Название: Avropa. Türklər. Böyük Çöl
Автор: Murad Acı
Издательство: Altun Kitab
isbn: 9789952243734
isbn:
Metalişləmə sənəti atadan oğula keçir və bu, qıpçaqların əsas sirri olaraq qalırdı. Belə bir inam yaranmışdı ki, metalişləmə sirrinə yiyələnmiş adam İlahidən verilmiş hikmətə malikdir: ona böyük Tenqri xan xüsusi nəzər yetirmişdir. Ona başqa (metalişləmə sirrindən xəbərsiz) bir nəsildən olan qızla evlənmək qadağan idi. Çünki yuxuda özü də bilmədən danışıb sirri aça bilərdi… Bu sirr uzun zaman elə sirr olaraq qaldı.
Metalın bolluğu türklərin təsərrüfatda elmi-texniki inqilab etməsinə gətirib çıxardı; metaləritmənin kəşfi öz miqyası və nəticəsinə görə təkərin icad edilməsinə bərabər idi… “Dəmir” özül üzərində qüdrətli bir dövlət yüksəlməyə başladı.
Qıpçaqlar asanlıqla qonşu xalqları fəth etdilər. Bununla dünyaya sübut etdilər ki, onların qələbələrinin tarixi – dəmirin tunc üzərində qələbəsinin tarixidir. Xalqların Böyük köçünün kökü burada gizlənmişdi!
Babalarımız atları əhliləşdirən zaman qılınc, nizə, xəncər meydana gəldi. Dünyada heç bir xalq onlar kimi sadə və incə dəmir dəhnə düzəldə bilməmişdi. Sonra zireh geyim, şişuclu dəbilqə…
İlk üzəngini, yəhəri, qoşqunu düzəltmək o qədər də asan deyildi… Lakin onlar bunun öhdəsindən gəldilər. Bununla da həm şəhərlərdə, həm də çöl stanitsalarında əlverişli olan yeni – at belində keçən həyat tərzi meydana gəldi. At türkün bir “parçasına” çevrildi, onun ayrılmaz yol yoldaşı oldu. Təsadüfi deyil ki, qıpçağın ən böyük arzusu atı əhliləşdirib minmək idi. Atı əhliləşdirmək – bu, qəhrəmanlığa çağıran əsas işlər sırasında birinci yerdə dayanırdı.
At məkanı genişləndirir, uzaqlara, üfüqdən o tərəfə aparırdı. Keyfiyyətcə yeni əkinçilik də buradan başlandı! O vaxtdan Altayda torpağı çuqun xışla becərir, bol məhsulu isə dəmir oraqla biçirdilər.
Elmi-texniki inqilab, onun tapıntıları qida ehtiyatını nəzərəçarpacaq qədər artırdı, bu da, öz növbəsində, əsl demoqrafik partlayışa gətirib çıxardı. Dəmir xalqa güc verdi. Çöl mədəniyyətinin sirri güclü iqtisadiyyatda idi. Məhz bu zəruri məqamı bəzi tarixçilər, Çöldə “köçərilərdən” savayı heç kimi görmək istəməyən alimlər inadla inkar edirlər.
Sonralar dünya yeni kəşflərə can atmadı, yalnız qıpçaqların ixtirasını necə var elə də qəbul etdi!
Ata mindikdən sonra xalqın hətta “geyimi” də dəyişdi: türklər süvari üçün daha əlverişlı olan paltarlar tikdilər. Həmin vaxt altaylılarda şalvar, çəkmə, başlıq, kaftan və digər geyimlər peyda oldu. Hətta çəkmələrinə daban da vurmağa başladılar. Öz geyimləri ilə qıpçaqlar başqa xalqlardan fərqlənirdi. Qədim şəkillərdə, sözlə təsvirlərdə, arxeoloji tapıntılarda onların xarici görünüşünü sezmək mümkündür.
Qıpçaq geyimlərinin keyfiyyəti və gözəlliyi haqqında xeyli danışmaq olar. Son dərəcə incə işdir. Pazırıq kurqanlarında, məsələn, arxeoloqlar ipək, toxuma, keçə, çesuça[10] tapmışdılar. Onlardan gündəlik geyinilən gözəl geyimlər alınırdı. Avropada belələrini hazırlamağı bacarmırdılar…
Dediklərimə etiraz etmək istəyənlərə bir faktı diqqətə almalarını məsləhət görürəm: belə çıxır ki, Böyük Çöldə sadəcə yaşayış məskənləri yox, məhz sənətkarların – zərgərlərin, toxucuların, dərzilərin, xalçaçıların, dəmirçilərin, dulusçuların və digərlərinin yaşadığı şəhərlər vardı. Onları unutdurmağa çalışsalar da, hazırlanan məmulatlar göz qabağındadır…
Arxeoloji tapıntılar türklərin digər “vizit kartlarından” da xəbər verir. Dünyada ilk dəfə məhz Altayda ağac tirindən qüllə, koma, sonra isə evlər meydana gəldi. Bu, adamlara mağaraları tərk etməyə və istədikləri yerdə yaşamağa imkan verdi. Türk memarlığı ağac kimi qol-budaq atıb inkişaf etdi. Onların əsrlərdən qalmış cizgilərini asanca tanımaq olar… Təəssüf ki, bunu da etiraf edə bilmirlər. Lakin o var!
Məsələn, daxmalar öz praktikliyi ilə fərqlənirdi, onu səkkizüzlü tikirdilər. Səkkizüzlülük türk memarlığının əsas geometrik elementidir. O ən qısa perimetrdə ən geniş sahə verir. Sadə dildə desək, ən qısa divar olan yerdə ən geniş ev alınır. Materiala və yanacağa qənaət, memarlıqda “səkkizüzlü” ənənə görün özündə nə daşıyırdı!
Bəs evdə soba? Bu da tərifəlayiq olan türk yaradıcılıq nümunəsidir. Xüsusilə şaxtada… “Uzun müddət” istilik verən və yanacağa qənaət edən ocaq.
Türklər soba hazırlamaqdan ötrü düşünüb-daşınıb yeni, xüsusi tikinti materialı – kərpici yaratdılar. Sonralar Altayda kərpicdən saraylar, müdafiə divarları tikməyi öyrəndilər. Lazım gələndə kərpicdən tikilmiş obyekti sökürdülər; uçurulmuş kərpiclər isə nə vaxtsa yenidən işə yarayırdı… Yenə qənaət.
İstəsələr-istəməsələr, özləri də bilmədən müxtəlif xalqlar türklərin bir çox ixtiraları haqqında məlumatları qoruyub-saxlayıblar. Türklərdən götürülmüş əşyalar onlarda əvvəlki kimi türkcə adlanır. Rus və ukraynalılarda, məsələn, bu, dengi (pul), kopeyka (qəpik), kniqa (kitab), çuqun (çuqun), bulat (polad), peç (soba), oçaq (ocaq), kirpiç (kərpic), izba-dır (koma)… Xeyli söz, məsələn, kolbasa, yaxud Avropada çox sevilən yoğurt çöl sakinlərindən gəlib, sonuncunun türk dilində hərfi tərcüməsi “turş süd” deməkdir.
Qədim, necə deyərlər, “rus” geyimləri də qıpçaqlardan gəlmədir; arxeoloqların Novqorod ətrafındakı tapıntıları sübut etdi ki, slavyanların geyimi tamamilə fərqli imiş. Armyak[11], yapıncı, kaftan, şuşun[12], şuba, klobuk[13] və digərləri – onlar türklərin yaddan çıxmış tarixinin əks-sədasıdır… Heç nə itməyib!
Nəhayət, hamımız bir sadə həqiqəti dərk etməliyik: xalqın mədəniyyəti heç bir tarixçi və ya siyasətçi tərəfindən yaradılmır, o, mücərrəd deyil, hətta öz kiçik detallarında belə çox dəqiq və konkretdir… Ona görə də xalqın tarixi sərbəst fikir yürütmək üçün deyil, o, elmdir! Riyaziyyat və ya fizika kimi ciddiyyət və dəqiqlik tələb edir…
Təəssüf ki, Rusiyada tarix həddindən artıq sərbəstdir, onu hər bir hökmdar öz istədiyi kimi yazıb…
Xalqların Böyük СКАЧАТЬ
10
11
12
13