Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu
Чтение книги онлайн.

Читать онлайн книгу Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu страница 17

Название: Şəhid Ənvər Paşa

Автор: Nevzat Kösoğlu

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ istiqamət və dəyərləri buralarda hakim edə bilmədiyinə işarə etmişdik. 1883-cü ildən bəri Alman Goltz Paşanın idarəetməsindəki Hərb Məktəblərində Alman əsgəri təhsil və intizamı verilməyə çalışılmışdır. Əhməd Turan Alkan buralarda yetişən zabitlərin düşüncələrini anlamağın çətin olduğunu söyləməklə birlikdə bəzi detalları aydınlaşdırır. Xəlil Kut Paşadan bu fikirləri, böyük ehtimalla məşhur bir anlayış idi:

      "İstanbulun acizliyi isə ortada, gün kimi aşkardır… Sarayın axmaqcasına idarə olunması başımıza hər gün yeni bir bəla açır. Radikal bir hərəkatla bizlər dövlət idarəsinə yeni bir şəkil verə bilməsək, bu keşməkeş illərcə davam edər… İşin sonu yoxdur və dövlət hay-küylə məhvə gedirdi. Biz vətənə əlimizi ağıllıca uzatmazsaq, kim uzadacaqdı?.... Saray nüfuzunun çöküşü, əvəzində millətin gücü ələ keçirməsi, məktəb illərindən bəri bəynimizə yerləşmişdi. "(A.T. Alkan, haqqında danışılan əsər, s. 22)

      “Qüdrəti millətin əlində toplamaq” keyfiyyətinin, anladığımız mənada bir demokratiya anlayışı əks etdirmədiyini, məzmunsuz bir şəkil dəyişikliyi olduğunu, daha doğrusu, iqtidarı Sultan Həmidin əlindən almaq demək olduğunu, daha sonrakı proseslər də göstərmişdir. O nəsil, bütün vətənpərvərlik həyəcanına baxmayaraq, qolunu azdığı üçün şüarlara asanlıqla təslim ola, bağlana bilirdi. İnönü deyir ki,

      "Hər dərdin dərmanının “Qanuni Əsasi” olduğu iman halında içimizə yerləşmişdi." (İnönü, haqqında danışılan əsər, s. 24)

      Dövrün məşhur jurnalist və siyasət adamlarından Hüseyn Cahit Yalçının yazdıqları, ittihadçı Jön Türklərin halını qısaca və açıq olaraq ortaya qoymaktadır:

      "İttihad Tərəqqini quranlar, həyatı, dünyanı, siyasəti bilməyən təcrübəsiz gənclər idi. Onların yeganə coşqusu vardı: Vətən sevgisi. Saray istibdadının ölkəni batırdığını görürdülər, yurdu qurtarmaq istəyirdilər. Bunun üçün də Hökumətin lazımlılığına inanmışdılar… Hökumət olarsa, daxili rəhbərlik maşını bir tilsim təsiriylə dərhal düzələcəyi kimi Türkiyədən ayrılmaq istədiyini göstərən azlıqlar da diləklərindən imtina edəcəkdilər, qüsursuz bir Türk vətənpərvəri olacaqdılar". Hökumətin elanıyla Osmanlı, eyni zamanda Qərb dövlətləri və Rusiyanın təzyiqindən xilas olacaqdı. (Hüseyn Cahit Yalçın, Siyasi xatirələr, İstanbul-2000, s. 49)

      Bu inanc və düşüncələrin, həqiqətən də, bir "yüksək hərarətin" əsəri olduğu aydın olacaq; amma gecikilmiş olacaqılar.

      Aradan yüz ildən çox zaman keçməsinə baxmayaraq, hələ problemlərin və həllərin konstitusiya mətnlərində axtarılmaqda olduğunu və konstitusiya dəyişikliklərinin aktual məsələ olmaqdan çıxa bilmədiyini gördüyümüzə görə, o insanları qınaya bilmirik.

      Tətbiq olunan Alman hərbi təhsili, zabitlər içində bağlı bir sistem meydana gətirmiş və fərqli bir sinif şüuru Respublika dövründə də davam etmişdir. Hələ də də ordunun təməl məsələsi, bütün parlaq nitqlərə baxmayaraq, sivil xalqla inteqrasiya oluna bilməməsidir. Bu, öz xalqına yadlaşmanın təsiriylə, zabitlər, xüsusilə, qərargah zabitləri, hər şeyi bildikləri qənaətindədirlər və çox oxumaq gərəyi də duymazlar. Çalxantılar içindəki Osmanlı cəmiyyətində milli müqəddəslərindən ilk şübhəyə düşənlər və dini həyəcan və həyatları zəifləyənlər də onlardır. Daha sonrakı 31 Mart Hərəkatında zabitlərin bu cür mövqelərinə qarşı şikayətləri çox görüləcək. Onlar, azadlıq üçün çalışırdılar, halbuki xalq oralarda deyildi, xalqın belə bir problemi yox idi.

      Milli iradə ən məşhur şüarlardan biri olmaqla birlikdə sonrakı Hökumət dövründə də milli iradəyə çox diqqət edən yoxdur. Çünki, başda İttihad Tərəqqi Partiyası olmaq üzrə çıxış və dayaqları ordudur. Hərəkətin mühərrik gücünü meydana gətirən gənc zabitlərə baxıldığında, Ənvər Bəy daxil, Hökumət və Məclis məsələsinin təməl məsələni meydana gətirmədiyi, əsl itələyici gücün vətən-millət-dövlət sevgisində mərkəzləşmiş millətçilik olduğu görülür. Hökumət sonrakı işdir və dövlətin-millətin qürurunu qoruya bilməyən iqtidarın dəyişdirilməsi üçün lazımlıdır. Bu partiyanın seçki müvəffəqiyyətləri mənsublarının fövqəladə təşkilatlanma güclərində axtarılmalıdır; mədəniyyət və iman olaraq xalqla tam inteqrasiya olunduqlarını söyləmək çətindir. Ancaq burada da adı qoyulmamış olsa da, millətçilik duyğularının İttihad Tərəqqini xalqla inteqrasiya edən təməl faktorlardan olduğunu düşünmək lazımdır. Xüsusilə, böhranlı dövrlərdə – davamlı elə idi– qabaran millətçilik duyğuları xalqı bu partiyaya yönəldirdi.

      Ordu içində, maaş azlığı və ödənişlərin zamanında ödənə bilməməsi, qalxma və təyinlərdəki axsaqlıqlar kimi, az qala hər zabiti maraqlandıran fərdi problemlər də şişirdilərək bir təbliğat və narahatlıq vəsaiti olaraq istifadə edilməkdədir. İstanbuldakı paşa uşaqlarının, yaxud saraya yaxın olanların rütbə, ödəniş və rifah içində üzdükləri hekayələri ən çox təsiredici olanlarıdır. Necə ki Hökumətin elanından sonra edilən ilk borclanmada xəzinəyə girən pulu, zabitlərin maaşlarına yönəldirlər. (T. Alkan, haqqında danışılan əsər, s. 48)

      Əsgərlərin siyasətin birbaşa mərkəzində olması, əslində ordu mənsublarını da narahat etməkdədir. Eyni zamanda Cəmiyyət, yaxud Partiya içində istər-istəməz əsgər-vətəndaş ayrımına və çəkişmələrinə gətirib çıxarmaqdadır. Əsasən xaricdə olan əsgər-vətəndaş bölünmüşlüyü, partiyaya da bir ölçüdə əks olunmuşdur.

      İttihad Tərəqqinin 1909-cu il Selanik Konqresində bu mövzu gündəmə gəlir. Mustafa Kamal Bəyin, qəti qərarlar alınması və ordudan siyasətin uzaqlaşdırılması fikri ümumi qəbul olunar ancaq, hərəkada bu çətinliklərin aşılması asan deyil. İttihad Tərəqqi siyasi mübarizəsinə davam etməkdədir və dayağı, ən böyük gücü ordudur. Belə ki, “İttihad Tərəqqinin ordusu” yerinə “Ordunun İttihad Tərəqqisi” deməyin daha doğru olacağı deyilmişdir. Ordunun, həqiqətən, siyasətdən təmizlənilməsi halında, Cəmiyyət yaxud Partiya, gücünü nə ölçüdə qoruya biləcək? Hökuməti elan etdirən və Sultan Həmidi taxtından endirən gücün, son təhlildə ordu olduğunu hər kəs bilməkdədir. O günlərdə Paris mərkəzli “İttihad və Tərəqqi Cəmiyyəti”nin hadisədən xəbərdar belə olmadığı deyilə bilməkdədir. (T. Alkan, haqqında danışılan əsər, s. 70-71) Sultan II. Əbdülhəmidə qarşı icra edilən fövqəladə üslubsuz, çirkin və heç bir qayda tanımayan mübarizə üsulu indi Hökumətin siyasi mühitinə daşınmışdır. Hələ kifayət qədər qavranıla bilməmiş, həzm edilməmiş bir siyasət mühitində, bu nizamsız mübarizələr içində, öz iqtidarlarından qeyri həll tanımayan təşkilatlar və insanlar belə bir gücdən imtina edə bilərlərmi?

      31 Mart hadisələrinin də xəbərdarlıqlarıyla, bu mövzuda zehnən bir addım daha atılar və ordunun siyasətdən uzaq dayanması, ancaq Hökumət və azadlığı qorumaq mövzusunda müşahidəçi və qoruyucu – hökumət və azadlıq – olması fikri ağırlıq Kazanır. Bu gün, o günlərdən yüz il sonra Ordunun hələ Respublika və СКАЧАТЬ