Gələcəyə ön söz. Qulu Məhərrəmli
Чтение книги онлайн.

Читать онлайн книгу Gələcəyə ön söz - Qulu Məhərrəmli страница 7

Название: Gələcəyə ön söz

Автор: Qulu Məhərrəmli

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952244090 

isbn:

СКАЧАТЬ teatr və kino sahəsində keçmiş SSRİ-nin, bu günsə dünyanın tanınmış yaradıcı simalarından biridir. Azərbaycan Kinematoqrafçıları İttifaqının sədri, Avropa Kino Akademiyası və Amerika Kinematoqrafik Elm və İncəsənət Akademiyasının üzvü, nüfuzlu beynəlxalq kino festivallarının təşkilatçısı, Oskar mükafatçısı, 40-dan artıq bədii filmin, maraqlı roman və pyeslərin müəllifidir. Yəni bu adam nəyi və necə deməyi ona ağıl öyrətmək istəyənlərdən, ittihamçılardan və böhtançılardan, təhqirlə danışanlardan, həqiqətə göz yumub müsahibənin məğzini sifarişlə təhrif edənlərdən daha yaxşı bilir.

      Nəsə, keçək əsas mətləbə. Dayaz adamların hamının onlar kimi düşünməməsindən rəncidə olması anlaşılandır, amma R.İbrahimbəyov kimi nəhəng bir şəxsiyyətə zorla «antiazərbaycan», «milli maraqlara qarşı çıxan», «sifariş yerinə yetirən» yarlıqları yapışdırmaq mümkünsüzdür. Onu «ölkəmizin ərazi bütövlüyünü şübhə altına almaqda» ittiham etmək də, yumşaq desək, səfehlikdir. Uzun illərdir ki, onun Qarabağ münaqişəsinə münasibəti dəyişməzdir. Hələ hadisələrin başladığı ilk illərdə görkəmli yazıçının Fransada Daşnaksütyun partiyasının rəhbərlərini tənqid etməsi, Şarl Aznavuru dialoqa çağırması, Rusiya elitasına ciddi etirazlar etməsi nə tez yaddan çıxdı?

      R.İbrahimbəyov kəsərli söz, dərin fikir və konkret əməl adamıdır. Yüksək intellekti, geniş düşüncəsi və əla polemika aparmaq məharəti var, istənilən mövzuya mötəbər forma verməyi bacarır. Ssenari ustalığı ona ən adi faktı hadisəyə çevirmək imkanı verir. Onda sezdiyim ən parlaq keyfiyyətlərdən biri də bütöv bir institut qədər piar aparmaq qabiliyyətinin olmasıdır. Harada nəyi, nə vaxt və necə deməyi gözəl bilir. Ona görə də bir sayt müsahibəsinə görə, az qala yerin altını-üstünə çevirmək istəyənlərə vaxtında mesaj verdi ki, nə özünüzü aldadın, nə də oxucuları çaşdırın. Böyük sənətçinin problemlə bağlı mövqeyi həmin mesajda bir daha aydın ifadə olunub. Yəni R.İbrahimbəyova görə, «Ermənistanın Azərbaycanın dövlət sərhədləri daxilində ərazini işğal etməsi beynəlxalq birliyin qəti mühakiməsini tələb edən, ölkə vətəndaşlarının haqlı qəzəbinə və hiddətinə səbəb olan cinayətdir». Daha sonra «millətə xain çıxan» sənətkar bunları deyir:

      «– əminəm ki, XX–XXI əsrlərdə ərazi münaqişələrinin həllinə istənilən cəhdlər kimi Ermənistanın təcavüzkar hərəkətləri bəşəriyyətə qarşı cinayətdir;

      – Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə gətirib çıxaran əsl səbəblər olduqca mürəkkəb və çox dərindir və onların açıq müzakirəsi məsələnin dinc yolla həllinə xidmət edərdi;

      – torpaqlar əhali ilə birlikdə qayıdır. Hansı millətdən olursa-olsun, Qarabağ sakinləri de-yure Azərbaycan vətəndaşlarıdır;

      – erməni xalqı Ermənistan rəhbərliyi, onun millətçi dairələri tərəfindən başlanmış müharibənin qurbanıdır».

      Qəzet köşkünün satıcısı demişkən, axı burda nə var ki? Hamının bildiyi və mətbuatda dəfələrlə yazılmış belə sadə şeyləri anlamaq üçün bəyəm böyük siyasətçi olmaq lazımdır? Deyəsən, bu suala cavabda məşhur filmdəki «sənin sifətin mənim heç xoşuma gəlmir» məşhur ifadəsini yada salmadan keçinmək olmayacaq.

      Təbii ki, bütün bunlar adamda təəssüf doğurur, düşündürür və məyus edir. Onsuz da millətin ruhunu ifadə edən ziyalıları bir-bir vurub sıradan çıxardığımız bu günlərdə yaxın və uzaq çevrəmizdə məyusedici olaylar baş verir. O cümlədən Qarabağ məsələsi ilə bağlı bizə xoş olmayan xəbərlər eşidirik. Nə qədər ağır olsa da, yazını həmin xəbərlərdən biri ilə bitirmək zorundayam.

      «ABŞ-ın Men ştatının Nümayəndələr Palatası və Senatı Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyan birgə qətnamə qəbul edib. Qətnamədə 1988-ci ildə bölgədə baş qaldıran separatçılıq milli azadlıq hərəkatı kimi qiymətləndirilir. Bu sənəddə ABŞ prezidenti və Konqresinə «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanımağa çağırış yer alır».

      Eeeyy!! Cənab deputatlar, uzaqgörən «siyasətçilər», «politoloqlar», «ekspetlər», köşə yazarları, hardasınız?

13.04.2013

      «Dəmir ledi» əfsanəsi

      tarixə qovuşur, amma M.Tetçer həqiqəti yaşayır

      Mən onu ilk dəfə 1992-ci ilin payızında Bakıya səfəri zamanı «Gülüstan» sarayında lap yaxından görmüşdüm. Adamları maraqla seyr edən sərt baxışları, replikalara ani reaksiyası, üzündən əskik olmayan təbəssümü, qətiyyətli səsi və bir də əsl kübar xanımlara xas olan incə davranışı yadımda qalıb. O zaman Britaniyanın keçmiş baş nazirinin BP şirkətinin məsləhətçisi kimi Bakıya xeyli ümidlər doğuran səfərindən geniş reportaj hazırlamışdım. «Xəbərlər» in gecə buraxılışında isə ayrıca şərhlə çıxış etmişdim. Şərhin yadımda qalan təxmini motivi bu idi ki, ingilisləri Bakıya çəkib gətirən neft qoxusudur və xanım Tetçerin də səfəri 1918-ci ildə ingilislərin yarımçıq qalmış niyyətlərini gerçəkləşdirmək üçündür. Belə yanaşmaya «mız» qoyan olmadı. Onda məmləkətimiz gerçək müstəqilliyin eyforiyasını yaşayırdı, televiziyada da azadlığın hüdudları kifayət qədər geniş idi…

* * *

      Böyük Britaniya tarixində ilk və hələlik yeganə qadın baş nazir, son 150 ildə ən uzunömürlü hökumətin başçısı olmuş Marqaret Tetçerin adı ötən əsrin axırlarında bütün dünyada bir əfsanə kimi dolaşırdı. Avropada onu güzəştsiz siyasət cəngavəri sayır, Amerikada ondan heyrətlə danışırdılar, üçüncü dünya ölkələrində isə bu ingilis xanımına, sadəcə qibtə və həsədlə baxırdılar. Mediada və siyasət mərkəzlərində ona əbəs yerə «Dəmir ledi» ləqəbini verməmişdilər. O, ənənəvi siyasətin gücünə və özünün polad iradəsinə arxalanaraq bütün fəaliyyəti boyu yaddaşlardan silinməkdə olan orta əsr İngiltərəsinin möhtəşəm obrazını dirçəldib təqdim etməyə çalışırdı. İnadkarlığına və sərtliyinə görə siyasətçilər onu, həm də «parlaq tiran» (H.Macmillan) və «İngiltərədə ən yaxşı kişi» (R.Reyqan) adlandırırdılar.

      M.Tetçerin «Şər imperiyası» adlanan SSRİ-dən zəhləsi gedirdi, sovet sistemini və kommunizmi bütün Avropa üçün böyük təhlükə sayırdı. Lakin M.Qorbaçov «yenidənqurması»ndan sonra münasibətlər bir az ilıqlaşmışdı. Sovet ictimaiyyəti ilk dəfə onunla 80-ci illərin axırlarında üz-üzə görüşə bildi. M.Tetçer həmin dövrdə Moskvaya səfərə hazırlaşırdı, həmin səfər ərəfəsində isə Mərkəzi televiziya Böyük Britaniyanın baş naziri ilə bir müsahibə hazırlamışdı.

      Həmin müsahibəni televiziyada sovet ideologiyasını tərənnüm edən dörd nüfuzlu siyasi icmalçı aparırdı. Qeyri-bərabər döyüşə bənzəyən və etik qaydaların tez-tez pozulduğu bu müsahibə mənim heç yadımdan çıxmır. Kişilər bir-birilə bəhsə girərək СКАЧАТЬ