Bilal isə gəldiyi yoldan təzədən səhər yeməyi üçün onu evdə gözləyən anasını daha çox intizarda qoymamaq üçün evə qayıdırdı. Bütün rahatlığı və səadəti bu köhnə, mütəvazi evdə idi onun… Qəlbində İlahi zövq, mənəvi ləzzət, dodaqlarında isə səadət təbəssümü taxta pilləkənlərlə ikinci mərtəbəyə çıxdı. Pəncərələri küçəyə baxan böyük bir otağın qapısını açıb içəri girdi.
Bura kasıbyana döşənən bir otaqdı. Yerdə köhnə bir palaz, divar diblərinə qoyulan bir neçə yer mütəkkəsi, küncdə
üstü kitablarla dolu köhnə bir şifoner, pəncərənin dibində
rəngi solmuş, naxışlı örtüklü, taxta bir divan və divarda asılı bir neçə ayəti-kərimə və üstündə ibrətli sözlər yazılmış
çərçivəli bir neçə şəkildən başqa heç nə yox idi bu otaqda…
Sadə, təmiz, təntənədən uzaq mütəvazi bir otaq…
Bilal pencəyini çıxarıb qapının arxasındakı mıxçaya as-dı, qalstukunu boşaltdı və anasının otağı havalandırmaq üçün açıq qoyduğu pəncərənin qarşısına gəlib, dərindən bir nəfəs alaraq sərin sübh mehini ciyərlərinə doldurdu…
Özünü quş kimi yüngül hiss edirdi. Sübh namazı onu bambaşqa bir atmosferə aparmışdı. Pəncərənin qabağından çəkildi, əlləri şalvarının cibində olduğu halda otağın içində
12
gəzindi. Bu hərəkətindən, hər səhər olduğu kimi yenə, divarda asılı olan ayəti-kərimə və üstündə ibrətli sözlər yazılmış çərçivəli böyük şəkilləri oxuyacağı başa düşülürdü. O, otağının divarlarını lazımsız rəsmlərlə bəzəməyi xoşlamırdı.
Hər dəfə baxanda insan olduğunu ona xatırladacaq bu lövhələri, ən qiymətli sənət əsərlərindən, ən dəyərli yağlı boya peyzaj və portretlərdən daha qiymətli, daha dəyərli, daha lazımlı və daha faydalı kimi görürdü. Bunun üçün oxuduğu qiymətli əsərdəki gözəl sözləri, imanlı bir rəssam dostuna, iri karton kağızların üstünə yazdırıb, otağının ən qiymətli əşyası kimi şüşəyə saldırıb geniş və bəzəkli çərçivələr içində
divarlarını bu insanı vəcdə gətirən yüksək iman həqiqətləri ilə bəzəmişdi.
Budur, indi də üstü müxtəlif kitablarla dolu olan şi-fonerin üstündə asılan lövhənin qarşısında dayanıb… Sanki onu ilk dəfə görürmüş kimi diqqətlə oxuyur:
"Həyatın ləzzətini və zövqünü istəyirsinizsə, həyatınıza iman ilə həyat verin, fərzlərlə zinətləndirin. Və günahlardan çəkinməklə mühafizə edin."
Sonra başqa bir lövhənin qarşısında dayandı və ən mahir bir rəssamın fırçasından çıxan şəhanə mənzərəli bir tabloya tamaşa edirmişcəsinə gözlərini lövhədəki yazıların üstündə gəzdirməyə başladı:
"Ey zövq və ləzzətə mübtəla olan insan! Həqiqi zövq, ələmsiz ləzzət, kədərsiz sevinc və həyatdakı səadət təkcə
imandadır. Və iman həqiqətləri dairəsi içində mövcuddur.
Dünyəvi bir ləzzətdə isə xeyli qüssə-kədər var. Bir üzüm dənəsini yedirib, on dəfə sillə vurar və beləliklə həyatın mənası qalmaz"…
13
Bir rəsm sərgisini gəzirdi elə bil. Yavaş–yavaş növbə ilə
şəkillərə baxmağa davam etdi. Hazırda qarşısında dayandığı lövhə onun ən çox sevdiyi lövhə idi. Yüksək səslə, ağır mənası olan sözləri hecalaya–hecalaya oxudu:
"Ey nəfs! Bil ki, dünya sənin əlindən çıxıb. Sabah üçün isə ona malik olmağa əlində bir sənədin belə yoxdur. Elə isə
həqiqi ömrünü – əlində olan bu gününü dəyərləndir və onun qədrini bil. Yaşadığın günün hər bir saatını dəyərləndir, onu xırda pul kimi gələcək üçün yaradılan axirət sandıqçasına –
bir məscidə ya da bir səcdəyə at. Bir şeyi heç vaxt unutma: hər yeni bir gün sənə və hamıya yeni bir aləmin qapısıdır.
Əgər namaz qılmasan, sənin o günki aləmin zülmətə qərq olar. Əgər namazını qılsan, o namazın ilə o aləmin nur-lanar”.
Ruhunda yeni-yeni bahar iqlimləri açılırdı sanki Bilalın… Bülbül gülü gördüyü zaman necə ən gözəl nəğmələrini oxumağa başlayırsa, o da hər dəfə lövhələrin qarşısına keçəndə bu cür coşar, bu lövhələri ahənglə oxuyaraq sanki onlara qarşı olan sevgi və məhəbbətini izhar etməyə çalışardı.
Budur, ona həyat yolunu göstərən başqa bir lövhə:
"Əldə Quran kimi bir əbədi möcüzə var ikən, başqa bir yol axtarmaq ağlıma zail görünür.
Əldə Quran kimi bir həqiqət yolu var ikən,
Münkirləri ilzam üçün könlümə siqlət mi gələr?"
Və nəhayət, gəlib incə və balaca bir çərçivədə yazılı olan bu tək cümləlik lövhənin qarşısında dayandı. Lövhədə "Ey özünü insan bilən insan! Özünü oxu!" – yazılmışdı. Niyəsə
Bilal, ən çox bu tək cümləlik balaca lövhənin qabağında dayandı. Sanki üstündə səhifələr dolusu yazı var imiş kimi gözlərini lövhənin üzərindən uzun müddət ayıra bilmədi.
14
Yavaş-yavaş zehninin uyuşduğunu hiss edirdi. Geri dönüb taxta divana tərəf addımlayanda, özündən asılı olmayaraq ağ-zından yenə eyni sözlər çıxdı:
"Ey özünü insan bilən insan! Özünü oxu"…
Anasının cehizindən qalma, yuyulmaqdan rəngi solan, naxışlı yastıqları üst-üstə qoyaraq, taxta divanın üstünə
arxası üstə uzandı. İki əlini başının altında daraqladı, gözlərini taxta xonçalı tavana dikdi, düşünməyə başladı.
"Özünü oxu! …" xitabındakı incə mənanı uzun-uzadı düşünməyə başladı. İnsan özünü oxuya bilmək üçün mütləq şəkildə iman nuruna ehtiyac duymalı idi. Çünki bütün sirlər o nur ilə həll oluna bilərdi ancaq. "Ohh! …" deyə dərin bir nəfəs aldı. Dodaqlarında məsud bir təbəssüm gözlərini yumub Allaha xeyli şükür etdi. Onu iman nurundan məhrum etmədiyinə görə Rəbbinə qarşı ürəyi bir dəfə daha minnət və
şükranla СКАЧАТЬ