Название: KAPİTAL. Siyasi iqtisadın tənqidi
Автор: Карл Генрих Маркс
Издательство: JekaPrint
isbn: 978-9952-8245-3-8
isbn:
I və II formalar ancaq buna nail olurdu ki, müəyyən əmtəənin dəyəri onun öz istehlak dəyərindən və ya onun əmtəə cismindən fərqli bir şey kimi ifadə olunurdu.
Birinci forma bu cür dəyər tənlikləri verirdi: 1 sürtuk = 20 arşın kətana, 10 f. çay = 1/2 ton dəmirə və i. a. Sürtukun dəyəri kətana bərabər bir şey kimi, çayın dəyəri dəmirə bərabər bir şey kimi ifadə olunur və i. a. Lakin kətanla dəmir bir-birindən nə qədər fərqlidirsə, onlara bərabər olan bu bir şey də, sürtukun və çayın dəyəri ifadələri də bir-birindən o qədər fərqlidir. Aydındır ki, həyatda bu formaya ancaq mübadilənin ilk mərhələsində təsadüf edilir, zira bu mərhələdə əmək məhsulları ancaq tək-tək və təsadüfi mübadilə hallarında əmtəələrə çevrilir.
İkinci forma əmtəənin dəyərini onun öz istehlak dəyərindən birinci formaya nisbətən daha dolğun surətdə fərqləndirir, çünki dəyər, məsələn, sürtukun dəyəri burada onun natural formasına mümkün olan bütün şəkillərdə – kətana bərabər, çaya bərabər və i. a., ancaq sürtukun özündən başqa istənilən hər şeyə bərabər bir şey kimi qarşı durur. Digər tərəfdən, burada əmtəələrin hər hansı bir ümumi dəyər ifadəsinə əsla imkan qalmır, çünki hər bir ayrıca əmtəənin dəyər ifadəsində bütün başqa əmtəələr ancaq ekvivalent formada meydana çıxır. Geniş dəyər formasına ilk dəfə əslində o zaman təsadüf edilir ki, müəyyən bir əmək məhsulu, məsələn, mal-qara daha bir istisna kimi deyil, adətən bir çox başqa əmtəələrə mübadilə edilsin.
Yeni əldə etdiyimiz III forma əmtəə aləminin dəyərlərini bu aləmdən ayrılan eyni bir əmtəə növündə, məsələn kətanda ifadə edir və, beləliklə, bütün əmtəələrin dəyərlərini bunların kətana bərabərliyi vasitəsi ilə təmsil edir. Kətana bərabər bir şey olaraq hər bir əmtəə dəyəri indi nəinki öz istehlak dəyərindən, habelə hər cür istehlak dəyərindən də fərqlənir, bununla da o özü həmin əmtəə ilə bütün başqa əmtəələr arasındakı ümumi cəhəti ifadə edir. Deməli, dəyər olmaq etibarı ilə əmtəələr arasında yalnız bu forma həqiqətən münasibətlər yaradır və ya bunları bir-birinə nisbətdə mübadilə dəyəri kimi meydana çıxmağa məcbur edir.
Əvvəlki formaların hər ikisi hər bir əmtəənin dəyərini ya onunla yekcins olmayan bircə əmtəədə, ya da ondan fərqli olan bir sıra əmtəələrdə ifadə edir. Hər iki halda dəyər forması əldə etmək ayrıca bir əmtəənin, necə deyərlər, öz xüsusi işidir və o bunu qalan əmtəələrin yardımı olmadan edir. Qalan əmtəələr ona münasibətdə ancaq passiv bir ekvivalent rolu oynayır. Ümumi dəyər forması isə, əksinə, ancaq bütün əmtəə aləminin ümumi bir işi kimi meydana çıxır. Bir əmtəə ancaq ona görə ümumi dəyər ifadəsi alır ki, onunla bir zamanda bütün başqa əmtəələr öz dəyərini eyni bir ekvivalentdə ifadə edir və yeni meydana çıxan hər bir əmtəə də bunu təqlid etməlidir. Bununla bərabər məlum olur ki, əmtəələrin dəyər predmetliyi bu şeylərin sadəcə «ictimai varlığından» ibarət olduğuna görə, ancaq onların hərtərəfli ictimai münasibəti vasitəsi ilə ifadə oluna bilər, buna görə də onların dəyər forması ictimai əhəmiyyətə malik bir forma olmalıdır.
Özlərinin kətana bərabərliyi formasında bütün əmtəələr indi nəinki keyfiyyətcə bərabər, yəni ümumiyyətlə dəyər olur, habelə miqdarca da müqayisə edilə bilən dəyər kəmiyyəti olur. Onlar öz dəyərlərinin kəmiyyətlərini eyni bir materialda – kətanda əks etdirdiklərinə görə, bu dəyər kəmiyyətləri qarşılıqlı surətdə biri digərində əks olunur. Məsələn, 10 f. çay = 20 arşın kətana, habelə 40 f. qəhvə = 20 arşın kətana. Deməli, 10 f. çay = 40 f. qəhvəyə. Yaxud: bir funt qəhvədə 1 funt çaydakı qədər dəyər substansiyasının, əməyin ancaq dörddə biri vardır.
Əmtəə aləminin ümumi nisbi dəyər forması bu aləmdən kənar edilmiş ekvivalent əmtəəyə, kətana, ümumi ekvivalent xarakteri verir. Kətanın öz natural forması bütün əmtəə aləmi üçün ümumi olan dəyər surəti olur, kətan bütün başqa əmtəələrə bilavasitə mübadilə olunmaq qabiliyyəti əldə edir. Onun cismani forması hər cür insan əməyinin görünən təcəssümü, ümumi ictimai qılafı rolunu oynayır. Toxuculuq, kətanı istehsal edən xüsusi əmək, eyni zamanda ümumi və ictimai formada, bütün başqa əmək növləri ilə bərabərlik formasında olur. Ümumi dəyər formasını təşkil edən saysız-hesabsız tənliklər kətanda təcəssüm olunan əməyi hər bir başqa əmtəədə olan bütün əmək növlərinə növbə ilə bərabərləşdirir, bununla da toxuculuğu ümumiyyətlə insan əməyinin ümumi təzahür forması edir. Beləliklə, əmtəə dəyərində maddiləşmiş əmək gerçək əmək növlərinin bütün konkret formaları və faydalı xassələrinin təcrid edildiyi əmək olaraq nəinki mənfi ifadə alır, habelə onun öz müsbət təbiəti də aydın surətdə meydana çıxır. Bu əməyin müsbət təbiəti ondan ibarətdir ki, bütün gerçək əmək növləri onlar üçün ümumi olan insan əməyi xarakterinə, insan iş qüvvəsi məsrəfinə müncər edilmişdir.
Əmək məhsullarını sadəcə, fərqlərdən məhrum insan əməyi birkintiləri şəklində təmsil edən ümumi dəyər forması lap öz quruluşu ilə göstərir ki, o, əmtəə aləminin ictimai ifadəsidir. Beləliklə, bu forma aşkara çıxarıb göstərir ki, həmin aləm daxilində əməyin ümumi bəşəri xarakteri onun spesifik ictimai xarakterini təşkil edir.
Nisbi dəyər formasının inkişaf dərəcəsinə ekvivalent formanın inkişaf dərəcəsi uyğun gəlir. Lakin, – bunu qeyd etmək isə əhəmiyyətlidir – ekvivalent formanın inkişafı ancaq nisbi dəyər formasının inkişafının ifadəsi və nəticəsidir.
Əmtəənin sadə və ya tək nisbi dəyər forması başqa əmtəəni tək ekvivalent edir. Geniş nisbi dəyər forması, – əmtəə dəyərinin bütün başqa əmtəələrdəki bu ifadəsi – həmin əmtəələrə müxtəlif əlahiddə ekvivalentlər forması verir. Nəhayət, bir əlahiddə əmtəə növü ümumi ekvivalent forması alır, çünki bütün başqa əmtəələr özlərinin vahid ümumi dəyər forması üçün onu material edir.
Ümumiyyətlə dəyər forması nə dərəcədə inkişaf edirsə, onun iki qütbü – nisbi dəyər forması ilə ekvivalent forma arasındakı əkslik də eyni dərəcədə inkişaf edir.
Artıq birinci forma – 20 arşın kətan = 1 sürtuka forması bu əksliyə malikdir, lakin onu təsbit etmir. Bu tənliyi necə, soldan sağa və ya sağdan sola oxuyacağımızdan asılı olaraq, iki əmtəə qütbünün hər biri, həm kətan, həm də sürtuk növbə ilə gah nisbi dəyər formasında, gah da ekvivalent formada olacaqdır. Burada qütbi əksliyi müəyyən etmək hələ çox çətindir.
II formada müəyyən bir əmtəə növü hər dəfə öz nisbi dəyərini tamamilə genişləndirə bilir, yaxud o özü geniş nisbi dəyər formasına malik olur, bu da ancaq ona görə və o dərəcədə olur ki, bütün başqa əmtəələr ona ekvivalent formada qarşı durur. Burada dəyər tənliyinin, məsələn 20 arşın kətan = 1 sürtuka, СКАЧАТЬ