15
Bədən … İnsan bədəni. Hər səhifəsi minlərlə hikmətlə
dolu, ən bənzərsiz bir kitab. Bəs o kitabın yazarı? …
Bədən … İnsan bədəni … Hər zərrəsi ayrı bir motivlə iş-lənmiş, nə incə bir naxışlar mənzuməsi … Bəs o baqi nəqqaş?
…
Bədən, insan bədəni. Heç bir memarın, heç bir mü-həndisin, heç bir ustanın, heç bir sənətkar və dünyadakı heç bir qüdrətin meydana gətirməyə müqtədir olmadığı, nə böyük, nə incə və nə şahanə bir sənət əsəri.Yaxşı, bəs onun sə-nətkarı?…
Bəli, bəli… Demək insan, öz bədəninə iman nuru ilə baxsa, özünü oxuyur, öz mahiyyətini keşf edə bilirdi. Həm tək özünü yox, o nurun həqiqi sahibini – yəni Rəbbini, yəni Xaliqini, yəni özünə vücud libasını geydirən və ağıl, qəlb, ruh, iradə və düşüncə kimi yüksək lətifliklə məxluqatın ən şə-rəflisi, ən ucası olan Yaradanını da tapırdı.
Kainat kitabının səhifələri, həmişə o nurla, iman nuru ilə tək-tək açılıb insan övladının qarşısında oxunurdu.
Bitkilər, heyvanlar və nəhayət insanlar, gözlərinin qarşısında bir-bir rəsmi keçib getməyə başladı. Ürəyi şirin bir həzz, ülvi bir ürpərti ilə çırpınırdı. Təbəssümlü dodaqlarının arasından qeyri-ixtiyari Yunisin: "Yaradılmışı xoş görürük, yaradandan ötrü" misraları töküldü… Məna iqlimlərindəki bu fikir səyahəti ruhuna İlahi nəşələr qatmış, bədəni ilıq bir rahatlıqla bir tük yüngüllüyünə bü-rünmüşdü. Özünü bu şirin əhval-ruhiyyədən, otaq qapısının o xoş cırıltısı oyandırdı. Gözlərini açdı, baxdı. Açılan qapının ağzında, əlində
içi səhər yeməyi dolu yer sinisi olan anası dayanırdı. Uğruna bütün həyatını verə biləcəyi sevimli, fədakar, vəfalı, sevgi və
şəfqət abidəsi yeganə anası… Bilal həmişəki tərbiyəli halı ilə
16
ayaqlarını dərhal yığdı, yerindən durdu. Bir anda, dalmış
olduğu məna aləminin dadlı sərxoş-luğundan böyük bir məharətlə sıyrılaraq qaçdı və sevincli bir səslə:
– Bu boyda övladın burda dura-dura o sinini daşımaq sənə düşüb, anacan? – deyərək anasının əlindən sinini aldı, yerə qoydu. Sininin kənarındakı köhnə süfrə örtüyünü pala-zın üstünə yayaraq sinini ortasına qoydu.
Qalxıb başını qaldıranda, otağın ortasında anası ilə üz-üzə gəldilər. Anasının gözləri yaşarmışdı. Ana-oğul biranlıq baxışdılar. Sonra Bilal, bütün sevgi və məhəbbətindən anasının boynuna sarıldı:
– Ah, mənim sulu gözlü, mələk üzlü anam! Səni, gözündə yaş olmadığını nə vaxt görəcəyəm? Əlimi oynatsam gözündə yaş, başımı çevirsəm yenə yaş, yenə yaş …
Ağ örtüklü, nur üzlü qadın, oğlunun üzünü iki əlinin arasına aldı. Gözündə titrəşən tərtəmiz yaşlarla ona uzun-uzadı tamaşa etdi və nəhayət səmimi, ağlamsınan bir səslə:
– Balam. Bilalım… Allahıma hər əl açanda dua edirəm.
Gözümdəki bu yaşları heç, amma heç azaltma deyə…
Yanaqlarından axan damlalar süzüləndə dodaqlarında məsud bir təbəssüm gəzirdi. Sözlərinə davam etdi:
– Bu göz yaşları səadət göz yaşlarıdır, mənim balam …
Cənab Haqqın mənə sənin kimi imanlı və xeyirli bir övlad bəxş etməsindən daha böyük səadət ola bilərmi? Allah səni hər cür fənalıqdan qorusun, canım, ruhum övladım mənim.
Bilal anasının yaşla dolu yanağına kiçik bir öpüş qon-durub:
– Məni özümdən çıxardırsan amma. Qorxuram ki, bu gedişlə özümü həqiqətən nəsə hesab edəcəyəm.– dedi.
17
Nur üzlü qadın, oğlunun üzündən əllərini çəkib yerdəki süfrənin başına diz çökdü. Dərin bir səmimi iç keçirib namaz örtüsü ilə göz yaşlarını quruladı. Başını, ayaqda bir fəzilət abidəsi kimi dayanan Bilala doğru qaldırdı:
– Sənin özündən çıxmağın da ölçülü biçili olar -dedi.
Qaldı ki, bu günə kimi bir dəfə olsun özündən çıxdığını görmədim sənin. Haydı, gəl mənim balam. Məktəbə get-məmişdən əvvəl qarınını gözəl doyur. Bizim Xəlil ustagilə
məmləkətdən bir qab yağ gəlib. Sağ olsun, bütün qonşulara paylamaqdan özünə heç nə qalmadı biçarələrin. Amma yağ
deyil ey, qaymaqdı elə bil. Axşam qaynatdığım ərik mürəb-bəsi də ağzına layiq olub…
Bilal, sakitcə yerdə, anasının qarşısına diz çökdü və
anasının incə kəsilmiş dilimlərinə böyük bir etina ilə yağ və
mürəbbə çəkməyinə tamaşa etdi. Gənc yaşında dul qalan bu əziyyətli, bu fədakar qadın, bütün çəkdiyi əziyyət və iztirablarına baxmayaraq hələ də əvvəlki gözəlliyini itirməmişdi.
Hələ başından heç çıxartmadığı ağ baş örtüyü, ona elə
nurani, elə cazibədar bir hal verirdi ki ən yaxşı və ən bahalı makiyaj vasitələri, onun parlaq dərisində sönük qalırdı…
Əsərlərini böyük bir şövqlə oxuduğu bir böyük şəxsin bir əsərindəki bu sözləri qulaqlarında cingildədi:
"İnsanın ən birinci ustadı və təsirli müəllimi onun ana-sıdır. Mən bu səksən illik ömrümdə, ən böyük şəxslərdən dərs aldığım halda, and içirəm ki, ən əsaslı və sarsılmaz mənəvi dərsləri anamdan almışam. Həmin dərslər mənim fit-rətimdə, bədənimdə nüvələr halında özünə yer edib. Digər dərslər həmin o nüvələr üzərində özünə yer tapıb"…
Anasına daha dərin bir şəfqət və sevgi ilə baxdı. Onu kiçik yaşlarınndan etibarən ləzzətli, gözəl yeməklər və mü-18
rəbbələrlə yanaşı mənəvi qidalarla da bəsləyən bu böyük qadına qarşı, ürəyi bir daha minnət duyğuları ilə dolub daşdı. Üzərinə yağ və mürəbbə yaxdığı çörəyi anasından alanda o ağappaq, yupyumşaq əli özünə tərəf çəkdi və ilahi bir hərəkətlə, minnətdarlıqla, o СКАЧАТЬ