Название: Gələcəyə ön söz
Автор: Qulu Məhərrəmli
Издательство: Altun Kitab
isbn: 9789952244090
isbn:
Xanım Tetçer bu müharibədə sözün əsl mənasında qibtəediləsi qətiyyət, güclü xarakter və tükənməz enerji nümayiş etdirdi. Folklend sahillərində Britaniyanın iki hərbi gəmisini batırması Argentinaya baha oturdu. Tetçer bütün hərbi-dəniz donanmasını və ölkə kəşfiyyatını ayağa qaldıraraq müstəmləkəçi əcdadlarının ruhunu dirçəltdi. O təkcə Argentinanı dizi üstə qoymadı, həm də onunla gizli əlaqəsi olan Avropa dövlətlərinin gözünün odunu aldı. İlk növbədə Peruya gəmivuran raketlər satmış Fransanı divara dirədi, qos-qoca Mitteranı hədələdi, NATO üzrə müttəfiqlərinə sərt mesajlar verdi. Qarşı tərəfə gizli rəğbətinə görə SSRİ-ni də cavabsız qoymadı. Nəticədə artıq 1982-ci ilin iyulunda Britaniya Folklend adalarına yenidən sahiblənmişdi.
Xanım Tetçeri ikinci dəfə 1995-ci ilin oktyabrında ABŞ-da gördüm. BMT-nin 50 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gəlmişdi. O vaxt az qala bütün dünya BMT-yə toplaşmışdı və sanki burada görkəmli siyasətçilərin qeyri-adi paradı keçirilirdi. Tədbirdə iştirak edən Azərbaycan prezidenti Heydər Əliyev də burada diqqət mərkəzində idi (o zaman Qərblə neft müqaviləsi yeni bağlanmışdı). Bu səbəbdən AzTV-nin rəhbərlik etdiyim çəkiliş qrupu saat kimi işləyir, hər bir detalı tutmağa çalışırdı. H.Əliyevin gərgin qrafik şəraitində C.Meycor, J.Şirak, İ.Rabin, U.Kekkonen, M.Olbrayt kimi nəhəng siyasət adamları ilə görüşləri indi də bir kino lenti kimi gözlərim önündən gəlib-keçir.
İqamətgahı Nyu-York otellərinin birində yerləşən H.Əliyevlə görüşə xanım M.Tetçer də gəlmişdi. Görüşün təxminən 5-6 dəqiqəsi jurnalistlərin iştirakı ilə keçdi, sonra uzun və qapalı söhbət oldu. Görüş bitəndən sonra baronessa Azərbaycan jurnalistləri ilə müsahibəyə razılaşdı. Otelin kiçik dəhlizində səslənən və hərəsi bir batman olan sualların çoxluğuna baxmayaraq (əslində, buna müsahibə demək olmazdı) açıq hiss olunurdu ki, siyasətçi xanım, sadəcə, xətrimizə dəyməmək üçün bizi yola verirdi. O səbəbdən də bütün sualları çox ümumi sözlərlə, həm də qısa cavablandırırdı, heç bir ciddi mətləbə toxunmurdu. Mən əlimdə mikrofon onunla lap üzbəüz dayanmışdım, «Dəmir ledi» nin üz cizgilərini, gözlərində bir anlığa parlayıb-sönən qığılcımları, soyuqqanlı davranışını və bir də çoxmənalı siyasətçi təbəssümünü rahatca müşahidə edirdim…
Britaniyanın baş naziri C.Kameron M.Tetçerlə vida mərasimində onu böyük lider, böyük baş nazir və böyük britaniyalı adlandırdı. Bəli, 87 il ömür sürmüş, bir çox siyasi burulğanlardan məharətlə keçmiş baronessa, həqiqətən, böyük ölkənin böyük lideri idi. Onun şərəfli siyasi bioqrafiyası ölkəsi üçün başucalığına çevrildi, çünki bütün varlığı ilə sevib xidmət göstərdiyi xalqının tarixdən qaynaqlanan milli qüruruna yeni və silinməz çalarlar əlavə edə bildi. Baronessa təkcə Britaniya siyasi həyatında deyil, dünya siyasi tarixində bütöv bir mərhələ oldu.
Xanım Tetçer dövlət idarəçiliyi və siyasət sahəsində bir çox dəyərlər yaratdı, həm də Qərbin az qala unudulmuş dəyərlərini gün işığına çıxararaq onlara yeni həyat verdi. Bütün bunları o, «Dövləti idarəetmə sənəti» kitabında əks etdirib. Bu əsərdə bir çox parlaq müddəalar diqqəti cəlb edir. Tetçerə görə, məhz şəxsiyyətə, onun ləyaqətinə hörmət, mülkiyyətin toxunulmazlığı, müstəqillik və azadlığın qorunması, hüquqi zəmin, demokratiya kimi dəyərlər Avropanı hökmran mövqeyə çıxarmışdı. Ona görə də ağıllı və düşünülmüş hüquqi təminat həm cəmiyyət, həm də iqtisadiyyat üçün misilsiz əhəmiyyət kəsb edir. O, dövlət – vətəndaş münasibətlərinə də çox orijinal yanaşaraq hesab edir ki, dövlət cəmiyyətdən fərqlidir. Dövlət insanların ağası deyil, nökəridir, ona görə də dövlət hökmranlıq etməməli, yalnız xidmət etməli olduğuna inanmalıdır.
Müasir dünya üçün aktual olan «hərb və sülh» məsələsinə də demokratiya prizmasından yanaşması baronessanın orijinallığı sayılır. Onun bu barədə irəli sürdüyü müddəalar çox əhəmiyyətlidir. M.Tetçer bütün ölkələrdə və qitələrdə demokratiyanın bərqərar olmasını ölkəsinin xarici siyasətinin əsas qanunu və üstəlik də fundamental aspekti hesab edir. Eyni zamanda «Dəmir ledi» yə görə, ağlabatan və sabit beynəlxalq qayda yalnız millətlərə və milli dövlətlərə hörmət üzərində qurulmalıdır.
Əlbəttə, demokratiya və idarəçilik haqqında o siyasətçilərin fikirləri qəbul edilir ki, onlar öz fəaliyyətləri ilə bu müdrikliyi təsdiqləyirlər. Yəni sözləri ilə əməlləri arasında fərq yoxdur. Müasir dünya tarixində bir epoxa olmuş M.Tetçer məhz o siyasətçilərdəniydi ki, haqqında danışdığı dəyərlərə sadiq idi, bəzəkli şüarlar yox, tarixi yaradırdı. Tarix isə öz səhifələrində məhz belə nəhənglərə qucaq açır, onları həm əfsanə, həm də həqiqət kimi yaşadır.
MDB-də mətbuat azadlığı Avropanın nəyinə lazımdır?
Bu həftənin üç gününü yaşıl xiyabanlarına və küçələrinin genişliyinə görə dünyanın ən maraqlı şəhərlərindən sayılan Kiyevdə oldum. Müstəqil Azərbaycan mətbuatının patriarxları – Arif Əliyev və Elçin Şıxlı ilə birlikdə Ukrayna paytaxtında media azadlığı problemlərinin müzakirə edildiyi toplantıya qatılmışdıq. Avropa Komissiyasının himayəsi ilə keçirilən möhtəşəm tədbir günümüz üçün aktual olan bu problemin konkret məkanda – MDB-yə daxil olan Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistanda öz əksini necə tapmasını araşdırırdı. Eyni zamanda toplantı adıçəkilən ölkələrdə mətbuat azadlığının indeksini müəyyənləşdirmək üçün də metodika hazırlamalı idi.
Problem hədsiz dərəcədə həssas, müzakirəsi isə gərəkli olduğundan iştirakçılar dil qəfəsə qoymadan danışır, dərdlərini deyir, suallar verir, mübahisə edir, bir-birlərinin sözünü kəsir, bəzən razılaşır, çox vaxt da hərə öz fikrində qalırdı. Hərənin ağzından bir avaz gəlməsinə baxmayaraq onların hamısını eyni fikir birləşdirirdi: hökumətlər jurnalistlərin azadlığına qarşı çıxır, mətbuatı iqtisadi cəhətdən sıxır, tənqidi boğur, məlumat almağı çətinləşdirir. Belə vəziyyət isə təbii ki, insanları ruhdan salır, demokratik dəyişikliklərə inamı azaldır. Ona görə də idealda düşünülən mətbuat azadlığı fikri qalmışdı bir tərəfdə, hər kəs öz ölkəsində gördüyünü çağırırdı:
– Özünüzü aldatmayın, mətbuat azadlığı bir illüziyadır. Neçə ildir mediadayam, vəziyyət daha da pisləşir, Qərb avtoritar rejimlərə təzyiq mexanizmi tapmasa, vəziyyət daha da pisləşəcək – bunu Moldovadan olan Kristina СКАЧАТЬ