Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.

Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 10

Название: Avropa. Türklər. Böyük Çöl

Автор: Murad Acı

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243734 

isbn:

СКАЧАТЬ Onun haqqında az məlumatlı olduğumuzdan savayı, yalanlara inanmış və onun “son qəpiyindən” də üz çevirmişik… Mən dəyişiklik istəyirəm, arzu edirəm ki, mənim xalqım duzsuz süddən yenə də canlandırıcı kumısa çevrilsin. Qoy onda Qürur oyansın.

      Türklərin kökü minilliyin dərinliyindən uzanıb gəlir. Qədim türk bədii ədəbiyyatından parçalar gəlib bizə çatıb. Onların dillərinin dərinliyindən və obrazlılığından adam zövq alır. Bəs kitablar özləri hanı? Onlar müəmmalı surətdə yoxa çıxıb. Lakin onların geri qaytarılması qaçılmazdır; məsələn, Ermənistan və Gürcüstanın arxivləri xeyli qiymətli materialları qoruyub-saxlayır. Orada erməni hərfləri ilə, lakin türk dilində yazılmış irihəcmli qədim kitablar var.

      Hindistanda, Tibetdə, İranda da nəsə qalmalıdır, axı bu ölkələr uzun illər Böyük Çöllə münasibətdə olmuşdur. Brahma yazısı ilə qeydə alınmış türk mətnlərinin mövcudluğu elmə məlumdur. Buddistlər onları müqəddəs əşyalar kimi qoruyub-saxlayırlar.

      Avropada da hər hansı bir tükroloqu sevindirəcək arxivlər vardır, məsələn, Balkanlarda XIX əsrə qədər türk run yazıları hələ yaddaşlarda idi. Monaxlar ondan gizli yazışmalar vaxtı istifadə edirdilər.

      Rusiya mədəniyyətində qıpçaq ənənələri hələ də axıradək tədqiq olunmamışdır. Onlar isə kifayət qədərdir. Heç olmasa, Derjavinin sözlərini yada salmaq kifayətdir: “Tatar mahnılarını masa altından işıq şüası kimi nəsillərə ötürəcəm”.

      Məsələn, Aleksandr Sergeyeviç Puşkin məhz türk nağılları danışırdı, çar Saltanın çarlığının və Buyan adasının çox dəqiq coğrafi məkanı vardır, bu, Kazan xanlığıdır. Lukomorye isə Krımdır… Puşkin yaradıcılığının, gördüyümüz kimi, dərin, iki min illik kökləri var. Hələ o dövrdə türklərin yüksək səviyyəli poeziyası mövcud idi. Puşkinin tərcüməsində o, indi də adamı vəcdə gətirir.

      Türk ənənələri Derjavinin, Aksakovun, Qoqolun, Turgenevin, Tolstoyun, Tütçevin, Buninin, Nabokovun, Bulqakovun, ümumiyyətlə, nəsilləri Böyük Çöldən çıxmış digər böyük klassiklərin yaradıcılıqlarını fərqləndirirdi. Bu isə sırf ədəbiyyatşünaslığın araşdırma predmetidir.

      Avropa qıpçaqları

      Coğrafiya xəritəsi çox ciddi tarixi sənəddir, o özündə heç də qalın kitabdan az məlumat daşımır. Onu oxumağı bacarmaq lazımdır. Xalqların Böyük köçü xəritədə öz izini qoymuşdur. O zaman, yəni II–V əsrlərdə öz şəhərləri, yaşayış məskənləri, stanitsaları, yol məntəqələri olan Böyük Çöl ölkəsi – Dəşt-i Qıpçaq yarandı.

      Baykaldan Alp dağlarına qədər geniş bir ərazidə türk mədəniyyəti aparıcı rol oynayırdı. Bütün çöllük ərazidə. O dövrdə Avropa Sibirdən “başlanırdı”! Əsrlər keçdi, hər şey sanki yoxa çıxdı. Lakin… xəritə insanların yaddaşından çıxanları qoruyub-saxlamışdır.

      Bunu Nikolay Rerix də qeyd edib:

      Biz bilmirik, lakin onlar xatırlayır.

      Daşlar bilir, bilir ağaclar da

      Və xatırlayır.

      Kimlərin dağlara, çaylara ad verdiyini,

      Keçmiş şəhərləri kimlərin qurduğunu.

      Qədim ölkələrə kimlərin ad verdiyini.

      Bizə məlum olmayan sözlər,

      Hərəsinin geniş bir mənası var.

      Məsələn, götürək Dəşt-i Qıpçağın sərhədini. Olduğu kimi durur! Məşhur toponimik E.M.Murzayev rus dilində olan “kurqan” sözünə belə izah verir ki, əvvəllər o, “sərhəd”, “mərz” mənasını daşıyırdı. Niyə? Ona görə ki birinci növbədə kurqanlar türk torpağını fərqləndirirdi. Kurqanların arxasında ruslar üçün yad torpaq başlayırdı.

      Şimalda Dəşt-i Qıpçağın sərhədi Moskva çayından keçirdi, çayın şimal sahili finlərə və uqorlara, cənub sahili isə türklərə məxsus idi[16]. Təkcə Moskva ərazisində bir neçə kurqan qrupu məlum idi, onun da çox hissəsi cənub (sağ) sahildə yerləşirdi. Belə kurqanlar keçmiş “türk” Moskva ətrafı ərazilərdə də var, toponimika bunu təsdiq edir; məsələn: Kolomenskoyenin qədim adı Kollomadır, türk dilində “gözətçılik”, “təchizat” deməkdir. Kapotnya – “Yüksəklikdə yerləşən məskən” (və yaxud “Hündür ot”), Kuntsevo – “Sığınacaq” və yaxud “Karvansara”… Sözlər açıqca slavyan mənşəli deyil… Moskva çayından şimalda isə kurqanlar yoxdur, orda başqa xalq yaşayırdı, başqa mədəniyyət var idi, burada toponimlər yenə də slavyan olmayan digər köklərə malikdir.

      Cənubda isə türk ölkəsinin hüdudları İrana gedib çatırdı, buna isə yenə də kurqanlar şahidlik edir. Sərhəd, demək olar ki, dəyişiklik olmadan indi də qalır, əvvəlki kimi orda türklər yaşayır, indi onlar İran azərbaycanlıları adlanırlar.

      Dəşt-i Qıpçağın şimalı və cənubu arasında indi minlərlə türk coğrafi adları var, bu, toponimika üçün xəzinədir! Məsələn: Moskva Kremli ilə üzbəüz, sağ sahildə Balçuq yerləşir. Rus dilində belə söz yoxlur, türk dilində isə bu, “bataqlıq”, “palçıq” deməkdir. Təmiz türk toponimidir.

      II Nikolay – Romanovlar sülaləsinin sonuncu nümayəndəsi. Onun da ulu babaları Böyük Çöldən gəlmişdilər.

      Oxşar nümunələr kifayət qədərdir. Bir qayda olaraq, Rusiyanın çöl hissəsinin köhnə şəhərlərinin əksəriyyətinin adları türk kökənindən çıxarılıb: məsələn, Oryol – “yüksəkliyə qalxan yol”, Tula – “dolğun”, Bryansk (Birinçi, Bryaneçsk) – “birinci”, “əsas”, Saratov (Sarıtau) – “sarı dağ”, Simbirsk (Simbir) – “tənha qəbir”… Kaşira, Kolomna, Kaluqa, Voronej, Penza, Çelyabinsk, Kurqan… Çoxlu bu cür adlar ki, onların hər biri unutqan qıpçaqlara Vətənləri haqqında məlumat verir.

      Coğrafi xəritələr İvan Qroznının və I Pyotrun işğalçı müharibələrinin izlərini özündə həkk edib. Onlar Rusiyanın qonşu torpaqları hesabına necə genişləndiyini göstərir. Xəritə çox qaranlıq tarixi hifz edir, amma sonradan yazılmış salnamələr onu ağartmaq istəyir. Başa düşürsən ki, Avropa xəritələrində qədim türk şəhəri kimi göstərilən Kipenzayın rus şəhəri Penzaya, Şapaşkarın Çeboksara, Buruninejin Voronejə, Sarıtaunun Saratova, Çelyabanın Çelyabinskə dönmələri heç də təsadüfi deyil…

      Altaydan ən uzaq torpaqlar Attilanın dövründə “alman”, yəni türk dilində “uzaq” adlandırıldı. Buradan da Almaniya toponimi yarandı. Bir çox “alman tayfaları” göygöz, enlisifət, əsl qıpçaq görünüşlü idilər və türk dilində danışırdılar, bunu run yazıları, qədim adətlər və xalq yaddaşı təsdiqləyir. Onlar uzaq Altaydan çıxıb gələnlər idi.

      Fransa, İtaliya, İngiltərə, Avstriya, Yuqoslaviya və СКАЧАТЬ



<p>16</p>

Görünür, burada dəqiqləşdirici izahata ehtiyac var. XII əsrdə sərhəd indiki kimi ciddi xətt təşkil etmirdi. Bu, qonşuların da eyni qədər marağı olduğu, kifayət qədər geniş bir ərazi idi (münasibət, mübadilə və sülh zonası). Moskva, Oka çayları və onlara bitişik sahələr slavyanlar buraya gəlməmişdən əvvəl belə ərazilər idi, ona görə də türk abidələri fin-uqor abidələri ilə qonşuluqda yerləşirdi. Bu, təbiidir; məsələn, Nijni Novqorod əvvəllər türkcə Bulqar adlanırdı və qədimdən öz yarmarkaları ilə məşhur idi. Bulqar yarmarkasına Avropadan, İrandan tacirlər gəlirdilər.