Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.

Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 9

Название: Avropa. Türklər. Böyük Çöl

Автор: Murad Acı

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243734 

isbn:

СКАЧАТЬ döyüşdülər, söyüşdülər.

      Qardaş-qardaşı yalançı adlandırdı,

      Nəhayət, sonuncu da məhv olub getdi.

      İndiyə qədər nəvələri də döyüşür,

      Hamı həqiqət uğrunda vuruşur.

      Əvəzində özləri ölür, məhv olur.

      Bu sözləri şair Aleksey Konstantinoviç Tolstoy yazıb getmişdir. Onun türk mənşəyi haqqında ailə şəcərəsi, ailə gerbi və əlbəttə ki, qədim çöl əfsanələrini öz dərinliyi ilə, riqqətlə təsvir etdiyi şeirləri xəbər verir.

      K.Timiryazev

      «Timiryazevlər soyadı 1408-ci ildə Qızıl Ordadan böyük knyaz Vasili Dmitriyeviçin yanına gəlmiş İbrahim Timiryazevdən gəlir… Timiryazevlər soyadı «dəmir döyüşçü» xüsusi isminə gedib çıxır».

      Bizim mənəvi sərvətimiz

      Hunlar, yəni qıpçaqlar haqqında çox yazılıb, guya onlar vəhşi dalğa kimi Avropadan keçib və yoxa çıxıblar… Bəs bu vəhşi ordular necə yaranmışdı? Onları kim böyütmüş, kim geyindirmiş, kim yedizdirmişdi? Hərb sənətini kim öyrətmiş, nəhayət, silahlandırmışdı? Axı bütün bunlara ciddi məbləğdə maddi xərc tələb olunurdu.

      Düz yerdə dünyanın ən güclü ordusu meydana gələ bilməz! Türk atalar sözündə deyilir: “Dayça yetişdirməyən ata minə bilməz”. Qıpçaqlar “öz dayçalarını” yeddi yüz il yetişdirmiş, sonra onlar süvari olaraq dünyanı yerindən oynatmışdılar… İki min il tarixi olan səhifələri açmaq üçün xeyli suallar vermək lazım gəldi.

      Altayın geologiyası ilə maraqlanandan sonra mən dərk etdim ki, yeni metalişləmə texnologiyası niyə məhz orda meydana gəlmişdir, sən demə, buranın filizinin tərkibi dəmir və digər qiymətli qarışıqlarla çox zəngindir. Sonra Çin salnamələrinin qoruyub-saxladığı “Bahadur Tenqri” yazısındakı sözlər məni cəlb etdi. Məhz türklər iki min il yarım bundan qabaq onlara dəmirin sirrini açanı Göy Allahı adlandırmışlar.

      Burada sual meydana çıxır: ümumiyyətlə, biz qədim türklərin mənəvi mədəniyyəti haqqında nə bilirik? Çox çətinliklə Tenqri xan haqqında məlumat toplanıldı.

      Yeni Allaha sitayiş, görünür ki, dəmirlə əlaqədar idi. Bəs görəsən, niyə? Təsadüfi deyil ki, qədimdə dəmiri “səma metalı” adlandırırdılar… Bəlkə, bu sitayişin “yaranmasına” meteoritlər kömək əli uzadıb? Səma daşları qədim insanları “Göydən gələn metalla” tanış etdi! Bu, səma metalının gücünü dərk edən insanlarda inkişaf edərək inama çevrildi və onlar sonradan yaranan Dəmirçi Allahına sitayiş etməyə başladılar… Yalnız konkret hadisədən din, Səma Allahına, onun cəzalandıran və müdafiə edən polad qılıncına inam yarana bilər!..

      Lev Tolstoy

      Tolstoy nəslinin əsasını qoyan şəxsin adı… «İndris» ərəb sözü olan «kişi, igid» sözündən yaranmışdır. Tols toyların soyadının gerbində də heraldik işarə olan ox və yatağan (əyri xəncər) bu nəslin çöl əsilli olmasından xəbər verir.

      Türklər əvvəllər bütpərəst idilər. Lakin yeni Allah onları dəyişdirdi. Tenqri türk mənəvi mədəniyyətinin mərkəzinə çevrildi. Uca Yaradan xalqı məğlubedilməz etdi.

      Türklərə ruh və Səma Allahını bəxş etmiş Altay türk xalqının müqəddəs yeridir! Əcdadlarımız Vətəni müqəddəsləşdirir, onu yer üzünün cənnəti adlandırırdılar. Bu kəskin hiss qıpçaqların qanında hələ də qalmaqdadır. Xiffət, vətən həsrəti türklərə məxsus xəstəlikdir. O, hələ türk dilinin olmadığı və danışıq dilinin tədricən yarandığı dövrdə də mövcud olmuşdur. Adamlar hələ o vaxt Altayın uca zirvələrinə həsrətlə baxır və onlarsız yaşaya bilmirdilər.

      Qədim türklər üç zirvəsi olan Üç Sumer dağına ehtiram bəsləyirdilər. Onun haqqında əfsanələr yaranmışdı. Dünyanın mərkəzi! Burada dua oxuyur, bayramlar təşkil edirdilər… Bu dağın ətrafında yerli əhali indi də ov etmir, yüksəkdən danışmır, bura müqəddəs yerdir. Maraqlıdır ki, buddizm mifologiyasına görə, Sumeru dağı universal kosmoqonik rəmzdir.

      Altayda sonralar digər yüksəkliklərə – Xan-Tenqriyə, Borusuya da sitayiş edirdilər. Onlara, müqəddəs dağlara daş üzərində şəkillər, sonra isə ilahi mətnlər həsr olunurdu. Daş üzərində söz ilə təsvir bir yerə gəldi və uzun əsrlərboyu mənəvi ənənə olaraq qaldı. İbadətin təntənəli, məbədlərin bəzəkli olması, təmizliyi də məhz buradan gəlir… Kitabların və salnamələrin illüstrasiyası da buradan qaynaqlanır…

      Yüksəkliklərin içərisində Tibetin Kaylas dağına daha çox ehtiram göstərilirdi. O, minlərlə adam üçün ziyarət yeri idi. Deyilənə görə, səmadan Tenqri xan Kaylasa enmişdi.

      Səma Allahına sitayiş edənləri müqəddəs Kaylas, Üç Sumer dağlarının görünüşü belə vəcdə gətirir və onlara xüsusi zövq verirdi. Bu dağlar, görünür ki, türklərə məbəd memarlığının ideyasını vermişdi… Bütün bunlar Altayda başlayan bir zəncirin halqasıdır.

      Kuşan döyüşçüsü

      Çöldə dağlara sitayişetmə ənənəsi, əlbəttə, yaddan çıxmır, düzənlikdə adamlar müqəddəs dağların “oxşarını” yaradırdılar! Əvvəlcə torpaqdan kurqanlar yaradır, onun yanında yığışıb dua oxuyurdular. Sonra məbəd müqəddəs dağların rəmzi oldu. Ancaq yenə də məbədin yanında, xüsusi meydanlarda dini ayinləri icra edirdilər… Çöldə hər şey əvvəllər Altayda olduğu kimi qalırdı, ənənəni qoruyur və əlavələr edirdilər.

      Qıpçaqlar Səma Allahını qəlblərində yaşadır və onun təsvirini daş üzərinə həkk edirdilər. Bu, daim Allahı xatırlama idi; o, ruhu təmizləyir, Yaradanla təmasa yönəldirdi. Buradan da “ikona” və yaxud “aykone” yarandı… Əcdadlarımızın fikirlərinin dərinliyi və genişliyi adamı heyrətləndirir, mahiyyətinə görə onları əhatə edən dünya, Daimi Göy Səma – Tenqri günbəzi altında olduğu üçün məbəd idi.

      Tenqri xanın obrazını türklər nə qədər dərindən anlayırdılarsa, ona daha çox adla müraciət edirdilər: Uca Yaradanı “Boq”, “Alla”, “Xoday”, “Qospodi” deyə çağırırdılar… Hər birinin də öz mənası vardı. Sonra bu türk sözləri yüngülcə dəyişdirilərək başqa xalqların və dinlərin lüğətinə daxil oldu.

      …Yaddan çıxmış, təhqir edilmiş Vətəni mən tədricən dərk etməyə başladım. Mənim vətənimi!.. Getdikcə o daha sevimli olurdu. Yadıma gəlir, İvan Alekseyeviç Buninin sözləri mənə çox təsir etmişdi. Onun şeirində mən hamımızı, o cümlədən СКАЧАТЬ