Ölkənin bir çox yerində nümayişlər keçirməyə, boş-boş çıxışlar edib əsassız istəklər irəli sürülməyə başlanmışdı. İdarəçilik çaşqın və qərarsız qalmışdır. İttihad və Tərəqqi mərkəzi də bu nümayişlərdən bezgindir və nəzarətin əllərindən çıxmaqda olduğunu görməkdədir. Bir məlumat yayımlayaraq hər kəsin qanunlara hörmətli olaraq işiylə gücüylə məşğul olmasını, əksinə hərəkət edənlərin böyük məsuliyyət daşıyacaqlarını bildirirdilər.
* * *
Meşrutiyetin ilk Hökuməti, Sait Paşa kabineti çox qısa bir müddət içində istefa verir. Kamil Paşanın üçüncü baş nazirliyi 5 Avqust 1908-ci ildə başlayır. İttihad Tərəqqi bir məlumat yayaraq Kamil Paşa Hökumətinə tam dəstək verdikləri, “Qanuni Əsasi”yə uyğun bir idarə qurulacağı, büdcənin düzəldiləcəyi, Tənzimatdan etibarən heç cür tətbiq oluna bilməyən, xristian vətəndaşların da hərbi xidmətə çağrılacağı, idarəetmədə islahat ediləcəyi açıqlanar. Xristianların hərbi xidmətə cəlb ediləcəyi xəbəri müsəlmanları da, müsəlman olmayanları da narahat edir.
Osmanlının itkiləri də artmağa başlamışdır. Hökumətin qeyri-müsəlmanlar üçün bir addım olmaqdan kənar məna daşımadığı, bəlkə, hələ aydın ola bilməmişdi; amma, Avstriya İmparatorluğu Bosnya-Hersoqaviniyanı 5 sentyabrda ilhaq etmiş, Bolqarıstan isə 13 Sentyabr 1908-ci ildə müstəqilliyini elan edərək Bolqar krallığı olmuşdu. Baş nazir olan Kamil Paşa əsgər yoxluğundan şikayət edir:
"Əgər avqust ayında Rumelidə hazır qüvvətli bir ordumuz olsaydı, nə Bolqarıstan istiqlalını elan edə bilər, nə Avstriya Bosnya-Hersoqaviniyanı öz məmləkətinə qata bilərdi." (Z. Nur Aksun, haqqında danışılan əsər, c. 5, s. 117)
Çox keçmədən, 5-6 Oktyabr 1908-ci ildə, Osmanlıya id görkəmli Girit adası, Osmanlıların aylarla sürən, "Girit bizim canımız, fəda olsun qanımız!.." qışqırıqlarından sonra Yunanıstana qatıldığını elan etmişdir.
Bu vaxt köhnə seçki üsuluna uyğun olaraq iki dərəcəli seçkilər keçirilir və İttihad Tərəqqi Məclisi Mebusanda üstünlük Kazanır; hər şeyə baxmayaraq təşkilatlı tək güc odur. Ancaq, bir çox əhəmiyyətli hərbiçi İttihadçı Məclisə girə bilmir. Məclisin tərkibi belədir: 288 millət vəkilinin 147-si türk, 60-sı ərəb, 27-si alban, 26-sı rum, 14-ü erməni, 10-u Serb və Bolqar, 4-ü də Yəhudidir. Bu vəziyyəti əvvəldən görən Sultan II Əbdülhəmid Xan, Hökumətin elanına qərar verərkən bunları söyləyirdi:
"Bir hökmdar üçün lazım olan şey məmləkətin mənfəətidir; əgər bu mənfəət “Qanuni Əsasi”nin elanında isə, o da edilir. Lakin, yaxşı tətbiq olunarmı Türkün mənfəəti qorunarmı, burasını təxmin edə bilmirəm. Müxtəlif əməl və fikirlər bəsləyən ünsürlərin toplandıqları yerlərdə, partiya anlaşılmazlıqlarından məmləkətə daim zərər gəlir; bizim ilk Məclisdə bunun acı təcrübələri olmuşdur." (Tahsin Paşadan nəql edən Z. Nur Aksun, haqqında danışılan əsər, c. 5, s. 120)
Hökumət sonrasında Sultan Həmid haqqında da müxtəlif söz-söhbətlər çıxır; bu cür söz-söhbətlərə yurdun hər yanında reaksiyalar verilir.
"Sultan Həmid vəfat edib, yoxsa taxtından endirilib.” Söz-söhbəti Ədirnədə yayılınca, İkinci Ordunun əsgərləri “Atamıza nə oldu? İstanbula gedib öyrənəcəyik” istəyində oldular. Zabitləri, “Əsli olmayan söhbətlərə inanmayın.” deyib və təskinlik çalışsalar da, ‘”Bölüklərdəki qardaşlarımız İstanbula getsin, Atamızı görməklə bizi təmin etsin.” təklifində müqavimət göstərmişlər. Bu vaxt bir Kolağasının, “Padşahım çox yaşa!” lövhəsini cırıb, ağzına gələni danışması Yanıkkışladakı əsgərləri qiyam qaldırır; “Atamızı görəcəyik”deyə israr edirlər. İstanbula göndərilmək məcburiyyətində qalınan üç yüz əsgər, dəlil olaraq, “Ulduz Sarayı”nın qarşısında, Padşahı şəxsən görmüş və dualar edərək Ədirnəyə geri dönmüşdülər." (Z. Nur Aksun, haqqında danışılan əsər, c. 5, s. 124)
İttihad Tərəqqi Mərkəzi-Ümumisi də, Məclisin xaricində ayrı bir güc mərkəzi olaraq işə davam edir. Kamil Paşa, əvvəllər İttihad Tərəqqinin gücünü Padşaha qarşı bir tarazlıq ünsürü olaraq istifadə etməyə çalışır. Məclis açıldıqdan sonra, onlardan əl çəkərək əsgərin siyasətdən kənar tutulması ilə maraqlanır. Savaş və Dənizçilik nazirlərini dəyişdirir. Cəmiyyət isə Kamil Paşa əleyhinə təbliğatlara başlayır. Nəhayət, Kamil Paşa Hökuməti, Məclisdə verilən etibarsızlıq təklifiylə 13 fevral 1909-cu ildə buraxılır. Sabahısı gün, Hüseyn Hilmi Paşa Hökuməti qurulur. Mətbuat İttihadçılar əleyhində nəşrlərini sərtləşdirərək artırır. Bu vaxt İttihad Tərəqqinin məcbur etməsiylə, köhnə Saray gö-zətçilərindən qalan bəzi dəstələr Selanik və Suriyaya göndərilir. Aprel ayında “Sərbəsti” qəzeti yazarı Həsən Fəhmi vurulur. Qəzetlər İttihadçı millət vəkillərinə od püskürür:
"Vətən bu xainlərin müstəbid əllərindən qurtarılmalıdır".
Elə bu ərəfədə “Otuz bir mart hadisəsi” deyilən hərəkat başlayır.
Hökumətin 3-cü Ordunun əsəri olduğunu düşünən və İstanbuldakı I Orduya güvənməyənlər, III Ordudan üç Ovçu batalyonu gətirdərək Taşkışlaya yerləşdirirlər. Bu batalyonlar Saray ətrafındakı qüvvələrdən lazım gələndə Hökuməti müdafiə edəcəkdilər. 13 Aprel 1909-cu ildə köhnə təqvimlə 31 Martda Ovçu batalyonları zabitlərinin din-diyanət tanımadıqları, özlərini aldatdıqları səbəbiylə qiyam qaldırırlar. Hadisənin əsil səbəbləri hələ mübahisə mövzusu olsa da, bu alaydakı zabitlərin də qarışdığı, rütbəsiz əsgərlərin məktəbli za-bitlərə qarşı duyduğu narazılığın bir partlayışı idi. Nizamlı, müəyyən hədəflərə istiqamətli planlı bir hərəkat olduğu deyilə bilməz. Ancaq, hərəkat haqqında sonradan yazan İttihadçılar (Cəlal Bayar kimi) belə göstərməyə cəhd göstəriblər. Hərəkat içindəki alaylı zabitlər Məclisə müraciət edərək alaylı-məktəbli ayrımının qaldırılmasını və şəxsi hüquqlarının düzəldilməsini istəmişlər. O gün üçün hökumətçilər öz strukturlarına etibarsız yanaşdıqlarından, hadi-səni olduğundan böyük görmüş və göstərmişlər. Hərəkat, Padşaha bağlı və hökumətçilərə qarşı bir görünüş verməkdədir. Ziya Göyalp bu hərəkatı, cəmiyyətin canlılığını göstərən sağlam bir reaksiya olaraq qiymətləndirir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, СКАЧАТЬ