Hekayələr. Ömər Seyfəddin
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Ömər Seyfəddin страница 3

Название: Hekayələr

Автор: Ömər Seyfəddin

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241792 

isbn:

СКАЧАТЬ o qədər qatı idi ki, axmır, bir damla halında qabarır, böyüyürdü. Barmağımın qanıyla qarışdırdıq. Öncə mən sordum. Duzlu, ilıq bir şeydi. Sonra o da mənim barmağımı sordu.

      Bilmirəm aradan nə qədər zaman keçdi. Bəlkə, altı ay… Bəlkə, bir il… Mıstıqla qan qardaşı olduğumuzu unutmuşdum nədənsə. Yenə birlikdə oynayır, məktəbdən evə birlikdə dönürdük. Bir gün hava çox isti idi. Böyük xoca bizə yarımgünlük tətil vermişdi. Eynilə cümə axşamı günü kimi… Mıstıqla tozlu küçəylə yavaş-yavaş gedirdik. Mən dəsmalımı fəsimin4 altına qoymuşdum… Tərimi silə bilmədiyim üçün üzüm su içindəydi.

      Böyük, geniş bir yoldan keçirdik. Kənarda uçmuş bir divarın bünövrəsi vardı. Birdən-birə qarşıdan iri, qara bir köpək çıxdı. Arxasından bir neçə adam əllərində yekə dəyənək qovalayırdı. Bizə: "Qaçın, qaçın, qapacaq!.." – deyə bağırdılar. Qorxduq, çaşıb-qaldıq. Yerimizdə qurumuşduq. Öncə mən bir az özümü toplayaraq: "Aman, qaçaq…" – dedim. Gözləri atəş kimi parlayan köpək bizə yetişmişdi. O zaman Mıstıq: "Sən arxama çəkil!.." – deyə hayqırdı, önümə keçdi. Köpək ona cumdu. Bir-birinə çarpdılar. Sonra sanki güləşirmiş kimi boğaz-boğaza gəldilər. Köpək də dal ayaqları üstünə qalxmışdı. Bir az belə savaşdıqdan sonra ikisi də yerə yuvarlandı. Mıstığın kiçik fəsi, mavi ayaqqabısı yerə düşmüşdü. Bu savaş mənə çox uzun gəldi. Titrəyirdim. Əli dəyənəkli kişilər yetişdilər. Köpəyə bir neçə güclü zərbə endirdilər. Mıstıq qurtuldu. Zavallının qollarından, burnundan qan axırdı. Köpək, quyruğunu qısaraq qaçaraq uzaqlaşdı. Mıstıq: "Elə bir şey deyil… Ağrıtmır… Bir az cızıldı…" – deyirdi. Evlərinə apardılar. Mən də evimizə tələsdim. Anama başımıza gələni danışdım. Abil ana məni yerə uzatdı. Uzun-uzadı qasığıma, damarlarıma basdı. Dua oxuyaraq üzümə elə üflədi ki, sarımsaq qoxusundan asqırdım.

      Ertəsi gün Mıstıq məktəbə gəlməmişdi. O biri gün yenə gəlmədi… Anama Hacı Budaqgilə gedib Mıstığa dəyməyi təklif etdim.

      – Xəstədir, oğlum, – dedi, – inşallah, yaxşılaşanda yenə oynarsınız, indi onu narahat etmək ayıbdır.

      Ondan sonra mən hər zaman Mıstığı yaxşılaşmış görəcəyim ümidiylə məktəbə gedərdim. Heyif ki, o bir də məktəbə gəlmədi… Köpək quduzmuş. Müalicə üçün Mıstığı Bandırmaya apardılar. Oradan İstanbula göndərəcəkdilər.

      Nəhayət, bir gün eşitdik ki, Mıstıq ölüb…

      Erkən qalxdığım açıq, buludsuz səhərlər hər kəs kimi mənə də uşaqlıq illərimi xatırladır. Yaddaşımda sonsuz və bənövşəyi bir dan yeri ölkəsi kimi qalan doğulduğum torpağı gözümün önündə canlandırıram. O dəqiqə, özüm də fərqində olmayaraq, sol əlimin şəhadət barmağına baxıram. Barmağımın birinci buğumunun üstündə hələ də bəyaz cizgi şəklində qalmış kiçik çapıq izi mənim üçün çox müqəddəsdir. Andı üçün ölən, həyatını məhv edən qəhrəman qan qardaşımın isti dodaqlarını təkrar barmağımın ucunda duyur, məni qurtarmaq üçün özündən böyük, qudurmuş, iri, qara çobaniti ilə güləşən o aslan qəhrəmanın xəyalını görürəm.

      Bugünkü türk mentalitetindən uzaq, əxlaqsızlıq, mənəviyyatsızlıq, bayağılıq və miskinlik yağan bir cəhənnəmin dibində bu saf, nurlu cənnətin uzaq, ani ilğımı gözümün önündə açılır. Saatlarla Mıstığı anaraq zaman keçdikcə daha çox dəyəri artan kədərli xatirənin həzin dadını duyuram.

      QAŞOV

      Tövlənin iç həyətində oynarkən aşağıda, gümüşü söyüdlər altında görünməyən dərədəki çayın hüznlü şırıltısını eşidirdik. Evimiz iç çəpərdəki böyük şabalıd ağaclarının arxasında görünməz kimiydi. Anam İstanbula getdiyi üçün məndən bir yaş kiçik olan qardaşım Həsənlə artıq Dadaruhun yanından heç ayrılmırdıq. Bu, atamın işçisi, yaşlı bir adamdı. Səhər erkəndən tövləyə qaçardıq. Ən sevdiyimiz şey atlardı. Dadaruhla birlikdə onları suvarmağa aparmaq, çılpaq minmək doyulmaz bir zövq idi. Həsən qorxar, tək minə bilməzdi. Dadaruh onu qucağına alırdı. Torbalara arpa qoymaq, axura ot doldurmaq, altlarını kürümək əyləncəli bir oyundan daha çox xoşumuza gəlirdi. Hələ tumar – bu ən zövqlü şeydi. Dadaruh əlinə qaşovu alıb işə başladımı, çıq… çıq… çıq… çıq… sanki bir saat kimi səs çıxarırdı. O saat yerimdən oynar:

      – Mən də edəcəyəm! – deyə əl çəkmirdim.

      O halda Dadaruh məni Tosunun belinə qaldırar, qaşovu verər:

      – Di başla! – deyərdi.

      Bu dəmir ləvazimatı heyvanın gövdəsinə sürtər, amma o ahəngdar xışıltını çıxara bilməzdim.

      – Quyruğunu yelləyirmi?

      – Yelləyir.

      – Hanı, baxım?..

      Əyilirdim, uzanırdım, amma atın sağrısından quyruğu görünməzdi. Hər sabah tövləyə gələr-gəlməz:

      – Dadaruh, tumar mənlikdir, – deyərdim.

      – Bacarmazsan.

      – Niyə?

      – Hələ balacasan, ona görə…

      – Bacararam.

      – Böyü, sonra…

      – Nə zaman?

      – Boyun at qədər olanda....

      At, tövlə işlərində təkcə tumarı bacarmırdım. Boyum atın qarnına belə çatmırdı. Halbuki ən əyləncəli şey buydu. Sanki qaşovun düzənli səsi Tosunun xoşuna gəlir, qulaqlarını qısır, quyruğunu enli bir qotaz kimi yellədirdi. Tumar tam bitənə yaxın narahat olur, o zaman Dadaruh "Höyt!.." deyə sağrısına bir şapalaq endirir, sonra o biri atları tumara başlardı. Bir gün təkbaşıma qalmışdım. Həsənlə Dadaruh dərə kənarına enmişdilər. Ürəyimdə bir tumarlamaq istəyi oyandı. Qaşovu tapa bilmədim. Tövlənin bucağında Dadaruhun pəncərəsiz kiçik bir otağı vardı. Buraya girdim. Rəfləri aradım. Yəhərlərin arasına-filana baxdım. Yoxdu ki, yoxdu! Yatağın altında yaşıl taxtadan bir sandıq dururdu. Onu açdım. Sevincimdən hayqıracaqdım. Anamın bir həftə öncə İstanbuldan göndərdiyi ərməğanlar içindən çıxan gümüşü qaşov par-par parlayırdı. Onu qapıb Tosunun yanına cumdum. Qarnına sürtmək istədim. Rahat durmurdu.

      – Bəlkə, ağrıdır? – dedim.

      Gümüş kimi parlayan bu gözəl qaşovun dişlərinə baxdım. Çox kəskin, çox sivriydi. Bir az korşaltmaq üçün divarın daşlarına sürtməyə başladım. Dişləri pozulan kimi yenidən sınadım. Yenə atların heç biri durmurdu. Hirsləndim. Acığımı sanki qaşovdan çıxmaq istədim. On addım irəlidəki çeşməyə СКАЧАТЬ



<p>4</p>

Fəs – kişi papağı. Adı Mərakeşin Fəs şəhərindən götürülmüşdür. Osmanlı imperiyası və ondan asılı olan ölkələrin (Mərakeş daxil olmaqla) şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tündrəngli fəs qoyurdu. Fəs kəsik konus formasında astarlı olur, yuxarı kəsiyə rəngli saplardan 10-15 sm uzunluqda qotaz bənd edilirdi. Mahud və digər qiymətli parçalardan tikilirdi.