başladı. Bilal duasını bitirən kimi:
– Allah qəbul etsin övladım, – dedi. Gəl, yeməyin so-yumadan otur. Ac olarsan yəqin…
Bilal, sevinclə süfrəyə oturdu. Yeməyini elə təzəcə yeməyə başlamışdı ki, anasının əlində qaşıq, yemək yeməyib narahat gözlərlə ona tamaşa etdiyini gördü. Elə soruşmaq istəyirdi ki, anası danışdı:
– Neçə gündür yaman sevinclisən… Gözlərin tərtəmiz…
İçin içinə sığmır. Məndən gizlətmə, oğlum, düzünü de,anana. Yoxsa həyatında səni belə dəyişdirəcək biri var artıq ?
– Sənin altıncı hissin necə də qüvvətli imiş, mənim mələk anam. Hardan bildin həyatımda birinin olduğunu?
Oğlunun bu sözlərindən sonra yaşlı qadının üzündə böyük bir təşviş ifadəsi meydana çıxmışdı. Kövrək bir səslə:
– Allahım, böyük Allahım … Nəhayət qorxduğum başıma gəldi? Demək, səni ovlamaq üçün quyruq bulayıb ar-xanca qaçan, ətrafında fır-fıra kimi fırlanan o düşük səfillərdən biri səni əldə etməyi bacardı, hə? Danış, Bilal, danış hər şeyi.. Kimdir, nəçidir, nə cür adamdır, danış
mənim ba-lam, – deyə inildədi.
Bilal, süni bir ciddiyyətlə danışmağa başladı: 61
– Bilirsən, anacan. Madam bu qədər maraq və israrla soruşursan, deyirəm. Sarışın, uzun boylu, gözləri gömgöy, gözəl, tərtəmiz ürəkli bir insandır …
– Yəqin ki, başıaçıq və mini yubkalılardandır…
– Başıaçıqdır amma, qorxma, zənn etdiyin kimi mini yubkalı deyil, anacan … Şalvar geyinir.
Qadın, bu sözdən sonra pərişan bir halda əlləri ilə üzünü örtdü:
– Şalvar? Aman Allahım, Bilal! … Demək sənin ağlını başından alan, bu kloun qiyafətindəki şalvar geyinən qız-lardandır, elə?
Bilal eyni süni ciddiliklə:
– Bəli anacan, – dedi. Bu son günlərdə, daha çox bağ-landığımı hiss edirəm ona. Sanki həyatıma yeni bir rəng və
cazibə qatdı. Yaxşı, anam, bəs bu xəbər səni niyə bu qədər üzdü, onu anlamıram. Həyatda birini sevməyim yəni bu dərəcədə anormal bir haldır?
Qadıncığaz pərişan bir halda idi. Bulud kimi dolan gözlərindən bir anda yaşlar süzülməyə başladı … Sərt, lakin çarəsiz bir səslə:
– Sual vermə mənə, sən mənim suallarıma cavab ver.
Harada tanış olmusan onunla? Danış görüm! …
Bilal:
– Fakültədə tanış olmuşuq, anacan. Amma inan, çox yaxşı insandır. Oxuduğum kitablara böyük maraq göstərəndən sonra dostluğumuz möhkəmləndi, indi demək olar ki, hər gün bir yerdəyik. Birlikdə kitab oxuyuruq.
– Ah övladım, canım Bilalım mənim. Mən bilmişdim onsuz da. Nə qədər imanlı və ciddi bir kişi olursan ol, bir 62
gün özünü itirəcəksən deyə qorxurdum. Bax, görürsən, oldu dediyim! …
Bir tərəfdən danışır, bir tərəfdən də titrəyən əlləri ilə
namaz örtüyünün kənarlarına göz yaşlarını silərək qurulayırdı. Derdli – dərdli bir ah çəkib soruşdu:
– Yaxşı, adı nədir? … Ailəsi, soyu kimdi, necə insan-dılar? Heç olmasa araşdırmısan?
Bilal çox ciddi bir şəkildə anasının suallarını cavablandırdı:
– Adı Necatidir, anacan. Atası zəngin bir tacirdir. Anası bir bankda işləyir. Yəni qafil olmaqla yanaşı, yaxşı bir ailənin oğludur.
Bilalın anası şok olmuşdu. Çaşqın və heç nə anlamayan nəzərlərlə bir müddət oğlunun üzünə baxdı… Sonra min bir əzabla udqunaraq çətinliklə soruşdu:
– Oğlu?
Bilal artıq qəhqəhə çəkərək gülürdü. Sevgi və şəfqətlə, bu saf qadının-anasının boynuna sarılıb, yaşlı yanaqlarından öpərək:
– Ay mənim saf ürəkli anam, – dedi. Adı Necati olan hər kimdisə, əlbəttə kişidir. Səncə də elə olmalı deyil ki? İndi sil o gözlərinin yaşını və rahatla bir az. Sənin oğlun Allahın izni ilə o dəqiqə könlünü kiməsə verməz; sən narahat olma, anacan. Necatiyə gəldikdə isə: Necati, sözdə mədəni, əslində isə
avara ruhlu bir sıra yoldaşlarının təsiri ilə, o klub sənin, bu bar mənim, zövq və pozğunluq aləminə dalmış bir gənc idi.
Lakin bundan bir müddət əvvəl imanlı yoldaşlarımla onu tanış elədim. Ondan sonra uşaq ani bir dönüşlə tamamilə
dəyişdi. İman həqiqətlərinə qovuşduğu andan etibarən bütün o köhnə yoldaşlarını və səfeh yaşayışını tərk etdi. İndi 63
görsən anacan, məktəbdə olsun, çöldə olsun bir dəqiqə belə
yanımdan ayrılmaq istəmir. Boş vaxtlarında namaz qılır.
Dərslərinə əvvəlkindən daha çox çalışır və bu vaxt hidayətə
qovuşmasına vəsilə olan dini və elmi əsərləri də böyük bir həvəslə oxuyaraq imanını gücləndirmək, daha doğrusu təh-qiqi bir imana sahib olmağa çalışır. Görsən anacan, onu ən az sən də mənim qədər sevərsən …
Yaşlı qadın rahatlamış, dərin bir nəfəs almışdı … İndi oğluna fəxr hissi ilə baxır, ürəyi övladı üçün ən dərin təqdir hisləri ilə dolub daşırdı:
– Allah səndən və sənin kimi qiymətli, imanlı yoldaşlarından razı olsun, övladım – dedi. – Sizlər belə nə qədər gəncləri, qapılmış olduqları səhv yoldan çevirir və onları həm bu dünyanın, həm də daimi dünyamız olan axirət həyatının qaranlıqlarından və əzablarından azad edir. Amma bilsən Bilalım, bir az əvvəlki sözlərində zarafat etdiyini anlamadan əvvəl ürəyim elə ağrıdı ki…
– Səni üzdüyüm üçün məni bağışla, ana. Amma sənə
ciddi olaraq bunu deyirəm ki, hələlik hərçənd evlənmək haqqında düşünmürəm, lakin evlənmək istəyəndə, ev-lənəcəyim insan əmin ol, geyimi və hərəkətləri ilə səni olduğu qədər məni də iyrəndirəcək СКАЧАТЬ