Qum fırtınası. Джеймс Роллинс
Чтение книги онлайн.

Читать онлайн книгу Qum fırtınası - Джеймс Роллинс страница 4

Название: Qum fırtınası

Автор: Джеймс Роллинс

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ gecə köynəyində pəncərəyə yaxınlaşdı, pərdəni aralayıb küçəyə baxdı. Onun mənzili dördüncü mərtəbədə yerləşirdi.

      Çuqun fənər dirəklərinə və geniş səkilərə malik adətən sakit və mərifətli olan küçə sürrealist mərəkə meydanına çevrilmişdi. Bütün keçid hissələr yanğınsöndürən və polis maşınları ilə tutulmuşdu. Şiddətli leysan narın London çiskininə qədər sakitləşmişdi. Fənərlər yanmırdı. Küçə qəza xidmətinin maşınlarının damlarındakı yanıb-sönən işıqlarla nurlanırdı. Kvartalın qurtaracağında tüstü və qaranlığın arasında sayrışan tünd qırmızı şəfəq görünürdü.

      Safiyənin ürəyi sürətlə döyünür, nəfəsi daralırdı. Bunun səbəbi isə keçmiş qorxular yox, indinin gözlənilməz dəhşəti idi. Muzeydə yanğın! O, pəcərə şüşələrini qaldırıb qaytanları dartdı, pəncərə sürgüsünü qurdaladı. Safiyə nəhayət layları taybatay açıb yağışın altında buz damcılarını əhəmiyyət vermədən pəncərənin sürahisindən sallandı.

      Onun mənzilindən Britaniya muzeyinə qədər olan məsafə çox da uzaq deyildi. Safiyə onun nəzərinə açılmış mənzərəni görüb ah çəkdi. Muzeyin şimal-şərq küncü xarabalığın alovuna bürünmüşdü. Yuxarı mərtəbələrin qırılmış pəncərələrindən alov dilləri və qara tüstünün sıx burumları çıxırdı. Dəbilqəli yanğınsöndürənlər şlanqları dartırdılar. Su şırnağı üzüyuxarı vururdu. Qırmızı maşınların kuzovlarından pilləkənlər qalxırdı.

      Ən dəhşətlisi ikinci mərtəbədən görünən açıq dəlik idi. Küçədə kərpic divarların qaralmış qırıntıları və başqa zibillər tökülüb qalmışdı. Görünür, Safiyə partlayışın gurultusunu eşitməmiş, yaxud bunun ildırım səsi olduğunu düşünmüşdü. Ancaq bu, ildırım vurması deyildi.

      Bu, daha çox bomba səsinə bənzəyirdi. Terrorçuların hücumu? Görəsən yenə də?

      Safiyə dizlərinin necə əyildiyini hiss etdi. Şimal cinah… O, dərhal müəyyən etdi ki, açıq dəlik sonuncu qalereyaya doğru uzanır. Onun bütün işləri, həyatının bütün bəhrəsi, onun vətəninə məxsus olan minlərlə qədim eksponatlar kolleksiyası. Bu qədər də lazım deyildi. Safiyə gözlərinə inana bilmədi. Görüntü indilərdə bitməli olan reallıqdan uzaq vahiməli bir yuxuya bənzəyirdi.

      O, geriyə, öz otağında rahat bir sığınacağa çəkildi. Safiyə qızğın ocaqdan uzaqda yerləşən pəncərədən çəkildi. Qaranlıqda qəflətən şüşəli iynəciklər işıqlandı. Safiyə bu işıqların nə olduğunu anlamadan, gözlərini onlara zillədi. Sonra bunun nə olduğu ona çatdı: yenə işıq verilib. Bu anda gecə stolunun üstündəki telefon onu qorxudaraq zəng çaldı. Billi başını yastıqdan qaldırıb ehtiyatla qulaqlarını şəklədi.

      Safiyə tələsik dəstəyi qaldırdı.

      – Allo?

      Cavabında işgüzar, sərt səs eşitdi.

      – Doktor əl-Məaz?

      – B-bə-li.

      Danışan kapitan Hoqandır. Muzeydə fövqəladə hadisə baş verib.

      – Hadisə?

      Orada nə baş verməsindən asılı olmayaraq, bu adi hadisədən daha böyük bir şey idi.

      – Hə, muzeyin direktoru xahiş etdi ki, sizi iclasa dəvət edim. Siz yaxın bir saat ərzində bizə qoşula bilərsinizmi?

      – Oldu, kapitan indi çıxıram.

      – Çox gözəl. Mən sizin soyadınızı polis idarəsinə deyərəm.

      Dəstəkdə bir çıqqıltı eşidildi. Kapitan Hoqan danışığı kəsdi.

      Safiyə yataq otağına göz gəzdirdi. Billi pişiklərə xas tərzdə bu gecə baş verən şiddətli hadisələrə öz narazılığını nümayiş etdirərək acıqlı halda quyruğunu yellədi.

      – Mən tezbazar çıxıram. – Safiyə bunun doğru olub olmadığını özü də bilmədən öz-özünə söylədi.

      Bayırdan sirenaların vıyıltısı eşidilirdi.

      Oyanış zamanı Safiyəni haqlayan təşviş heç cür ondan əl çəkmək istəmirdi. Onun bütün dünyası, Britaniya muzeyinin əzəmətli divarlarındakı etibarlılıq vəziyyəti özülünə qədər laxladı.

      Safiyə dörd il əvvəl qadınların sinələrinə əldəqayırılma qumbaralar sıxdığı dünyadan qaçmışdı. O, ekspedisiya və qazıntıları bir kabinet sakitliyinə, külüng və belləri kompüter və foliantlara dəyişərək təhlükəsiz və nizamlı bir alim dünyasına çəkilmişdi. Safiyə muzeydə özünü təhlükəsiz hiss edə biləcək və onun evinə çevrilən kiçik bir hücrə yaratmışdı.

      Bununla belə, yenə də bəla onu girləyirdi.

      Safiyənin əlləri əsirdi. Təlaşın yeni hücumunun öhdəsindən gəlmək üçün onları düyünləmək lazım gəldi. Bu dəqiqə onun dünyada ən çox etmək istədiyi şey geriyə, öz çarpayısına sürünüb yorğanı başına çəkmək idi.

      Billi diqqətlə öz sahibinə baxırdı: onun gözlərində lampanın işığı əks olunurdu.

      – Mən yaxşıyam, – Safiyə sakitcə pişikdən çox öz-özünə xitab edərək dilləndi. – Hər şey qaydasında düşəcək.

      Ancaq bu sözlər nə Billini, nə də onun özünü inandıra bildi.

      * * *

      Qrinviç vaxtı ilə 02:13.

      (Şərq saat qurşağı vaxtı ilə 21:13)

      Fort-Mid, Merilend ştatı

      Krossvord həlli zamanı kiminsə Tomas Hardini yayındırmasından zəhləsi gedirdi. Bu, bir bir stəkan qırxillik viski və əla bir siqarın da əlavə olunduğu bazar günü axşamı ritualı idi. Sobada od çırtıldayırdı.

      Hündür, dəri kresloda rahat əyləşmiş Tomas barmaqları arasında bahalı diyircəkli qələmi fırladaraq krossvord üzərində işləyirdi. O, alnını qırışdırıb “ali məqsəd” məfhumunun hansı beş hərfli sözlə ifadə oluna biləcəyini tapdı. Hardi düşünərkən telefon zəng çaldı. Tomas nəfəs alıb eynəyini burnunun ucundan alnına tərəf çəkdi. Ehtimal ki, onun qızının rəfiqələrindən biri zəng edib növbəti kavaleri ilə istirahət gününü neçə keçirdiyi barədə müzakirə aparmaq istəyirdi.

      Hardi stolun üzərindən pulta sarı əyilərək onun şəxsi əlaqə kanalının beşinci xəttinin indikatorunun yanıb-söndüyünü gördü. Bu kanal yalnız üç nəfərə məlum idi: prezidentə, qərərgah rəislərinin СКАЧАТЬ