– Nə deyirsən, qardaş, fəsli tamamlayaq, yoxsa daha sonra davam edək? – deyə soruşdu…
Doktor Nazim, həmişəki kimi şən və nəşəli bir halla cavab verdi:
– Bilirsiniz də mənim düsturumu: əvvəlcə namaz, uşaqlar! Elə isə Razi, Haqq rizası üçün belə həmişəki kimi bir
“Əl-Əsr” oxusun. Ondan sonra namaza duraq.
Gələcəyin hüquqşünası dərhal şirin və yanıq səsiylə "Əl-Əsr" surəsini oxumağa başladı. Səsi otağın içində dalğa-dalğa yüksəlir, qəlblərə və könüllərə yenilik bəxş edirdi.
45
Sonra hamı namaza durdu. Pencəyini çıxaranlar, köy-nəklərinin qollarını dirsəkdən yuxarı qaldırır, otaqdan çölə
çıxır, bir neçə gənc də yerlərə səccadə sərirdi. Bu əsnada gənclər öz aralarında nəzakət çərçivəsini aşmadan zarafatlar edirdilər.
Necati, oturduğu kresloda dərin düşüncələrə dalmış, düşünür, düşünür və düşünürdü … Bəlkə də, həyatında ilk dəfə idi ki, belə ciddi şəkildə düşünürdü. Bilal dəstəmaz almaq üçün qollarını çırmalayaraq, çox qəribə bir əhvali-ruhiyyə içində olan Necatinin yanına gəldi və həlim bir səslə:
–Sən də bizimlə birlikdə namaz qılmaq istəyirsən, Necati? – deyə soruşdu.
Necati üçün gözlənilməz olan bu təklif, onun üzündəki iztirab cizgilərini min qat daha dərinləşdirdi… Bu, elə ani bir təklif olmuşdu ki, Necatinin heyrətdən dili tutulmuşdu…
Kəkələyə-kəkələyə:
– Mən? Mən.. – dedi və susdu… Bir müddət arxasını gətirə bilmədi, sonra iztirabla alnını ovuşduraraq Bilala baxdı.
İnləyərək sözlərinə davam etdi:
– Bilirsən, Bilal … Mən namaz qılmağı bilmirəm ki.
Bundan da başqa…
– Nə bundan başqa?… Sən bir dəfə "Bismillah" de, çırmala qollarını, arxası asandır. Dəstəmazı birlikdə alarıq, sonra da biz nə etsək sən də onu təqlid edərsən, vəssalam…
Necati, heç nə demədi. Ovsunlanmış kimi yerindən qalxdı, pencəyini çıxardı, köynəyinin qollarını dirsəklərinə
doğru çırmaladı və qapıya tərəf addımlayan Bilalın arxasınca getdi.
Bir az sonra gənclərin hamısı cərgə ilə namaza dayanmışdılar. Doktor Nazim bəy, imam olmuş, arxasındakı 46
gənclərdən ibarət camaata namaz qıldırırdı… Yüksək səslə
oxuduğu surələr, Necatinin ruhuna ilahi rəhmət kimi axır, onu məna iqlimlərinin dərinliklərinə çəkib aparırdı…
Bəli, Necati də hər biri dərin bir təvazö və təslimiyyət içində qəlblərini Allaha bağlamış, üzlərini ona, o uca Yaradana dönmüş, səmimi və təmiz bir camaatın içində idi artıq… Onsuz da nə zaman bir məscid qarşısından keçsə içəridə olan camaata qibtə edərdi o … Lakin bir dəfə də olsun bu qibtə etdiyi məsud və bəxtiyar insanların arasına qarışmaq üçün şeytanın ayağını sındırmağa, nəfsinə söz keçirməyə müvəffəq olmamışdı. Üstəlik yaşadığı həyat tərzinə
görə özünü bu təmiz və sadə camaata uyğun görmürdü heç cür… Lakin bu insanlar, qəlbləri iman yüklü bu nəcib gənclər, şəfqət dolu ürəklərini ona açmışdılar artıq. Onu öz aralarında görmək istəmiş, bağırlarına basmışdılar. Və indi o da onlarla birlikdə, onlarla yan-yana, çiyin-çiyinə namaz qılırdı …
Necatinin namazı görünüş etibarı ilə bir qədər gülünc görünürdü, amma məna ölçüsündə çox mühüm bir dəyər daşıyırdı. Qiyamda, rükuda və səcdədə hərəkətlərində ya-nılmamaq üçün gah sağındakına, gah solundakına, gah önündəkinə baxır, gördüyü hərəkətləri naşıcasına təqlid edirdi. Üzü saçlarının dibinə kimi qıpqırmızı olmuşdu, alnında muncuq-muncuq tər damcıları yığılmışdı. Utanc, xəcalət, kədər, peşmanlıq hisləri mənliyini alov kimi yandırıb qovururdu. Əlinə verilən təsbehi nə deyəcəyini bilmədən çevirməyə başladı. Sıra duaya gəldikdə isə hamı kimi o da əl açdı Allahına… Aman Allahım … O nə iztirab dolu bir yüz ifadəsi idi elə? Alnındakı xətlər dərinləşdikcə dərinləşirdi Necatinin… Boynu sağa doğru bükük, gözləri yumulu. Ya-47
naqlarından aşağıya saf və aydın yaşlar süzülür. Ağlayır Necati… Bəlkə günahları nəticəsində meydana çıxan ağrılı, bəlkə qovuşduğu səadətə görə yaranan sevinc gözyaşlarıdır bunlar… Amma mühüm olan Necatinin ağlamağıdır, ağlaya bilməyidir… Çünki istər günahdan meydana gələn kədər –
qəm, istərsə də qovuşduğu bəxtiyarlıq nəticəsində yaranan sevinc və səadət gözyaşları olsun … Nə çıxar? Nəticədə ikisi də eyni qapıya çıxmırdımı?
Namazın sonunda Qurani-Kərimi Bilal oxudu. Nə-catinin ruhunda qopan fırtınaları sakitləşdirəcək bu məxmər kimi yumşaq səs, şübhəsiz ki bütün camaatın qəlbini də ən ülvi hislərlə doldurmaqda idi. Lakin Necati üzərindəki təsiri, heç bir sözlə ifadə edilməyəcək dərəcədə böyük bir üstünlük daşımaqda bu səsin… Bu səs, bu uca Quranı oxuyan gözəl səs, bir imam, müəzzin və ya hər hansı bir müəllimin ağzından tökülsəydi, Necati üçün bəlkə bu dərəcə əhəmiyyətli olmayacaqdı. Mühüm olan Qurani-Kərimi qaydasında oxuyan bu gəncin özü kimi bir universitet tələbəsi olması idi… Kiçildi, kiçildi, kiçildi Necati … Və gözyaşları içində sanki əridi, yox oldu.
Nazim həkim din elminə fövqəladə bir şəkildə bələd bir insan idi. Hər zaman oxunan surələrin arxasınca şərhlərini verir, ətrafına faydalı olmağa çalışırdı. İndi də Bilalın oxuduğu surənin mənasını açıqlayırdı. "Göylərdə və yerdə nə
varsa Allahı təşbeh və tənzih edir. O mülkündə qalibi-mütləq, etdiklərində sahibi-hikmətdir. Göylərin və yerin mülkü şübhəsiz Onundur… Həm dirildir, həm də öldürür.
O, hər şeyə qadirdir. O həm əvvəldir, həm də axır. Həm zahirdir, həm də batin. O, hər şeyi kamalıyla bilir. O, göyləri və yeri altı gündə yaradan, sonra hökmü ərşi zəbt edəndir.
48
Yerə girən, oradan çıxan, göydən enən, oraya yüksələn şeyləri O bilir. Harada olursanız olun, O sizinlə bərabərdir…
СКАЧАТЬ