Название: Avropa. Türklər. Böyük Çöl
Автор: Murad Acı
Издательство: Altun Kitab
isbn: 9789952243734
isbn:
Bəs Kiyev Rus dövlətinə qədər nə olub? Axı o, boş yerdə meydana gəlməyib. IX əsrdə Dneprin sahillərinə gəlib çıxmış bu adamlar kimlər idi? Haradan gəlmişdilər? Yəni Kiyev (slavyan) Rus dövlətinin vahidliyi orada yeni xalqın formalaşa bilməsi üçün kifayət qədər möhkəm idi? Adətən, buna əsrlər və əsrlər sərf olunur.
Digər bir fikir də başadüşülməzdir: niyə Kiyevin sakinlərinə həmişə rus deyil, ukraynalılar demişlər, axı Rus – bu elə Kiyevdir? Nəhayət, niyə ukraynalıların mədəniyyəti ruslarınkından kəskin surətdə fərqlənir?
Kiyev Rus dövlətinin meydana çıxdığı dövrə qədər Misir, Qədim Yunanıstan, Qədim Roma sivilizasiyaları məhv olmuşdu, hələ Qədim Şərqi demirik. Bəs indiki Rusiyanın ərazisində Kiyev Rus dövlətinə qədər nə olmuşdur? Səhra? Yenə də yox. Arxeoloqlar, məsələn, sübut etmişlər ki, Kiyevin əsası digər rus şəhərlərinin çoxu kimi (Bryansk, Tula, Yelets, Rostov-Don, Simbirsk, Çelyabinsk, Tümen) IV–V əsrlərdə qoyulmuşdur. Budur, yeni sual meydana çıxır: əgər bu şəhərlər hələ Rus dövləti olmayanda mövcud idisə, niyə onlar “qədim rus” şəhərləri adlanır? Təəssüf ki, Rusiyada belə sualların üstündən sükutla keçir, yaxud da elə fərziyyələr meydana atırlar ki, nəticədə yalnız yeni suallar doğur və çaşqınlıq yaranır.
Əl-İdrisinin tərtib etdiyi dünya xəritəsi (1154-cü il). Göründüyü kimi, Şərqdə o dövrdə «Rus» adını heç kəs bilmirdi, amma Böyük Çölün xaqanlıqları hamıya yaxşı tanış idi.
Lakin o uzaq keçmişin əlyazmaları dövrümüzə qədər gəlib çıxıb və bu, Rusiya üçün də sirr deyil. Rus adında xalqın adının çəkildiyi ən erkən yazı “Bertin salnaməsi”, “Rus salnaməsi” və bir də Qırmızı xalatlı Konstantinin “İmperiyanın idarə edilməsi haqqında” traktatıdır. Orada nə yazılıb? Hər yerdə eyni şey: skandinaviyalıları – varyaqları ruslar adlandırırlar.
Belə çıxır ki, yuxarıda sitat gətirilmiş “Dünya xalqları” rus ensiklopedik kataloqu, yumşaq desək, səhv edir. Ruslar barəsində susaraq rus xalqı haqqında danışmaq düzgün deyil, axı xalq öz adını və etnik mənşəyini onlardan götürmüşdür.
IX–XII əsrlərdə Kiyev Rus dövlətinin əsasını ruslar qoymuşlar. Niyə hamıya məlum olan bir şey gizlədilsin? Niyə slavyanlardan Rusun “inşaatçıları” düzəldilsin?
“Bertin salnaməsi”ndə, məsələn, 839-cu ildə rusların Bizans səfirliyi ilə birlikdə Mömin Lüdovikin yanına gəlməsi haqqında xəbər verilir. “Rus” xalqının tarixdə ilk dəfə adının çəkildiyi yazılı mənbədir. Çox ciddi mətndir, elə rus xalqının tarixini də bundan başlamaq lazımdır.
Milli mənsubiyyətləri haqqında danışanda ruslar özlərini isveçli və ya norman adlandırırdılar. Belə çıxır ki, ruslar slavyan deyildilər. Üstəlik, “slavyan” olduqları haqqında heç özlərinin xəbərləri də yox idi. Onların kökləri də tamam başqadır.
Tək yunanlar deyil, romalılar, ərəblər, qıpçaqlar, farslar, bütün dünya IX–XII əsrlərdə “rus” sözünü eyni cür başa düşürdülər. Bu sözlə onlar “varyaq” adı ilə Rusiyada məşhur olan xalqı adlandırırdılar. O dövrün bütün tarixi mənbələrində belə yazılır.
I minilliyin sonu Şimali Avropada normanların dövrü idi. Onlar nəinki Kiyev Rusunun əsasını qoymuşlar, Ağ Rus, Qara Rus və digər rus dövlətlərini də onlar yaratmışlar, bütün bu dövlətlərdə hakim təbəqənin içərisində aparıcı dil isveç dili idi. 1066-cı ildə varyaqlar İngiltərəni fəth etdilər və o torpaqlarda öz hakim sülalələrinin mövqeyini möhkəmlətdilər. Lakin başqa ənənələrdə tərbiyə almış ingilislər bu faktı nə gizlədir, nə də inkar edir, bu, indiki ingilislərin ləyaqətlərini heç də azaltmır. Bəs onda əsasını sürgün edilmiş insanların qoyduğu avstraliyalılar, yaxud maltalılar – “quldurların nəvə-nəticələri” neyləsinlər? Onlar keçmişlərindən yox, öz cahilliklərindən utanırlar.
Ruslar güclü xalq idi, Avropada onlarla hesablaşırdılar. Onlar hamını özlərinə hörmət etməyə məcbur edirdilər. Niyə indiki ruslar onları qəbul edə bilmirlər? Niyə öz əcdadlarından üz çevirirlər, özlərinə başqa tarix düzəldirlər?
Maraqlıdır, görəsən, varyaqlar Kiyev Rusunu, Dnepr üzərində yaratdıqları yeni dövlətlərini necə adlandırırdılar?
Onu “Qardarik” adlandırırdılar. Ona görə ki “Rus” adlandıra bilməzdilər. Bu sözlə özləri ilə həmtayfa olanları, Şimali İsveçdən çıxmışları adlandırırdılar. Qorxmaz adamlar idilər, cəsarətlərinin həddi-hüdudu yox idi, gözəl dənizçi, bütün Şimali Avropanı nəzarətdə saxlayan igid döyüşçülərdi. Sahildə və suda onlara tay yox idi.
Avropa alimləri “rus” sözünün qədim varyaq (qədim island dialekti) dilindən yarandığını və mənasının “avarçəkən”, “dənizçi” olduğunu söyləyirlər. Dünya skandinavları dənizçi, “dəniz döyüşçüsü” kimi tanımışdı. Çaylar onlar üçün yol, sahildəki sıldırım qayalar isə sığınacaq idi. Onların qədim əfsanələri o tarixi bizə çox gözəl çatdırır.
Varyaqların Kiyevə gəlişi. Qədim salnamələrdə var yaq ları, adətən, avar çəkən kimi təsvir edirdilər.
Axırıncı şübhəni finlər və estonlar aradan götürür, belə ki, onlar köhnə adətləri üzrə İsveçi “Rousiya” sözünə həmahəng olan “Ruotsi” adlandırırlar. Eyni zamanda bu yaxınlaradək SSRİ adlanan cənub qonşularına “Veniya” deyirlər. Bu, “venedlər”, yəni “slavyanlar” deməkdir. Bu, fin və eston toponimika və leksika normasıdır.
“Venedlər” sözü alman dilində də “slavyanlar” deməkdir. İtalyanlarda da bu söz işlədilir… “Ruslar” və “slavyanlar” etnoqrafiyada müxtəlif, bir-birinə tamamilə uyğun gəlməyən anlayışlardır. Lakin bu o demək deyil ki, iki xalq vahid bir dövlət yarada bilməz.
Dünya ilk dəfə Avropa xalqlarından biri kimi slavyanlar haqqında Roma alimi və yazıçısı Böyük Plininin (24–79) çoxcildli “Təbiət tarixi” traktatından öyrəndi. Bu, qədim dünyanın həqiqi ensiklopediyasıdır! Onun əsasında sonralar nə qədər alim yetişdi. Qədim slavyanlar orda “venedlər” adlandırılır.
Digər Roma tarixçisi Tasit (58–117) Avropanın şimalında, Visla və Oder çayları arasında yaşayan xalq – venedlər haqqında olan məlumatı təsdiqlədi və zənginləşdirdi. O vaxtdan dünya elmində slavyanların, dəqiq qesək, venedlərin təsbit edilmiş tarixi başlayır. Bundan СКАЧАТЬ