Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.

Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 7

Название: Avropa. Türklər. Böyük Çöl

Автор: Murad Acı

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243734 

isbn:

СКАЧАТЬ və onların qarşısını bataqlıqla meşə kəsirdi. Çox az adamın bu yola tamahı düşdü, onlar Lena (“İlin” – türk dilində “Şərqi”) çayı sahilinə çıxdılar və orada məskunlaşdılar. Həmin türkləri indi “yakut” adı ilə tanıyırlar. Yenisey (“Ene-say” – “Ana-çay”) və Ob (“abe” – türk dilində “nənə”, yəni “Nənə-çay”) çayı sahilləri boyunca uzanan yollar da unudulmamışdı.

      İ.S.Turgenev

      «Turgenevlər nəslinin əsasını qoyan Murza Lev Turgenev – Qızıl Ordanın imtiyazlı təbəqəsinin əyanı idi… Turgenev soyadının kökündə Turgen ləqəbi dayanır». Sibirin türk xalqlarının dilində bu, «sürətli», «cəld» deməkdir.

      Altaydan şərqdə az qala keçilməz olan Uzaq Şərq meşə və bataqlıqları yerləşirdi. Odur ki heç kəs oraya köçmək fikrində deyildi.

      Cənub marşrutuna gəlincə, türk süvariləri Hindistana daxil oldular, bununla da məşhur Günəş çarlığı sülaləsi meydana çıxdı. Türklər indiki Mərkəzi Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan torpaqlarını birləşdirərək Kuşan xanlığını yaratdılar.

      Qeyd edək ki, I–III əsrlər və türk tarixinin bütün “hind dövrü” türklərin özləri tərəfindən tamamilə unudulub. Lakin Hindistanın və İranın özündə bu dövrü yaxşı xatırlayırlar. Üstəlik, buddizmin şimal qolunun əsasını qoyan, Səma Allahı – Böyük Tenqriyə sitayiş edən və təmizqəlbli biri olan Kanişka xanı (78–123) hələ də ilahiləşdirirlər.

      Kanişka uzaq Hindistanda qıpçaqların və bütünlükdə türk mədəniyyətinin rəmzi olaraq qalıb. Orada türkləri çoxdan tanıyırdılar: onlar şimaldan qəflətən peyda olmuş, birdən-birə də yoxa çıxmış tapmaca-xalqdır. Lakin qeybə çəkilsələr də, özləri haqda arxeoloji iz, heykəllər, divar üzərində şəkillər və digər incəsənət nümunələri, eyni zamanda məbəd və monastırlar qoyub gediblər. Naqlar – ilanlara sitayiş edən adamlar haqqında ədəbi əfsanələr… Kim bilir, bəlkə, əfsanəvi arilər də Altaydan imiş?

      Çar Kanişka (hər halda, Erke xan və ya pulların üzərində həkk edildiyi kimi Kanerka daha doğru olardı) dövründə Altay Kuşanla (Kəşmirlə?) nəfəs alırdı, şimaldan minlərlə tenqriçi-zəvvar Kanişkanın təmir edib səliqəyə saldığı müqəddəs yerləri ziyarət etmək üçün axışıb gəlirdilər.

      Məhz həmin vaxt türklər buddistlərdən ötrü yeni olan Göy Allahı Tenqri xana sitayiş ayinlərini buddizmə gətirdilər. Bu fakt Hindistanın və buddizmin tarixində xüsusi qeyd edilir.

      İndi də Şərqdə uzaq şimalda yerləşən və müqəddəs adamların yaşadığı Şambxala (Şambkale)[14] ölkəsindən olan türkləri hörmətlə xatırlayırlar… Yenə də türklər! Müqəddəs ölkə olan Şambkala Altay dağlarında, yeddi qarlı zirvədən ibarət və ilahi dəmir xaçın qorunduğu yerdə yerləşir… İndi də bu belədir. Lakin təkcə türklər onu xatırlamırlar.

      İki min il əvvəl Hindistana gedən yolları hələ ot basmayıb. Böyük Biysk yolu hələ işləyir. Lakin indi bu yol gödəlib, daha həmin yolla zəvvarlar getmir. Tibetə gedən daha bir qədim yol da dövrümüzə qədər gəlib çıxıb; bu, Nerçinsk yoludur…

      Bircə Altaydan qərbə uzun müddət heç kim cığır açmadı. Dağ sakinlərinin psixologiyası burada özünü aydın göstərirdi: adamlar naməlum çöldən ehtiyatlanır, adət etdikləri dağlarda yollar axtarırdılar.

      Onlar çölə yalnız əlacsız qalanda gedirdilər. İki min il yarım bundan əvvəl Altayda dinlərarası münaqişə baş verdi, vahid din bütpərəstliyi əvəzlədi. Tenqriçilik yayılmağa başladı. Lakin bir çoxları Göy Allahını qəbul etmədi, razılaşmayanlar çıxıb getdilər. Onlar çölə yola düşdülər. Bu adamları “skiflər” adlandırdılar (görünür, bu, “skitlər” sözü ilə, yəni “cəlayi-vətən” ifadəsi ilə birbaşa bağlıdır). Skiflərin rəsmi tarixi isə başqa sey deyir[15]. Lakin… Qara dəniz ətrafı düzənliklərdə və Altay dağlarında tapılan “skif” arxeoloji abidələri tamamilə eynidir. Bəs onda skifləri türklərdən nə fərqləndirir? Heç nə.

      P.Çaadayev

      Çaadayev soyadının kökündə «türk xalqlarına geniş məlum olan bir ad durur. O həm də tarixdən məlumdur, bilirik ki, Çingiz xanın ikinci oğlunu Cağatay adlandırırdılar. «Ca ğatay» sözünün əsasında monqol-türk sözü olan… «igid», «vicdanlı», «səmimi» sözü dayanır».

      Bununla yanaşı, N.M.Karamzinin “Xalqlar göydən düşmür və yerə də girib yoxa çıxmır…” sözlərini yaddan çıxaran rus elmi təsdiqləyir ki, skiflər “yiyəsizdirlər”. Bəlkə, skiflər indiyə qədər qalıblar? Bəlkə, bu gün onlar “çuvaş” adlanırlar?! Bu türk xalqı həddindən artıq qeyri-adidir. O, qıpçaq dünyasının mərkəzində, lakin ondan ayrı yaşayır. Həmişə belə olub…

      Hazırda xristian adlanan çuvaşların mənəvi irsi hələ bu yaxınlaradək tamamilə başqa idi, onda xristianlıqdan əsər-əlamət yox idi. Xalq öz mədəniyyətini unutmayıb. Bu mədəniyyət uzaq keçmişdə türklərin Altaydakı adət-ənənələrini çox xatırladır, onların inancı kimi başqa bir inanc yoxdur. Çuvaşların dili özünəməxsus melodik və çox qədimdir, hər türk üçün anlaşıqlı deyil… Çuvaşlar türk tarixinin canlı, lakin təəssüf ki, dünya elmi tərəfindən hələ oxunmamış səhifəsidir.

      “Skiflərin” bir hissəsi, görünür ki, Ukraynada da qalıb. Onlar öz dillərini unudublar, lakin məişətlərində gözəçarpan bəzi xırdalıqlar bu xalqın uzaq keçmişindən xəbər verir; məsələn, xalq tikmələrində çuvaşlardakı ornamentlərin eynisi olan, özünəməxsus ornamentlər… Onlar özündə çox qiymətli məlumat daşıyır: irəlidə bu barədə söhbət gedəcək. Yaxud dəfn adətləri… Bir sözlə, “skif” səhifələri türk sirləri ilə doludur.

      Lakin sonrakı Altay səhifələri çox aydın oxunur, II–V əsrlərdə Xalqların Böyük köçü onları dəqiq əks etdirir. Əhalinin sıx məskunlaşdığı Altayda yaşayan insanlar üçün Tale gələcəyə çöldən keçən bir yol açırdı. Başqa yol sadəcə yox idi. Yalnız çöl, çoxsaylı xalqı qəbul edə bilən, demək olar ki, məskunlaşmamış yeganə ərazi olaraq qalırdı.

      Lakin dağlılar düzəndə yaşamağı öyrənmək üçün onilliklərlə inanılmaz səy göstərməli və zəhmət çəkməli oldular. Burada heç nə onlar üçün dağlarda adət etdikləri kimi deyildi, çöl hər şeyin başqa cür olduğu yeni təbii şərait idi! Bu, bütün türk tarixini dərk etmək üçün açar, fövqəladə coğrafi müqəddimədir.

      Meşənin yoxluğu, məsələn, yeni inşaat materialları, iqlim isə başqa cür yaşayış evləri, məişətin yeni formalarını axtarmağı tələb edirdi. Su, yanacaq, otlaqlar, ehtiyatların СКАЧАТЬ



<p>14</p>

Şambkale – Şambkalaya (türk dilində “işıqlanan qala”) bəzən Şambala da deyirlər, Himalay dağları ilə əlaqələndirirlər. Bu, sual doğurur, ona görə ki əfsanələrdə Hindistanda yaxşı tanınan Himalay haqqında söz deyilmir, uzaq şimalda yerləşən ölkədən bəhs edilir. Altay isə Hindistandan uzaq şimalda yerləşir, o, qədim dövrdən Himalayla yanaşı, Şərqin mədəni mərkəzi olmuşdur. Bundan savayı, Altayda dəmir əridir və ondan xaç düzəldirdilər, Tibetdə isə qara metalişləmənin qədim izlərinə rast gəlinməmişdir.

<p>15</p>

Rusiya akademik elmi isə inadkarcasına, tarixdən heç bir yazılı sübut gətirmədən skifləri İran xalqlarına aid edir. Bütün arxeoloji tapıntıların bu fikrin əleyhinə olmasına məhəl qoymadan yalnız Herodota istinad edirlər. Lakin skif abidələrinin öyrənilməsi göstərir ki, “naməlum yazılar” adlandırılan yazıların üstündəki dolaşıq işarələri ornament kimi qəbul etsələr də, o başqa bir şey yox, türklərin run yazılarıdır. Ayrı-ayrı söz və ifadələr çox dəqiq oxunur. Bu (eyni zamanda Herodot tərəfindən təsvir edilən çöl xalqslarının adət və ənənələri) deməyə imkan verir ki, skiflər başqa yazıya və başqa mədəniyyətə malik iranlılar deyil, məhz türklərdir.