Hekayələr. Ömər Seyfəddin
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Ömər Seyfəddin страница 5

Название: Hekayələr

Автор: Ömər Seyfəddin

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241792 

isbn:

СКАЧАТЬ Düşməyə hazırlaşanlardan bir türk bu can və qan abidəsinə doğru gəldi. Arsız bir türkcə ilə:

      – Vay, fon Sədriştayn!.. – deyə hündürdən səsləndi, – hara belə?

      – Tarabyaya…

      – Xeyir ola?

      – Almaniyadan bizimkinin bir qohumu gəlib. Onun ünvanını öyrənəcəyəm.

      – . . .

      Türkcə o qədər gözəl danışırdı ki, insan vücudunu, üzünü görməsə, adını eşitməsə, şivəsinə aldanacaq, türk sanacaqdı. Vapur təkrar qalxdı. Alman, qəzetini oxumaqda davam etmədi. Dəsmalı kimi diqqətlə qatlayıb cibinə qoydu. Sahilə baxmağa başladı. Bilmirəm necə oldu, nəzərlərimiz bir-birinə çarpdı. Mavi, iri, bir az qanlı alman gözləri… Fəqət o qədər sevimli, o qədər xoş ki…

      Mən arxamdan belə birisinin mənə baxdığını hiss edəndə, rahatsız oluram. Hər kəs mənim kimidirmi – bilmirəm! Artıq bənövşəyi təpəli, bəyaz zolaqlı, cənnət sahillərə baxa bilmir, almanın gözlərini üzərimdə hiss edirdim. Bəli, mənə baxırdı. Hissimdə yanılmamaq üçün yavaşca gözlərimi çevirdim. Dərhal onun gözlərini gördüm; gülürdü. Ağzıyla deyil, bütün üzüylə, bütün vücuduyla gülürdü:

      – Məni tanıya bilmədinizmi? – dedi.

      – Xeyr… – dedim.

      – Halbuki mən sizi tanıdım.

      – Yanılırsınız, cənab, – deyə gülümsədim, – mənim heç bir alman tanışım yoxdur.

      – Mən alman deyiləm.

      – Necə yəni?..

      – Türkəm…

      – Axı adınız…

      – Hə, adım, – deyə sözümü kəsdi, – bayaq mənimlə danışan gəvəzədən eşitdiniz. Fon Sədriştayn, deyilmi? Bu mənim adım deyil, ləqəbimdir. Mənim adım Sədrəddindir. Çox zəifləmisiniz, amma yenə sizi tanıdım. Mən sizin sinif yoldaşınızam.

      Diqqətlə təkrar üzünə baxdım. Xeyr, xeyr… Yanılırdı! Mən belə bir Heraklı məktəbdə deyil, hətta bütün həyatımda görməmişdim. O nə köksdü, yarəbbi!

      – Yanılırsınız, cənab, – dedim, – məktəbdə ikən yoldaşlarımın ən uzunboylusu, ən qüvvətlisi məndim. Sizin kimi sağlam gövdəli, div kimi bir adam məktəbimizdə deyil, hətta məmləkətimizdə yoxdur.

      “Alman” gülməyə başladı.

      – Bir az haqlısınız, – dedi, – amma mənim vücuduma baxmayın. Gözlərimə baxın. Məktəbdə ikən, hətta iki-üç il əvvəl mən son dərəcə cılızdım. Məktəbdə siz, bütün yoldaşlarım mənim cılızlığımla əylənir, arxamdan elə hey "Hi-hi! Sərçə pəhləvan!" deyə səslənirdiniz. Sərçə pəhləvan! İndi xatırladınızmı?

      – ! ! !

      Ağzım açıla qalmışdı. Qollarım yanıma düşdü. Elə böyük, xəyalın qəbul edə bilməyəcəyi elə bir heyrət içindəydim ki… Özümü toplaya bilmirdim. Keçmişin birdən önümdə açılan xatirəsi içində Sərçə pəhləvanı, sısqa Sədrəddini gördüm. İri, mavigözlü, incə, zəif, bitkin bir uşaq! İdman müəllimi onu dərsdə daim bir tərəfə ayırar: "Sən yalnız seyr et, oğlum", – deyərdi. O qədər zəifdi ki, müəllim, əgər turnikdə yellənəcək olarsa, qollarının mütləq qopacağını söylərdi. Xeyr, xeyr… Bu, mümkün deyildi. Sısqa Sədrəddin – yüyürməyə, laqqırtı vurmağa, deyib-gülməyə ərinən, tənbəllik edən Sərçə pəhləvan…

      Qeyri-ixtiyari başımı yırğalayır:

      – Xeyr, xeyr… – deyirdim. “Alman”:

      – Vallah, mən, baxın, o Sərçə pəhləvanam! – deyirdi.

      Axı bu necə ola bilərdi? Bu mümkünmüydü? İnsan bu qədər dəyişə bilərdimi? Hər şeyin bir hüdudu var. Bir sısqa nə qədər qüvvətlənsə də, bir Herakl, bir sağlamlıq heykəlinə çevrilə bilməzdi.

      Güldüm, dodaqlarımı büzdüm:

      – O halda dirilik suyu içmiş olmalısınız.

      – Bəli, dirilik suyu içdim, – dedi, – fəqət Xızır əleyhissalamınkı kimi, heç sabahı olmayan zülmət gecələrdə aylarca gedərək tapdığı gizli bir bulaqdan deyil…

      – Bəs hardan?

      – Qırx səkkiz saatlıq bir yerdən, Almaniyadan!

      – …

      Bu sözdən bir şey anlamadım. Anlamadığımı o da gördü, güldü:

      – Açıq söyləyim, – dedi, – Almaniyaya getdim. Bir alman qızıyla evləndim. Alman qadınının nə olduğunu siz bilməzsiniz. Bütün Almaniya, almanların zənginliyi, alman ordusunun qüvvəti alman qadınının əsəridir… Mən alman qadı- nıyla evlənməzdən əvvəl tərəzidə düz otuz okka5 gəlirdim. Bu gün doxsan beş kiloyam. Almaniyanın iyirmi milyon əhalisini yarım əsrdə altmış-yetmiş milyona çatdıran alman qadını məni də üç il içində doxsan beş kiloya qaldırdı. Əgər alman qadınını tanısanız, buna əsla təəccüb etməz, həm də çox təbii görərdiniz.

      Hərarətlə alman qadını haqqında danışarkən dolu biləklərinə, enli qıçlarına, iri köksünə, ət basmış boynuna, qıpqırmızı sifətinə baxır, məktəbdəki məşhur sısqa, solğun Sərçə pəhləvandan belə bir xariqənin necə zühur edə biləcəyini düşünür, heç cür gözlərimə, qulaqlarıma inana bilmirdim. Sözünü kəsdim:

      – Rica edirəm, necə oldu Almaniyaya getdiniz? Necə oldu evləndiniz? Necə oldu dirilik suyu içdiniz? Bunları danışın. Almaniyaya dair məlumatım var. Əbəs yerə zəhmət çəkməyiniz…

      Fon Sədriştayn:

      – Çox gözəl, çox sadə! – deyə danışmağa başladı… Dinlərkən əsəbiləşir, köksümdə sıxıcı bir ağırlıq duyurdum.

      – Məktəbdən çıxdıqdan sonra sizinlə heç rastlaşmadıq. Xaricə getdiyinizi eşitmişdim. Mənim başıma nələr gəldi, nələr… Hökumət dairələrində dəftərxana müdirlərindən, katiblərdən, qapıçılardan heç bir tanışımız olmadığı üçün, təbii ki, heç bir dəftərxanaya işə girə bilmədim. Girsəm də, sözsüz ki, heç tərəqqi edə bilməyəcəkdim. Məcbur olub hökumət məmuriyyətindən vaz keçdim. Bir az çertyoj çəkdiyimi, yəqin, unutmamısınız. Almancanı da öyrənməyə çalışmışdım. Az-maz danışa bilirdim. Anadolu Şimendifer Şirkətinə6 müraciət etdim. İmtahan СКАЧАТЬ



<p>5</p>

Okka (ərəb.) – Asiya və ərəb ölkələrində işlədilən qədim ölçü vahidi; okkanın ağırlıq ölçüləri dövrə görə dəyişilmişdir. İslamiyyətdən öncə bir okka 2 kq 564 q ikən, islamiyyətdən sonra, əsasən də XX əsrin əvvəllərində bir okka 1 kq 282 q hesab olunurdu. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1931-ci ildə qəbul olunmuş qanuna görə, okka da daxil olmaqla köhnə uzunluq və çəki ölçüləri yeniləri ilə əvəzlənmişdir.

<p>6</p>

Anadolu Şimendifer Şirkəti – dəmiryol şirkəti. “Simendifer” fransızca – dəmir yolu, funikulyor deməkdir.