Gələcəyə ön söz. Qulu Məhərrəmli
Чтение книги онлайн.

Читать онлайн книгу Gələcəyə ön söz - Qulu Məhərrəmli страница 9

Название: Gələcəyə ön söz

Автор: Qulu Məhərrəmli

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952244090 

isbn:

СКАЧАТЬ hətta musiqiyə də senzura qoyublar, bəstəkarlara və mahnılara aid «qara siyahı» var – Minskdən gəlmiş Lena bunları ağlamsınaraq deyirdi.

* * *

      Tədbirin təşkilatçısı olan «İnterneyus Ukrayna» nın ofisində aparılan bu qızğın müzakirələr göstərdi ki, sovet şinelindən çıxmış respublikaların hamısında mətbuat azadlığı ilə bağlı vəziyyət təxminən eynidir. Azərbaycanda da azad mediaya təzyiqlərin getdikcə artdığının xüsusi vurğulandığı müzakirələrin ab-havası onu da təsdiq etdi ki, adıçəkilən ölkələrdə demokratiya romantikası hələ də ölməyib, cəmiyyət diridir. Yəni həbslərə, cərimələrə və başqa təzyiqlərə baxmayaraq hələ də azad medianın nəfəsi gəlir, məsləkli jurnalist cameəsi avtoritar rejimlərin basqısına tab gətirərək cəmiyyətdəki işığı əks etdirir. Deməli, indi əsas vəzifə hökumətin isti qucağına sığınmaqdan imtina etmiş azad medianı qoruyub gücləndirməkdir. Görünür, buna görədir ki, Avropa Komissiyası MDB ölkələrində media azadlığını əvvəlkindən daha çox həssaslıqla diqqət mərkəzində saxlamağa çalışır.

      Bəs nədir azad media və Qərb institutları nəyə görə onun üzərində bu qədər əsirlər? Mövcud təsəvvürlərə görə, müstəqil mətbuat heç bir təmənna güdmədən məlumatı dəqiq və qərəzsiz şəkildə öz auditoriyasına çatdıran vicdanlı araçıdır. Bu media hakimiyyət üzərində ictimai nəzarətçi, ictimai tənqidçi, həm də ictimai forumdur. Belə media cəmiyyətə doğru məlumatlar verməklə qaranlıqlara işıq salır, gediləcək yolları işıqlandırır, xalqı talayan korrupsioner hakimiyyətləri ifşa edir. Bu missiyasını gerçəkləşdirmək üçün media mütləq müstəqil olmalıdır. Doğrudur, bəzən hökumətin rəsmən maliyyələşdirmədiyi qəzetlər və xəbər saytları da özlərini müstəqil adlandırmağa meyillənir. Lakin belə yanaşma «müstəqillik» sözünün mənasını daraldır. Çünki qəzetin, yaxud telekanalın müstəqilliyi birinci növbədə hakimiyyətdən, heç bir siyasi qüvvədən, heç bir biznes qurumundan və oliqarxdan asılı olmaması ilə ölçülür. Bilirəm ki, bu dəqiqə ağlınızdan sual keçir ki, yəni bizdə belə TV var? Yaxud müstəqil qəzetlərimizin sayı bir əlin barmaqları qədər olar?

      Mətbuat azadlığı birbaşa söz və fikir azadlığı ilə bağlıdır. Çünki azad mətbuat ictimai inkişaf üçün vacib olan fikir müxtəlifliyinə şərait yaradır və sabit ictimai quruluşun dağılmasının qarşısını alır. Deməli, mətbuat azadlığı sabitlik və dəyişiklik arasında müvazinət yaratmaq vasitəsidir. Bax buna görə də kövrək cəmiyyətlərin, təbii ki, həm də demokratik sistem qurmaq istəyən cəmiyyətlərin möhkəmliyi üçün Avropa demokratiyası bütün cəmiyyətlərdə mətbuat azadlığının olmasını istəyir. Avtoritar hökumətlər isə bundan qorxur.

* * *

      MDB məkanında gedən proseslərin acı təcrübəsi göstərir ki, mətbuat azadlığı üçün təhlükələr həmişə qalır. Bu təhlükələr hökumətin birbaşa və dolayı nəzarəti, siyasi basqı, iqtisadi təzyiq, çap və yayım vasitələrinin nəzarətdə saxlanması və s. ilə bağlıdır. Məsələn, çox rəmzidir ki, mətbuat azadlığı problemlərinin qızğın müzakirə edildiyi bu üç gün Ukraynada da hadisəsiz ötüşmədi. Hökumət neçə aylardan bəri susdurmağa çalışdığı ölkənin əsas müxalifət mövqeli TV-İ telekanalının təsisçilərini «hüquqi yolla» dəyişdirdi. Yerli mətbuat bunu söz azadlığına basqı kimi qəbul etdi, telekanalın jurnalist kollektivi bu addıma kütləvi etirazla cavab verdi, ölkə parlamentinin bir çox deputatı bu dəyişikliyi azad medianı susdurmaq cəhdi kimi qınadı.

      Biz baş verən olayın Ukrayna mətbuatında necə işıqlandırılması ilə maraqlandıq. Məlum oldu ki, hökumətyönlü qəzetlər və telekanallar bu barədə təkidlə susur, söz azadlığına yaranmış təhlükə ilə bağlı məlumatları ölkə ictimaiyyətinə yalnız azad mətbuat çatdırırdı…

27.04.2013

      Azərbaycan sendviçlə dürmək arasında

      Azərbaycanı Cənubdan və Şimaldan sendviç kimi əzirlər…

Səməd Seyidov (millət vəkili)

      Bu siyasət davam etsə, onları iki yox, dörd tərəfdən sıxacaqlar.

Vəfa Quluzadə (politoloq)

      Hər tərəfdən sıxılan sendviç olmur, bu, artıq dürmək olur.

Eldar Namazov (EL hərəkatının rəhbəri)

      Azərbaycanın geosiyasi mövqeyi barədə bizlərdə lap əvvəldən şişirdilmiş təsəvvür yaradılıb: Şərqlə Qərb burada qovuşur, biz Qafqazın incisi, Avropanın qapısıyıq. Qərbə gedən yollar burdan keçir, üç dəniz əhatəsindəyik, İpək yolunun mərkəzindəyik və sair və ilaxır. Təbii ki, bu iddialarda doğru məqamlar var, lakin gerçəklik budur ki, biz qonşu Gürcüstan qədər cazibədar geosiyasi imkanlara malik deyilik. Məsələn, bizim Avropaya və dünya dəniz sularına birbaşa çıxışımız yoxdur. Şimalda Rusiya, cənubda isə İran kimi tarixən bizi qapazaltı eləməyə fürsət axtaran qonşularımız var. Türkiyə ilə aramızda isə Moskvanın və Tehranın yəhərli atı kimi hər an minilməyə hazır olan Ermənistan dayanır. Yəni regionun xəritəsi tarixən elə cızılıb ki, biz Avropa ilə təmas üçün əlimizi mütləq hansısa ölkənin üzərindən uzatmalıyıq. Hələ nə yaxşı ki, Gürcüstan var.

      Mövcud geosiyasi vəziyyətdə Azərbaycan necə xarici siyasət yeritməlidir ki, başı salamat qalsın? Bir çox politoloqların ironik yanaşmasına baxmayaraq mürəkkəb geopolitik şərait Azərbaycandan məhz balanslaşdırılmış, yəni tarazlaşdırılmış xarici siyasət yeridilməsini tələb edir. Əslində, tarazlaşdırılmış siyasət diplomatiyada kifayət qədər qəbul edilmiş və tez-tez istifadə olunan strategiyadır. Azərbaycan da çox mürəkkəb bölgədə yerləşir, imperiya yaddaşlı qonşularımızın və regionda marağı olan digər güclərin mənafeləri burada toqquşur. Ona görə Heydər Əliyevin zamanında Azərbaycanın balanslaşdırılmış siyasət adlandırılan strategiyası irəli sürülmüşdü ki, məsələn, hansısa nöqtədə Qərblə, Türkiyə ilə, İsraillə həssas olmaq lazımdır, yaxud başqa məsələlərdə Rusiya və İranla əməkdaşlıq etmək vacibdir. Yəni sistemi elə qurmaq ki, bu ölkələrin toqquşan, bir çox hallarda bir-birinə zidd olan maraqları ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxarmasın.

      Azərbaycan neçə illərdir ki, məhz nefti və tarazlaşdırılmış siyasət yeritməsi sayəsində bəzi uğurlara nail olub. Lakin son iki ildə bu siyasətin ölkəmiz üçün təhlükə doğuran iri çatlar verməsi göz qabağındadır. Qərblə münasibətlərin sərtləşməsi, Rusiyadan əsən soyuq küləklər, İranın anlaşılmaz və kobud davranışları, Türkiyədən ara-sıra eşidilən incik notlar xeyli düşündürücüdür. Bu həftə xarici işlər naziri E.Məmmədyarovun İsrailə səfəri və orada Azərbaycanın Qərb dəyərlərinə sədaqəti, demokratiyaya can atması barədə bəyanatları ilə ölkəmizin baş administratoru R.Mehdiyevin İran səfərində «bədniyyətli» Qərbi yıxıb-sürüməsi arasında aşkar ziddiyyətlərin ortaya çıxmasını da bu təhlükə simptomları siyahısına yazmaq olar. Formal məntiqə görə, bu davranışlar balanslı siyasətə xidmət edir, amma СКАЧАТЬ