Название: Hekayələr
Автор: Ömər Seyfəddin
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241792
isbn:
– Sən məni xidmətçi deyəmi aldın?
– Xeyr, – dedim.
– Elə isə niyə aldın? – deyə təkrar soruşdu.
– Zövcəm deyə…
– Onda mən bu evdə durmaram.
– Nə üçün? – deyə əsəbiləşdim.
– Bibin mənə iş gördürmək istəyir, – dedi. – Mən heç bir iş görə bilmirəm. Görməmişəm. Həm də görməyəcəyəm. Sabah ya məni bu evdən çıxarar, ya da boşayarsan. Mən anamın evinə gedəcəyəm.
Əllərindən tutdum, bir az səbir etməsini, hirsinin keçib-gedəcəyini söylədim.
– Əbəsdir, əbəsdir… Vallah, qalmaram! – deyə and içib, aman edirdi.
Anamdan qalma bir evim vardı. Onu girov qoyaraq bir ev tutduq. Bir ev kirayələmək nədir, bilməzsiniz bəlkə… Mən o vaxt öyrəndim. Qapıya çatanacan üç yüz lirə tükəndi. Bir aşpaz, iki xidmətçi tutduq. Fəqət xatırlayın ki, maaşım on lirə idi… Odun, kömür, ərzaq-filan pulu iyirmi lirəni keçirdi. Altı lirə də evin kirəsi… Bu elədi iyirmi altı… Arvadım da on lirə tualeti üçün istəyirdi. Elədi otuz altı… Evi satdım. Əlimə min iki yüz lirəyə qədər pul keçdi. Bu pulla il yarım yaşadıq. Amma mən gələcəyimi düşünərək üzülür, günü-gündən zəifləyir, pərişan olurdum. Bir gün özümü müayinə etdirdim. Doktor:
– Diqqət edin, vərəm başlayır, – dedi.
Nə edəcəyimi bilmirdim. Halım arvadımın vecinə deyildi. Bəzək-düzək makinası kimi təmizlənir, pudralanır, boyanır, geyinir, gəzir, yeməyini yeyir, yatağında rahat-rahat yatırdı! Aşpaz ilə xidmətçinin əlində qalmışdım. Arvadım hətta mətbəxin harada olduğunu belə bilmirdi. Ehtiyat pulum tükəndikcə mən də ürək üzüntüsündən zəifləyirdim. Qorxdum. O vaxt özümü tərəzidə çəkdirmədim. Ehtimal ki, iyirmi okkaya qədər enmişdim! Yaz gəlincə bərk xəstələndim. Yatağa düşdüm. Həkimlər ümidlərini kəsmişdilər. Mütləq havamı dəyişməli olduğumu söyləyirdilər. Yeriyə bilmirdim. Dizlərim tutmurdu. Nəhayət, şirkətdən üç ay izin aldım. Olan-qalan pulumla Almaniyada yaşayan bir dostumun yanına getdim… Konstitusiya elan edildikdən sonra8 elektrikçilik öyrənmək üçün İstanbuldan ayrılmış, Almaniyada ev-eşik quraraq bir daha geri dönməmişdi. Siz bu saat məni tanıyınca necə təəccübləndinizsə, mən də onu görüncə eynilə sizin kimi çaşıb-qalmışdım. Eninə-boyuna bəlkə bir metr enlənmişdi.
– Aman, bu nə haldı, sənə nə olub? – deyə ağzım açıla qalınca:
– Çaşma, bala, bura Almaniyadır, – dedi. – Burada yaşamaq sənətini bilirlər. Sən də bir az qal, görərsən.
Həqiqətən bir həftə keçmədən gördüm, öyrəndim. Dostum dedi:
– Boş yerə artıq xərcə düşmə. Bizim evdə qalarsan. Bir artıq otağımız var. Kirayəçi tapa bilmədik. Səndən iyirmi marka alaram. Orada yatarsan. Yemək üçün də hər gün bir marka yetər. Yalnız ərzaq xərci… Bişirmək üçün pul almarıq. Elədi ayda əlli marka. Burada yeyib-içər, kənarda artıq xərcləməzsən. Camaşırlarını biz pulsuz yudurarıq. Yalnız pivə pulu ayrı…
– Mən pivə içmirəm, – deməyimlə:
– Elə şey olmaz, cahilliyi burax, – deyə güldü. Pivəsiz burada yaşanmaz. Pivə içməsən, iştahan açılmaz. Çox yeyə bilməzsən. Yenə sısqa qalarsan.
Dostumun evində yaşadım. Pivə içməyə, yeməyə, hətta bir fil qədər yeməyə başladım. Mədəm pozulmur, çox gözəl həzm edirdim. Üç ayın içində tanınmayacaq bir hala gəldim. Ən çox mat qaldığım şey isə bu qədər az pulla belə çox yeyə bilməyimizdi. Dostumun fabrikdəki maaşı bizim pulla ayda səkkiz lirəni keçmirdi. Bu səkkiz lirənin içindən həm ev kirəsi verir, həm yeyib-içir, həm də qara gün üçün pul yığırdılar. Yemək, camaşır, tikiş daxil olmaqla evin bütün işini dostumun arvadı görür, yenə hər axşam gəzməyə çıxır, bazar günləri bizimlə bərabər uzun gəzintilərə gələ bilirdi. Bu, mat qalınası bir şeydi. Mən ondan çox çalışdığını, yorulub-yorulmadığını xəbər aldığım zaman gülər:
– Mən əziz imperatriçəmiz qədər çalışıram. Niyə yorulum ki? – deyirdi.
Sonra dərhal imperatriçələrinin həyatını, onun heç vaxt xidmətçidən istifadə etmədiyini, son dərəcə qənaətə riayət etdiyini, hətta böyük uşaqlarının geyimləri köhnələndə atmayıb bir yaş kiçik uşaqlarına geydirdiyini… Yeganə qızının da köhnə libaslarını söküb yenidən bəzədiyini, artıq xərc olmasın deyə ən ləzzətli yeməyi hətta bir dəfə yeməkdən vaz keçdiyini danışmağa başlardı. Bu iri, canlı, gözəl, qüvvətli qadının bəyaz və təmiz dişlərini göstərərək söylədiyi bütün bu qənaət hekayətlərini dinlərkən qeyri-ixtiyari olaraq İstanbulu, öz həyatımızı, zəifcanlı arvadımın israfçılığını, beş lirəyə ancaq ikicə dəfə geyilən bluzları, beş məcidiyyəlik9 ipək corabları, hər iki ayda bir dərziyə iyirmi lirəyə tikdirdiyi kostyumları, otuz lirəlik krujevalarını xatırladım. İstan- bula dönmək saatları yaxınlaşdıqca içimdə bir sıxıntı peyda olur, böyüyür, məni kədər boğurdu. Bu rahatlığı, səadəti məmləkətimdə tapacağım mümkün deyildi. İztirabımı dostuma açıb danışdım. Acıdı. Mənə haqq verdi. Fəqət:
– Bu rahatlıq, səadət Almaniyanın torpağında, daşında, coğrafiyasında deyil, alman qadınındadır, – dedi, – Almaniyanın səadətini, rifahını, zənginliyini alman qadını yaradıb. Sənə bir alman qızı tapaq. Onunla evlənib İstanbula qayıdarsan. Eynilə Almaniyadakı intizam, Almaniyadakı istirahət içində yaşarsan.
Bu, mümkünmüydü? Evli olduğumu söylədim. Arvadımı boşasam, bir neçə yüz lirə boşanma haqqı verməyə pulum olmadığını dedim. Dostum:
– Heç qorxma, – dedi. – Alman arvad səni on lirə ilə Türkiyə kimi ucuz bir yerdə yüz lirəlik rifah içində yaşadar. Bir ilin içində heç bir borcun qalmaz. Ölümdən qurtularsan.
Düşündüm, daşındım. Alman qadınını gördükdən sonra mənim israfçı, modabaz arvadım xəyalıma qorxunc bir ziyanverici kabus kimi gəlirdi. İstanbula dönmək, borc içində, rəzalət içində sürünərək ac, səfil ölmək… Yaxud alman qadını deyilən bir səadət maşını alaraq hər şeyi silib atmaq… Rahat, bütün qayğılardan azad, məsud yaşamaq… Bu iki yoldan birisinə mütləq gedəcəkdim. Ölüməmi? Yaşamağamı? Ölümü seçə bilmirdim. Qeyri-ixtiyari olaraq İstanbuldakı zənginlərin, ən çox maaş alan məmurların israfçı- lıq, idarəsizlik СКАЧАТЬ
8
Türkiyədə konstitusiya 1924-cü il aprelin 20-də qəbul edilmişdir.
9