Название: Hekayələr
Автор: Ömər Seyfəddin
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241792
isbn:
Hansı küçələrdən, kiminlə gedərdim? Xatırlamıram… Məktəbimiz birmərtəbəli, divarları suvaqsızdı. Üstü qapalı bir iç həyəti, bir az irəlidə kiçik, ağacsız bir bağçası vardı. Bağçanın sonunda ayaqyolu, çox iri abdəst çəlləyi yerləşirdi. Oğlanlar və qızlar sinifdə qarmaqarışıq oturur, birlikdə oxuyur, birlikdə oynayırdılar. "Böyük xoca3" dediyimiz xınalı, seyrəksaçlı, donqarbel, uzunboylu, yaşlı, əldən düşmüş bir qadındı. Mavi gözləri sərtliklə parlar, dimdik kimi əyri, sarı burnuyla, tükləri tökülmüş xain, xəstə bir arıyeyən quşa bənzərdi. "Kiçik xoca" böyük xocanın oğluydu. Məktəblilər ondan heç qorxmazdılar. Bir az sarsaq adam təsiri bağışlardı. Mən arxadakı partalarda, Böyük xocanın uzun zopasını uzada bilmədiyi bir yerdə otururdum. Qızlar, bəlkə də, saçlarımın açıq-sarı olmasından mənə "Ağ bəy" deyirdilər. Oğlanlar ya adımı söylər, ya da "yüzbaşı oğlu" deyə çağırırdılar. Sinif qapısının açılmayan qanadında sallanan "gəldi-getdi" lövhəsi yastı, cansız bir üz kimi bizə baxır, qalın divarların tavana yaxın dar pəncərələrindən girən donuq bir işıq, durmadan bağıran, hayqıraraq oxuyan uşaqların kəskin qışqırtıları, səs-küyləri ilə sanki daha da ağırlaşır, bulanırdı…
Məktəbdə yalnız bir cəza növü vardı: şallaq… Cəzalılar, hətta qızlar belə falaqqaya yatırılardı. Falaqqadan qorxmayan, titrəməyən yoxdu. Kiçik xocanın ağır şapalağı, Böyük xocanın uzun zopası dəydiyi başda mütləq şiş qoyurdu. Mən heç döyülməmişdim. Bəlkə atama görə güzəşt edilirdi. Yalnız bir dəfə Böyük xoca yalan söylədiyim üçün quru, sümükləri çıxmış əlləriylə sol qulağımı çəkmişdi. O qədər bərk çəkmişdi ki, ertəsi gün də yanırdı, qıpqırmızıydı. Halbuki günahım yoxdu. Doğru söyləmişdim. Bağçadakı abdəst çəlləyinin kranı qırılmışdı. Böyük xoca bu işi edəni axtarırdı. Bu, mavi çəpkənli, qırmızı qurşaqlı, xəstə, zəif bir uşaqdı. Xəbərçilik etdim. Falaqqaya qoyulacaqdı. İnkar etdi. Sonra digər bir uşaq çıxdı. Kranı özünün qırdığını söyləyib yerə yatdı. Bağıra-bağıra zopaları yedi. Sonra Böyük xoca: "Niyə yalan söyləyib bu zavallıya iftira atırsan?" – deyə qulağımdan yapışdı. Üzünü büzüşdürərək hirsləndi. Çox ağladım, çünki yalan söyləmirdim. Bəli, kranı qıranda gözümlə görmüşdüm. Axşamüstü, uşaqlar məktəbdən evə dağılarkən döyülən uşağı tutdum:
– Niyə məni yalançı çıxardın? – dedim. – Kranı sən qırmamışdın…
– Mən qırmışdım.
– Xeyr, sən qırmamışdın. O biri uşağın qırdığını mən gözümlə gördüm.
Dirənmədi. Üzümə baxdı. Bir an eləcə durdu. Əgər xocaya söyləməyəcəyimə əmin etsəydim, səbəbini açıb deyəcəkdi. Mən yaman maraqlandım:
– Kranı Əli qırmışdı, – dedi, – mən də bilirdim. Amma o, çox zəif, həm də xəstədir. Özün görürsən, falaqqaya dözməz. Bəlkə də ölər, yataqdan yenicə qalxıb.
– Amma sən niyə onun yerinə döyüldün?
– Heç nə olmaz. Biz onunla and içmişik. O bu gün xəstə, mən isə yaxşıyam, qüvvətliyəm. Onu qurtardım…
Yaxşı anlamadım. Təkrar soruşdum:
– And nədi?
– Bilmirsənmi?
– Bilmirəm!
Güldü. Məndən uzaqlaşa-uzaqlaşa dedi:
– Biz bir-birimizin qolunu çərtib qanını içərik. Buna "and içmək" deyirlər. And içənlər qan qardaşı olurlar. Bir-birinə ölüncəyə qədər yardım edərlər, dərdli günlərində bir-birinə hayan olarlar.
Sonra öyrəndim ki, məktəbdə bir çox uşaq bir-biriylə and içmişdilər. Qan qardaşıydılar. Bəzi qızlar belə öz aralarında and içmişdilər. Bir gün, bu yeni öyrəndiyim köhnə qaydanın necə edildiyini də gördüm. Yenə arxa sıradakı partada oturmuşdum. Kiçik xoca abdəst almaq üçün bayıra çıxmışdı. Böyük xoca, arxasını bizə çevirmiş, yavaş-yavaş, namazını qılırdı. İki uşaq taxta saplı bir bıçaqla qollarını çərtdi. Çıxan böyük, qırmızı damlanı qolları üzərindəki bu çizgiyə sürtdülər. Qanlarını qarışdırdılar. Sonra bir-birinin qollarındakı qanı sordular.
And içərək qan qardaşı olmaq… Bu məni düşündürməyə başladı. Mənim də qan qardaşım olsaydı, xocaya qulağımı çəkdirməyəcək, üstəlik, falaqqaya yatacağım zaman məni qurtaracaqdı. Köhnə məktəbin içində özümü təktənha, dostsuz, qoruyucusuz sanırdım. Anama düşüncəmi, digər uşaqlar kimi birisiylə and içmək istədiyimi söylədim. Andın necə içildiyini izah etdim. Razı olmadı:
– Elə axmaq işləri xoşlamıram. Bax eləmə ha… – deyə məni fikrimdən daşındırmağa çalışdı.
Amma mən dinləmədim. And içmək ağlımda özünə yer etmişdi. Ancaq kiminlə? Bir təsadüf, gözlənilməz bir qəza mənə qan qardaşımı qazandırdı. Cümə günləri bizim evin bağçasına bütün qonşu uşaqlar toplaşırdılar. Axşama qədər birlikdə oynardıq. Arxamızdakı evlərin sahibi Hacı Budaqgilin mənim yaşda bir uşağı vardı ki, ən çox adı xoşuma gəlirdi: Mıstıq… Bu adı söylərkən dad duyar, dönə-dönə təkrarlardım. Elə uyumluydu ki… Qızlar Mıstığı bağçada, küçədə görüncə bu gözəl ada uydurulmuş qafiyələri bir ağızdan söylərdilər; hələ də xatirimdədir.
Mustafa Mıstıq,
Arabaya qısdıq,
Üç şam yaxdıq,
Seyrinə baxdıq!
– deyə bağırışır, əllərini yumruqlayıb ona qarşı durardılar. Mıstıq heç cırnamazdı. Hətta gülərdi. Biz də, bəzən bu dördlüyü bağıraraq təkrarlar, əylənərdik. Bu kiçik şeir mənim xəyalıma belə sirayət etmişdi. Röyamda bir çox arsız qızın Mıstığı böyük bir köçəri arabasına sıxışdıraraq, çevrəsində üç şam yaxaraq seyr etdiklərini görürdüm. Niyə Mıstıq özünü elə ağıllı aparırdı… Nə üçün bu qızlara bir-iki yumruq atmaz, sıxışdırıldığı qatran qoxulu arabadan qurtulmazdı? Hamımızdan güclüydü. Yupyumru uşaqdı; başı, qolları, ayaqları, bədəni, hətta əlləri də… Bütün uşaqları güləşdə yenərdi…
Yayda hər cümə səhəri böyük bir dəstə söyüd budağı gətirirdi. Bu budaqlardan özümüzə atlar düzəldər, cıdır oynar, yarışa çıxardıq. Yarışda da hamını keçərdi. Ona heç birimiz çata bilməzdik. Yenə belə bir cümə günü Mıstıq söyüd budaqlarıyla gəldi. Mən ən uzununu özümə ayırdım. O birilərini uşaqlara paylaşdırdım. Bir bıçaqla bu budaqların ucunu kəsər, qabıqlarından iki qulaq, bir burun çıxardar, eynilə bir at СКАЧАТЬ
3