Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.

Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 4

Название: Avropa. Türklər. Böyük Çöl

Автор: Murad Acı

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243734 

isbn:

СКАЧАТЬ taleyin hökmü ilə ayrılsaq da biz,

      Yenə də bir xalqıq, bir ananın övladları.

      Əzəldən dost-doğma qardaşlarıq biz,

      Budur səbəbi bizə olan kin-küdurətin.

      “Rus” türkünün sözlərində ocaq istisi, yovşan iyi… süvarilər dəstəsi və ilxı, naxır, sürülər… babamın babasının ulu babasının beşiyi üzərində oxunan mahnı və laylalar var. Düzdür, əsər “Slavyanlar” adlanır, o, Rusiyanın siyasət naminə öz türk köklərindən imtina edib özünə slavyan başlanğıcı axtardığı dövrə təsadüf edir[5].

      XVIII–XIX əsrlərdə knyaz Dolqorukovun, generalissimus Suvorovun və digər sərkərdələrin keçmiş Çölə cəza yürüşlərindən sonra on milyonlarla qıpçaq rus adları aldı. Onların boynuna zorla yunan xaçı taxaraq xristianlığı qəbul etdirdilər və rusa çevirdilər. Uşaqlar üçünsə rus dilində kilsə-prixod məktəbləri açdılar, istedadlıları isə valideynlərindən alıb Peterburqa göndərdilər.

      Kuşan döyüşçüsü – iki min il bundan əvvəl türkün xarici görünüşü be lə idi.

      Kuşan şahzadəsi – iki min il bundan əvvəl türklərin xarici görü nü şü belə idi.

      Rusiyada əsrlərlə etnik təmizlənmə aparıldı. Gəlin özümüzü aldatmayaq, Rusiya onun adını heç vaxt, heç bir əməli ilə batırmayan qıpçaq köklərini mütləq yada salacaqdır. Ağlımız və qanımızın səsi nə vaxtsa oyanmalıdır.

      Özlərinin qıpçaq keçmişi haqqında bolqarlar, serblər, xorvatlar, çexlər, macarlar, avstriyalılar, bavariyalılar, saksonlar, Şimali İtaliyanın, Almaniyanın, İspaniyanın, İsveçrənin, Şərqi Fransanın, İngiltərənin, Şimali Avropanın… Amerika və Avstraliyanın sakinləri də xəbər tutacaqlar. Bəli, bəli, çoxlarının əcdadları nə vaxtsa gözəl at minər, türk dilində danışardı… Özlərini isə qıpçaq adlandırardılar.

      Ey təqib edilən tayfa,

      Nə vaxt sən xalq olacaqsan?

      Nə vaxtsa dövran dəyişib

      Dərd-qəmini yox edəcək.

      Birlik nidaları səslənəcək,

      Bizi ayıran məhv olacaq!

      Biz bir qanın, bir tarixin adamlarıyıq… Gəlin Altayı və Böyük Çölümüzü yada salaq.

      Altay beşiyi

      Məlumdur ki, qədim insanların qalıqlarına Mərkəzi Afrika və Hind-Çində rast gəlinib; burada sivilizasiyanın meydana çıxmasının iki mərkəzini müşahidə edirik. İki insan irqinin – neqroid və monqoloidin yaranmasını da bununla izah etmək olar.

      Sivilizasiyaların inkişafı tədricən insanların xalqlara bölünməsinə gətirib çıxardı. Əvvəlcə bu, insanları əhatə edən təbiətlə bağlı idi; məsələn, dağ yerində yaşayan adamların minilliklərlə formalaşan özünəməxsus psixologiyasi, dünyagörüşü dəniz kənarında yaşayan adamlarınkından fərqli idi. Meşə adamının dünyagörüşü isə tamamilə başqa idi. Minilliklər ərzində hər bir xalqın sifət quruluşu formalaşır, onun özünəməxsus fərdiliyi meydana gəlirdi, məhz buna görə bir xalqın portretini yaratmaq üçün onlarca xətt, yüzlərcə rəng çaları lazımdır.

      Bu gün alimlər dünyada üç irqə bölünən dörd minə qədər xalq olduğunu hesab edirlər. Bəs avropoidlər nə vaxt və necə meydana gəlmişlər? Məlum deyil. Lakin istənilən halda türklər – qıpçaqlar məhz avropoidlərə aiddirlər.

      Düzdür, bəzi türklərdə monqoloid əlamətləri var, lakin bu, həmişə belə olmayıb. Onların əcdadlarında belə cizgilər yox idi.

      Antropoloqlar tapılmış kəllə sümüklərinə görə qədim qıpçağın görünüşünü çox dəqiq şəkildə bərpa ediblər. Yeni eradan xeyli əvvəl isə çinlilər Altayda yaşamış bir xalqın – “dinlinlərin” sözlə portretini yaratmışdılar. Şimal qonşularının xarici görünüşü çinliləri heyrətə gətirmişdi. Əlyazmalarda bu xalqın nümayəndələri göygöz, sarışın, “üzü meymun üzünə oxşayan” kimi təsvir olunub. Bir sözlə, bu insanlar çinlilərdən tam fərqli idilər.

      Yaxşı müşahidə qabiliyyətinə malik olan çinlilər qeyd edirdilər ki, qıpçaqlar fərqli bədən ölçülərinə və baş quruluşuna malikdirlər. Onları “yumrubaşlar” adlandırırdılar. Başın gicgah sümüyünün bir az iri olması isə elə bu gün də bizim üzümüzdə təkrarolunmaz iz buraxır. Bu cür üz quruluşu olan adamlara xalq arasında enlisifət deyirlər. Hər şey dəqiqdir. Kiməsə biz qısaayaq görünürük, ona görə ki dabanımız “hündürdür”… Nə edəsən? Ulu Tanrının iradəsi ilə yaranmışıq. Hər bir xalqın əcdadlarının ona qoyub getdiyi öz fərdiliyi, öz fərqlilikləri var.

      Türklərin məskunlaşması sxemi:

      yeni eraya qədər;

      yeni eranın əvvəlində;

      IV–V əsrlərdə

      Bu gün xarici görünüşünə görə qıpçaqlar bir-birindən fərqlənir, onların sırasına qarasaçlılar, qaragözlülər də əlavə olunublar. Bunun da özünün tarixi səbəbləri var. Lakin xalq mühüm olanını – qəlbini, istiqanlılığını qoruyub-saxlayıb; bunlar heç vaxt dəyişilməyib, elə əvvəlki kimi də qalıb.

      Bəzən həddən artıq utancaq, bəzən qızğın, hətta dəlicəsinə çılğın olan, həmişə arzularla yaşayan və tez inciyən narahat bir qəlb…

      “Qıpçaq” sözü nə deməkdir? Bu sualın dəqiq cavabı yoxdur, onun ətrafında mübahisələr isə kifayət qədərdir. “Qıpçaq” sözünü müxtəlif cür tərcümə edirlər: “özünü dar mühitdə hiss edən”, “bədbəxt” və s. Düşünürəm ki, bütün mümkün və qeyri-mümkün variantları qəbul etmək olar. Çünki odun üstünə yağan qarla küləyə qarşı yağan qar da bir-birindən fərqlənir, bunu bir sözlə izah etmək mümkün deyil.

      Vulkan? Fırtına? Fəlakət? Mümkündür… Qıpçağın ruhu – bu, ilk növbədə, azadlıqdır. Yalnız azadlıq və düzənlik ona xoşbəxtlik gətirir… Qoy “qıpçaq” sözünü kimə necə sərfəlidir elə də izah etsin, lakin… Kim ki azadlıq və iradəni sevmirsə, onda qıpçaq qanı yoxdur!

      Bəli, coşqun həyatda biz öz qanımızın təmizliyini qoruyub-saxlamağı bacarmamışıq, ona görə ki öz ənənələrimizin qədrini bilməmişik. Özgə qadınları acgözcəsinə sevmişik, öz qadınlarımızı isə sağa-sola paylamışıq. Assimilyasiya, qanların qarışması xalqı gücləndirməyib, СКАЧАТЬ



<p>5</p>

Bu, Kiçik Asiyanın və Konstantinopolun qaytarılmasını istəyən yunanların böyük ustalıqla Rusiyanı Türkiyə ilə münasibətləri gərginləşdirməyə sövq etdiyi və rus-türk müharibəsinin qızğın dövrü idi. Rusların əli ilə onlar türklərə qarşı vuruşurdular. Bu, yunanların parlaq qələbəsi, Rusiyanın isə tam məğlubiyyəti idi.