Qafqaz qaçaqları. Ali Kafkasyalı
Чтение книги онлайн.

Читать онлайн книгу Qafqaz qaçaqları - Ali Kafkasyalı страница 6

Название: Qafqaz qaçaqları

Автор: Ali Kafkasyalı

Издательство: ЖекаПринт

Жанр:

Серия:

isbn: 978-9952-8451-1-3

isbn:

СКАЧАТЬ Məhəmməd ağa, bizim başımıza gələnlərdən siz necə, haradan xəbər tutdunuz?

      Qarabağlı Məhəmməd:

      – Necə xəbərimiz olmasın? Biz Gürcüstan türkləri sizinlə nəfəs alırıq, gözümüz, qulağımız sizdədir. Qırmızı Ordu əvvəlki gecə Qazaxdan yeriyib gürcü birliklərini qabağına qataraq Tiflisə doğru irəliləyəndə yolunun üstündəki bütün milli birlikləri də qılıncdan keçirib. Qırmızı Ordunun törətdiyi bu vəhşiliyi indi bütün dünya danışır.

      Tomtullu Əmiraslan:

      – Bolşeviklərdən bundan başqa nə gözlənilir ki, – dedi. – Onlar üçün özlərindən olmayan hər kəs düşməndir. Bir insan və ya bir xalq Qırmızı Ordunun cərgəsində olmadıqdan sonra hansı sırada yer tutursa-tutsun onlar üçün düşməndir, dağıdılmalıdır, məhv edilməlidir.

      Qarabağlı Məhəmməd:

      – Doğru deyirsiniz. Bolşeviklərin çar hökumətindən fərqi yoxdur. Eyni yolla gedirlər. Əvvəlcə erməniləri, gürcüləri üstümüzə saldılar, kəndlərimizi işğal etdirdilər, sonra da guya onları cəzalandırmaq adı altında, bizi gürcülərin əlindən qurtarmaq adı ilə yenə bizimkiləri qırğına verdilər. Üzdə elə göstərdilər ki, guya bizi xilas elədilər, əslində isə ölkəmizi işğal elədilər, öz hakimiyyətlərinin altına aldılar.

      Tomtullu Əmiraslan:

      – Üstəlik də aqibəti bəlli olmayan bir işğalın altına aldılar. Bolşeviklərin işğal elədikləri yerlərdə törətdikləri əməllər göstərir ki, bunların soyğunları və talanları gürcülərdən və ermənilərdən betər olacaq. İndiyə qədər heç bir dövrdə və ölkədə görünməmiş dövlət talanı törədəcəklər. Hər şeyimizi əlimizdən alacaqlar. Mal-qoyunlarımızı, qiymətli əşyalarımızı, evimizi, əkin yerlərimizi, biçənəklərimizi, xülasə, nəyimiz varsa hamısını alıb, guya dövlət malına çevirəcəklər. Bundan da pisi odur ki, insanlarımız məhv ediləcək. İgidlərimiz, alimlərimiz, ziyalılarımız aradan götürüləcək.

      Avsəlimoğlu Məhəmməd:

      –Bizim Qarayazı ÇeKa rəisinin xalqa müraciətində dedikləri də elə bunlar idi. Dedi ki, vaxtilə Kommunist Partiyasına üzv olmayan və sovetləşmə prosesində iştirak etməyən şəxslərin yaşamaq haqqı əllərindən alınacaq. Allah axırımızı xeyir eləsin. Bizi heç də yaxşı günlər gözləmir.

      Söhbət uzanıb gedirdi. Qonaqlara sabah veriləcək ehsan məclisinə qalmaları təklif edildi. Onlar gecəni yas evində keçirdilər.

* * *

      Sabah tezdən hamı hərəkətə gəlmişdi. Qara Tapdıq ilə Şəmistan gətirdikləri malın birini kəsib ətini doğramışdılar. Kəndin aşpaz qadınları ocaqları qalayıb qazanları asmışdılar. Bu eldə həm toy, həm də yas məclislərində bozartma və plov verirlər. Ehsan süfrəsində isə ayrıca tərəkəmə halvası da çalınır.

      Qonum-qonşu, qohum-əqrəba ilkindidən sonra veriləcək ehsan üçün hazırlıq görür, ağsaqqallar və ağbirçəklər də uzaqdan-yaxından təşrif gətirən qonaqların təziyələrini qəbul eləyirdilər. Qazax şəhərinin və kənd sovetinin təzə rəhbərləri, seminariyanın müəllimləri Əli Hüseyn Əfəndi və yoldaşları gəlib başsağlığı verdilər. Onlardan bəziləri ehsan süfrəsinə də qaldı. Ağsaqqallara və ağbirçəklərə, eləcə də uzaqdan-yaxından gəlmiş xətir-hörmətli insanlara qonaq otağında, qalan camaata da xırman yerində ehsan süfrəsi açıldı. Yüzlərlə insan Məmməd Baba üçün verilən ehsandan yeyib dua elədi. Bütün işləri isə qonşular və ailənin yaxın adamları görürdülər.

* * *

      Zalxa xanım və yaxınları üçün bir ilə yaxın evlərindən didərgin düşmələri, ocaqlarının talan edilməsi, sərvətlərinin əllərindən çıxması, Məmməd Babanın şəhadətinin yanında heç gözə görünmürdü. Məmməd Babanın ölümü ilə sözün həqiqi mənasında ailənin dünyası başına yıxılmışdı.

* * *

      Məmməd Babanın şəhid canı cənnətə yola salındı; onun şəhidliyi könüllərdə yer aldı; cəsədi isə Yuxarı Salahlı təpəsinin üstündə şəhid abidəsi dəyəri qazandı.

* * *

      2.

      Aloy Hacının tutulması və həbsxanadan qaçması

      Zalxa xanım ilə böyük oğlu Aloy Hacı hər cümə axşamı arabanı qoşub, uşaqları yanına alıb Məmməd Babanın qəbrinin üstünə gedirdi. Aloy Hacı ilə birlikdə həyatda Hümmət, Səməd, Nigar və Koroğlu adında beş övladı olan Zalxa xanım hər gedəndə uşaqlarından ikisini atalarının qəbrinin üstünə aparırdı. Körpə ikən ölən Şah-nigar və Aslan adlı iki uşağı isə ataları ilə bir yerdə idi.

      Aloy Hacı hadisədən az sonra kəndlərinin inzibati baxımdan tabe olduğu və kənddən otuz kilometr aralıda yerləşən Qazax şəhərinə getmiş, Qırmızı Ordunun şəhid etdiyi atasının qəbri üçün başdaşı sifariş eləmişdi. Sovet hökumətinin tələbi ilə hər cür dini, milli ifadələr, simvol və işarələr qadağan edildiyi üçün başdaşının kitabəsinə nə “Fatihə”, nə “şəhid” kimi ifadələr, nə də “Kənd mühafizə birliyinin rəisi” kimi milli qüvvələrin mübarizəsini əks etdirəcək bir ibarənin yazılmasına imkan verilmişdi. Sovet rəhbərliyinin, Qırmızı Ordu, ÇeKa və ya milisin öldürdüyü barədə eyham vurmaq isə bütün ailənin yox edilməsi demək olardı.

      Məzar daşının kitabəsini hazırlayanlar daşın ön üzünə ərəbcə belə bir cümlə yazmışdılar: “1338 hâzâ merkad əl mərhum əl məğfur Məhəmməd İbni Bayram Şıxlı, Ğaferallahu nevvere bihim.” (1338 Bu məzar mərhum və məğfur Bayram oğlu Məhəmməd Şıxlınındır, Allah onun qəbrini nurlandırsın.)

      Məzar daşının sağ tərəfində bir qılınc, sol tərəfində də bir tüfəng şəkli qabartma qaydada əks olunmuşdur. Bu işarələr Qafqazda xalq üçün böyük qəhrəmanlıq göstərən, fədakarlıq edən və ya şəhid düşən igidlərin məzar daşlarına həkk edilirdi. Daşın ön tərəfində də qabartma üsulla üç ay-ulduz həkk edilmişdi. Daş Məmməd Babanın şəhid edilməsinin ildönümündə, Novruz bayramında sadə bir mərasimlə qəbrin üstünə qoyulacaqdı. Heyiflər olsun ki, gözlənilməz hadisələrə görə bu iş üç il sonraya qaldı.

      Aloy Hacı millətini, vətənini sevən, dini və milli dəyərlərə bağlı, igidliyi və dik duruşu ilə; yaşı cavan olsa da, sözünün sayılması ilə böyük-kiçik yanında hörmət sahibi idi və buna görə də milis orqanının diqqət mərkəzində idi. Anası ilə birlikdə tez-tez qəbir üstünə getməsi, molla gətirib dini mərasim keçirməsi axtarılan bəhanələrdən biri olmuş, dövlət orqanları onu daha yaxından təqib etməyə başlamışdı. Aloy Hacı Zalxa xanımı, bacısı Nigarı və ona ehtiyacları olan digər bacı-qardaşlarını gözünün qabağına gətirib özü qəbir üstə gedə bilmirdi. Başdaşını qohumlarının və dostlarının yardımı СКАЧАТЬ