Название: KAPİTAL. Siyasi iqtisadın tənqidi
Автор: Карл Генрих Маркс
Издательство: JekaPrint
isbn: 978-9952-8245-3-8
isbn:
Yuxarıdakı təhlilin göstərdiyi kimi, əmtəə aləminin bu fetişlik xarakteri əmtəə istehsal edən əməyin spesifik ictimai xarakterindən irəli gəlir.
İstehlak şeyləri ümumiyyətlə ancaq ona görə əmtəə olur ki, bunlar bir-birindən asılı olmayan xüsusi işlərin məhsullarıdır. Bu xüsusi işlərin kompleksi cəmiyyətin məcmu əməyini təşkil edir. İstehsalçılar ancaq öz əməyinin məhsullarını mübadilə etmək yolu ilə ictimai təmasa girdiklərinə görə, onların xüsusi işlərinin spesifik ictimai xarakteri də ancaq bu mübadilə çərçivəsində təzahür edir. Başqa sözlə desək, xüsusi işlər əslində məcmu ictimai əməyin tərkib hissələri kimi icra olunur, həm də ancaq, əmək məhsulları arasında, onların vasitəsi ilə də istehsalçıların öz arasında mübadilənin yaratdığı münasibətlər sayəsində icra olunur. Buna görə də istehsalçıların öz xüsusi işləri arasındakı ictimai münasibətlər əslində nədirsə məhz o cür görünür, yəni insanların əməyində onların bilavasitə ictimai münasibətləri kimi deyil, əksinə, insanlar arasında olan şey münasibətləri və şeylər arasında olan ictimai münasibətlər kimi görünür.
Əmək məhsulları yalnız mübadilə çərçivəsində olarkən müxtəlifliyi hisslərlə qavranılan istehlak predmetliklərindən kənarda ictimai cəhətcə bərabər dəyər predmetliyi əldə edir. Əmək məhsulu praktikada ancaq o halda faydalı şeylə dəyərə malik şeyə belə ayrılır ki, mübadilə artıq kifayət qədər yayılmış olsun və faydalı şeylərin xüsusi olaraq mübadilə üçün istehsal edildiyi dərəcədə əhəmiyyət qazanmış olsun, buna görə də şeylərin dəyər xarakteri onlar hələ istehsal edilərkən nəzərə alınsın. Bu zamandan etibarən istehsalçıların xüsusi işləri həqiqətən ikili ictimai xarakter alır. Bir tərəfdən, bunlar faydalı əməyin müəyyən növləri olmaq etibarı ilə müəyyən ictimai tələbatı ödəməli və, beləliklə, məcmu əməyin tərkib hissələri olmaq, təbii surətdə inkişaf etmiş ictimai əmək bölgüsü sisteminin tərkib hissələri olmaq vəzifəsini doğrultmalıdır. Digər tərəfdən, bunlar ancaq öz istehsalçılarının müxtəlif tələbatını ödəyir, çünki faydalı xüsusi əməyin hər bir ayrıca növü faydalı xüsusi əməyin hər hansı başqa növünə mübadilə edilə bilər və, deməli, bir-birinə təndir. Bir-birindən toto coelo [hər cəhətdən] fərqli olan əmək növlərinin bərabərliyi ancaq, onların həqiqi bərabərsizliyindən sərf-nəzər etməkdən, onları insan iş qüvvəsi məsrəfləri, abstrakt insan əməyi olmaq etibarı ilə hamısının malik olduğu ümumi xarakterə müncər etməkdən ibarət ola bilər. Lakin xüsusi istehsalçıların beyni onların xüsusi işlərinin bu ikili ictimai xarakterini ancaq, əməli məişətdə, məhsullar mübadiləsində meydana çıxdığı formalarda əks etdirir: deməli, onların xüsusi işlərinin ictimai faydalı xarakterini belə bir formada əks etdirir ki, əmək məhsulu faydalı olmalıdır, lakin istehsalçının özü üçün deyil, başqa adamlar üçün faydalı olmalıdır; müxtəlif əmək növləri arasındakı bərabərliyin ictimai xarakterini belə bir formada əks etdirir ki, maddi cəhətdən müxtəlif olan bu şeylər, əmək məhsulları dəyərdir.
Deməli, (insanların öz əmək məhsullarını bir-biri ilə bir dəyər kimi müqayisə etmələrinin səbəbi heç də bu deyildir ki, onlar üçün həmin şeylər ancaq yekcins insan əməyinin şey pərdəsidir. Əksinə. İnsanlar mübadilə zamanı özlərinin müxtəlif məhsullarını dəyər kimi bir-birinə bərabər tutarkən özlərinin müxtəlif əmək növlərini bir-birinə insan əməyi kimi bərabər tuturlar. Onlar bunu düşünmürlər, lakin belə edirlər31. Beləliklə, dəyərin alnında onun nə olduğu yazılmamışdır. Bundan əlavə: dəyər hər bir əmək məhsulunu ictimai heroqlifə çevirir. Sonralar adamlar bu heroqlifin mənasını başa düşməyə, öz ictimai məhsulunun sirrini açmağa çalışırlar, çünki, məsələn, dil insanların ictimai məhsulu olduğu kimi, istehlak şeylərinə dəyər tərifi vermək də insanların eyni dərəcədə ictimai məhsuludur. Sonralar elm kəşf etdi ki, əmək məhsulları dəyər olduğuna görə, bunlar öz istehsalına sərf olunmuş insan əməyinin ancaq şey şəklində ifadəsidir; bu kəşf bəşəriyyətin inkişaf tarixində bir dövr təşkil edir, lakin əməyin ictimai xarakterinin şey şəklində görünməsini əsla aradan qaldırmır. Ancaq müəyyən bir xüsusi istehsal forması haqqında, əmtəə istehsalı haqqında demək olar ki, bir-birindən asılı olmayan xüsusi işlərin spesifik ictimai xarakteri bunların ümumiyyətlə insan əməyi olmaq etibarı ilə bir-birinə bərabər olmasından ibarətdir və o, əmək məhsullarının dəyər xarakteri daşıması kimi bir forma alır. Halbuki əmtəə istehsalı münasibətlərinin əhatə etdiyi insanlara əmtəə istehsalının bu spesifik xüsusiyyətləri – istər həmin kəşfdən əvvəl, istərsə ondan sonra – ümumi əhəmiyyətə malik bir şey kimi görünür, bu da ona bənzər ki, elmin havanı əsas ünsürlərinə parçaladığına baxmayaraq, havanın xassələri – onun fiziki cismani forması – mövcud olmaqda davam edir.
Öz məhsullarını mübadilə edən şəxsləri əməli olaraq hər şeydən əvvəl belə bir sual maraqlandırır: öz məhsulunun müqabilində nə qədər özgə məhsulu almaq olar, yəni məhsullar bir-biri ilə hansı proporsiyalarda mübadilə olunur? Bu proporsiyalar müəyyən sabitliyə çatdıqda və adi bir hal aldıqda, adama elə gəlir ki, guya bunlar əmək məhsullarının öz təbiəti ilə bağlıdır. Məsələn, bir ton dəmirlə iki unsiya qızılın dəyərinin bərabərliyi dəmirlə qızılın fiziki və kimyəvi xassələrinin fərqinə baxmayaraq, bir funt qızıl ilə bir funt dəmirin çəkisinin bərabər olması faktı kimi qavranılır. Həqiqətdə isə əmək məhsullarının dəyər olmaq xarakteri ancaq, bunların müəyyən kəmiyyətli dəyər kimi təzahür etməsi yolu ilə bərqərar olur. Dəyər kəmiyyətləri, öz məhsullarını mübadilə edən şəxslərin arzusundan, uzaqgörənliyindən və fəaliyyətindən asılı olmayaraq, arası kəsilmədən dəyişilir. Bu şəxslərin nəzərində onların öz ictimai hərəkəti şeylərin hərəkəti formasını alır və onlar bu hərəkətə nəzarət etmək əvəzinə özləri bunun nəzarəti altında olurlar. Ancaq tamamilə inkişaf etmiş əmtəə istehsalı şəraitində təcrübənin özündən belə bir elmi anlayış meydana gələ bilər ki, bir-birindən asılı olmadan icra edilən, lakin təbii surətdə yetişmiş ictimai əmək bölgüsünün halqaları olaraq bir-biri ilə hərtərəfli bağlı olan ayrı-ayrı xüsusi işlər daim öz ictimai mütənasib ölçüsünə müncər edilir. Bu elmi anlayışın meydana gəlməsi üçün ona görə tamamilə inkişaf etmiş əmtəə istehsalı lazımdır ki, məhsulların istehsalı üçün lazım olan ictimai zəruri iş vaxtı xüsusi işlərin məhsulları arasında olan təsadüfi və daim dəyişilən mübadilə nisbətləri vasitəsi ilə tənzimedici təbii qanun olaraq yalnız zorakılıqla özünə yol açır, həm də birisinin başına ev uçarkən cazibə qanunu necə fəaliyyət göstərirsə, həmin qanun da bu cür fəaliyyət göstərir32. Buna görə də dəyər kəmiyyətinin iş vaxtı ilə müəyyən edilməsi nisbi əmtəə dəyərlərinin gözlə görünən hərəkəti altında gizlənən bir sirrdir. Bu sirrin açılması əmək məhsullarının dəyər kəmiyyətinin guya tamamilə təsadüfi olaraq müəyyən edilməsi kimi bir illüziyanı aradan qaldırır, lakin dəyər kəmiyyətinin СКАЧАТЬ
31
32
„Ancaq vaxtaşırı inqilablar vasitəsi ilə özünə yol aça bilən bir qanun haqqında biz nə düşünməliyik? Bu məhz təbii qanundur və bu qanun ona əsaslanır ki, burada iştirak edənlər şüursuz hərəkət edirlər" (Fridrix Engels. „Siyasi iqtisadın tənqidinə dair qeydlər”, Arnold Ruge və Karl Marks tərəfinlən nəşr edilən “Deutsch-französische Jahrbücher” jurnalında. Paris, 1844 bax; K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 1-ci cild, səh. 561]).