KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Чтение книги онлайн.

Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 15

Название: KAPİTAL. Siyasi iqtisadın tənqidi

Автор: Карл Генрих Маркс

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-3-8

isbn:

СКАЧАТЬ tərəfdən, əmtəələr dəyər kimi reallaşa bilməzdən əvvəl onlar özlərinin istehlak dəyəri olduğunu sübut etməlidir, çünki onlara sərf olunan əmək ancaq başqaları üçün faydalı formada sərf edildikdə nəzərə alınır. Lakin bu əməyin başqaları üçün həqiqətən faydalı olub-olmadığını, bu əməyin verdiyi məhsulun hər hansı bir özgə tələbatını ödəyib-ödəmədiyini ancaq mübadilə sübut edə bilər.

      Hər bir əmtəə sahibi öz əmtəəsini ancaq elə əmtəələrə mübadilə etmək istəyir ki, bunların istehlak dəyəri onun tələbatını ödəsin. Bu cəhətdən mübadilə onun üçün xalis fərdi bir prosesdir. Digər tərəfdən, o öz əmtəəsini dəyər kimi reallaşdırmaq, yəni öz əmtəəsini eyni dəyərə malik başqa əmtəə ilə dəyişdirmək istəyir, həm də onun üçün fərqi yoxdur ki, öz əmtəəsi başqa əmtəələrin sahibləri üçün istehlak dəyərinə malikdir, ya yox. Bu cəhətdən mübadilə onun üçün ümumi bir ictimai prosesdir. Lakin eyni bir proses eyni zamanda bütün əmtəə sahibləri üçün yalnız fərdi və yalnız ümumi bir ictimai proses ola bilməz.

      Məsələyə bir qədər diqqətlə baxdıqda görərik ki, hər bir əmtəə sahibi üçün hər bir özgə əmtəəsi onun əmtəəsinin xüsusi ekvivalenti rolunu oynayır, buna görə də onun öz əmtəəsi bütün başqa əmtəələrin ümumi ekvivalenti rolunu oynayır. Lakin bu cəhətdən bütün əmtəə sahibləri eyni vəziyyətdə olduqlarından, heç bir əmtəə ümumi ekvivalent deyildir, buna görə əmtəələr bir-biri ilə dəyər kimi eyniləşdiriləcəyi və bir-biri ilə dəyər kəmiyyətləri kimi müqayisə ediləcəyi ümumi nisbi dəyər formasına da malik deyildirlər. Beləliklə, əmtəələr bir-birinin qarşısına ümumiyyətlə əmtəə kimi deyil, ancaq məhsul kimi, yaxud istehlak dəyəri kimi çıxırlar.

      Bizim əmtəə sahibləri bu çətin vəziyyətdə Faust kimi düşünürlər: «Əvvəl iş idi». Həm də onlar hələ düşünməyə başlamazdan qabaq iş görürdülər. Əmtəə təbiətinin qanunları əmtəə sahiblərinin təbii instinktində təzahür edir. Onlar öz əmtəələrini bir-birinə dəyər kimi, deməli, əmtəə kimi ancaq o halda bərabərləşdirə bilərlər ki, bunları müəyyən bir başqa əmtəə ilə müqayisə etsinlər, bunları həmin əmtəəyə ümumi ekvivalent kimi qarşı qoysunlar. Bunu əmtəənin təhlili göstərdi. Lakin ancaq ictimai hərəkət müəyyən əmtəəni ümumi ekvivalentə çevirə bilər. Buna görə də bütün başqa əmtəələrin ictimai hərəkəti müəyyən bir əmtəəni ayırır, bütün əmtəələr isə öz dəyərini onda ifadə edir. Bununla da həmin əmtəənin natural forması ictimai cəhətdən tanınan ekvivalent forma olur. Ümumi ekvivalent funksiyası göstərilən ictimai proses sayəsində həmin ayrılmış əmtəənin spesifik ictimai funksiyası olur. Bu əmtəə dönüb pul olur.

      «Onların fikri birdir və öz qüvvət və hakimiyyətini yırtıcıya verəcəklər». «Bu nişana, yaxud vəhşi heyvan adına, ya da onun adının sayına malik olan şəxsdən başqa heç kəs nə ala biləcək, nə də sata biləcəkdir» (Apokalipsis).

      Pul kristalı mübadilə prosesinin zəruri məhsuludur, burada müxtəlif əmək məhsulları felən bir-birinə bərabər tutulur və bununla da felən əmtəəyə çevrilir. Mübadilənin genişlənib dərinləşdiyi tarixi proses əmtəənin təbiətində istehlak dəyəri ilə dəyər arasında qalıb mürgüləyən əksliyi inkişaf etdirir. Dövriyyə üçün bu əksliyin xarici ifadəsini vermək tələbatı əmtəə dəyərinin müstəqil formasının meydana çıxmasına doğru aparır və bu tələbat o vaxta qədər davam edir ki, əmtəənin iki yerə bölünüb əmtəə və pul əmələ gətirməsi yolu ilə məsələ tamamilə həll edilmiş olsun. Deməli, əmək məhsulları əmtəəyə çevrildikcə, əmtəə də pula çevrilir41.

      Bilavasitə məhsul mübadiləsi, bir tərəfdən, sadə dəyər ifadəsi formasına malikdir, digər tərəfdən isə hələ buna malik deyildir. Gördüyümüz kimi, bu forma belədir: x miqdar A əmtəə = y miqdar B əmtəəyə. Bilavasitə məhsul mübadiləsi forması isə belədir: x miqdar A istehlak şeyi = y miqdar B istehlak şeyinə42. Burada A şey ilə B şey mübadiləyə qədər əmtəə deyildir, bunlar ancaq mübadilə sayəsində əmtəə olur. İstehlak şeyinin dönüb potensial mübadilə dəyəri olması üçün lazım gələn birinci ilkin şərt ondan ibarətdir ki, bu istehlak şeyi qeyri-istehlak dəyəri kimi mövcuddur, öz sahibinin bilavasitə tələbatından artıq miqdarda olur. Şeylər özlüyündə insandan xaricdədir və buna görə də özgəninkiləşdirilə bilər. Bu özgəninkiləşdirmənin qarşılıqlı olması üçün insanlar yalnız dinməzcə bir-birinin qarşısına bu özgəninkiləşdirilən şeylərin xüsusi mülkiyyətçisi kimi, buna görə də həmçinin bir-birindən asılı olmayan şəxslər kimi çıxmalıdırlar. Lakin istər patriarxal ailə, istər qədim hind icması, istərsə inklər dövləti və i. a. olsun, təbii surətdə meydana gələn icmanın üzvləri arasında bu cür qarşılıqlı özgəninkilik münasibəti yoxdur. Əmtəə mübadiləsi icma qurtardığı yerdən, icmanın başqa icmalarla və ya başqa icmaların üzvləri ilə təmas etdiyi yerdən başlanır. Lakin şeylər zahiri münasibətlərdə əmtəəyə çevrildikdə, əks təsir yolu ilə icma daxilində də bunlar əmtəə olur. Bunların miqdarca mübadilə nisbəti əvvəllər tamamilə təsadüfidir. Bunlar ancaq ona görə mübadiləyə daxil olur ki, sahibləri bunları qarşılıqlı surətdə bir-birinə verib dəyişmək istəyirlər. Bu zaman özgəsinin istehlak şeylərinə olan tələbat yavaş-yavaş möhkəmləşir. Mübadilə daim təkrar olunmaq sayəsində müntəzəm bir ictimai proses olur. Buna görə də zaman keçdikcə əmək məhsullarının heç olmazsa bir hissəsi qəsdən mübadilə ehtiyacları üçün istehsal olunmağa başlayır. Bu vaxtdan etibarən, bir tərəfdən, şeyin bilavasitə istehlak üçün faydalılığı ilə onun mübadilə üçün faydalılığı arasındakı fərq sabitləşir. Onun istehlak dəyəri onun mübadilə dəyərindən ayrılır. Digər tərəfdən, şeylərin mübadiləsindəki miqdar nisbəti onların öz istehsalından asılı bir hal alır. Vərdiş sayəsində bunlar dəyər kəmiyyətləri kimi təsbit olunur.

      Bilavasitə məhsul mübadiləsində hər bir əmtəə öz sahibi üçün bilavasitə mübadilə vasitəsidir və onun sahibi olmayan üçün ekvivalentdir, – lakin ancaq o zaman ekvivalentdir ki, bu əmtəə onun sahibi olmayan üçün istehlak dəyəri olsun. Deməli, mübadilə edilən şey hələ öz istehlak dəyərindən, yaxud mübadilə edən şəxslərin fərdi tələbatından asılı olmayan heç bir dəyər forması almır. Lakin mübadilə prosesinə daxil olan əmtəələrin sayı və müxtəlifliyi artdıqca, belə bir formanın da zəruriliyi getdikcə daha çox inkişaf edir. Məsələ onu həll etmək vasitələri ilə bir zamanda meydana çıxır. Əmtəə sahiblərinin öz məmulatını müxtəlif başqa məmulata mübadilə etdikləri və bunları bir-birinə bərabərləşdirdikləri əmtəələr dövriyyəsi heç vaxt elə baş verə bilməz ki, bu zaman müxtəlif əmtəə sahiblərinin müxtəlif əmtəələri öz dövriyyələri çərçivəsində eyni bir üçüncü əmtəəyə mübadilə olunmasın və bir dəyər kimi ona bərabər tutulmasın. Belə bir üçüncü əmtəə müxtəlif başqa əmtəələr üçün ekvivalent olub, məhdud çərçivədə olsa da, bilavasitə ümumi və ya ictimai ekvivalent forması kəsb edir. Bu ümumi ekvivalent forması onu doğuran ani ictimai СКАЧАТЬ



<p>41</p>

İndi biz xırda burjua sosializminin hiylələrinə layiqincə qiymət verə bilərik, axı o, əmtəə təsərrüfatını əbədiləştirmək və eyni zamanda „pul ilə əmtəə arasındakı əksliyi“, yəni pulun özünü aradan qaldırmaq istəyir, çünki pul bu əksliyin ancaq tərkib hissəsi kimi mövcuddur. Eyni müvəffəqiyyətlə katolisizmi saxlayıb papanı da aradan götürməyə çalışmaq olardı. Bu barədə ətraflı məlumat üçün mənim bu əsərimə bax: "Siyasi iqtisadın tənqidinə dair", səh. 61 və sonrakılar. [K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 67 və sonrakılar].

<p>42</p>

Nə qədər ki, iki müxtəlif istehlak şeyi mübadilə olunmur, çox zaman vəhşilər arasında təsadüf etdiyimiz kimi, bir şey əvəzində ekvivalent olaraq bir yığın müxtəlif şey təklif edilir, o vaxta qədər hətta bilavasitə məhsul mübadiləsi hələ öz astanasından irəli getməmiş olur.