Mustafa Kamal Atatürk. Edip Semih Yalçın
Чтение книги онлайн.

Читать онлайн книгу Mustafa Kamal Atatürk - Edip Semih Yalçın страница 13

Название: Mustafa Kamal Atatürk

Автор: Edip Semih Yalçın

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Mustafa Kamalın Monastırdakı sinif yoldaşları, sadəcə, Selanik Rüşdiyyəsindən olan gənclər deyildi. Onların arasında Monastır böl-gəsinə tabe olan Üsküp, İşkodra, Yanya və Monastır Hərbi Rüşdiy-yələrindən gələn gənclər də vardı. Bu mühitdə müxtəlif xarakter, xa-siyyət və səviyyədə gənclərlə tanış olmaq, bir-birini başa düşmək, onlara özünü qəbul etdirmək məsələsində Mustafa Kamalın üstün xüsusiyyətlərinin böyük rol oynadığı şübhəsizdir.

      Monastır İdadisində138 Mustafa Kamal riyaziyyatda yenə də çox müvəffəqiyyətli idi, fransız dilini öyrənmək isə bir az çətin alınırdı. Xatirələrində bu məsələ ilə bağlı özü belə deyib: “Hərbi Rüşdiyyəni bitirdiyim zaman marağım əməllicə çoxalmışdı. Monas-tır Hərbi İdadisində riyaziyyat çox asan başa gəlirdi. Yenə də bu-nunla məşğul olmağa davam edirdim. Lakin fransız dilindən geri qalırdım. Müəllim mənimlə çox məşğul olmur, sadəcə kobud xə-bərdarlıqlar edirdilər”139.

      Əlimizdə Monastır Hərbi Liseyində “paqon nömrəsi” 7348 olan140 Mustafa Kamalın ilk ilə aid tələbəlik həyatı haqqında rəsmi sənəd yoxdur. Lakin onun ikinci sinifdə olduğu 1897–1898-ci təlim-tədris ili ilə üçüncü sinifdə oxuduğu 1898–1899-cu təlim-tədris ilinə aid “Nömrə dəftərləri” əlimizdədir. Bu dəftərlərə görə, Mustafa Kamalın liseyin ikinci-üçüncü sinif dərsləri və müvəffəqiyyət və-ziyyəti belədir: Mustafa Kamal ikinci sinifdə 52 yoldaşı arasından ümumilikdə 283 xal alaraq üçüncü sırada üçüncü sinfə keçib. Əsasən, müvəffəqiyyət sıralamasında ikinci olaraq görülən Rəcəb Fəhri (Qa-yalar) ilə toplam qiymətləri eynidir. Bu ilin “Nömrə dəftəri”nə görə, “kimya dərsindən tam xalı” cəmi 285, “kimya dərsinin əsasları” ümumilikdə 138-dir. Mustafa Kamalın ikinci sinifdə oxuduğu dərslər, aldığı qiymətlər bu şəkildədir: triqonometriya (45), həndəsə (45), ümumi tarix (45), katiblik (44), fransız dili (44), rəsm (20), xəritə işi (20), gimnastika (20). Mustafa Kamal bu sinfin sonunda ümumilikdə 283 xal toplayaraq üçüncü olub141.

      Bu sinifdə öyrədilən cəmi səkkiz dərs var. Beş dərsin tam xalı 45, digər üç dərsin tam qiyməti 20-dir. Belə görünür ki, Mustafa Kamal altı dərsdən tam qiymət alıb. Eyni sinfin müvəffəqiyyətə görə sıralanmasında Əhməd Tevfik (Selanik) 284 xalla birinci, Rəcəb Fahri (Qayalar) 283 xalla ikincidir. İlk onluğa girən digər tələbələr və ümumi qiymətlər belədir: 3. Mustafa Kamal (Selanik) – (283) 4. Abdülqədir (Yanya) – (280); 5. Həsən Avni (Körpülü) – (279); 6. Əli Şevkət (Üsküp) – (279); 7. İsmail Haqqı (Körpülü) – (273); 9. Bəkir Hıfzı (Ohri) – (271); 10. Əbdürrəhman (Selanik) – (266)142.

      Mustafa Kamalın üçüncü sinifdə oxuduğu dərslər və aldığı qiy-mətlər bu şəkildədir: Makina (45), Kosmoqrafiya (45), Ümumi tarix (45), Osmanlı tarixi (45), Katiblik (45), Məntiq (45), Əqidə (akaid, eti-qad) (45), Fransız dili (45), Rəsm (20), Xəritə işi (20), Gimnastika (20)143.

      Mustafa Kamal 54 nəfərdən ibarət üçüncü sinifdə ümumilikdə 420 tam qiymət alaraq Monastır Liseyini xalı özüylə eyni xal yığan Əhməd Tevfikin (Selanik)144 ardınca ikinci olaraq bitirib.

      Bu ilin “Nömrə Dəftəri”nə görə, “kimya” dərsindən tam qiyməti ümumilikdə 420, “kimya dərsinin əsasları” 198 xaldır. Bu sinifdə keçilən 11 fənn var. Bunların səkkizinin tam xalı 20-dir. Bu vəziyyətə görə, Mustafa Kamal bütün dərslərdən tam qiymət alıb. İlk onluqda digər tələbələrin qiymətləri və müvəffəqiyyət sıralması bu şəkildədir: 3. Rəcəb Fəxri (Qayalar) – (419); 4. Əli Şevkət (Üsküp)– (419); 5. Ömər Əbdülqədir (Yanya) – (417); 6. Həsən Avni (Körpülü) – (417); 7. İsmail Haqqı (Körpülü) – (413); 8. Abdül-baki (Üsküp) – (410); 9. Əbdürrəhman (Selanik) – (394); 10. Ömər Naci (Der-Aliyyə) – (394)145.

      Mustafa Kamal sonradan xatirələrində Monastır liseyindəki dərs vəziyyəti ilə əlaqədar bunları söyləyib: “Liseydəykən inadla çalışırdım. Sinifdə birinci, ikinci olmaq üçün hamımızda şiddətli canatma vardı. Nəhayət, liseyi bitirdim”146.

      Osmanlı Dövlətinin Makedoniya və Balkanlarda ilk hərəkətli fi-limlərini çəkən Manaki qardaşlarından biri Milton Manakinin xatirələri həqiqət kimi qəbul edilsə, Mustafa Kamal məzuniyyət mərasimində adı ikinci oxunanda etiraz edib: “Monastırda Hərbi Akademiyanı bitirən tələbələrin şəkillərini çəkəndə onların arasında Mustafa Kamal da vardı. Atatürk o dəqiqə diqqətimi çəkdi. Akademiyada ən yaxşı tələbə olsa da, adının birinci deyil, ikinci oxumasına etiraz etdi”147.

      1898-cı ilin dekabrının ortalarından 1899-cu ilin martının ortalarına qədər tətilini Selanikdə keçirən Mustafa Kamal İstanbul Panqaltıdakı Hərbi məktəbdə ali təhsilinə davam etmək üçün gəmi-yə mindi və İstanbula – paytaxta doğru yola düşdü. Beləcə, bütün uşaqlığı, yeniyetməlik illərinin keçdiyi Makedoniyadan ilk dəfə ayrılmış oldu.

      Monastır liseyində Mustafa Kamala ən çox təsir edən yoldaş-larından biri Ömər Naci onda ədəbiyyata, şeirə maraq oyatmışdı. Sonradan “İttihad və tərəqqi”nin natiqi kimi tanınan, gənc yaşda Birinci Dünya müharibəsi zamanı həlak olan Ömər Naci Bursa lise-yindən qovularaq Monastır liseyinə gəlmişdi. Mustafa Kamal Ömər Naci ilə bağlı xatirələrində bunları deyib: “O zamana qədər ədə-biyyata çox da marağım yoxdu. Mərhum Ömər Naci Bursa liseyin-dən qovulmuş, bizim sinfə gəlmişdi. Hələ o zamanlar artıq şairdi. Məndən oxumaq üçün kitab istədi. Bütün kitablarımı göstərdim. Bəyənmədi. Yoldaşımın kitablarımdan heç birini bəyənməməsi acığıma gəldi. Şeir və ədəbiyyata o zamandan maraq göstərməyə, bu istiqamətdə çalışmağa başladım. Şeir mənə daha maraqlı görünürdü. Lakin yeni gələn katiblik müəllimi məni şeirə olan maraqdan uzaqlaşdırdı. “Bu maraq səni hərb sənətindən uzaqlaşdırar”, – dedi. Amma bununla belə, gözəl yazma həvəsi məndə sonsuza qədər qaldı”148.

      Bu xəbardarlığı edən katiblik müəllimi alay əmiri Mehmet Asım Əfəndidir. Eyni hadisə haqqında Mustafa Kamal daha sonralar Əli Fuad Paşaya da danışıb: “Əgər katiblik müəllimimiz imdadıma yetişməsəydi, mən də şair olacaqdım. Çünki həvəsim vardı. Asım Əfəndi bir gün məni yanına çağırdı: “Bax oğlum, Mustafa, – dedi, – şeirin-filan daşını at. Bu iş sənin yaxşı əsgər olmağına mane olar. Digər müəllimlərinlə də danışdım. Onlar da mənim kimi düşünürlər. Sən Naciyə baxma, o, xəyalpərəst uşaqdır. Gələcəkdə bəlkə yaxşı şair, ya da natiq ola bilər, lakin hərbçilikdə qətiyyən yüksələ bilməz”.

      Müəllimimin nə qədər haqlı olduğunu hadisələr isbat etdi. Çox arzuladığı halda Naci akademiya məzunu – zabit ola bilmədi”149.

      Bu xəbərdarlıq və istiqamətləndirmənin Atatürkün həyatına, taleyinə birbaşa təsir etdiyinə şübhə yoxdur. Lakin Ömər Nacinin də Mustafa Kamalın düşüncəsinin, altşüurunun formalaşmasında digər amillərlə birlikdə əhəmiyyətli yol oynadığı dəqiqdir. Gənc Mustafa Kamalın dövrün “vətən və hürriyyət” şairi Namiq Kamalla “türkçü” şairi Mehmet Emin Yurdakulun СКАЧАТЬ