Daha doğrusu, bu ciddi və mühafizəkar küçədən keçməkdən utanırdılar. Küçələrdə heç nəyə fikir vermədən qışqırıb bağıran, necə gəldi geyinən zəmanə uşaqları da Hüzur küçəsini özlərinə “qadağan zona” hesab edirdilər. Bu küçədən keçmək məcburiyyətində qalanda isə özlərini ağıllı apa-rırdılar.
***
Bir axşam üstü… Günəşin son və ölgün işıqları sınıq şü-şələrdə bərq vurur… Qürubun yeddi rəngi Hüzur küçəsinin taxtadan evlərinin üstündə sehrli bir aləm yaradır… Budur, küçənin başında Sayacı Xeyri baba meydana çıxdı. Ağsaçlı mehriban qocanın əli – qolu, hər axşam olduğu kimi irili-xırdalı torbalarla doludur… Elə küçəyə girən kimi ətrafına yavaş-yavaş pişiklər yığışmağa başladı. Böyüklüyündən, balacalığından asılı olmayaraq bəlkə bir iyirmi-otuz pişik…
Bəzisi damdan tullanıb gəldi, bəzisi divardan… Amma hamısının ümumi bir məqsədi var idi: Xeyri dədənin əlin-dəki torbalardan öz nəsiblərini almaq. Yaşlı adamın üstünə
tullanıb, xorla miyoldayırdılar. Xeyri Dədə bu acgöz ər-57
köyünlərin iştahını açmaq üçün onların əvvəl bir müddət belə miyoldamaqlarına göz yumurdu. Nəhayət, orkestr ən zil səslə çalmağa başlayan kimi əlindəkiləri sağa-sola paylamağa başlayırdı. Bu axşam da o, həmişəki kimi kefli və
qəmsiz halı ilə bir tərəfdən mehriban pişiklərinə dil tökür, onların könlünü alır, bir tərəfdən də cürbəcür hoq-qabazlıqlarla paketlərdəki ciyər və qarınları yalvaran bir əda ilə miyoldayıb tullanan, qıçlarına sürtünüb ətrafında fırlanan pişiklərə atırdı. Qəribə idi ki, Hüzur küçəsinin sakin-lərindəki xasiyyət və xarakterlər artıq bu küçənin pişiklərinə
belə sirayət etmişdi: hamısı ruzunu Allahdan gözləyir, ondan gələn haqqına razılıq göstərirdi… Heç biri o birinin əlindəkini əlindən almağa çalışmırdı. Xeyri dədənin də ən çox xoşuna gələn elə bu idi onsuz da … O, pişiklərini həmişə
müasir dövrün gözünü ehtiras bürümüş insanları ilə müqayisə edərdi … Edərdi və mehriban pişiklərinə qarşı olan məhəbbəti, bu müqayisədən sonra daha da artardı… Öz haqqını haqq bilib, bu haqqa razılaşan neçə adam var idi bu boyda məmləkətdə? Başqasının əlindəkini əlindən almaqda, onun ruzusuna şərik çıxmaqda yarışanlar cəmiyyət tərəfindən alqışlanır və hamı onlara oxşamağa çalışırdı. Bu alqışlayanlar və alqışlananların ürəyində qənaət və razılıq kimi ən yüksək insan hislərin yerini həsəd və ehtiras duyğuları bürümüşdü. Xeyri Dədənin pişiklərini – dərdlərini, istəklərini və ehtiyaclarını dilə gətirməkdən aciz olan bu biçarə heyvanları, bir sıra insanlardan üstün və fəzilətli edən də onların bu kimi səfil duyğulardan uzaq olmaları idi…
Xeyri Dədə, pişikləri ilə oynayan vaxtı, küçənin başında, qoltuğunda kitabları ilə dərsdən qayıdan Bilal göründü. Bi-58
lal Xeyri Dədənin arxasında dayanıb ona hiss etdirmədən bu film kadrı kimi qəribə mənzərəyə gülərək tamaşa etməyə
başladı. Pişiklərdən birinin yeməyini bitirib, şirin- şirin Xeyri dədənin çiyninə tullanmasından sonra özünü saxlaya bilmədi. Gülərək qocanın qabağına gəldi:
– Ay Allahına qurban, Xeyri dədə. Həmin o uşaqlığımda görüb tanıdığım Xeyri dədəsən. Ağaran saçın və saq-qalından başqa heç nə dəyişməyib…
Xeyri Dədə də gülərək başını qaldırdı:
– Neyləyim, Bilal övladım, – dedi. – Bütün ömrüm boyu Allah mənə övlad vermədiyi üçün mənim övladlarının da bu gördüyün arsız pişiklərdir. Neyləyim ki, onların qarınları doymayanda, mənim də yediyim ürəyimdə qalır … Sən buna bax, görürsən? Görürsən, necə naz edir?…
Sonra yenidən əlindəki qarının üstünə tullanan pişiklərin yanına qayıtdı:
– Hə, yeyin mənim aslanlarım! … Halal olsun! … Yeyin, yeyin, sizin də, mənim də kefim düzəlsin…
Bilal, bu şəfqətli, rəhimdil qocanı pişikləri ilə baş-başa buraxıb, "Allaha əmanət ol" deyərək getdi. Bir az getmişdi ki, bir az qabaqda uşaqların Bəkir ağanın başına yığışdığını gördü. Bəkir Ağa, uşaqların səs-küyünün arasında:
– Dayanın görək! … Hamınıza verəcəyəm … Dayanın, qışqırmayın!… – deyə səs-küy salan uşaqları sakitləşdirməyə
çalışır, bir tərəfdən də həmişə olduğu kimi ətrafına yığışan uşaqlara saqqız, şokolad, günəbaxan tumu və irili xırdalı şar-lar paylayırdı. Bilal, bu dəfə bu qeyri-adi mənzərəyə ta-maşa etmək üçün addımlarını yeyinlətdi və onlara yaxınlaşıb dayandı … Uşaqların:
59
– Mənə də Bəkir Ağa … Mənə də … Mən şar istəyirəm.
Mənim saqqızımı ver… – deyən uşaqların qışqırıqlarına və
hücumlarına fikir vermədən onlara hədiyyə paylayan Bəkir Ağanın halı, onu əvvəlkindən daha çox nəşələndirmişdi.
Bilalın yüksək səslə gülməyə başlamasından Bəkir Ağa ona tərəf baxdı:
– Orda xımır-xımır güləcəyinə gəl məni bu ərköyünlərin əlindən xilas et …
– Özü yıxılan ağlamaz, ağam. Hər gün uşaqlara hədiyyə
payladığını görən elə bilər ki, sən əməlli-başlı ban-kirsən.
Sən bu gedişlə mayanı da batıracaqsan…
– Şükür Allaha, halalından ruzimizi verir də, Bilal. Sən o barədə heç fkirləşmə… Soğan-çörək ilə də olsa, bu fani dünyada dolanırıq da çox şükür. Amma bu uşaqlar var e, bu uşaqlar… Milyonlarım olsa inan, yenə bunlar üçün sərf edərəm …
– Sağ ol, Bəkir Ağa. Səni hər dəfə belə görəndə, mən də
təzədən uşaq olmaq istəyirəm lap…
Sevinclə gülərək oradan uzaqlaşdı. Qapılarının qabağına gələndə, cibindən açarı çıxartdı. Səs çıxartmamağa cəhd edərək yavaşca qapını açdı. Niyyəti, arada elədiyi kimi anasını arxadan yüngülcə qorxutmaq idi. Lakin içəri girib qapını bağlayanda anası ondan daha cəld davranıb birdən qapı arxasından qarşısına çıxdı. Bütün planı alt-üst olmuşdu.
Gülərək СКАЧАТЬ