Mustafa Kamal Atatürk. Edip Semih Yalçın
Чтение книги онлайн.

Читать онлайн книгу Mustafa Kamal Atatürk - Edip Semih Yalçın страница 14

Название: Mustafa Kamal Atatürk

Автор: Edip Semih Yalçın

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Cəbəsoyun, – “dəyərli və milliyyətçi türk zabiti idi. Türk tarixini yaxşı bilir, tələbələrinə tarix zövqünü yaşadırdı. Atatürk türk tarixini bütün genişliyi, dərinliyilə qavramış müəl-limin haqqında daim sevgiylə söz açıb. Bir gün mənə: “Tevfik bəyə minnətdaram. Gözlərimin önündə yeni üfüq açdı”, – dedi”153 şəklində tanıtdığı Kolağası Mehmet Tevfik bəyin (1865–1945) Mustafa Kamalın tarixi dərindən bilməsində, şüurunun inkişafında baş memar olduğu dəqiqdir. Atatürk bu dəyərli müəlliminə bəslədiyi hörmət və minnətdarlıq hissini onu millət vəkilliyinə namizəd göstərərək, Beşinci Dövr Diyarbəkir millət vəkili olaraq məclisə daxil olmasını təmin etməklə bildirib”154.

      Monastır liseyinin ikinci sinfinə keçən Mustafa Kamal 1897-ci ilin ilk günlərində icazəli günlərini keçirmək üçün Selanikə qayıdıb. Martın ilk günlərinə qədər davam edəcək icazəsindən faydalanaraq fransız dili biliyini gücləndirmək haqqında düşünüb və 1888-ci ildə Topxana səmtində qurulmuş “College de Frere de la Salle” (Frerlər məktəbinin) özəl kurslarına yazılaraq nizamlı olaraq dərslərə qatılıb155.

      O, xatirələrində “iki-üç ay gizlicə frerlər məktəbinin xüsusi si-nfinə getdim. Beləcə, məktəb dərslərinə nisbətən daha çox fransız-canı öyrənə bildim”, – deyirdi. Bu xüsusi dərslərdə Mustafa Kamalın müəllimlərindən biri Frer Rodriges olub. (1849–1941). Frer Rodrigesin danışdıqlarına görə, Mustafa Kamal yetərincə ciddi, ağıllı, çalışqan, əlində daim kitab olan gəncmiş. Zabit olduqdan sonra da arabir ondan dərs almağa gəlirmiş. Mustafa Kamal həqiqətən liseydən başlayaraq gənclik illərində fransızca öyrənməyə böyük əhəmiyyət verib. O: “Hər zabit mütləq xarici dil bilməlidir. Bunun əksini fikirləşmək böyük xətadır”, – deyirdi156.

      Monastırda oxuduğu ərəfədə Mustafa Kamala təsir edən əhə-miyyətli hadisələrdən biri də 1897-ci ilin əvvəllərində baş verən Türk-Yunan müharibəsidir. Lord Kinrossun sözlərinə görə, “Monas-tır əsl səfərbərlik içərisindəydi. Küçələrdə adam əlindən tərpənmək olmurdu. Kişilər zurna-balabanın sədaları altında əsgərliyə yola salınır, tələbələr əllərində bayraq küçələrdə addımlayır, yaxınlıqdakı dağlarda türk dəstələri var gücləriylə yunanlarla döyüşürdülər. Mustafa Kamalla bir yoldaşı könüllü olaraq döyüşə getmək üçün gecə məktəbdən qaçdılar. Lakin tələbə olduqları anlaşılan kimi onları yolda tutaraq məktəbə qaytardılar”157.

      Həmin vaxt on altı yaşında olan Mustafa Kamal bu hadisə haqqında deyirdi: “O zaman gənclik həyatımın ən həyacanlı günlərini yaşadım. Yaşımın kiçik olmasına baxmayaraq bu müha-ribəyə qatılmağı çox istəyirdim. Az qalmışdı ki, könüllü dəstələrin sırasına qoşulub gedəm”158.

      Türk-yunan müharibəsinin nəticələri Mustafa Kamala əhəmiy-yətli dərəcədə təsir göstərmişdi. Giritin tamamilə itirilməsi Monas-tırda böyük məyusluq yaradıb, 1898-ci ilin iyunundan sonra Tesel-yadan mülki şəxslərin köç dəstələrinin hərəkətə başlamasına səbəb olub. Osmanlı ordusunun çəkilməsindən sonra Larisa, Tırhala və digər qəsəbələrə girən yunan ordusunun müsəlman xalqa qarşı silahdan istifadəsi, qırğın törətməsi159 Mustafa Kamalda Əb-dülhəmidə qarşı ilk konkret reaksiyanın yaranmasına yol açmışdı. Özü bu reaksiya haqqında deyirdi: “Müəllimlərimiz bizə bütün Yu-nanıstanın işğalının mümkün olduğunu söyləmişdilər. Atəşkəs xə-bəri gələndə açıqfikirli məktəb zabitlərimiz çox kədərləndilər. Üzlərinə baxan kimi bunu anlayırdıq. Amma heç bir şey soruşa bilmirdik. Yalnız yoldaşım Nuri (Conker) gənc bir zabitin: “Belə ol-mamalıydı, heyf, çox heyf”, – deyərək ağladığını bizə xəbər verdi. Monastır küçələrində yenə şənliklər edilir, “Padşahım, çox yaşa” avazları yüksəlirdi. İlk dəfəydi, bu arzulara qatılmırdım”160.

      Mustafa Kamal liseydə “yoldaşları ilə danışan, onlara kömək edən, öz sinfində də, digər siniflərdə də sevilən, tanınan xarakterə malikdi”. Lisey və hərbiyyədə Mustafa Kamaldan bir il sonra oxuyan yoldaşı general Kazım Fikri Özalp lisey və Monastırda yaşadıqlarını xatirələrində bu şəkildə yada salır: “Mustafa Kamal Selanik Hərbi rüşdiyyəsini bitirdikdən sonra 1895-ci ildə (1896 olmalıdır – S.Y.) Monastır liseyinə girmişdi. Mən ondan bir il sonra eyni məktəbə getdim. Aramızda bir il fərq vardı, ancaq dərs otaqları-mız yan-yanaydı. Bir-birimizi tanımasaq da, hər gün rastlaşırdıq. Onu tez-tez tənəffüslərdə sinif yoldaşlarıyla danışarkən, onlara yar-dım edərkən görürdüm. Bir müddət keçdikdən sonra aramızda yol-daşlıq yarandı. Öz sinfində sevilən, tanınan Mustafa Kamal bizim sinifimizdə də çox istənən xarakterə malikdi. Siniflərimiz fərqli olduğundan bərabər məşğul olmur, ancaq tətil günlərində bir neçə yoldaşla birlikdə gəzməyə çıxırdıq. Bir qayda olaraq Kavaklaraltı və Xanlarönü qəhvəxanalarına yollanırdıq. Bütün gənc yoldaşlar kimi, söhbət edir, bəzən bir lokumuna (5 para) nərd oynayırdıq. Mustafa Kamalın uduzmağı qətiyyən xoşlamadığı asanlıqla başa düşülürdü. Qaçmaq, hoppanmaq kimi oyunlardan xoşu gəlməzdi. Ətrafına ba-xaraq gəzməkdənsə sürətlə yeriməyi daha çox sevərdi”161.

      Mustafa Kamal ilk məhəbbətini də Monastırda lisey tələbəsi olarkən yaşayacaqdı162.

      III. Ali təhsil dövrü

      A. Hərbi məktəbdə təhsil

      Mustafa Kamal Atatürk 1898-ci ilin dekabrının ortalarında Monastır Hərbi liseyini Selanikli Əhməd Tevfiklə birlikdə eyni qiy-mətlə – sinif birincisi olaraq bitirib, bununla da orta təhsilini ta-mamlayıb163. 1899-cu ilin mart ayının ortalarına qədər tətilini Se-lanikdə keçirən Mustafa Kamal ali təhsilini davam etdirmək üçün İs-tanbul Panqaltı Hərbi məktəbinə sənəd vermişdi. Onun yeni həyata atılmasına şərait yaradacaq, xarakterini, düşüncələrini daha da yetkinləşdirəcək bu hərbi məktəbə qəbul olunma tarixi 1 mart 1315/13 mart 1889-cu il kimi görünür. Mustafa Kamalın paqon nömrəsi isə 1283 idi. Burada olan “1315-ci ildə qəbul edilmişlərə aidad dəftərində“ Atatürklə bağlı qeyddə bunlar yazılıb: Selanikdə Qoca Qasım Paşa məhəlləli gömrük məmurlarından olan, vəfat etmiş Əli Rza Əfəndinin oğlu, hündürboylu, ağbənizli Mustafa Kamal Əfəndi Selanik, 96”. Onun adı 1282 nömrəli Selanikli Əhməd Tevfik Əfəndi (96) ilə 1284 nömrəli Monastırlı Rəcəb Fəxri Əfəndinin (95) adları arasında yer alır164.

      Bəzi xatirələrə görə, Mustafa Kamal Hərb Məktəbində həmin il sinifdə movcud olan 900-ü keçən165, bəzi mənbələrə görə isə 736 ol-an166 və altı hissəyə ayrılan birinci siniflərin birinci hissəsində qeydə alınıb167.

      Mustafa Kamalın birinci sinifdəki vəziyyətini ən yaxşı təsvir edən yoldaşı Əli Fuaddır. Xatirələrində Mustafa Kamalla tanış olması haqda yazır: “… növbətçi zabit qulluqda duran əsgərlərdən birinə: “Birinci sinfin birinci dərəcəli çavuşu Mustafa Əfəndi buraya gəlsin”, – əmrini verdi. Sonra da mənə tərəf çevrildi: “Mustafa Əfəndi Monastır Hərbi liseyindən sizdən bir neçə ay əvvəl qəbul olunub. Çalışqan, СКАЧАТЬ