqi çalınırdı. Yoldaşlardan soruşdum:
– Bu necə ədəbiyyat gecəsidir belə? Hanı bəs şeir oxuyan şairlər?
34
– Sən narahat olma, əvvəl bir az musiqi, sonra şeir … Be-lə daha orijinal olur, – dedilər.
Həqiqətən də bir az sonra bir-birinin ardınca səhnəyə
gənc şairlər çıxıb musiqi sədaları altında şeirlər oxumağa başladılar. Amma bunların hamısı da sənət dəyəri olmayan son dərəcə açıq, saçıq ədəbsiz sözlərlə dolu şeirlər idi …
Bu təhrik edici şeirlər oxuna-oxuna gənclər yanlarındakı qızlarla ayağa qalxıb musiqinin ritminə uyğun şəkildə masalar arasında rəqs etməyə başladılar … Mən təkrar soruşdum:
– Uşaqlar, doğrudan bu necə şeir gecəsidir belə? Mənim bildiyim axı şeir gecəsində rəqs edilmir.
Mənim bu sözlərimə Sevilin sevgilisi Erol cavab verdi:
– Bax Zeynoş … Həyatımız həmişə monoton keçməli deyil ki? Bir az da rəng qatmaq lazımdır həyatımıza… Bu gənclər də şeir gecəsini bu günə kimi alışılmamış bir şəkildə, rəqs və musiqi ilə qarışıq təşkil ediblər. Bizlər də həyatımızın hələ baharını yaşayan gənclərik. Əylənmək, gülmək, rəqs etmək bizim ən təbii haqqımızdır…
Bu sırada masamıza, böyük ağac dolçaların içində cürbəcür içkilər gəldi …
– İçki içmirəm, dedim.
Gülüşdülər …
– Şaftalı, üzüm, nar, qarışıq meyvə sularıdır bunlar… İç, iç, şəfadır… – dedilər …
Onların yanında heç bir şey bilməyən bir cahil vəziyyətinə düşüb gülünc olmamaq üçün içki dolu taxta dolçanı ağzıma apardım. Və boğazımı yandırmağına baxmayaraq sonuna qədər içdim, bitirdim. Yavaş – yavaş mənliyimi şipşirin bir istiliyin bürüdüyünü hiss edirdim. Bu 35
anlarda əlimdə olmadan Erolun sözlərinə haqq verməyə
başladım … "Elədi də, – deyirdim… – Mən də gəncəm …
Üstəlik həyatımın hələ baharını yaşayıram. Əylənmək, gülmək, rəqs etmək mənim də haqqımdır"
Daha sonra masamızdakı gənclərdən biri məni rəqsə dəvət etdi. Həyatımda ilk dəfə idi ki, bir kişi ilə rəqs edirdim.
Orkestr son dərəcə romantik bir mahnı çalırdı. Bu parlaq işıq altında musiqinin ritminə ayaq uydurmağa çalışanda elə bilirdim ki, yuxudayam. Uçurdum. Lakin qısa bir müddət sonra başım fırlanmağa başladı … Ətrafımdakı hər şey, hamı fırlanır, fırlanırdı… Qırmızı, yaşıl, mavi, sarı işıqlar … Orkestr …
Masalar … Dolçalar… Və insanlar … İnsanlar … İnsanlar …
Gerisini xatırlamıram… heç nə yadıma gəlmir. Gözlərimi açanda gördüm ki, jaluzilərindən bol günəş işığı süzülən son dərəcə lüks və komfortlu bir yataq otağındayam. Otaqda heç kim yox idi… Bura nə vaxt gəlmişdim? Nə üçün gəlmişdim?
… Bu geniş yataqda nə işim var idi?… Dəli kimi yerimdən sıçradım. Lakin çırılçılpaq olduğumu anlayanda dəhşətə
gəldim. Elə həmin an acı həqiqətlə üz-üzə qaldım. Və
həqiqəti başa düşdüm. Və pərişan bir halda təkrar yatağa yıxılaraq qışqıra-qışqıra ağlamağa başladım. Ağlamağın, fəryad et-məyin faydasız olduğunu bildiyim halda yenə də
ağ-layırdım.
Özümə gələn kimi sağa-sola atılmış paltarlarımı yığıb tələm-tələsik geyindim … Elə qapıdan çıxırdım ki, küncdəki kətilin üstündə bir qalstuk gördüm. Bu qalstuk dünən axşam kimin boynunda idi … Çingizin, Erolun, Əlinin bəlkə, yoxsa Turqutun? Heç bir şey xatırlamırdım… Qapını açdım, çölə, geniş bir dəhlizə çıxdım. Ağlayaraq səsimin çıxdığı qədər: 36
– Kömək edin mənə! … Kimsə yoxdur? – deyə qışqırıb evin dörd bir tərəfini gəzməyə başladım … “Qu” desən, qulaq tutulardı evdə. Evin qapısını açıb çıxmaq üçün əlimi qapıya uzadanda, qapının üstünə sancaqla yapışdırılan bir kağız gördüm və on an bütün dünyam alt–üst oldu. Ağlaya-ağlaya qapını açdım və hara getdiyimi özüm də bilmədən özümü küçəyə atdım. Gəzə-gəzə gəlib Bəyazid məscidinə
çıxdım. Başa düşürsən məni, Bilal qardaş? Mən məhv oldum. Mən o üzünə tüpürdüyümüz pis qadınlardan oldum artıq. Nə dayanmısan elə daş kimi qarşımda … Tüpür sən də
üzümə!… Tüpür!… Tüpür!…
Bilal gənc qızın insanın ürəyini paralayan hıçqırıqlarını hələ də xatırlayırdı. Ən qiymətli, ən müqəddəs dəyərini – iffətini, namusunu itirməyin faydasız çırpınışları içində
yenidən СКАЧАТЬ