Kara yalnız neft kompaniyasını deyil, Safiyəni da unut-mamışdı. O, rəfiqəsinin təhsili, o cümlədən, Oksfordda altı illik oxumağı üçün pul ödəməyə davam edirdi. Safiyə arxeologiya üzrə doktorluq dissertasiyasını müdafiə edib “Kensinqton quyularında” işə qəbul edildi. Daha sonra Karanın Britaniya muzeyindəki övladlarına – əsası Recinald Kensinqton tərəfindən qoyulan, Ərəbistan yarımadasından yığılmış arxeoloji sərvətlərə qəyyumluq etməyə başladı. Onun başladığı bu iş Karanın rəhbərliyi altında daha da çiçəklənərək dünyanın ən böyük kolleksiyalarından biri kimi böyüyüb çoxaldı. İki ay əvvəl Səudiyyə Ərəbistanının kral ailəsi bu əntiq eksponatları Ərəbistan yarımadasına qaytarmaq üçün onu almağa cəhd etdi. Şayiələrə görə ehtimal edilən sövdələşmə yüz milyon funt dəyərində qiymətləndirildi.
Kara bundan imtina etmişdi. Onun üçün atasından qalmış özünəməxsus bu memorial istənilən puldan daha qiymətli idi. İndiyə qədər onun bədəni aşkar edilməsə də, ancaq, burada, Britaniya muzeyinin bu ucqar cinahında onun Ərəbistanın tarixi və zənginliyi ilə dolu olan sərdabəsi yerləşirdi.
Safiyə rəfiqəsinin çiyinləri arxasından real vaxtda bu qədər güc sərf etdiyi işin tüstüləyən xarabalığının görüntüsünü yayımlayan monitora baxırdı. Yalnız kolleksiyaların itməsinin Kara üçün nə demək olduğunu tapmaq qalırdı. Yəqin bu, onun atasının qəbrinin təhqir olunması ilə müqayisə olunurdu.
– Kara… – Safiyə başladı. O, ümid edirdi ki, rəfiqəsi bu dəhşətli xəbəri onun narahatlığını bölüşə biləcək birindən eşitdiyi təqdirdə qaçılmaz olan bu zərbə yumşalacaq. – Bilirəm, Edqar artıq mənə deyib.
Karanın səsində çaşqınlıq hiss olunmurdu. Adət halını almış hökmranlıq ona qayıdırdı. Şübhəsiz, kolleksiyaların onun Səu-diyyə krallığı ailəsinin təklifindən imtina etməsindən sonra, çox keçmədən itməsi Karada şübhələr yaradırdı. Gənc qadın burada iştirak edənərə nəzər saldı.
– Nə baş verib? Bunu kim edib?
Ledi Kinqstona ləngimədən videomüşahidənin yazısını geriyə çevirməyi təklif etdilər. Bu anda Safiyə onu görəcəklərini heç kimə bildirməməsi üçün ciddi xəbərdar edildiyini xatırladı. Karaya bu barədə heç nə demədilər. Zənginlik öz imtiyazlarına malikdir.
Safiyə monitorun ekranından çevrilib diqqətlə Karanı izləməyə başladı. O, Karanın görəcəyi səhnələrin ona necə dəhşətli sarsıntı verəcəyindən ehtiyat edirdi. Safiyə gözucu partlayışın sonuncu parlaq işartısını gördü. Bundan sonra ekran söndü. Bütün baxış zamanı Karanın üzü elə hərəkətsiz qaldı ki, sanki, mərmərdən oyulmuş ilahə Afina dalğınlıqla yüklənmişdi.
Kara yavaş-yavaş gözlərini yumdu. Bu, dəhşət və qorxudan deyil, – Safiyə rəfiqəsinin əhvalını çox yaxşı bilirdi – dərin rahatlıqdan irəli gəlirdi. Karanın dodaqları demək olar ki, yalnız Safiyənin qulağının eşidə bildiyi yeganə bir sözü tələffüz edərək səssiz pıçıltı ilə tərpəndi.
Nəhayət ki…
2
Tülkü ovu
14 noyabr, şərq saat qurşağı vaxtı ilə 07:04.
Ledyard, Konnektikut ştatı
Uğurlu ovun açarı səbirdir.
Peynter Krou öz doğma torpağında dayanmışdı. Dədə-babalarının tayfası bu yeri Maşantaket – “ot basmış qalın meşə yeri” adlandırırdı. Ancaq, orada – Peynterin gözlədiyi yerdə nə meşə, nə quşların nəğmələri, nə də küləyin pıçıltısı vardı. Burada oyun aparatları guruldayır, pullar cingildəyir, cansız hava isə, təmizlik sistemi vasitəsilə qovulsa da, tütün qoxusu ilə dolu idi.
Bütün dünyada ən böyük oyun kompleksi sayılan Foksvuds istirahət mərkəzi Las-Veqas və hətta Monte-Karlonu da geridə qoyurdu. Konnektikut ştatının Ledyard adlı miskin kəndinin ətrafında yerləşən nəhəng kompleks Maşantaket rezervasiyasında sıx meşənin üstündə əzəmətlə ucalırdı. Oraya altı min oyun avtomatlarından və bir neçə yüz oyun stolundan savayı yüksək səviyyəli üç mehmanxana da daxil idi. Bütün komleks bu yerlərdə min illər ovçuluq edən peko tayfasına – “tülkü xalqı”na məxsus idi.
Öz adını ingilis dilinə “Əlvan quzğun” kimi tərcümə edən Peynter Krou hal-hazırda nə maral, nə də tülkü ovuna çıxmışdı.
Onun hədəfi daha çox Xaos adı ilə məşhur olan çinli kompüter mütəxəssisi Çzin Çjan idi. O, bütün Çində misilsiz istedadı olan, kompüter kodunu sındıran ən yaxşı xakerlərdən biri sayılırdı. Peynter Ralf Laurendən kostyum geyinmiş bu arıq insanın dosyesi ilə tanış olub ona hörmət bəsləməyə başladı. Çjan son üç ildə Amerika ərazisində kompüter casusluğu üzrə bir neçə əməliyyatını uğurla həyata keçirmişdi. Onun son qəniməti Los-Alamos laboratoriyasından oğurlanmış plazmalı silahın istehsalı texnologiyası idi.
Nəhayət, Peynterin ovlamaq istədiyi ov quşu stolun arxasından qalxdı.
Doktor Çjan, siz oyunu bitirmək istəyirsinizmi? – stolun başında gəminin burnundakı kapitan kimi dayanmış kart paylayan oyunçu nəzakətlə soruşdu.
Səhər saat yeddidə çinli kompüterçi onun mühafizəçisi istisna olmaqla zalda qalan yeganə oyunçu idi. Adam azlığı Peynteri öz ovunu uzaqdan izləməyə vadar edirdi. Heç bir halda şübhə yaratmaq olmazdı. Xüsusilə belə bir vaxtda.
Çjan bir topa qara jetonu darıxan kassirin qabağına qoydu. Kassir pulu sayana qədər, Peynter öz hədəfini tədqiq etdi.
Çzin Çjan öz zahiri görkəmi ilə qərbdə təşəkkül tapmış çinli stereotipinə büsbütün uyğun gəlirdi. O, gözəgörünməz idi. Onun soyuqqanlı simasında əlində yaxşı və pis kartların olduğunu bildirən nə bir hiss, nə də bir emosiya əks olunmuşdı. Çjan sadəcə olaraq öz oyununu oynayırdı, vəssalam.
Ona baxanda heç kim şübhələnməzdi ki, o, on beş ölkənin ədliyyə orqanlarının ələ keçirməyə çalışdığı mahir cinayətkardır. Çjan qərb biznesmeləri kimi geyinmişdi – güclə görünən zolaqla hazırlanmış kostyum, ipək qalstuk, platin korpuslu “Roleks” saatı. Bununla belə, onun üzündə sərt bir estetika duyulurdu. Onun parıldayan qara saçları qulaqlarının kənarından СКАЧАТЬ