Qum fırtınası. Джеймс Роллинс
Чтение книги онлайн.

Читать онлайн книгу Qum fırtınası - Джеймс Роллинс страница 3

Название: Qum fırtınası

Автор: Джеймс Роллинс

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ rənglə işıqlanan şar dəvənin üstünə endi. Parlaqlıq göz qırparaq sanki yanıb qurtaran şam işığı kimi söndü. Ani olaraq qəflətən çökən zülmətdən Harrinin gözlərinə qaranlıq çökdü. O, tələsik fənəri qaldırdı. Dəmir dəvə heç nə olmamış kimi şüşə kubun içində yox oldu.

      – O, yox oldu…

      – Səndə hər şey qaydasındadır?

      – Hə. Lənət şeytana, bu nə idi?

      Consonun səsində bir həyəcan var idi.

      – Məncə, bu lənətə gəlmiş ildırım şarıdır. Mən bu barədə ildırımlı buludların arasından keçməyə məcbur olan döyüş təyyarələrinin ekipaj üzvlərindən eşitmişəm. Ola bilsin ki, bu, tufandan əmələ gəlib. Ancaq, lənət şeytana, gözəllik müdhiş idi.

      Harri başını yellədərək bütün bunların bitdiyini düşündü. Ancaq, bunun nə olmasından asılı olmayaraq, o, mühafizəçi yoldaşlarının qarşısında gülünc vəziyyətə düşməkdən xilas olacaq. Harri fənəri aşağı saldı. Buna baxmayaraq, hətta bundan sonra da şüa öz yerini dəyişsə belə, dəmir dəvə qaranlıqda təravətli sarımtıl-boz rəngdə işıq saçmaqda davam edirdi.

      – Bəs bu nə qəribə şeydi belə? – Harri ratsiyanı qapıb donquldandı.

      Onun barmaqlarını güclü statik cərəyanı vurdu. Harri söyərək barmağını silkələdi. Nəhayət o ratsiyanı götürməyə müvəffəq oldu.

      Burada qəribə nəsə var. Mənə elə gəlir…

      Dəmir heykəlin ətrafındakı işıqlanma güclənirdi. Harri geriyə atıldı. Dəvənin səthindən tünd maye axmağa başladı. Sanki onun üstünə turşulu yağış yağmışdı. Və bunu müşahidə edən tək Harri deyildi.

      Ratsiya onun əlində hürməyə başladı:

      – Harri, cəld oranı tərk elə.

      Harri mübahisə etmədi. O, cəld geri dönsə də, artıq gec idi. Şüşə yeşik partlamışdı. Uzun və nazik qırıntılar Harrinin sol böyrünə batdı. İti bir qırıntı onun yanağını cırdı. Harri yaraların ağrısını duymağa macal tapmadı. Həmin anda közərmiş hava dalğası bütün oksigeni alışdırıb yandıraraq onun üstünə hücum çəkdi. Harri bərkdən qışqırdı.

      Növbəti partlayış Harrinin ayağından vurub, bütün zalların anfiladaları boyu tulladı. Onun yalnız kömürə dönmüş sümükləri barmaqlıqlara qədər uçaraq, gurultu ilə onun polad çubuqlarına yapışdı.

      * * *

      01:53

      Safiyə əl-Məaz ölümcül dəhşətə qapılmış halda yuxudan oyandı. Hər tərəfdən sirenaların vıyıltısı eşidilirdi. Yataq otağının divarlarında fövqəladə xidmət maşınlarının qırmızı işıqları rəqs edirdi. Qorxu Safiyəni öz polad qısqaclarıyla sıxırdı. O, nəfəs ala bilmirdi. Alnına soyuq tər muncuqlanmışdı. Titrək barmaqları yorğanı çənəsinin altına qədər çəkmişdi. Safiyə gözlərini geniş açaraq, bir anlıq keçmişlə gələcək arasında donub qaldı.

      Sirenaların uğultusu, yaxından və uzaqdan eşidilən partlayıcıların gurultusu, ölülərin, yaralıların çığırtıları, ağrı və şok xoruna qarışan onun öz səsi…

      Pəncərədən yanğınsöndürən maşınlarının siqnalları fit verirdi.

      – Yolu boşaldın! Hamı arxaya çəkilsin!

      İngiliscə qışqırırdılar. Nə ərəbcə, nə də ivritcə. Kiçik uğultu dalğası Safiyənin olduğu evdən keçib uzaqlarda sakitləşdi. Yanğınsöndürən qrupunun döyüşçülərinin səsi Safiyəni indiki zamana qaytardı. O, Tel-Əvivdə yox, Londondadır. Sinəsindən ah qopdu.

      Gözlərindən yaş gəldi. Safiyə onları titrəyən əlləri ilə sildi.

      Təlaş və iztirab üstünə hücum çəkmişdi.

      O, bir neçə dəfə nəfəs alaraq, yorğana büründü. O, əvvəlki kimi ağlamaq istəyirdi. Safiyə özünü hər şeyin həmişə məhz bununla bitməsinə inandırmağa çalışsa da, sözlər ona kömək etmədi. O, ürəyinin hiddətlə döyündüyünü hiss edərək gözlərini bağlayıb bir qədər yüngülləşməyə çalışdı. Safiyə sakitləşmək üçün həkimin ona öyrətdiyi tənəffüs məşqlərinə başladı: iki dəfə nəfəs alıb, dörd dəfə nəfəs vermə. Hər dəfə nəfəs verdikcə gərginliyi çıxır, soyuq dərisi azacıq qızınmağa başlayırdı.

      Bu vaxt çarpayının üstünə eyni vaxtda həm şappıltı, həm də civiltiyə bənzər səs çıxaran ağır bir şey düşdü. Safiyə əlini uzadıb yumşaq, isti pişik belini aşkar etdi.

      – Billi, bura gəl – deyərək, o, böyük və qara fars pişiyinə pıçıltı ilə səsləndi.

      Billi pəncərələrinə sıxılaraq, üzünü barmaqlarına sürtürdü. Sonra Safiyənin dizlərinə çıxaraq mürəkkəb ləkəsi kimi onun üstünə yayıldı. Deyəsən, sirenaların səsi gecə vaxtı mənzilin adi gəzintisini icra edən pişiyi hürkütmüşdü.

      Xoş mırıltı səsi bütün otağa yayıldı. Və Safiyənin çiyin əzələlərinin gərginliyini azaldan tənəffüs məşqləri deyil, məhz bu oldu. O, hələ də endirilməyən zərbənin gözləntisiylə, qorxudan belinin əyildiyini hiss etdi. Safiyə özünü dikəldib, keyimiş boynunu dartdı.

      Qonşu məhəllədə sirenalar vıyıldamağa davam edirdi. Qalxıb nə baş verdiyini müəyyən etmək lazım idi. Hərəkətsiz oturmaqdansa nəsə bir şey etmək daha məqsədəuyğun olardı. Onun narahatlğı bütün bədənini bürüyərək, çılğın bir həyacan yaratmışdı.

      Safiyə pişiyi ehtiyatla yorğanın üstünə qoyaraq ayaqlarını kənara çəkdi. Miyoltu bir anlıq kəsilsə də, pişik qovulmadığını anlayan kimi yenidən miyoldamağa başladı. Billi Londonun amansız xaraba dalanlarında, küçələrində doğulmuşdu. Safiyə öz mənzilinin astanasında avtomobil təkəri altına düşəndən sonra qırılmış pəncəsi qana bulanmış, maşın yağı ilə çirklənmiş bir pişik balası – yun və qəzəb yumağı aşkar etmişdi. O, pişik balasına yardım etmək istədi, lakin, o, Safiyənin böyük barmağını bərk dişləmişdi. Tanışları Safiyəyə bu bədbəxti evsiz heyvanlar üçün olan heyvan yetişdirmə müəsisəsinə aparmağı məsləhət görmüşdülər. Safiyə bu müəsisənin yetimlər evindən heç də yaxşı olmadığını bilirdi. Buna görə də o, bu tapıntını kətan mələfəyə büküb yaxınlıqda yerləşən baytar müalicəxanasına apardı.

      Həmin gecə pişik balasına əhəmiyyət verməmək də olardı, ancaq, bir vaxtlar Safiyənin özü də tərk edilib tənha qalmışdı. O zaman onun özünü də bir nəfər himayəyə götürmüşdü və Billi kimi o da evdarlaşmışdı. Ancaq, onların ikisi də tam halda ələ öyrəşməyib vəhşi СКАЧАТЬ