Gələcəyə ön söz. Qulu Məhərrəmli
Чтение книги онлайн.

Читать онлайн книгу Gələcəyə ön söz - Qulu Məhərrəmli страница 10

Название: Gələcəyə ön söz

Автор: Qulu Məhərrəmli

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952244090 

isbn:

СКАЧАТЬ siyasətlə bağlı o qədər də «baş sındırmırlar», ona görə ki təhlükəsizliklərinə əsas güc mərkəzi təminat verir. Bundan sonra mürəkkəb geosiyasi oyunlara diqqət ayırmağa ehtiyac qalmır. Ancaq balanslaşdırılmış siyasəti həyata keçirmək üçün 3-4 güc mərkəzi arasında elə manevrlər edib elə sistem qurmalısan ki, hər güc mərkəzi istədiyinin bir qismini səndən ala bilsin. Ala bilmədiyi hissə də o qədər həssas olmasın və bir-birini kompensasiya etsin. Bununla da ölkə, hətta maraqları toqquşan 3-4 güc mərkəzi arasında hamıyla normal münasibətlər qura bilir. Lakin lazımi bilik və bacarığa malik komanda olmayanda, həmçinin dünya gerçəklikləri nəzərə alınmayanda bu siyasətin formal davam etdirilməsi vəziyyəti mürəkkəbləşdirir, həmin ölkənin hakimiyyəti üçün ziyanlı nəticələr və təhlükələr ortaya çıxarır.

      Azərbaycanın bəzi siyasətçilərinin və həvəskar politoloqlarının ölkəmizin dünya siyasətinə və regionda gedən proseslərə təsirini şişirdəndə mənim yadıma jurnalist dostumuz Azər Mürsəliyevin sözləri düşür. İndi Rusiyanın nüfuzlu «Kommersant» qəzetinin direktoru olan Azər hələ 20 il əvvəl bölgədə gedən siyasi çarpışmaları nəzərdə tutaraq deyirdi ki, Azərbaycan bilyard stolu altında gizlənmiş uşağa bənzəyir. Bu uşağın oyuna və onun nəticəsinə heç bir təsiri yoxdur, o yalnız stol üzərində zərbə ilə vurulan şarların vıyıltısını və hərəkət istiqamətini təxmin edə bilir. Bu 20 ildə geopolitika baxımından bölgədə demək olar ki, heç nə dəyişməyib, bilyard daşlarının da sayı artıb-əskilməyib. Sadəcə, indi həmin şarların hərəkəti xeyli sürətli olub və o səbəbdən də vıyıltısı daha gur eşidilir. Bizsə elə yenə öz yerimizdə, stolun altındayıq, amma bir az narahat və həyəcanlıyıq, çünki uşaq da olsaq, şarların getdiyi istiqaməti yaxşı duyuruq…

04.05.2013

      Şuşa, Berlin… və bayram duyğuları

      Qələbəni dadmaq, məğlubiyyəti anmaq və tarixi danmaq «zərurəti» haqqında

      Faşizm üzərində Qələbənin qeyd olunduğu 9 may günü məndə ta uşaqlıqdan xoş duyğular oyadıb. Səbəbi çoxdur: atam müharibədə vuruşub, Stalinqrad döyüşlərində iştirak edib, kontuziya alıb. İlk dəfə onun hərbi biletini əlimə alanda çox qürrələnmişəm. Doğulduğum kiçik bir kənddən altmışdan çox adam müharibəyə gedib, yarısı qayıtmayıb. Üç əmim də müharibə iştirakçısı olub, biri Yaponiya cəbhəsində vuruşub, ikisi Berlinə kimi gedib-çıxıb. Onlardan biri – sağ qalanı, 93 yaşlı Ərşad kişi hazırda Şirvan şəhərində yaşayır və hər ilin 9 may günündə orden-medallarını taxıb camaatın gur olduğu yerlərdə şəstlə gəzir. Kişinin buna tam haqqı var, çünki Dnepr uğrunda vuruşub, Polşanın azad olunmasında iştirak edib, kəşfiyyat qrupunun başçısı olub, dəfələrlə yaralanıb. Müharibədən sonra isə Berlində paytaxt rayonlarından birinin hərbi komendantı olub. İlin-günün xoş vaxtına düşən Qələbə bayramı bütün bunlara, həm də bəşəriyyət üçün qorxu və avtoritarizm püskürən faşizmin yerlə-yeksan edilməsinə görə məndə həmişə xoş ovqat yaradıb. Ta 1992-ci ilin mayına – Şuşanın işğalına kimi.

* * *

      Əlbəttə, Şuşanın işğalının bu günlə birbaşa əlaqəsi yoxdur, amma taleyin istehzasıdır ki, məhz Qələbə günü ərəfəsində məmləkətin incisinin düşmən əlinə keçməsi duyğu, düşüncə və hisslərimizin çərçivəsini daraldıb. Bu tarix sevinməyi, gülməyi, ürək açıqlığı ilə şənlənməyi bizlərə haram edib. Şuşanın süqutu mənim üçün dünyanın ən qara xəbəri idi.

      Azərbaycan tarixi və mədəniyyəti üçün Şuşanın nə demək olduğunu xırdalamağa gərək yoxdur, üstəlik, itiriləndə onun hansı dəyər daşıdığını yenidən və ayıq başla dərk etməyi də bir yana qoyuram. Şuşa həm də talelər şəhəri idi. Mənim də uşaqlığım və yeniyetməliyim bu şəhərdə keçib, orta məktəbi burada oxumuşam. Özümü az-çox burada dərk etmişəm, yaddaşımda bənzərsiz insanlar qalıb. Cıdır düzünü, Qırxpilləkəni, Qızılqayanı, Daşaltını, Zarıslı meşələrini qarış-qarış gəzmişəm. Üzeyir Hacıbəylinin, Bülbülün, Xan qızı Natavanın ev muzeylərini kiçik eksponatlarına qədər yaddaşıma köçürmüşəm. Hər il istirahətə gələn onlarca məşhur şəxsi şəhərin Lenin parkında və İsa bulağında görmüşəm. Şuşanın yaddaşımda ilişib qalmış unudulmaz mənzərələri indinin özündə də tez-tez yuxularıma gəlir.

      Mayın 8-də televiziyada «Xəbərlər» in gecə buraxılışını mən aparırdım, Şuşadan həyəcanlı və bir-birinə zidd xəbərlər gəlirdi. Məmləkətdə hamı nəfəs çəkmədən bu dolaşıq xəbərləri izləyirdi. Efirə çıxmağa hazırlaşırdım, situasiyanı aydınlaşdıracaq heç bir məlumat yox idi, teletayp susurdu, telefonlar dillənmirdi, zənglərimizə hay verən tapılmırdı. AzTV-nin gecə vaxtlarında sükuta qərq olmuş xəbər studiyasında və növbətçi otağında sözün əsl mənasında keşik çəkdiyim anlarda hər telefon zəngi mənə bir göy gurultusu, hər məlumat bir ildırım çaxması kimi gəlirdi. Gecəyə doğru belə bir məlumat yayıldı ki, Şuşa ermənilərdən təmizlənib və vəziyyətə Azərbaycan ordusu nəzarət edir. Bu barədə yazılı məlumatı nazirliyin baş qərargah rəisi Şahin Musayev təsdiqləyirdi, AzərTAc da xəbəri bizə göndərmişdi. Mən uşaq kimi sevinirdim, proqramı yüksək əhvali-ruhiyyə ilə apardım, yəqin ki, həmin gecə çox adam rahat yatdı. Sən demə, nazirliyin yaydığı xəbər yalanmış…

      Doğru məlumat ertəsi gün – mayın 9-da yayıldı. Və şəhərin süqutu xəbəri məni tok kimi vurdu, bədənimə dolan cərəyan bütün vücudumu gizildətdi. O gün bütün dünya mənə qaranlıq və mənasız bir şey kimi görünürdü. Bax onda 9 May Qələbə gününə aid xoş duyğuların da içimdə gilə-gilə əridiyini hiss etdim. Həqiqi Vətən sevgisinin və Şuşanın nə demək olduğunu anlayan bütün soydaşlarım kimi mənim də içimin göynərtisi keçmir.

      Heç bilmirəm indi insanlar belə duyğuları yaşayır ya yox? Çünki dəyərlərin gilə-gilə əridiyi, həyatın məzmununun itdiyi, mahiyyətinin dəyişdiyi bu günlərdə insanların əksəriyyəti bir qarın çörək üçün yaşayır, maddiyyat önə keçib, mənəvi dünyamız daralıb, hər şey ani instinktlərə tabe etdirilib. Cismani ehtiyacların ödənməsi uğrunda gedən mübarizə fonunda tapdalanan mənəviyyatın hayqırtısını batırmaq, prosesləri rahat və ağrısız yaşamaq, özümüzü ovutmaq üçün isə sən demə, bizə çal-çağır, bayağı şoular və mənasını anlamadığımız bayramlar gərək imiş. Bu bayramların əksəriyyəti gecənin qaranlığını bir anlığa bəzəkli şüaları ilə işıqlandıran fişənglər kimi duyğularımıza heç bir iz salmadan keçib-gedir. Biz özümüz də hiss etmədən həmin işıqların keçici parıltısının içimizdə yaratdığı ani duyğuların əsirinə çevrilirik.

* * *

      Əlbəttə, adına bayram deyilən istənilən kütləvi tədbirin mütləq bir ideologiyası olmalıdır. Məsələn, Azərbaycan Cümhuriyyəti dövründə maraqlı bir Bayraq bayramı təsis olunmuşdu. Həmin gün məktəblilər, Bakının mərkəzi küçələrini gəzir, əllərindəki kiçik üçrəngli bayrağı qarşılarına çıxanlara hədiyyə edirdilər. Cümhuriyyəti yaradanlar bu rəmzi bayraqlar vasitəsilə ürəklərə СКАЧАТЬ