onlar üçün sızıldamağa başlamışdı. Onlar… Hərəkətləri qəlibləşmiş robot insanlar… Yazıqlar… Biçarələr…
İçində vurnuxduqları qəflətin dərinliyini belə düşün-məyəcək hala gətirilmiş qafil … qafil … qafil gənclər…
Sendviçindən bir dişləm də aldı. Ayranını içdi və kitabını oxumağa davam etdi. Kitaba elə dalmışdı ki, artıq nə
ətrafındakı səsləri, nə də o nifrət etdiyi hərəkət və davranışları görürdü.
Yanında və qarşısında boş dayanan stullara əllərində ki-tablarıyla üç gənc qızın oturduğunu hiss etmədi əvvəl… Bu qızlara universitet tələbəsi deməyə adamın dili gəlməzdi…
Barlarda vəzifələri könül əyləndirməkdən ibarət olan bar qızlarından ayırd edilməyəcək qədər aşağılıq bir vəziyyətdə
idilər … Bilal yalnız ancaq qızlardan birinin, onun üzünə
doğru üfürdüyü siqaret tüstüsü ilə onların masada otur-duqlarının fərqinə vardı. Lakin başını kitabından qaldırıb yanında və qarşısında oturan qızlara baxmadı da heç… Gözləri israrla kitabın üzərində gəzişirdi… Qızlar bir-birlərinə
mənalı bir tərzdə başları ilə Bilalı işarə edərək, onu ələ salacaq bir şəkildə göz–qaş işarəsi ilə öz aralarında gülüşməyə
23
başladılar. Bilalla üzbəüz oturan, saçları çılpaq çiyinlərindən aşağı tökülmüş, sarışın, iri yaşıl gözlü olanı, dərin bir ah çəkdi… Yataq içində gərnəşirmişcəsinə bir hərəkətlə arxasına söykəndi və başı önündəki kitaba əyili vəziyyətdə olan Bilala baxaraq yüksək səslə:
– Off … uşaqlar, – dedi. Canım elə sıxılır ki… Hər gün evdən məktəbə, məktəbdən evə … Evdə dərs, məktəbdə dərs…
Düşünürəm ki, biz bu dünyaya yalnız dərs çalışmaq, qaşqabaq sallayıb oturmaq üçün gəlmişik?! Düşünürəm, amma nə olsun? Haqsızam sizcə? Gəncəm, əylənmək istəyirəm. Bu dünyaya bir dəfə gəlmişik onsuz da… Təzədən gəlməyəcəyik ki. Amma kim qulaq asır bizə?..
Bilalın yanında oturan qız yoldaşına bir göz vuraraq:
– Canım, səni bağlayan var? – deyə soruşdu. – Get kinoya, get əyləncəli, rəqsli bir yerə. Ürəyin istəyən kimi əylən…
Bax o zaman çətinlik deyə bir şeyin qalar mı?
Sarışın qız bu dəfə söykəndiyi kürsüdən qalxdı, önə
doğru əyilib dirsəklərini masaya söykədi …
Gözlərini Bilaldan ayırmadan, sanki Bilalla danışırmış
kimi:
– Sıxıntımı hansı formada həll edə biləcəyimi mən də bilirəm, amma… – dedi və bir müddət eləcə dayandı… Sonra başını bir az da Bilala doğru yaxınlaşdıraraq, ərköyün bir əda ilə sözlərinə davam etdi:
– Bəli, bilirəm, amma nə olsun ki, sevgilisini kinoya dəvət edəcək və ya bir rəqsə aparacaq qədər centlmen bir kişi çıxmayıb hələ qarşıma …
Bilal əlindəki yarımçıq ayran şüşəsini bütün təhqirlərdən daha təsirli şəkildə sərt bir şəkildə masanın üstünə
qoydu. Yenə sərt bir hərəkətlə kitabı bağlayıb qızların üzünə
24
belə baxmadan, əsəblə yerindən durdu… Masaların arasından keçib ağır bir şəkildə, lakin üzündə gizlədə bilmədiyi utanc ifadəsi ilə qapıya tərəf getdi.
Qızlar kimi isə aşağılamağın yaratdığı ehtirasla Bilalın arxasınca qəhqəhə çəkib gülürdülər. Qadınlığın izzət və
təmkinini çirkin nəğmələr içində boğub qətl edən qəhqəhələr…
Universitetin tənha guşələrindən biri …
Bilal arxa tərəfə baxan geniş bir pəncərə qarşısında, dalğın və düşüncəli bir vəziyyətdə bayıra tamaşa edir… Gözləri boşluqda … Baxdığı yeri görmədən baxır sadəcə. Axtarış
içindədir. Müxtəlif düşüncələrlə zehni qarmaqarışıq … Bir az əvvəlki hadisənin ona bir xeyli təsir etdiyi hər halından görünür… Gözlərinin qarşısında bir anlığına anası canlandı.
Tərtəmiz gül kimi baş örtüyünün içində nurdan bir mələk kimi saf və təmiz idi… Sanki illərcə ayrı qalmışlar kimi, ürəyi dərin bir həsrətlə doldu …
– Mənim mələk anam…
Fərqində olmadan bu sözlər ağzından yüksək səslə çıxmışdı. O əsnada özlərinə tənha bir guşə axtaran bir cütlük, qol-qola Bilalın yanından keçirdilər…
Gözlərinə həddindən artıq sürmə çəkmiş, saçlarını bəsləmə quzular kimi kəsdirmiş gənc qız, yanındakı oğlana bir az daha yaxınlaşaraq səsini Bilala eşitdirəcək tərzdə:
– Vay, yazıq anasının quzusu… – deyib, yüksək səslə
qəhqəhə çəkdi. Uzaqlaşdılar. Bilal beyninə qızğın bir xəncər sancılıbmış kimi olduğu yerdə eləcə qaldı. Lakin bu kimi hallara elə alışmışdı ki özünü tez yığışdırdı. Bir dəfə də, lakin bu dəfə sanki pıçıltılı bir səslə:
– Mənim mələk anam… – dedi.
25
Ürəyi sakitləşmişdi… Həmişə belə edirdi o … Fakültədəki yüngülxasiyyət qızların – bu təhlükəli fəlakətlərin şərindən mühafizə edə bilmək üçün gözlərinin önünə anasını gətirdi … Onun o zəngin, şəfqət yüklü, mələk siması ətrafında olan bu qız və qadın qılıqlı şeytanlara qarşı özündə
güc tapmaq üçün kifayət edirdi. Qadın deyiləndə ağlına dərhal anası gəlirdi. Özünü tanıdığı gündən bu mübarək, fəzilətli qadını, daim vəfalı, daim fədakar, həyat yoldaşı və
uşağı üçün canını tərəddüdsüz fəda edən bir şəf-qət qəhrəmanı, lazım olmadan əsla küçəyə çıxmayan səadəti, dincliyi yalnız evində СКАЧАТЬ