Gənclər isə qıza kompliment yağdırmaq yarışına giriblər elə
bil. Əslində hamısı da bilir ki, gec-tez növbə onlara da çatacaq. Elə dünən yoldaşlarının arasında Don Xuan adı ilə tanınan Necdətin klub X-ə getmək üçün dəvətinə razılıq verməmişdi? Bu gün də hamının gözü qarşısında Tanerin kinoya getmək təklifinə "Bəli" -deyir. O halda sabah Erol, o biri gün Sami və ondan sonrakı günlərdə Cəmil, Mete, Kaya, Sel-çuk və digərlərinə də sıra gələcək əlbəttə. Digər masalar da əl-ələ, göz-gözə, diz-dizə oturan cütlüklərlə doludur. Qızların əksər hissəsi, Hollivud filmlərindəki akrisalardan fərq-lənmirlər qətiyyən. Bəzisinin saçları şənliyə gedəcəklərmiş
kimi xüsusi olaraq düzəldilmiş, bəzilərinki isə süpürgə kimi 19
çiyinlərindən aşağıya doğru sallanmışdı. Aralarında biri də
saçını elə bir formaya salmışdı ki, sol gözü tamamilə saçlarla örtülmüşdü. Ətrafa təkcə bir gözü ilə baxırdı… Bəs, mak-yajları?… Aman, Allahım!… Bu nə biabırçılıqdı belə? Bir kar-navalda belə bu qədər biabırçı və rəzil sifətlərə rast gəlmək mümkün deyildi. Bəzisi, Allahın verdiyini bəyənməyərək qaşlarını tamamı ilə yolmuş, çılpaq bədəninin üstünə qara boya ilə daha dəyişik, lakin gülünc bir qaş şəkli çəkmişdi.
Bəzisi də kirpiklərini xoşagəlməz rimellərlə rəngləyib tel-tel ayıraraq qıvırma maşınıyla yuxarıya doğru qıvırmağı kifayət etmirmiş kimi yenə qara rənglərlə göz qapaqlarının üstündən əzələlərinə kimi uzanan alt hissəsində yanaqlarına tərəf uzanan uzun oxlar formasında kirpik şəkilləri çəkmişdi. Bəzisinin dodaqları zərli çəhrayı, bəzisininki isə qan-qırmızı dodaq boyaları ilə boyanmışdı. Mənəvi nəciblikdən fəzilət duyğularından, əxlaq qaydalarından məhrum yetişdirilmiş, yazıq varlıqlar idi bunların çoxu.
Tələbə oğlanlar isə ümumiyyətlə ayrı bir aləm idi. Bəzilərinin bığları incə bir lent kimi çənəsinə doğru uzanmışdı.
Bəzilərinin saçları isə bitli turistlərdən fərqsiz, qarmaqarışıq bir halda qadınlar kimi, çiyinlərinə tökülürdü. Bəziləri ba-kenbordlarını çənəsinə kimi uzatmışdı. Bəziləri allı-güllü köynək geyinib qadınlara oxşamağa çalışır, bəzisi dar şalvarını lap aşağı çəkərək göbəyindən aşağı kəmər taxırdı.
Bəzisinin köynəyinin bütün üst düymələri açıq idi. Görünən tüklü sinələrindən isə qalın boyunbağı sallanırdı.
Yəni, qısacası, bura elm və mədəniyyət yuvasından da-ha çox biabırçılıqlar meydanı, karnaval şənliyi idi elə bil.
Qızlı-oğlanlı bir neçə adamlıq qrupun oturduğu masadan qəfil bir qızın qışqırtısı yüksəldi:
20
– Ay Kamal! … Sən neynirsən? Niyə saçımı dartırsan?
Kamal deyilən gənc özünə haqq qazandırmağa çalışırdı:
– Canım elə istədi nəsə. Ona görə. Balaca olanda balaca bacımın da saçını çəkirdim beləcə.
Gənc qız tündxasiyyət və ərköyün bir səslə:
– Axı, mən sənin balaca bacın deyiləm.
– Yaxşı nəyimsən?
Kamal adlı gəncin bu sualından sonra hər iki gənc mənalı-mənalı bir-birinin üzünə baxdı. Sonra bir-birinə sığınıb masadakı yoldaşlarıyla birlikdə qəhqəhə çəkərək gülməyə
başladılar.
Bilal, bu dəli yığıncağı içində tək başına bir masada oturmuşdu. Ətrafındakı kişiləşmiş qızların, nəzakətli görünmək üçün qadın kimi hərəkətlər edən oğlanların ona utanc və iztirab verən çirkin hal və davranışlarını görməmək üçün gözlərini qarşısına qoyduğu dərs kitablarından ayır-mamağa çalışırdı. Bir tərəfdən əlindəki pendirli buterbrodu yeyir, arada bayaq buterbrodla birgə sifariş verdiyi ay-randan da içirdi.
Qarşı masada oturanlar, insafsızcasına hacılardan və
mollalardan danışırdılar. Danışmırdılar əslində, onları qara-lamaqla məşğul idilər. Onlardan biri:
– Hamısının Allah bəlasını versin. – dedi.
Digəri isə:
– Ay, namussuzların o qara saqqallarını görəndə elə
əsəbiləşirəm ki… – deyə yoldaşının fikrinə qahmar çıxdı.
Başqa birisi ümumiyyətlə baltanı lap kökündən vurdu:
–İnanın, dostlar, bunları əsgər kimi cərgəyə düzüb saqqallarını qırxdırmaqdan başqa çarə yoxdur. İyirminci əsrdə
21
belə geridəqalmışlıq olmaz ey, dostlar! Ah, bu ölkədə mən baş nazir olardım. Gör onda bir dənə saqqallı qalardı?
Qızlar qəhqəhə çəkərək gülürdülər. Hamısı bir yerdə:
– Gələcəyin baş nazirinə, alqışlar!.. On il sonra saqqallılara ölüm! – deyə gülərək qışqırışmağa başladılar.
Bilal yerindən dik atılıb bu soysuz, bu imansızlara hədlərini bildirmək arzusu ilə yanıb alışırdı. Amma bu cür özündənrazı gənclərin nə cür çirkab içində olduqlarını bildiyinə görə sadəcə gücü yumruqlarını və dişini bərk–bərk sıxmağa çatdı. Elə yenidən başını kitabın səhifələrinə əymək üzrə idi ki, qarşıdakı masadan, yenidən bir sevincli qışqırıq səsləri yüksəldi. Bir az bundan əvvəl hacının, mollanın saq-qalına söyən qızlar və oğlanlar bufetin qapısından girib onlara tərəf gələn bir nəfəri dəli kimi alqışlayırdılar. Hamı sevinclə qışqırışırdı:
– Əşşi, Tanju, haralardasan?..
– Artıq dərslərə gəlmirsən haaa!…
– Bəs o, sarışın balaca bala hanı?…
– Yoxsa, onu da yola vermisən?
– Tanju, fikir vermə. Olmasın sarışın, olsun qaraşın…
Bilal, bu artıq səs-küyə səbəb olan gəncə baxmaq üçün başını qaldıranda heyrətdən çaşıb qaldı. Gənclərin səs –
küylə qarşıladığı cavan oğlan əsmər, uzun boylu, çəlimsiz və
necə gəldi geyinmiş birisi idi. İşin ən qəribəsi isə Tanju СКАЧАТЬ