Onlar mühafizəçilərin ağzınacan adamla dolu olan istirahət otağından keçdilər. Deyəsən muzeyin bütün mühafizə xidməti, təcili evlərindən çağırılmış bütün növbələrdən olan işçilər bura yığılmışdılar. Safiyə onların bəzilərini tanıyırdı, amma indi hamı ona elə baxırdı ki, sanki onu ilk dəfə idi ki, görürdülər. Onların yanından keçəndə boğuq səslər sakitləşdi. Ola bilsin ki, mühafizəçilər onun muzeyə dəvət olunduğunu bilirdilər. Amma çağırışın səbəbini Safiyənin heç də özündən çox bilmirdilər. Və bununla belə onların sükutu açıq-aydın şübhələrlə dolu idi.
Safiyə narahatlıq hissi keçirsə də, bayaqdan bəri ona hakim kəsilmiş əsəb hissini özündən kənar edib çiyinlərini düzəltdi. Axı, bunlar onun kolleqaları, iş yoldaşlarıdır. Ancaq, bununla belə, onun keçmişi hamıya çox yaxşı məlum idi.
İnspektor Semuelson Safiyəni boş dəhlizlə ən sonuncu otağa apararkən onun beli heç vaxt gümrahlaşmayacaq kimi yorğunluqdan əyildi. Video müşahidə sisteminin monitorlarının qabağını tutduğu oval yer adlanan yuvanın orada olduğu ona məlum idi. Safiyə içəri girən kimi ən birinci ortaboylu, enlikürəkli və ortayaşlı mühafizə xidmətinin rəisi Rayan Flemminqi gördü. Daz başından və əyri burnundan onu dərhal tanımaq olurdu. Bu burnu ilə o özünə Keçəl Qartal ləqəbi qazanmışdı. Onun yanında hərbi mundir geyinmiş, koburasında dolu tapança olan, hündürboylu bir kişi var idi. Onlar bütöv bir monitor texnikasının işinə rəhbərlik edən şəxsin arxasında dayanıb, onun çiyinləri üstündən baxırdılar. Safiyə gələndə, hər kəs ona tərəf çevrildi.
– Doktor əl-Məaz, Kensinqton qalereyasının nəzarətçisi, – Flemminq onu təqdim edib əlini yelləyərək Safiyəni yaxınlaşmaq üçün dəvət etdi.
Safiyə muzeyə gələndə Flemminq adi bir mühafizəçi işləyirdi. İndi o, təhlükəsizlik xidmətinə rəhbərlik edirdi. Dörd il bundan əvvəl Flemminq Kensinqton qalereyasından İslamaqədərki dövrə aid olan bir heykəlin oğurlanmasının qarşısını almışdı. Məhz həmin sayıqlığına görə o, indiki vəzifəsinə layiq görülmüşdü. Kensinqton ailəsi onların nəzərində fərqlənənləri mükafatlandırmağı bacarırdı. Və o vaxtdan da, Flemminq həm Safiyəyə, həm də onun qalereyasına xüsusi qayğı ilə nəzarət edirdi.
İnspektor Semuelson Safiyəni monitorun qarşısına gətirdi. Flemminq əlini onun çiyninə vurdu və bu zaman onun gözlərində başsağlığı ifadəsi yarandı.
– Həqiqətən, çox təəssüf edirəm. Sizin qalereya, sizin işləriniz…
– Biz çox şey itirmişik?
Flemminq sanki fiziki ağrı keçirdi. O, dinməzcə monitorlardan birinə işarə etdi. Real vaxtın ağ-qara görüntüsü ekranda əks olundu. Safiyə şimal cinahın əsas dəhlizinin tüstü burumlarına büründüyünü gördü. Yanğınsöndürənlər əleyhqazlarda işgüzarlıqla vurnuxurdular. Bir neçə nəfər Kensinqton qalereyasının girişini bağlayan barmaqlıqların yanında dayanaraq, çubuqların üzərində çarmıxa çəkilib qaxac olunmuş, skeletə oxşar siluetə diqqətlə baxırdılar.
Flemminq başını yellədi.
Ən yaxın vaxtda meyitləri eyniləşdirmək üçün müstəntiq gələcək. Ancaq biz əminik ki, bu, Harri Mastersondur, mənim adamlarımdan biri.
Kömürə dönmüş fiqur tüstüləməyə davam edirdi. Yəni bu, nə vaxtsa insan olub? Safiyə bütün dünyanın başına hərləndiyini görüb, geri səndələdi. Flemminq onun qolundan tutmalı oldu.
– Mən heç nə başa düşmürəm, – Safiyə söylədi. – Orada nə baş verib?
Hərbi geyimli bir kişi ona cavab verdi:
– Biz ümid edirik ki, siz bunun aydınlaşdırılmasına yardım edəcəksiniz, – bunu deyərək, texnikə müraciət etdi. – Geriyə, sıfır yüz qeydinə qədər çevirin.
Əmrinin yerinə yetirildiyinə əmin olan hərbçi Safiyəyə tərəf çevrildi. Onun siması sərt və pis niyyətli idi.
– Mən Müdafiə Nazirliyinin terrorizmə qarşı mübarizə şöbəsinin təmsilçisi kommander Rendolfam.
– Terrorizmə qarşı mübarizə? – Safiyə çaşqınlıqla nəzərlərini digərlərinə yönəltdi. – Deməli, bu bomba imiş?
– Hələ bunu müəyyən etmək lazımdır, mem!1 – kommander Rendolf cavab verdi.
Texnik geriyə çevrildi.
– Ser, hər şey hazırdır.
Rendolf əl işarəsi ilə Safiyəni monitora tərəf dəvət etdi.
– Biz istəyirik ki, siz bu yazıya baxasınız. Qeyd etməliyəm ki, görəcəklərinizin hamısı məxfi informasiyalardır. Aydındır?
Safiyə heç nə dərk etmədən, sadəcə başını tərpətdi.
– Yazını qoşun. – Rendolf göstəriş verdi.
Ekranda Kensinqton qalereyasının sonuncu zalında videokameranın çəkdiyi bir görüntü əks olundu.
Hər şey qəza lampalarının işıqlandırdığı sadə bir otaqda olduğu kimi idi. Birdən, Safiyə qonşu zaldan işığın yeni mənbəyinin necə üzə çıxdığını gördü. Əvvəl ona elə gəldi ki, bir nəfər fənərlə içəri girdi. Ancaq, tezliklə aydın oldu ki, işıq mənbəyi öz-özünə hərəkət edir.
– Bu nədir? – Safiyə soruşdu.
– Ona texnik cavab verdi.
Biz bu yazını müxtəlif filtirlərdən istifadə edərək tədqiq etmişik. Görünür, bu ildırım şarıdır. Tufanın formalaşdırdığı sərbəst hərəkət edən plazma şarı. Mənə məlum olduğu qədər, bu lənətə gəlmiş şey ilk dəfədir ki, plyonkaya çəkilir.
Safiyə bu cür hadisələr haqqında müəyyən şeylər eşitmişdi. Parıldayan şarların dolu hissələri yerin üst qatının açıq yerlərində uçaraq binaların içində, təyyarə bortlarında, hətta sualtı gəmilərdə peyda olurlar. Həmçinin, ildırım şarları nadir hallarda ziyan vururlar. Safiyə ani olaraq nəzərini qalereyanın girişindəki kömürlənmiş meyiti göstərən qonşu monitora yönəltdi. Əlbəttə ki, partlayışın səbəbi ildırım şarı deyildi.
Safiyə bu barədə götür-qoy etdiyi zaman ekranda bir adam, mühafizəçi göründü.
–Harri Masterson, – Flemminq izah etdi.
Safiyə ucadan nəfəs aldı. Əgər təhlükəsizlik xidmətinin əməkdaşı doğru deyirsə, o zaman o biri monitorun ekranında sümük–lərinin tüstüləndiyi əks olunan həmin insan budur. Safiyə göz–lərini bağlamaq istəsə də, alınmadı.
Mühafizəçi СКАЧАТЬ