Название: Hekayələr
Автор: Ömər Seyfəddin
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241792
isbn:
– Həsən, – dedim.
– Həsənmi?
– Bəli, dünən Dadaruh yatarkən otağa girdi. Sandıqdan çıxardı. Sonra yalağın daşında əzdi.
– Niyə Dadaruha xəbər vermədin?
– Yatırdı.
– Çağır onu görək.
Çəpərin qapısından keçdim. Kölgəli yoldan evə doğru gedib Həsəni çağırdım. Zavallının heç nədən xəbəri yoxdu. Arxamca gəldi. Atam çox sərt adamdı. Bir baxışından ödümüz ağzımıza gələrdi. Həsənə dedi:
– Əgər yalan söyləsən, səni döyərəm!
– Söyləmərəm.
– Çox yaxşı, bu qaşovu niyə qırdın?
Həsən, Dadaruhun əlindəki alətə mat-məəttəl baxdı! Sonra sarısaçlı başını silkələyərək:
– Mən qırmadım, – dedi.
– Yalan söyləmə, deyirəm.
– Mən qırmadım.
– Doğru söyləsən, acığım tutmaz. Yalan çox pis şeydir.
Həsən inkarda dirəndi. Atam əsəbiləşdi. Üzərinə yeriyib "Utanmaz yalançı" deyə üzünə bir şapalaq endirdi.
– Apar bunu evə, bir də bunu burada görməyim. Qoy Pərvinlə otursun! – deyə bağırdı. Dadaruh ağlayan qardaşımı qucağına alıb evə apardı.
Artıq tövlədə yalnız mən oynayırdım. Həsən evə dustaq edilmişdi. Anam gəldikdən sonra da bağışlanmadı. Fürsət düşdükcə: "O yalançıdır", – deyirdi atam. Həsən yediyi şapalaq ağlına gəldikcə ağlamağa başlar, çətinliklə susardı. Zavallı anam mənim iftira ata biləcəyimi heç ağlına belə gətirmirdi: "Bu başıboş Dadaruh atlara əzdirmiş olmasın?" – deyirdi.
Növbəti il yaz gələndə anam yenə İstanbula getdi. Biz yenə də tək qaldıq. Həsənə tövləyə getmək hələ də yasaqdı. Gecələr yataqda atların nə etdiklərini, dayçaların böyüyüb-böyümədiyini məndən soruşardı. Bir gün birdən-birə xəstələndi. Qəsəbəyə həkim dalınca at göndərildi. Həkim Həsəni müayinə edib "Difteriya" dedi. Tarlada çalışan kəndli qadınlar evə tökülüşdülər. Cürbəcür quşlar gətirir, kəsib qardaşımın boynuna sarıyırdılar. Atam yastığın yanından heç ayrılmırdı.
Dadaruh çox susqun, fikirli idi. Pərvin hönkür-hönkür ağlayırdı.
– Niyə ağlayırsan? – deyə soruşdum.
– Qardaşın xəstədir.
– Yaxşılaşar da.
– Yaxşılaşmayacaq.
– Bəs nə olacaq?
– Qardaşın öləcək! – dedi.
– Öləcəkmi?
Mən də ağlamağa başladım. O, xəstələnəndən bəri Pərvinin yanında yatırdım. O gecə gözümə yuxu getmədi. Mürgü aparar-aparmaz Həsənin xəyalı gözümün önünə gəlir, "İftiraçı! İftiraçı!" deyə qarşımda ağlayırdı.
Pərvini oyatdım.
– Mən Həsənin yanına gedəcəyəm, – dedim.
– Nə üçün?
– Atama bir şey söyləyəcəyəm.
– Nə söyləyəcəksən?
– Qaşovu mən qırmışdım, onu söyləyəcəyəm.
– Hansı qaşovu?
– Keçənilki. Həsənə atamın acığı tutmuşdu…
Sözümü tamamlaya bilmədim. Dərin hıçqırıqlar içində boğulurdum. Ağlaya-ağlaya Pərvinə danışdım. İndi atama söyləsəm, Həsən də eşidəcək, bəlkə, məni bağışlayacaqdı.
– Sabah söylərsən, – dedi.
– Xeyr, indi gedəcəyəm.
– İndi atan yatıb, səhər açılanda söylərsən. Həsən də yatıb. Onu öpərsən, ağlarsan, səni bağışlar.
– Yaxşı!
– Di yat!
Səhərə qədər yenə gözlərimi yuma bilmədim. Səhər açılar-açılmaz Pərvini oyatdım. Qalxdım. Mən içimdəki vicdan əzabını yüngülləşdirmək üçün tələsirdim. Amma heyhat… Nə yazıq ki, zavallı, günahsız qardaşım o gecə ölmüşdü. Divanda oturmuş molla ilə Dadaruhu ağlarkən gördük. Atamın otaqdan çıxmasını gözləyirdilər.
FON SƏDRİŞTAYNIN ARVADI
O gün İstanbulda qalsam da, heç bir iş görə bilməyəcəkdim. Müdhiş, acı, izahı mümkün olmayan növbəti bir sinir yorğunluğu yenə məni yerimdə qıvrıldırdı. Bu qorxunc halı bilməyənlər nə qədər məsuddurlar! İnsanın birdən-birə bütün ümidləri, bütün zövqü, bütün sevinci qeyb olur. Gözünün önündə həyat, hava, üfüq, hər şey qaranlığa bürünür. Dostlar düşmən gözündə görünür. Sevgililərdən nifrət edilir… Mən bax bu sinir yorğunluğu deyilən atəşsiz cəhənnəmin içinə düşüncə özümü çöllərə atıram. Tənha kolluqlar, sevinc dolu keçmişə bənzəyən kölgəli yollar, ötən bir səadətin canlı xatirələri kimi budaqlarda uçuşan quşlar mənə ilahi bir təsəlli verir; yüngülləşirəm. Beynimdəki ağırlıq yumşalır. Gicgahlarımın atəşi sönür.
O gün yenə belə pərişan bir halda idim. Yüngülləşmək, beynimdəki qranit ağırlığı yumşaltmaq, başımın qaynayan hərarətini söndürmək üçün bir Boğaziçi vapuruna hoppanıb mindim. Bahar fəsliydi. Sərin külək əsir, vapur irəlilədikcə ağlım başıma gəlir, eynim açılırdı…
Göyərtədəydim; bəyaz, çəhrayı, bənövşəyi rənglərlə boyadılmış imarətlərə, yaşıl kolluqlara, mavi təpələrə baxırdım. Gözlərimdəki qırmızı qaranlıq silindikcə qulağım da eşitməyə başladı. Dizlərimdə, biləklərimdə, çiyinlərimdə yorğun ağrılar hiss edir, sinədolusu gərnəşmək istəyirdim. Bir az dikəldim. Başımı sağa çevirdim; yanımda oturmuş iri, qıpqırmızı bir alman kişi qar kimi ağ, kətan dəsmalla tərini silirdi. Bir-birinin üstünə aşırdığı qıçlarına, iri dizlərinə, toxunulsa qan fışqıracaqmış kimi görünən kök əllərinə baxdım. Sonra gözlərimi saralmış əllərimə, spazm vermiş dizlərimə çevirərək:
СКАЧАТЬ