Sükutdan sitat. Elçin Şıxlı
Чтение книги онлайн.

Читать онлайн книгу Sükutdan sitat - Elçin Şıxlı страница 10

Название: Sükutdan sitat

Автор: Elçin Şıxlı

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243123 

isbn:

СКАЧАТЬ onlara qahmar çıxdımı? Yox, çıxmadı. Nə Rafiq Əliyevə, nə Əkrəm Əylisliyə, nə Rüstəm İbrahimbəyova, nə Rasim Balayevə… Siyahını uzatmaq da olar. Cəmiyyət qalsın bir yana, onları heç həmkarları da müdafiə etmədi. Hətta toplumda Rasim Balayevə qarşı bir ikrah da yarandı ki, Nəsimimə, Babəkimə bax. Bunu orda-burda dedilər, ortalığa çıxmağa cürət etmədilər, unutdular ki, Rasim Balayev, sadəcə, aktyordur. Bir də onu unutdular ki, Nəsimini Nəsimi, Babəki Babək edən toplum olub, xalq olub. ”Nəsimi” filminin final səhnəsini xatırlasaq, görərik ki, onun yerinə dərisinin soyulmasına razı olanlar bir meydan qədər idi və Nəsiminin də bu günə qədər millətə örnək ola bilməsinin səbəbi onun xalqa inamından və canını da əbəs yerə fəda etmədiyi əminliyindən irəli gəlir. Bəs bizdə bu inam varmı? Yoxdur, çünki ADAM sosioloji xidmətinin 2012-ci ilin sentyabrında keçirdiyi sorğu nəticəsində məlum olub ki, respondentlərin 61,2 %-i Azərbaycanı həmişəlik, ya da müvəqqəti tərk etmək istəyir. Sizcə, belə bir cəmiyyətdə Nəsimi və ya Babək olmaq istəyən tapılarmı? Ritorik sualdır…

      Belə görünür ki, Azərbaycan da, lap elə Rusiya kimi, öz mədəniyyəti ilə vidalaşır. Özü də bu vidalaşma artıq yuxarıdan gələn sifariş deyil, cəmiyyətin mahiyyətindən irəli gələn bir biabırçılıqdır. Ona görə biabırçılıqdır ki, cəmiyyət kimi bir məfhum nəyəsə vida edirsə, adətən, daha mükəmməl bir şeyə doğru mənən yüksəlmək üçün edir. Bizdə isə bunun heç bir ünsürü gözə dəymir.

      Bu həftə, iyunun 26-da Milli Ordumuzun yaradılmasının 95 illiyini möhtəşəm hərbi paradla qeyd etdik. Ordumuzun təməlini qoyanlardan biri, bəlkə də, ən birincisi general Əli ağa Şıxlinski 1918-ci il fevralın 20-də Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir: “Azərbaycanlılar həmişəlik yadda saxlamalıdırlar ki, doğma ordu xeyriyyə evi deyildir və ondan ötrü mövcud deyil ki, hər bir azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun. O, vətənin dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır.

      Özünün xırda şəxsi maraqlarını doğma diyarın və öz xalqının maraqlarından üstün tutan adamların qiyməti çox deyil və ordu təəssüf etmədən onlarla vidalaşır. Özlərini düşünən mənasız adamlar ordunun işini artırmasınlar. Belə insanların heç bir dövlət xidmətində faydası olmayacaq”.

      Təməlini qoyduğu ordunun təkcə parad həyatını deyil, gündəlik həyatını da görsəydi, qoca general, yəqin ki, hələ keçən əsrin əvvəlində dediyi bu sözlərin hələ də aktuallığını itirmədiyinə çox təəssüflənərdi…

09.07.2013

      Ərəb payızı

      Misir ordusu hakimiyyəti ələ aldığını elan edər-etməz prezident Məhəmməd Mursi tərəfdarlarına səslənərək vəzifəsindən getmək fikrində olmadığını bildirdi və onları çevriliş edən orduya qarşı itaətsizliyə çağırdı və Təhrirə toplaşan əleyhdarlarıyla Adeviye meydanında kükrəyən tərəfdarlarını qarşı-qarşıya qoydu. Misir vətəndaş savaşı astanasındadır. Beləliklə, “ərəb baharı” rüzgarıyla hakimiyyətə gələn Məhəmməd Mursi elə xalq etirazları dalğasıyla da vəzifə kürsüsündən süpürülməkdədir. Əslində, bu bir hərbi çevrilişdir, amma ordu, millət ayağa qalxmasaydı, heç bir şey edə bilməzdi.

      Bu gün Frensis Skot Fitsceraldın “Möhtəşəm Getsbi”sini bir daha oxuyub bitirdim. Personajların birinin həyatıyla bağlı söylədiyi adi bir fikir mənə tək bir Misirdə deyil, elə indi olduğum Türkiyə və Azərbaycanda da baş verənlərin tərifini verir – naşı sürücü yalnız digər naşı ilə qarşılaşanadək təhlükəsizlikdə ola bilər. Misirdə, deyəsən, artıq naşılar bir-birini tapıb.

      “Ərəb baharı”nı dünyagörüşündən asılı olaraq hərə bir cür yozur. Məncə isə bu bir ictimai-siyasi formasiya dəyişikliyidir, amma təbii ki, həmin məfhumun klassik anlamında deyil. Bu halda söhbət həyat tərzlərinin toqquşmasından gedir. “Ərəb baharı”nın əsas kütləsini təşkil edən və bu prosesi doğuranlar, əsasən, Avropa ölkələrində təhsil almış, yaxud çalışmış və yaşamış gənc adamlardır. Onlar ya orada özlərinə iş tapa bilməyib vətənə dönənlər, ya da təhsil alandan sonra biliklərini ölkələrində tətbiq etmək həvəsiylə geriyə qayıdaraq nə öyrəndiklərinin, nə də özlərinin bir kimsəyə lazım olduqlarını anlayanlardır. Onlar nə geriyə qayıda bilirlər, nə də doğma məmləkətlərindəki kiflənmiş, konservativ, dəyişmək, yenilənmək istəməyən cəmiyyətdə yaşaya, çünki artıq “balonda gəzməyin” ləzzətini görüblər. Və bu kütlə kritik həddə çatanda küçələrə tökülüşərək meydanları doldurdu. İstəklərinə çatdılar, amma baş verənləri, avtoritar ölkə başçılarının əsl yarpaq tökümü başlasa da, nədənsə bahar adlandırdılar. Hərçənd Misirdəki hadisələr göstərir ki, uzunömürlü avtoritar rejimlər özlərindən sonra sistemli və konstruktiv müxalifət deyilə biləcək bir şey belə qoymurlar. Nəticədə həyatlarını yaxşılığa doğru dəyişmək istəyənlərin başına digər naşı və məhz bu keyfiyyətlərindən də irəli gələn yeni diktatorlar gəlir. Çünki onlar da həmin rejimin suyunu içiblər. Deyəcəksiniz ki, bəs bu inqilaba təkan verənlər nə üçün hakimiyyətə gəlmədilər? Cavab sadədir: çünki onlar ölkəni idarə etmək yox, ölkəni dəyişmək və öz istədikləri kimi sərbəst yaşaya biləcəkləri bir cəmiyyətdə olmaq istəyirlər.

      Ərəb dünyasının, o cümlədən də daha yaxşı və təminatlı həyata can atan digər müsəlman ölkələrinin daha bir çətinliyi islamdan irəli gələn doqmatizmdir. Şəxsən mən islamı hər bir müsəlman üçün bir konstitusiya və bunun məntiqi davamı kimi həyat tərzi bilirəm. Amma iş orasındadır ki, doqmalarla əbədi olaraq yaşamaq mümkün deyil. Hər bir şey mükəmməlləşdirildiyi, yeni şəraitə uyğunlaşdırıldığı kimi, islam da bir inanc və həyat fəlsəfəsi kimi inkişaf etdirilməlidir, əks halda müsəlman dünyası müasir çağırışlara cavab vermək və yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkəcək və elə öz daxilindəcə onun dəyərlərinin daşıyıcıları olanların həyat tərzlərinin toqquşmalarına şahidlik edəcəkdir.

12.07.2013

      Yakudza

      Sabah Mətbuat Şurasının VI qurultayı keçirilməlidir. Sabah yazmağımı səhv kimi qavramayın, çünki yazını qurultaydan bir gün əvvəl yazmağa başlamışdım. Nə vaxt bitirəcəyimi isə bilmirəm. Bəlkə də, onun son nöqtəsini qurultaydan sonra qoyacam. Hələliksə qurultay sabah olacaq…

      10 il əvvəl Mətbuat Şurasının təsis qurultayında Azərbaycan Jurnalistlər Birliyinin sədri, ağsaqqalımız Hacı Hacıyev tədbirin Azərbaycan jurnalistlərinin qurultayı adlandırılmasına etiraz edib deyəndə ki, jurnalistlərin I qurultayı 1959-cu ildə keçirilib, rəhmətliyin sözünü elə içi mən qarışıq qəribçiliyə saldıq. Elə bilirdik ki, birinci elə özümüzük. Dünya-aləm olmayan yerdə tarixini qədimləşdirir, bizsə tərsinə edirik. Elə bütün işlərimiz kimi. Sabahsa heç kimə sübut edə bilməyəcəyik ki, Azərbaycan jurnalistlərinin I qurultayı 2003-cü ildə yox, 1959-cu ildə olub.

      Bu ayın 22-də СКАЧАТЬ