Qafqaz qaçaqları. Ali Kafkasyalı
Чтение книги онлайн.

Читать онлайн книгу Qafqaz qaçaqları - Ali Kafkasyalı страница 4

Название: Qafqaz qaçaqları

Автор: Ali Kafkasyalı

Издательство: ЖекаПринт

Жанр:

Серия:

isbn: 978-9952-8451-1-3

isbn:

СКАЧАТЬ süvariləri çapdı. Məmməd Baba uçdu… Cənnətə uçdu…

      Şərif Şikəstə dəsmalı ilə onun gözlərini silərək:

      –Allahın sevdiyi bəndəsi idi. Allah ona şəhidliyi qismət elədi. Övladları sağ olsun! Millətimiz sağ olsun! Vətən sağ olsun!.. Cənabi Allah sizə də qazi olmağı qismət elədi. Millətimizə, vətənimizə çox görməsin!.. – dedi.

      Binnət Əfəndi ağlayıb gözünün yaşını tökəndən və Məmməd Babanın içini yandırıb-yaxan ölüm xəbərini dostlarına çatdırandan sonra nisbətən rahatlaşmışdı. Ona iki fincan da çay içirtmişdilər. Artıq özünə gəlmiş, rəngi-ruhu durulmuşdu. Şərif Şikəstə və qocalar Məmməd Babadan narahat idilər. Onun adını xatırladanda bir də huşunu itirəcəyindən qorxurdular. Bir yandan da şəhidin cənazəsini tapmaq üçün tələsirdilər. Şərif Şikəstə Binnət Əfəndinin üstünə əyilib üzünü-gözünü öpdü, xeyir-dualar verərək ondan soruşdu: “Qazi atamız, Binnət Əfəndimiz, sənə qurban olum. Allah səni bizə çox görməsin. Səndən bir söz soruşacağam. Ürəyini sıxma, söylə. Hadisə harada, necə oldu?”

      Binnət Əfəndi göz yaşları içində başlarına gələni danışdı: “Biz iki bir-iki bir ətrafa göz qoyurduq. Məmməd Baba ilə mən gürcülər tərəfdən gələcək basqının qarşısını almaq üçün bir neçə kilometr irəlidəki böyük təpənin ətəyində gözləyirdik. Axşama yaxın Sovet ordusunun gəldiyi barədə xəbər bizə çatdı. Biz gürcülərin hücumuna məruz qalmamağa çalışırdıq, ancaq bizi bolşevik ordusu arxadan vurdu.

      Gecə yarıdan keçmişdi. Ay hələ doğmamışdı, hər tərəf qaranlıq idi. O günə qədər eşidib-görmədiyimiz bir tufanın bizə tərəf yaxınlaşdığını hiss etdik. Həyəcanla atlarımıza mindik və böyük bir axınla gələn Sovet ordusunu gözləməyə başladıq. Top səsləri ortalığı vəlvələyə salmışdı. Bu səslərlə birlikdə qəfildən sanki qaranlıq yarıldı, zülmətin içindən yüzlərlə süvari çıxdı və atlarını üstümüzə sürdü. Mən də, Məmməd Baba da özümüzdən asılı olmayaraq silahlarımıza sarılıb atəş açmağa başladıq. Nə oldusa, onda oldu. İkimizi də qılıncla vurub atları-mızdan yerə saldılar. Atlar ürküb qaçdı, biz ortada qaldıq. Yüzlərlə atlı böyük sürətlə axıb getdi. Yeri-göyü titrədən top, tüfəng, qılınc, nal səsləri getdikcə bizdən uzaqlaşdı. Səslər azalandan sonra Məmməd Babanın iniltisini eşitdim. Gücü tükənmiş halda inildəyirdi. Əvvəlcə qorxumdan quruyub qaldım, yerimdən qımıldana bilmədim. Bir az keçəndən sonra ona yaxınlaşdım. Məni tanıdı. Halı çox pis idi. Qanlar içində idi. Zorla bunları deyə bildi: “A Binnət, Hacıya söylə, məni təpənin üstündə dəfn eləsin”.

      Bunun dalınca dodaqlarından qırıq-qırıq dua səsləri gəldi. Sonra da dərindən bir ah çəkdi və sərkərdə öz yavərinə tapşırıq verirmiş kimi kəsik-kəsik danışdı: “A Binnət, sənin vəziyyətin yaxşıdır. Sənə deyəcəklərimi vəsiyyətim kimi cavanlara çatdırmağını xahiş eləyirəm, – deyib əlavə elədi. – Çarlar bizə yaman tor qurmuşdu, bolşeviklər də onu tamamladılar. Əvvəlcə erməniləri və gürcüləri Anadolunun və Azərbaycanın üstünə saldılar. Ermənilərə Anadolunun və Azərbaycanın bir çox yerlərini işğal etdirdilər, qətllər törətdilər, digər yandan gürcülərə Ərdahan, Şavşat, Artvin ilə birlikdə Axalkələk, Axısxa, Borçalı torpaqlarını və bizim kəndləri işğal etdirdilər. Bizim başımız ermənilərlə, gürcülərlə didişməyə qarışanda isə özləri əvvəlcə Azərbaycanı, ardından da Ermənistanı işğal elədilər. İndi də Gürcüstanı alırlar. Çarları və bolşevikləri bu xalqların ahı tutsun”, – dedi və səsi kəsildi. Bir müddət sonra lap yanına yaxınlaşdım. Ruhunu təslim eləmişdi.

      Şərif Şikəstə böyük bir hüzn içində:

      – Allah rəhmət eləsin. Nur içində yatsın, – dedi. – Bəs hansı təpəni göstərdi?

      – Bax bu qənşərimizdəki təpəni. Bizi həmin təpəninin Kür çayına baxan tərəfində qılıncla vurmuşdular. Təpənin yanındakı çökəyə, kolluqların arasına düşmüşdük. Mən bir müddət sonra sürünüb oradan açıqlığa çıxdım. Səhiyyə xidmətçiləri məni görüb yanıma gəldilər. Yaralarımı sarıdılar. Məmməd Babanı görə bilmədilər. Mən də onun vəsiyyətini fikirləşib, onlara bir söz demədim. Çünki necə gəldi bir çala qazıb içinə atacaq, üstünü torpaqlayacaqdılar. İnşallah, siz onun vəsiyyətini yerinə yetirərsiniz.

      Sonrasını bilirsiniz. Gəlib məni oradan götürdünüz. Zənnimcə, Məmməd baba məni götürdüyünüz yerdən bir az o tərəfdə, kolluğun içində olmalıdır.

* * *

      Kəndin ağsaqqalları gənclərin həyəcanlarının öhdəsindən gələ bilməyəcəklərindən, səhv addım atacaqlarından ehtiyat eləyərək cavanlardan yaradılmış könüllü dəstələri təhlükəsi az olan güney tərəfə, dağların yamacına göndərmişdilər. Havanın aydınlaşması ilə bu birlik ətrafı daha aydın görə bilirdi. Ərzurumu işğal edən rus sərkərdəsi Paskeviçin dəvət etdiyi Puşkinin Qarğabazarı dağının ətəyindəki təpədən Ərzurumun mühasirəsini izlədiyi kimi onlar da baş verənləri müşahidə edirdilər. Sovet ordusunun o bölgədən uzaqlaşması ilə birlikdə dərhal obalarına dönmüşdülər.

      Könüllü gənclərdən biri də Məmməd Babanın iyirmi üç yaşlı cavan oğlu Aloy Hacı idi. Aloy Hacı çox cəld, cəsur, gözüaçıq olduğuna görə hər kəs ona “od, alov” mənasını verən Aloy Hacı, ya da eləcə Aloy deyirdi.

      Aloy Hacı ilə birlikdə Məmməd Babanı axtaran Şərif Şikəstə və kəndin ixtiyarları Binnət Əfəndinin nişan verdiyi yerə doğru gedəndə özləri bilə-bilə ayaq saxlayaraq oğulun öz atasını tapmasına şərait yaratdılar. Əli tüfəngli Məmməd Babanın cansız bədəni doğrudan da kolluğun içində idi. Aloy Hacı atasının qan içində olan cəsədi ilə rastlaşanda başına vurulmuşa dönmüşdü. Həyatındakı tək dayağı, həyata dair bildiklərinin hamısını öyrəndiyi atası qanlar içində cansız yatmaqda idi. Böyük bir iztirab hissi ilə atasının üstünə çökdü və onun qılıncla əmgəyindən çapılmış başını dizlərinin üstünə aldı. Beləcə hərəkətsiz qaldı. Atasının gözləri açıq idi. İki cüt ala göz bir-birinə zilləndi. Şəhid atasının alnından öpdü və hər iki əlini əmgəyinə dayayıb, baş barmaqları ilə gözlərini sığallayıb qapadı. Vurulan kimi canı çıxmadığına görə bədəni yığılıb donmamışdı. Şəhidin tüfəngini müqəddəs bir əmanət kimi əlindən aldı, qollarını yanına uzatdı.

      İçindəki acının, yanğının alovu Aloyu yandırıb, alovlandırmışdı. Özündən ixtiyarsız dodaqlarından iki bayatı süzüldü:

      Əzizim canım ata,

      Damarda qanım ata.

      Vətən üçün can verdin,

      Şərəfim, şanım ata.

      Əzizim atasızlar,

      Can yanar, ata sızlar.

      Bilmirəm necə yaşar

      Dünyada СКАЧАТЬ