Hüzur küçəsi. Шуле Юксель Шенлер
Чтение книги онлайн.

Читать онлайн книгу Hüzur küçəsi - Шуле Юксель Шенлер страница 14

Название: Hüzur küçəsi

Автор: Шуле Юксель Шенлер

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Elə isə, mən də sənin həqiqi yoldaşlarından biriyəm artıq. Bu gecə

      gözümə yuxu getməyəcək.

      – Yuxu dedin, yaxşı yadıma saldın. Biz saatı-zadı unutmuşuq. Anam indi yəqin pəncərədən baxır. Məni gözləyir.

      İki yoldaş durdular. Ayrılmaq məqamında Bilal:

      – Dediyin kimi, gecə yuxun qaçsa, al bu kitabı oxu, faydalı kitabdır…

      Necati, bir uşaq kimi dolmuşdu bulud–bulud. Bilalın uzatdığı kitabı əlinə alanda dərin bir ah çəkdi:

      – Demək ayrılıq saatımız gəldi? Halbuki, mən səninlə səhərə kimi bax belə danışmaq istərdim. Amma haqlısan … Sənin pəncərə qarşısında yollarını gözləyən bir anan var. Bi-zimkilər isə bu saatda gəzib əylənirlər. Ya da yıxılıb yatırlar özləri üçün. Mənim bu vaxtı evə gəlməyimi görməyiblər ona görə. Gör necə başıboş yetişmişik e, sən demə… Məni başa düşürsən, Bilal?

      53

      – Səni çox yaxşı başa düşürəm, qardaş… Ancaq, bundan sonra məncə sən, keçmişinlə bağlı kədərlənməməlisən, əksinə gələcəyinlə məşğul olmalısan… Yaxşı, əziz qardaşım gecən xeyrə qalsın…

      – Mən də sənə, adını unutduğum bir şairin çox sevdiyim bu misraları ilə əlvida deyirəm: "Gecən xeyrə… Ayrılıq şirin bir kədər səhər açılana kimi…Gecən xeyrə…"

      Bundan sonrakı günlərdə Bilalla Necati bir-birindən ayrılmayan iki yoldaş olmuşdular,. Dərsdə yan-yana otururdular, günorta namazında birlikdə məscidə gedirdilər, məktəbdən çıxan kimi isə Bəyaziddəki universitetin bağçasında hər gün iman həqiqətlərinə aid əsərlərdən bir neçə

      səhifə oxuyurdular. Həftənin müəyyən iki günündə də

      imanlı yoldaşları ilə bir evdə toplanıb uca həqiqətləri dərslər şək-lində mütaliə edir; camaatla namaz qılırdılar …

      Necati qısa zaman içində çox dəyişmiş tam fərqli bir insan olmuşdu. O köhnə, laübalı halından əsər-əlamət belə

      yox idi. Köhnə yaramazlıqlarından əl çəkdiyi üçün dərslərinə əvvəlkindən daha möhkəm çalışır, dərslərdən sonrakı vaxtını isə Bilalın keçdiyi həqiqi iman dərslərini, faydalı kitabları oxumaqla dəyərləndirirdi. Gündə beş dəfə

      namazını vaxtlı-vaxtında qılır, beləcə gündən günə İslama riayət etməyin, müsəlman kimi yaşamağın fəzilətinə və səadətinə bir qat daha inanırdı …

      Necati artıq köhnə dostları ilə əvvəlki kimi səmimi deyildi. Allahın lütfü ilə içindən sıyrıldığı bu qrupa indi iy-rənərək və ibrət duyğularıyla tamaşa edirdi… Hərəkətləri nə

      qədər qəlibləşmiş, nə qədər boş və mənasız insanlar imiş sən demə bu insanlar deyirdi … Lakin onlara acımamaq da mümkün deyildi. İnsanın ürəyi iman nuru ilə aydın-54

      lanandan sonra, bu qafil və mənəviyyatsız sürüsünə insan sadəcə acıyırdı. Məhz, Necatinin duyduğu iztirab da belə bir iztirab idi. Necati istəyirdi ki, öz bildiyi, öyrəndiyi həqiqətləri, hər kəs bilsin, öyrənsin … Və özünün dadmış

      olduğu səadət və əmin-amanlığa hamı qovuşsun… Ah -

      deyirdi, – imandakı və İlahi əmrlərə riayətdəki bu bənzərsiz ləzzəti görsəydilər. O zaman onlar da mənim kimi bu qəflətdə keçirdikləri zamanlar üçün heyfislənəcəkdilər.

      Amma dadsaydılar!… Gənclik nemətinin qiymətini idrakdan məhrum o qədər gənc var ki, bu böyük universitetin içində.

      Bunlar gəncliklərini səfeh bir tərzdə sərxoşluqla hədər yerə keçirirlər. Necati, belə bir qrupun arasından çıxa bilmişdi. Buna görə də şanslı sayırdı özünü … Və ancaq bu avara qrupun arasından çıxandan sonra anlamışdı vəziyyətin nə qədər ciddi olduğunu…

      Hüzur küçəsi… Sükut dolu küçə… Budur, yenə həmişəki ədəbli səssizlik hakimdir bu küçəyə… Hərdənbir ke-çə satıcıların və oyun oynayan kiçik uşaqların ahəngli səslərindən başqa bu küçənin sakitliyini pozacaq heç bir səs gəlmir bu küçədən. Bilal, yaşıl şəbəkələri çölə açılan pəncərənin qarşısında, dərs kitablarından birini oxuyur… Arada bir başını kitabdan qaldırıb düz qarşısında görünən mənzərəyə tamaşa edir. Evlərinin qarşısında boş ərazidə uşaqlar sevinclə

      gizlənpaç oynayırdılar. Bilalın həyatında uşaq sevgisinin ayrı bir yeri var idi. Küçədəki uşaqlar da onu çox istəyirdilər… Nəsə narahatçılıqları olanda sözlərini ona deyər, onun sözündən kənara çıxmazdılar. Bilal da onların hakimi olar, şikayətlərini diqqətlə dinləyər, sonra haqlı ilə

      haqsızı ayırıb, onlara həlim bir səslə məsləhətlər verərdi.

      55

      Bu gün də bir tərəfdən kitabı oxuyur, digər bir tərəfdən də hakimlik edirdi uşaqlara…Birdən uşaqların şən – şaqraq səslərini siqnal səsi böldü. Və çox keçmədən uzun, qara maşın boş torpaq sahəsinin qarşısında dayandı. Taksidən enən beş nəfərdən zəif və uzun boylu olanının əlində polad bir ölçü cihazı var idi. Kök kişi ilə bir yerdə ərazini ölçməyə

      başladılar … Uşaqlar oyundan əl saxlayıb diqqətlə və

      maraqla bu insanların başına yığışdılar.

      – Əmi, nə üçün ölçürsünüz buranı?

      – Bundan sonra burda səs-küy salmayasınız deyə!…

      –Axı biz səs-küy salmırıq… Oynayırıq sadəcə…

      – Yaxşıdı da… Biz də sizə burada böyük bir oyuncaq hədiyyə edəcəyik… Ha-ha-ha… Bina tikəcəyik burda, övladım…

      Adamlar təzədən maşına minib uzaqlaşdılar. Uşaqlar, əllərindən oyuncaqları alınmış kimi, hətta daha böyük bir qarışıqlıq və kədər içində qalmışdılar. Bilal olanlara pəncərədən tamaşa edirdi. Nəhayət, uşaqlardan biri kövrək bir səslə:

      – Bilal qardaş, gördün də? Bizim futbol meydançamızı əlimizdən alırlar. Burda bina tikəcəklər… – dedi …

      Bilalın boğazı düyünlənmişdi elə bil… Gözləri bulud ki-mi dolmuşdu. Birdən gözlərinin qarşısında uşaqlığı canlandı… Eyni torpaq sahəsində öz yaşıdları ilə hoppanıb düşdüyü, gizlənpaç, ortadaqaldı oynadığı rəngarəng uşaqlıq günləri … məsud, qəmsiz, şən, həyat dolu günlər …

      Bəli, СКАЧАТЬ