– Xeyirdir, inşaallah … Nəsə bir problemləri var ki?
– Yox övladım, elə bir problemləri yoxdur. Amma məsəl var da deyirlər: İnsanın övladı varsa, dərdi var… Bax, onlarınkı da övlad dərdidir. Dünən bu torpaq sahədə hoppanıb-düşən, gizlənpaç oynayan Şükran bu gün görsən, böyük qız olub. O qədər gözəldir ki, insan baxmaqdan doymur. İndi Şükran üçün elçilər növbəyə düzülüb. Qız çox gözəl olduğu üçün, onunla evlənmək istəyənlər də çoxdur.
Varlı-hallı ailələrin övladlarıdır hamısı da. Mühəndislər həkimlər, kimyagər filan … Lakin təbii bunların demək olar ki, əksəriyyəti qızı namazlı, oruclu, başıörtülü olduğu üçün yox, gözəlliyinə və tərbiyəsinə görə istədiklərindən, yalnız ata -
anası yox, Şükran da bunların heç birinə “hə” – deməyib bu günə kimi. Lakin indi Şişlidə lüks bir klinikanın sahibi, təmirli evləri, bağ evləri, avtomobilləri olan çox zən-gin bir həkimin elçiləri gəlib gedirmiş. Adam israrla qızı istəyirmiş… hər gün elçilər, elçilər… Ailəsi əvvəllər olduğu kimi dəstəmazlı, namazlı deyil deyə istəməyib. Amma gəl gör ki, saf insanların sonradan zənginlik, konfort və vəzifə
gözlərini örtüb, ya nədir, indi vermək istəyirmişlər yazıq qı-zı…
– Yaxşı, bəs Şükran nə deyir bu işə?
65
– Elə ata-ananın bütün dərdi də odur, oğlum… Qadın ağlaya- ağlaya bütün hər şeyi danışdı mənə. Şükran təkid edirmiş: "Lazım gələrsə, ömrümün sonuna kimi subay qala-ram, amma yenə də namazsız, orucsuz biri ilə evlənmərəm" -
deyə …
– Deməli belə… Bəs sonra?
– Qızın qərarı qətidir: "Nə qədər zəngin olursa-olsun və
mənə istəyir səltənət içində, lüks bir həyat təmin etsin və
hətta həkim yox, mövqe baxımından bir padşah və ya şahzadə də olsa, əgər Allahın, Yaradanımızın əmrlərini yerinə yetirmirsə, belə bir insan mənim nəzərimdə ən dəyərsiz və ən qiymətsiz bir varlıqdır "deyirmiş. Çox ağıllı bir qız imiş … "Onlar məni yalnız gözəlliyim üçün istəyirlər. Evləndikdən sonra Allahın əmri ilə örtmüş olduğum başımı və
bədənimi açacaq, açıq- saçıq paltarlarla ballarda, tədbirlərdə, kişili-qadınlı rəqs meydançalarında qürurla sinəsini irəli verib "Baxın, xanımım necə də gözəldir" – formasında gözəl-liyimlə fəxr edəcək bir insanla ailə qurmaq istəmirəm. Təbii ki, bundan başqa, bir az keçəndən sonra qıldığım namaza da lağ edib, "Bizim həyatımıza və müasir dövrə uyğun gəlmir"
bəhanəsiylə bəlkə ondan da uzaqlaşdırmağa çalışacaq mə-ni… Qısası, dininə bağlı bir müsəlman qızı kimi məni də, digər bəzi yoldaşlarıma etdikləri kimi, xristian qadın və
qızlardan fərqsiz bir vəziyyətə gətirməyə çalışacaqlar. Am-ma Allahıma hədsiz şükürlər olsun ki, mənə belə iman və
şüur lütf edib. Ölümüm bahasına belə olsa heç kim məni be-lə tələlərə sala bilməz…" – deyibmiş.
– Ay ana, düzünü de… Bunları bizim Şükran deyirmiş?
– Təbii ki, övladım, təbii … Anası daha gözəl danışırdı dediklərindən, mən sənə o qədər də yaxşı izah edə bilmi-66
rəm… dayan, gör hələ nələr deyirmiş Şükran: "Dinimdən, əxlaqımdan uzaq, belə lüks lakin rəzil bir həyat yaşa-maqdansa, onu yoxdan var edən Allahın əmrlərini yerinə
yetirən imanlı bir yol fəhləsi ilə evlənib, döşəməsi torpaqdan olan kiçik bir daxmada soğan çörək yemək mənə daha xoşdur". Belə … Anası qızın bu sözlərini deyəndə ürəyim elə
sızıldadı ki, Bilalım …
Bilal heyrətlə başını yellədi:
– Halal olsun Şükrana, düzü gözləməzdim. Aaah … Ah!
… Bu sözləri bizim fakültədəki qızlar eşitsəydilər inan ki, yazıq qızı "ruhi xəstədir" – deyə Bakırköyə dəlixanaya göndərmək istəyərlər.
Yaşlı qadın, bir müddət susduqdan sonra, bir – iki dəfə
dərindən nəfəs aldı və oğluna bir az da yaxınlaşaraq:
– Bilal, bilirsən nə düşünürəm? – deyə soruşdu oğlundan. – Şükran açılmamış və qoxlanmamış qönçə kimi bir qızdır … Tərbiyəli, əlindən iş gələn və ən əsası əsl sənin istədiyin kimi başıaşağı, geyinişini, oturuşunu bilən başıb-ağlı və imanlı gənc qızdır. Nə deyirsən, oğlum?!
Bilal, anasının ürəyini sındırmamağa cəhd edərək:
– Anam, – dedi – mən sənə bir az əvvəl dedim axı, hələ
evlənməyi düşünmürəm… Qoy bir universiteti xeyirlisi ilə
bitirim, diplomumu əlimə alım, bu mövzuları o zaman düşünərik…
Qadın əməlli – başlı kədərlənmişdi:
– Amma övladım, belə mükəmməl bir qızı hər zaman tapmaq olmur, axı. Bax, qız üçün elçi gələnlərin sayı günü gündən artır. Rəhmətlik atan sənin xoş gününü görmədən getdi. Mən də qorxuram ki, birdən ölərəm sənin xoş bir gününü görmərəm. Onsuz da, məzun olmağına bir il qalıb. İn-67
didən “hə”sini alarıq, nişan taxılar, məzun olan kimi də ev-lənərsiniz. Hə, nə deyirsən mənim balam?
Bilal anasının evlənməklə bağlı dediyi sözlərə qərarlı bir səslə cavab verdi:
– Bütün söylədiklərin doğrudur, gözəldir, amma anacan, mən elə bir qızla aylarla nişanlı qala biləcək kişilərdən deyiləm. Söz kəsildiyi andan etibarən o qız artıq mənim namusum, hər şeyim deməkdir. Gələcək həyat yoldaşımın qanuni olaraq evimə ayaq basmasına kimi keçən zaman ərzində rahatlığım əlimdən gedəcək … Belə də olanda dərslərimi sakit bir tərzdə çalışıb fakültəni vaxtında bitirmək, ancaq xəyal olar mənimçün. Qısası, belə bir məsuliyyətin altına girməyi əsla gözə ala bilmərəm. Mən, özün də bilirsən ki, tezliklə məzun olmağa və həyatını təmin etməyə çalışıram, anacan. Ağlımı-fikrimi belə şeylərlə məşğul edə bilmərəm…
Qadının aydın gözlərinə bu dəfə daha tünd bir kədər СКАЧАТЬ