KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Чтение книги онлайн.

Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 9

Название: KAPİTAL. Siyasi iqtisadın tənqidi

Автор: Карл Генрих Маркс

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-3-8

isbn:

СКАЧАТЬ nisbəti vasitəsi ilə ifadə olunur, bu nisbətdə bir əmtəə – dəyəri ifadə olunan əmtəə – bilavasitə ancaq istehlak dəyəri rolu oynayır, digər əmtəə – dəyər ifadə edən əmtəə – isə bilavasitə ancaq mübadilə dəyəri rolu oynayır. Deməli, əmtəənin sadə dəyər forması əmtəədə istehlak dəyəri ilə dəyər arasında olan əksliyi sadə təzahür formasıdır.

      Hər bir cəmiyyətdə əmək məhsulu istehlak şeyidir, lakin ancaq müəyyən bir tarixi inkişaf dövrü əmək məhsulunu əmtəəyə çevirir; bu da məhz elə bir dövrdür ki, orada faydalı şeyin istehsalına sərf olunan əmək həmin şeyin «predmetlik» xassəsi, onun dəyəri kimi meydana gəlir. Buradan belə bir nəticə çıxır ki, əmtəənin sadə dəyər forması eyni zamanda əmək məhsulunun sadə əmtəə formasıdır, buna görə də əmtəə formasının inkişafı dəyər formasının inkişafına mütabiqdir.

      Sadə dəyər formasının, ancaq bir sıra metamorfozlardan keçərək gəlib qiymət forması alan bu rüşeym formasının kafi olmadığı artıq ilk nəzərdən aydındır.

      A əmtəənin dəyərinin hər hansı bir B əmtəədə ifadəsi A əmtəənin dəyərini ancaq onun öz istehlak dəyərindən fərqləndirir və buna görə də onu özündən fərqli olan hər hansı bir tək əmtəə ilə mübadilə münasibətinə gətirir; lakin bu ifadə həmin əmtəənin bütün başqa əmtəələrlə keyfiyyət eyniliyini və miqdar mütənasiblıyini bildirmir. Bir əmtəənin sadə nisbi dəyər formasına başqa əmtəənin tək ekvivalent forması mütabiqdir. Məsələn, kətanın nisbi dəyər ifadəsində sürtuk ancaq bu tək əmtəəyə, kətana nisbətən ekvivalent formaya, yaxud bilavasitə mübadilə olunmaq formasına malikdir.

      Halbuki tək dəyər forması öz-özünə daha mükəmməl formaya keçir. Doğrudur, tək forma vasitəsi ilə bir A əmtəənin dəyəri başqa növdən olan ancaq bir əmtəədə ifadə olunur, amma bu zaman əsla fərqi yoxdur ki, həmin əmtəə məhz hansı əmtəədir: sürtukmu, dəmirmi, buğdamıdır və i. a. Eyni bir əmtəə gah bu növ, gah da başqa növ əmtəə ilə mübadilə münasibətlərinə girdikcə, onun dəyərinin müxtəlif sadə ifadələri meydana gəlir. Onun dəyər ifadələrinin sayı ancaq özündən fərqli olan əmtəə növlərinin sayı qədərdir. Beləliklə, əmtəə dəyərinin tək ifadəsi onun dəyərinin bir sıra müxtəlif sadə ifadələrinə çevrilir; həm də sıra istənildiyi kimi uzadıla bilər.

B. DOLĞUN VƏ YA GENİŞ DƏYƏR FORMASI

      z miqdar A əmtəə = u miqdar B əmtəəyə, yaxud = v miqdar S əmtəəyə, yaxud = w miqdar D əmtəəyə, yaxud = x miqdar E əmtəəyə, yaxud = i. a.

      (20 arşın kətan=1 sürtuka, yaxud=10 f. çaya, yaxud=40 f. qəhvəyə, yaxud=1 kvarter buğdaya, yaxud=2 unsiya qızıla, yaxud=1/2 ton dəmirə, yaxud = i. a.)

1) Geniş nisbi dəyər forması

      İndi məlum əmtəənin, məsələn, kətanın dəyəri əmtəə aləminin saysız-hesabsız başqa ünsürlərində ifadə olunur. Hər bir başqa əmtəə cismi kətanın dəyəri üçün güzgü olur27. Beləliklə, ancaq indi bu dəyər özü həqiqətən fərqlərdən məhrum insan əməyi birkintisi kimi meydana çıxır. Çünki həmin dəyəri yaradan əmək indi hər bir başqa insan əməyinə bərabər bir əmək kimi tamamilə aydın ifadə olunmuşdur ki, burada da insan əməyinin nə kimi natural formaya malik olmasının və sürtukda, buğdada, dəmirdə, qızıldamı və i. a. maddiləşməsinin fərqi yoxdur. Buna görə də indi kətan öz dəyər forması sayəsində başqa növ yalnız bircə əmtəə ilə deyil, bütün əmtəə aləmi ilə də ictimai münasibətə girir. Əmtəə olmaq etibarı ilə o bu aləmin vətəndaşıdır. Eyni zamanda əmtəə dəyərinin sonsuz ifadə sırası göstərir ki, əmtəə dəyəri təzahür etdiyi hər bir xüsusi istehlak dəyəri formasına tam etinasızlıqla yanaşır.

      Birinci formada – 20 arşın kətan=1 sürtuka formasında – bu iki əmtəənin bir-birinə müəyyən miqdar nisbətində mübadilə olunması sadə bir təsadüf kimi görünə bilər. Əksinə, ikinci formada bunun arxasında gizlənən, təsadüfi təzahürdən mahiyyətcə fərqlənən və bu təzahürü müəyyən edən əsas dərhal meydana çıxır. Kətan dəyəri öz kəmiyyəti etibarı ilə eynilə qalır, o istər sürtukda, qəhvədə, dəmirdə və i. a., – ən müxtəlif sahiblərə məxsus saysız-hesabsız müxtəlif əmtəələrdə ifadə olunsun, – bunun fərqi yoxdur. İki fərdi əmtəə sahibinin təsadüfi münasibəti aradan qalxır. Aydın olur ki, mübadilə əmtəənin dəyər kəmiyyətini tənzim etmir, əksinə, əmtəənin dəyər kəmiyyəti onun mübadilə nisbətlərini tənzim edir.

2) Xüsusi ekvivalent forma

      Hər bir əmtəə: sürtuk, çay, buğda, dəmir və i. a., kətanın dəyər ifadəsində ekvivalent kimi və buna görə də dəyər çismi kimi meydana çıxır. İndi bu əmtəələrdən hər birinin müəyyən natural forması bir çox başqaları ilə yanaşı xüsusi ekvivalent formadır. Eynilə də müxtəlif əmtəə cisimlərində olan cürbəcür müəyyən, konkret faydalı əmək növləri indi ancaq, ümumiyyətlə insan əməyinin təcəssümü və təzahürünün xüsusi formaları kimi meydana çıxır.

3) Dolğun və ya geniş dəyər formasının nöqsanları

      Əvvələn, əmtəənin nisbi dəyər ifadəsi burada natamamdır, çünki onun dəyərini ifadə edəm sıra heç bir zaman bitmir. Halqaları dəyər tənliklərindən ibarət olan silsilə yeni meydana çıxan və dəyərin yeni ifadəsi üçün material verən hər bir əmtəə növü daxil edilməklə həmişə uzadıla bilər. İkincisi, bu silsilə ayrı-ayrı və müxtəlif növlü dəyər ifadələrinin rəngarəng mənzərəsini təşkil edir. Nəhayət, bu geniş formada hər bir əmtəənin nisbi dəyəri ifadə olunursa, – əslində belə də olmalıdır, – onda hər bir əmtəənin nisbi dəyər forması dəyər ifadələrinin sonsuz sırasıdır və bu sıra hər hansı başqa bir əmtəənin nisbi dəyər formasının ifadəsindən fərqlidir. Geniş nisbi dəyər formasının nöqsanları özü də ona müvafiq olan ekvivalent formada inikas edir. Hər bir ayrıca əmtəə növünün natural, forması burada saysız-hesabsız başqa xüsusi ekvivalent formalarla yanaşı xüsusi bir ekvivalent forma olduğu üçün ümumiyyətlə ancaq məhdud ekvivalent formalar mövcuddur və bunlardan hər biri qalanlarının hamısını qeyri-mümkün edir. Eynilə də hər bir xüsusi əmtəə ekvivalentində olan müəyyən, konkret, faydalı əmək növü insan əməyinin yalnız xüsusi təzahür formasıdır, deməli, mükəmməl təzahür forması deyildir. Doğrudur, insan əməyi bu xüsusi təzahür formalarının məcmusunda ən dolğun və ya mükəmməl təzahür formasını alır. Bununla belə, o burada vahid təzahür formasına malik deyildir.

      Əslində geniş nisbi dəyər forması ancaq birinci formadakı sadə nisbi dəyər ifadələrinin və ya tənliklərinin məcmusundan ibarətdir. məsələn:

      20 arşın kətan = 1 sürtuka,

      20 arşın kətan = 10 f. çaya və i. a.

      Lakin bu tənliklərin hər birində onunla eyniyyət təşkil edən əks tənlik də vardır:

      1 sürtuk = 20 arşın kətana,

СКАЧАТЬ



<p>27</p>

Buna görə də kətanın dəyərini sürtuklarda ifadə edirlərsə, kətanın sürtuk dəyərindən, onu taxılda ifadə edirlərsə, kətanın taxıl dəyərindən bəhs edirlər və i. a. Hər bir belə ifadə o deməkdir ki, sürtukun, taxılın və i. a. istehlak dəyərində kətanın dəyərindən başqa bir şey təzahür etmir. „Hər bir əmtəənin dəyəri onun mübadilə nisbəti demək olduğuna görə… biz onun barəsində… taxıl dəyəri, mahud dəyəri və s. kimi bəhs edə bilərik; bu da həmin əmtəənin hansı başqa əmtəə ilə müqayisə olunmasından asılıdır; beləliklə, dəyərin minlərlə müxtəlif növləri vardır, – nə qədər əmtəə varsa, düz o qədər də dəyər növləri vardır və bunların hamısı eyni dərəcədə nominaldır” („A Critical Dissertation on the Nature, Measures, and Causes of Value; chiefly in reference to the writings of Mr. Ricardo and his followers. By the Autor of Essays on the Formation etc. Of Opinions”. London, 1825, p. 39). Vaxtı ilə İngiltərədə böyük gurultu qoparan bu anonim əsərin müəllifi S. Beyli xəyal edir ki, eyni bir əmtəə dövriyyənin bu rəngarəng nisbi ifadələrini göstərməklə, dəyər anlayışına tərif verməkdə hər bir imkanı məhv etmişdir. Onun üzərinə Rikardo məktəbinin, məsələn, “Westminster Review“ nə qədər əsəbiliklə hücum etməsi sübut edir ki, bütün öz məhdudluğuna baxmayaraq o hər halda Rikardo nəzəriyyəsinin zəif yerlərini hiss etmişdir.