Görünür ki, xarici kitab yaxud qəzetlərdən öyrənilmiş, heç bir mədəni təcrübəyə söykənməyən nəzəri doğruların təbliğatı, gənc zabitlərin ayaqlarını yerdən kəsmiş, həqiqət duyğularını zədələmişdir. Bu insanlar ancaq Məclis açılıb, Balkanlarda döyüşdükləri insanları o dam altına daşıdıqlarını gördüklərində oyanmağa başlayacaqdılar. Buna demokratiya mədəniyyətinə xarici insanların ortaya çıxan ehtirasları da əlavə olununca, işin təhlükə ölçüsünü fərqinə vara biləcəkdilər. İnönü belə davam edir:
"Əməl və duyğuların əsil, təmiz mahiyyətləriylə, sonrakı hadisələrin gətirdiyi xəyal qırıqlıqları və müvəffəqiyyətsizliklər insanı dəhşətə gətirir. Məmləkətin siyasi mədəniyyətdən ağrılı dərəcədə məhrum olan kimsə fərqində deyildi. Vətənpərvərlik timsalında insanların yeni iqbal şərtlərində nə hala gələcəkləri heç təxmin edilmirdi. “Qanun-i Esasi” sözü sehr kimi təsir edirdi." (İnönü, haqqında danışılan əsər, s. 47)
Bu işlərin fərqində olan Sultan Həmid və bəlkə, ətrafındakı bəzi insanlar idi; onların da zabitlər fərqində deyildilər…
Paylaşma planının ortaya çıxması, vətənpərvər zabitləri özündən çıxarmış, nə ediləcəksə, bir an əvvəl edilməsi lazım olduğu fikrini qüvvətləndirmişdilər. Bir tərəfdən də gözlər Almaniyaya çevrilir; tək ümid orada qalmışdır. Sultan Həmid, Sədrəzəmini Alman səfirliyinə göndərərək nə düşündüklərini öyrənməyə çalışır.
Ənvər bəy dağa çıxır
Ənvər bəy Monastıra gələndə Sarayın kəşfiyyat işlərinin möhkəmləndiyini və artıq ondan da şübhə edildiyini anlyır. Ümumi müfəttiş Hilmi Paşa, Nazim Bəyin yoldaşı olan bacısını Selanikdən İstanbula aparması üçün əmr gəldiyini və bu səbəblə ona icazə verildiyini söyləyər. Ənvər bəy şübhələnir. Bu vaxt topçu alayı müftisi və zabitlərindən Hacı Nazmi bəyin İstanbula sorğuya çağrıldıqları və təşkilat barədə xəbər verdikləri şübhəsi doğulur. Müfəttiş Paşa Ənvərə yol pulunu verib, bacısını da götürərək tez bir zamanda İstanbula getməsini söyləyir. Ənvər bəy Selanikə gəlir. Burada iyunun doqquzunda “Qışla Meydanı”na baxan evlərinin üst mərtəbəsində Mərkəzi-Ümumi toplanır; İstanbula gedib-getməməsi müzakirə edilir. Sonunda, getməməsi və dağa çıxması qərarı verilir. "Lakin gününü hələ təyin edə bilməmişdik."
Reval görüşməsinin baş tutduğu gün, Ənvər bəy, hərbi formasını soyunaraq dağa çıxacaq və ətrafında yığacağı Osmanlılarla Sultan II Əbdülhəmid Xanı Hökuməti elan etməsi üçün məcbur edəcəkdi. Selanikdədir; Fəthi Bəy, "Bu işdə ilk addımı atmağı Allah sənə nəsib etdi, – demişdi, – bu addımı atdıran Allaha tam təvəkkül ilə mən də irəliləyəcəkdim".
Mayor Ənvər silahlı qiyamı elan edir.
"İyunun on iki və on üçüncü cümə axşamı və cümə günləri arasındakı gecədə artıq Selaniki, ailəmi, maddi gələcəyimi tərk edərək, yalnız xalqdan bir fərd kimi, Hökumətin bütün qüvvəsinə qarşı açıq-aşkar silahlı olaraq üsyan elan edirdim. Lakin əvvəl Allaha və Peyğəmbərə sonra da Cəmiyyəti-mizin Təşkilatına Hökumətin zülmündən bizar olan millətə güvənim tam olduğundan vətənin gələcəyini çox parlaq görür, bunun üçün mənim maddi olaraq qaralan gələcəyimin zülmətinə əhəmiyyət vermirdim".
Mindiyi avtomobil gecənin qaranlığında Monastıra doğru yola çıxır. Belə davam edir:
"Vardar qapısından çıxarkən nişanlarımı sökdüm. Bir az kədərliydim. Bütün köhnə xəyallarım yaxşı, böyük bir əsgər olmaq idi. Halbuki bu andan etibarən artıq bir heç idim. Kim bilir harada və hansı güllə ilə vurularaq kim bilir haralarda qalacaq və üsyankar deyə bir küncə atılacaqdım".
Yenə də bəzilərinin onu anlayıb arxasından bir fatihə oxuyacağına ümidi vardır.
Fəthi Okyar deyir ki, Ənvər bəyin dağa çıxması ayrı bir xüsusiyyət daşıyırdı. "Beləliklə, orduların ən həyati mihraklarında olan qərargah zabitlərinin hərəkatı başlayırdı." (Okyar, haqqında danışılan əsər, s. 11)
Yenicəyə gəlir. Burada Karacaovadakı əmisi kolağası Xəlil bəyə xəbər göndərərək onu qarşılamasını istəyir. Xəlil Bəy kiçik bir birliklə gəlir.
"On nəfərlik bir atlı birliklə ulduzlu bir gecədə Yenicəni tərk etdim… Bütün təchizatım mükəmməl idi. Bir vaxt şiddətlə izlədiyim üsyan dəstələrinin rəislərinə bənzəmişdim. Hökumət nəzərində artıq onlarla eyni idim".
Ənvər bəyin yazdığına görə İstanbulu hökumət elanına məcbur etmək üçün ən kəsə yolun, ümumi bir qiyam olduğunda qəti bir qənaəti vardı, amma Mərkəzi-Ümuminin bu mövzuda qəti bir qərar və planı yox idi.
Karacaovada Teymur bəyin fermasına enirlər. Yenidən paltar dəyişdirir.
"Silahlarımı, paltarlarımı çıxardım. Ağ potur, qırmızı qurşaq və mintan, fəs, rəngli fermele – bir növ plaş – ilə artıq tamamıyla bir Kayalarlı Türk ağası olmuşdum. Adım da Əhməd dayı oldu." (Çingiz, haqqında danışılan əsər, s. 98)
Buradaykən onun qədər qorxusuz və döyüşkən başqa bir Osmanlı zabiti Resneli Niyazi bəyin də dağa çıxdığı xəbərini alır. Niyazi bəyin Monastır ətrafında lazımlı təsirini düşünərək özü Tikveş tərəfinə yönəlir. Uzun və yorucu bir dağ yoluna girir. "Artıq Bolqar qiyamında fövqəladə ziyana səbəb olmuş olan və Bolqar dəstələrinin yolu olan qayalıqla meşələrə girmişdik. Dəstəmiz iyirmi adamdan ibarət idi. Birliyimiz səssizcə dar yolda irəliləyirdi." Tikveşə çatırlar.
Ənvər bəy fərdi gələcəyi baxımından gəmiləri yandırmış və irəli atılmışdır; ancaq, ailəsi haqqındakı tərəddüdləri onu rahat buraxmır. Tikveşə gələn Kolağası Mustafa Kamal o gecə orada qalır və özünə bir neçə məktubla birlikdə Selanikdəki Mərkəzi-Ümumi tərəfindən Osmanlı Tərəqqi və İttihad Cəmiyyətinin Rumeli ümumi müfəttişi təyin edildiyinə dair bir sənəd verir. Məktubların biri anası Aişə xanımdandır; "Ənvərim, başladığın işi bitirmədən СКАЧАТЬ