Sükutdan sitat. Elçin Şıxlı
Чтение книги онлайн.

Читать онлайн книгу Sükutdan sitat - Elçin Şıxlı страница 8

Название: Sükutdan sitat

Автор: Elçin Şıxlı

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243123 

isbn:

СКАЧАТЬ yazmışdım, yazmışdım ki, millət olaraq birləşib bir işin qulpundan hamılıqla yapışa bilmirik. Sinfimizdə ikitirəlik yaranmışdı – iki qrupa bölünüb haqlı-haqsız davasına çıxmışdıq. Elə ona görə də məktəbdəki mərasim bitər-bitməz hərə haqlı olduğuna tam inamla öz dəstəsinə qoşulub üz tutmuşduq bulvara. Amma özümüzü tox tutmağa çalışsaq da, canımızın yarısı o biri dəstənin uşaqlarının yanında qalmışdı. Elə bulvara çatandan da gözümüz onları axtarırdı. Hər şeyi burnumuzdan gətirmişdik – məktəbi bitirməyimizin kefini çıxara bilmirdik, çünki on il bir olan və bütöv bildiyimiz bir şeyi öz əllərimizlə parçalamışdıq…

      Az sonra üz-üzə gəldik. Yol biriydi, yandan ötüb-keçmək mümkünsüzdü. Qərar qəbul etmək, seçim etmək lazımdı. Bəlkə də, bir çoxumuz həyatının ilk ciddi mənəvi qərarını qəbul etməliydi. O zaman bəxtimiz gətirdi, düzgün qərar verdik – bir-birimizə baxıb sözləşmədən qarşıdakılara əl uzatdıq və əlimiz havada qalmadı, “son zəng”in münasibətlərimizin sonu olmağına imkan vermədik.

      Bu gün, yəni bu yazını yazdığım gün də məktəblərdə “son zəng”dir. On birincilər sevinir, çünki qarşılarında yeni həyat, yeni imkanlar açılır. Hamı planlar qurur – universitetə girmək, oranı bitirmək, işə düzəlmək, nə bilim ailə qurmaq və daha nələr-nələr.

      Televiziya kanallarındakı reportajlara yoldaşımla birlikdə baxırdıq. Hərə öz aləmində idi. Birdən yoldaşım dedi ki, gör uşaqlar bir-birinə nə arzu edir? Nə demək istədiyini az sonra anladım. Hamı bir-birinə və özünə yalnız və yalnız universitetə daxil olmağı arzulayırdı. İndi deyəcəksiniz ki, burda nə var axı? Gözəl və normal bir arzudur. Tamamilə razıyam. Elə biz də vaxtilə bir-birimizə ali məktəbə daxil olmağı arzulayırdıq. Elə daxil olduq da, amma heç də hamımız adam ola bilmədik. Bunu bu gün “son zəng” günü dərk etdim. Vaxtilə “son zəng”də bir-birimizə adam olmağı da arzulasaydıq, indi həyatımız, ətrafda baş verənlər və ətrafdakılardan bir xeyli razı olar və indi “son zəng”in kiminçünsə “əcəl zəngi”nə çevriləcəyindən qorxmazdıq.

      Adam olmaq arzusu və ümidləriylə “ZƏNGİN” mübarək, millət!

05.06.2013

      “Son çağrı”

      Arif Əliyevin peşəkar jurnalist olduğunu bilənlər, yəqin ki, onun roman-reportaj üslubunda bədii əsər yazdığını eşidəndə öz-özlərinə ”bu elə məhz jurnalistin müraciət etməli olduğu bir janrdır” deyiblər. Bəlkə də, bunda bir həqiqət var, çünki yazıçılar arasında o qədər də geniş yayılmamış bu yazı üslubunun özünəməxsus üstünlükləri və bəzən də mübahisə doğuran özəllikləri vardır. Ən ilkin və dəqiq jurnalistika janrlarından olan reportajda, adətən, müəllif fikri arxa planda qalır və oxucunun diqqəti quru faktlara yönəldilir. Müəllif mövqeyi, janrın tələblərinə görə, hardasa itib-batır, çünki jurnalist guya tərəfsiz olmalıdır. ”Euronews” kanalının məşhur “No comment”, yəni “şərhsiz” reportajları söylənənlərə gözəl illüstrasiya ola bilər.

      Belə bir fikir var ki, jurnalisti klassik yazıçıdan fərqləndirən əsas məqamlardan biri onun faktlarla işləmək vərdişinin bədii təxəyyülü üstələməsi, təsvirlərinin canlı deyil, qəzet üslubundan irəli gələn quruluğudur. Bununla razılaşmaq da olar, olmamaq da. Məsələn, jurnalistikanın, mənim aləmimdə, dünyaya bağışladığı ən böyük və parlaq yazıçılardan olan Ernest Heminqueyin əsərlərinin böyük əksəriyyəti avtobioqrafikliyi, həyatiliyi ilə seçilir və gerçək faktlar yazıçının daxili aləminin süzgəcindən keçərək oxucuya təqdim olunur. Yazıçı ustalığı oxucunu az qala özünü hadisələrin bilavasitə iştirakçısı kimi hiss etməyə vadar edir, çünki təsvir olunanlar faktoloji cəhətdən reportaj qədər doğru, təsvirlərsə sünilikdən uzaq olduğu üçün həyat kimi sərt, eyni zamanda gözəl və tanışdır. Elə buna görə də Heminqueyin təsvir etdikləri heç kimdə şübhə doğurmur.

      Arif Əliyevin “Son çağrı”sını oxuduqca müasirlərimizin bir qismi özünü tanıyacaq, bir qismi görüb-eşitdiklərini bir daha xatırlayacaq, gənclərsə həmin hadisələrin şahidi olmuş böyüklərindən nəyin “reportaj”, nəyinsə yazıçı təxəyyülünün məhsulu olduğunu ayırd etməyə çalışacaqlar. İstənilən halda “Son çağrı”nın kimisə biganə qoya biləcəyinə inanmıram.

      Əsəri oxumağa başlayanda, adətən, onun adına fikir vermirəm, daha doğrusu, məğzinə varmıram, çünki söhbətin nədən getdiyini, müəllifin adla əslində nə demək istədiyini öyrənmək üçün əsəri oxumaq lazımdır. Ona görə də Arif Əliyevin romanının adını “Son çağrı” qoymaqla nə demək istədiyi barədə düşünməyə lüzum görmədim. Bir yandan da əslində Azərbaycan türkcəsində belə bir ifadə yoxdur, hər halda, son zamanlaradək bunun nə demək olduğunu çoxumuz bilmirdik.

      “ – Dilləri bizim dilə çox oxşayır. Amma qəribə sözləri var: “yolçu”, “çağrı”…

      – “Yolçu”, yəni yol adamı, sərnişin, “çağrı”, yəni çağırış. Bilirsən, mənim bu ifadədən çox xoşum gəlir: “Son çağrı”. Gözəl deyimdir, onda faciəvi bir aydınlıq var”.

      Bu, əsərin iki qəhrəmanının, daha doğrusu, baş qəhrəmanın öz-özüylə söhbətindən bir parçadır. Müəllif əsəri roman-reportaj janrında yazsa da, “Son çağrı” bədii təxəyyüldən irəli gələn fantasmaqorik bünövrəyə söykənir. Yəni bu reportaj dediyimiz romanı iri və pərli-budaqlı ağaca bənzətsək, onun gövdəsi özəyində baş qəhrəman Asif və onun mənindən irəli gələn daxili dünyasının mentoru balaca Asifdir. Fantasmaqorik bir metoda əl atan müəllif, zənnimcə, çox maraqlı bir ədəbi priyomdan istifadə edib. Böyük Asif gerçək həyatı yaşayır, romanın reportaj hissəsini yaradır, balaca Asifsə, yəni onun uşaqlıqdan gələn özü, hələ saf, pak, həyat çirkabına bulaşmayan bir növ vicdanı, böyük Asifin bütün həyatı boyu yolunu azmasın deyə qulağında sırğa olan kiçik zəngi, həddini aşdığında isə son çağrısıdır. Asif prezidentin mətbuat katibi işləyəndə və dünyanı vəzifə kabinetinin pəncərələrindən baxaraq yanlış qavramaq təhlükəsi ilə üzləşəndə balaca Asif məhz həmin pəncərədən həyat həqiqətlərini elə özü kimi çılpaqcasına içəri gətirir, növbəti dəfə xəbərdarlıq edir. Xəbərdarlıqların sayı isə məhduddur. Əslində, Asif həyatı boyu öz məninə xəyanət etmir, insan kimi, vicdanının əmri, ətrafı və yaxınlarının dincliyini düşünərək hərəkət edir. Amma həyat amansızdır, nə qədər öz məninə xəyanət etmədən yaşamaq istəyirsənsə, bir o qədər də əziyyət çəkirsən, düşünürsən ki, doğrudanmı insanlar özlərinə düşmən kəsildiklərinin fərqində deyillər? Onları oyatmağa, özlərinə gəlməyə çağırırsan. Alınırmı? Səni eşidən olurmu? Dediklərin və etdiklərin kimisə düşündürürmü? Ümumiyyətlə, bu kiməsə lazımdırmı? Bu sualları hərə bir cür anlayır və ona görə də hərənin özünə görə cavabı olur. Bir çoxlarınınsa ağlına heç belə suallar da gəlmir və ona görə də onların yanına nə “balaca mənləri” gəlir, nə də hədlərini aşdıqlarını СКАЧАТЬ