Gələcəyə ön söz. Qulu Məhərrəmli
Чтение книги онлайн.

Читать онлайн книгу Gələcəyə ön söz - Qulu Məhərrəmli страница 3

Название: Gələcəyə ön söz

Автор: Qulu Məhərrəmli

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952244090 

isbn:

СКАЧАТЬ mən TQDK-nın mənfi rəy verdiyi «Azərbaycan dili» (1-ci və 3-cü siniflər üçün) dərsliklərini vərəqləyərkən məhz bu üç keyfiyyətin – ədalətin, obyektivliyin və məntiqin çatışmadığını gördüm. Dildən, dərslikdən, təhsildən və metodikadan başı çıxan bir adam kimi monitorinq tələsi ilə üz-üzə qalmış dərslik müəlliflərinin indi hansı hisslər keçirdiyini yaxşı anlayıram.

      Dərslik, xüsusən orta məktəblər üçün yazılan dərslik, predmetə xüsusi yanaşma, həssaslıq, dil bilgisi, metodik incəlik və psixoloji duyum tələb edir. Aşağı sinif dərsliklərini yazmaq isə bir cəhənnəm əzabıdır, uzun illər, səbir, hövsələ, ciddi axtarış lazımdır. Müqayisələr aparmaq, psixoloqla, şıltaq rəssamlarla işləmək, az qala hər detalı, hər işarəni, kitabın hər vərəqinin hər kvadrat santimetrindəki semantikanı yüz dəfə ölçüb-biçmək də öz yerində… Və birdən TQDK-nın əliqılınclı ekspertləri peyda olur və səni tənbeh eləməyə başlayırlar. Onların «bu cümlələri niyə biz istəyən formada yazmamısınız» sualı adama sıyrılmış qılıncdan da qorxulu gəlir.

      İstənilən mübahisəyə, o cümlədən dərslik kimi həssaslıq tələb edən məsələyə vicdanlı və qərəzsiz yanaşma vacibdir. Həm də vicdanı ildə bir-iki dəfə epizodik oyananların yox, bütövlükdə böhranlı məqamlarda söz deməkdən çəkinməyən adamların danışması vacibdir. Bu baxımdan səviyyəsinə inandığım bir çox təhsil ekspertləri dərslik monitorinqinin obyektivliyinə ciddi şübhə ilə baxır, «burada açıq şəkildə maraqlar toqquşmasına yol verilib», «vaxtilə dərslikləri keçməyən şəxslərin mətbuatda söylədikləri iradların əksəriyyəti yekun rəyin nəticə hissəsində öz əksini tapıb», «burada müasir monitorinq metodikasından əsər-əlamət yoxdur» deyirlər.

      Müasir proseslər bizi sistemli düşüncə sərhədlərinə gətirib çıxarıb. Məncə, TQDK indiki monitorinqin məhz sistemini və formatını düz tapmayıb. İkincisi, dəsliklərə yanaşmada dəqiq kriterilərin olmaması da çox aydın görünür. Məsələn, konkret olaraq 1-ci sinif «Azərbaycan dili» dərsliyinə hansı meyarlarla yanaşmaq lazımdır» sualı havadan asılı qalıb. Elə bu səbəbdəndir ki, konseptual məsələləri əks etdirməli olan ekspert rəyində «qarpızın yerdə qalan dilimləri hardadır», «filan yerdə vergül qoymayıblar», «niyə kukla yox, gəlincik yazıblar», yaxud «şəkildə adamın ağzı niyə açıqdır» kimi qeyri-ciddi, TQDK-nın nüfuzunu aşağı salan lətifəvarı «iradlar» yer almazdı.

      İndi ya zəlzələdən, ya vəlvələdən dərsliklərlə bağlı yaranmış vəziyyət təhsillə maraqlanan hər kəsi düşündürür. Sanki hücum əmri almış TQDK ekspertləri qılıncı qına qoyana oxşamırlar, Təhsil Nazirliyinin təmkinli görünən nümayəndələri də geri çəkilmək fikrində deyillər. Yaxşı ki dərslik müəllifləri də danışıb və xeyli ciddi arqumentlər səsləndiriblər. Bir şey də məlum olub ki, məmləkətdə intriqa mərəzi şiddət etməkdədir. Şiddət çanağının kimin başında çatlayacağını proqnozlaşdırmaq çətindir, amma indiki halda dərsliklərin ekspert qərəzinə və monitorinq tələsinə tuş gəldiyini demək çətin deyil…

23.02.2013

      Qərib ölkədəki əsgərin ağrıları

      Harada olursa-olsun, o, fevralın 26-da mütləq məni axtarır, Rusiyanın müxtəlif şəhərlərindən zəng edir. Hal-əhvaldan sonra Xocalıdan, həlak olmuş döyüş dostlarından, qətlə yetirilmiş qocalardan və uşaqlardan, bir də Azərbaycanın bugünkü dərdlərindən danışırıq. Bir qayda olaraq, söhbətin sonunda vətən üçün darıxdığını və fürsət düşən kimi Bakıya qayıdacağını deyir. Deməyinə deyir, amma gəlmir, bəlkə də, gəlmək istəmir…

* * *

      Bu il zəngi gecikmişdi, adətən, məni səhərlər arayırdı, amma indi günortadan keçsə də, bir xəbər yoxuydu. Şəhidlər Xiyabanına yaxınlaşarkən vücudumu bürüyən qeyri-adi hisslərin təsiri altında onu bir də xatırladım. Hətta «bəlkə, başında bir iş var» deyə düşündüm. Amma Xiyabanda Xocalı qurbanlarının sıra ilə düzülmüş məzarlarına tərəf burulanda telefonum «dilləndi», onun zəngi idi. Həmin əzəmətli və bir az da hüznlü səs idi. Hal-əhval tutub, sanki dayandığım yeri görürmüş kimi «Haradasan?» deyə soruşdu:

      – Düz Aqilin məzarının yanındayam, – dedim. Sualından hiss etdim ki, o, məzarın ətrafındakı qadınların xəfif-xəfif ağlamasını aydınca eşidir.

      – Allah komandirə rəhmət eləsin, biz ölməliydik, o yox! Axırıncı sözlərdə səsi bir az titrədi, ani pauza verdi. Hiss olundu ki, telefonu kənara tutdu, bir anlığa xəttə sükut çökdü, amma mən bu sükutda nəbz kimi vuran və bir kişi iradəsi ilə güclə boğulan hıçqırtını duydum.

      Onların adı Milli Ordunun ilk əsgərləri siyahısına yazılıb. Həqiqi vətənsevərlər, milli heysiyyəti yaşadan fanatiklər idilər. 1991-ci ilin sonlarında Xocalıya gələndə hansı odun içinə düşdüklərini gözəl bilirdilər. Əvvəl 12 nəfər idilər, sonra 9 nəfər də əlavə olunmuşdu. Komandirləri Aqil Quliyev (Azərbaycanın Milli Qəhrəmanı) Belarusda hərbi məktəb bitirmişdi. Qarabağ hadisələri başlayanda rus ordusunu tərk edib Azərbaycana gəlmişdi. Ağıllı, bilikli, cəsur bir zabit idi. «Milli ordu» adının özü yerli əhalini xeyli ürəkləndirmişdi, xocalılılar əsgərlərin simasında dövlətin gücünü görürdülər. Doğrudur, bu güc hələ çox zəifiydi, avtomatdan başqa heç bir silahları yoxuydu, amma onlarda başqa bir ruh varıydı. 1992-ci ilin yanvarında Xocalıda olarkən kazarmalarında çəkdiyimiz solğun lentlərdə bu ruh hələ də yaşamaqdadır.

      Cabbar həmin əsgərlərdən biriydi. Boy-buxunlu, cüssəli, bir az qaradinməz, qorxunun nə olduğunu bilməyən qıvraq bir əsgər idi. Uzun qolları və iri əlləri baxanın diqqətini o dəqiqə cəlb edirdi. «Kalaşnikov» avtomatı onun uzun barmaqları arasında balaca tapançaya oxşayırdı. Əfqanıstanda vuruşmuşdu, müharibədən heç qorxusu yoxuydu, deyirdi, döyüşmək üçün silahdan çox, ürək lazımdı. Hansısa zavodda işini atıb milli orduya könüllü yazılmışdı. Ən çətin tapşırıqları boynuna götürürdü. O da diqqətimi cəlb edirdi ki, Cabbarın üzü az-az gülür. Soruşanda deyirdi ki, «müharibə qurtarsın, nə qədər desən gülərik».

      Fevralın 26-da, həmin qətliam gecəsində Cabbar əsgər qardaşları ilə birlikdə dinc əhaliyə mümkün olan köməyi edib. Onların çoxu, o cümlədən hələ bu hücumdan əvvəl yaralanmış taqım komandiri Aqil Quliyev həlak olub. Cabbar yaralansa da, ölümdən qurtula bilib, amma mənəvi əzablardan, ürək ağrılarından qurtara bilməyib. «Biz camaatı qoruya bilmədik, meyitləri çöllərə səpələnmiş qocaları və körpələri tez-tez yuxuda görürəm» sözləri dilindən düşmür. Təbii ki, bunlar bir döyüşçünun vicdanının səsidir.

* * *

      Cabbar üçün müharibə bitməyib, ona görə hələ də üzü gülmür. Üzü həm də ona görə gülmür ki, keçmiş döyüşçülərin məmləkətdə adam kimi yaşaya bilməməsindən gileylidir. Qərib məmləkətdə ömür sürməyə məhkum edilmiş keçmiş əsgəri ağrıdan başqa səbəblər də var. «Bura gələnlər vətəndən yaxşı xəbərlər gətirmir, deyirlər, dolanışıq yox, iş yox, hər yerdə də СКАЧАТЬ