Uzaq sahillərdə. Гасан Мехти оглы Сеидбейли
Чтение книги онлайн.

Читать онлайн книгу Uzaq sahillərdə - Гасан Мехти оглы Сеидбейли страница 6

Название: Uzaq sahillərdə

Автор: Гасан Мехти оглы Сеидбейли

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ 30 dəqiqəlik kapsulu.

      – Bəs nə oldu? – deyə Ancelika səbirsizliklə soruşdu.

      – Bəlkə, onlar masanın altındakı çantanı görüblər?

      – Yox, Vasya, hər şey əvvəlcədən yaxşı düşünülmüşdü. Hər şey lazım olduğu kimi, öz qaydası ilə gedirdi… Axı biz salfetləri nahaq yerə dəyişdirmədik! O vərəqələr onların diqqətini yayındırmalı idi…

      Birdən-birə şəhər üzərində uzaqvuran topların yaylım atəşinə bənzər boğuq bir partlayış səsi ucaldı.

      Onların üçü də diksinib şəhərə tərəf çevrildi.

      Qeqqa küçəsində sarımtıl tüstü sütunu qalxıb bir an içində qaraldı, yavaş-yavaş şəhərin üstünə enərək küçələri kül və toz qatı ilə örtməyə başladı.

      – Viva aminçi! Yaşasın azadlıq! – deyə Ancelika cingiltili səslə qışqırdı. Qız elə həyəcanlı idi ki, ona qanad versəydilər, qalibiyyət carçısı kimi şəhərin üzərində uçardı.

      Ancelika gülümsünüb səsini yavaşıtdı və sirr açırmış kimi pıçıldadı:

      – Yoldaş “Mixaylo”, – deyə ober-leytenanta müraciət etdi, – heç bilirsiniz, yerli əhali sizi necə adlandırır? Onlar sizin adınızı Spartak qoyublar.

      Birdən-birə yaxındakı qayaların dalından boz rəngli palto geymiş bir adam çıxdı. O, bir sıçrayışla bu üç dostun yanına çatıb, onları dartaraq qayanın dalına itələdi.

      Bayaq onların durduğu yerdən indi addımlarını yerə döyə-döyə alman keşikçiləri keçirdi.

      Patrullar uzaqlaşandan sonra gələn adam rahatlıqla nəfəs aldı və “Mixaylo”ya tərəf dönərək rus dilində dedi:

      – Bura bax, cavan oğlan, evi partladanda bir az ehtiyatlı olmaq lazımdır.

      “Mixaylo” qəddini düzəltdi.

      – Başa düşmürəm, – deyə yad adamın gözlərinin içinə dik baxaraq, təmiz alman dilində təkəbbürlə cavab verdi.

      Yad adam gülümsündü:

      – Yaxşı, bizim mübahisə etmək üçün vaxtımız yoxdur. Mən sizinlə mühüm bir məsələ haqqında danışmalıyam.

      “Mixaylo” cavab vermir və nüfuzedici nəzərlərlə təzə gələn adamı süzürdü.

      Yad adam dönüb tərəddüdlə Vasya və Ancelikaya nəzər yetirdi. “Mixaylo” da onlara baxdı. Onlar heç bir söz deməyib, itaətlə kənara çəkildilər və söhbətin nə ilə nəticələnəcəyini gözlədilər.

      – Briqadanın qərargahına xəbər verin ki, – deyə yad adam sözə başladı, – bu gün bizim təyyarə yeddinci təpənin üstünə gəlməyəcək. Həm də mənimlə təzədən görüşmək üçün vaxt təyin etsinlər.

      “Mixaylo” susur, yad adamın bir hərəkətini belə gözdən qaçırmamaq üçün diqqətlə ona fikir verirdi. Naməlum adam ciblərini axtarıb siqaret çıxartdı, birini yandırıb çəkməyə başladı. “Mixaylo” siqaretlərin üstündə italyan markası olduğunu gördü. Lakin bunun məsələyə heç bir dəxli yox idi. Əsas məsələ bu deyildi. Bu adam onu tanıyırdı. Özü də bu gün yeddinci təpənin üstünə təyyarə gələcəyini bilirdi.

      – Siz mənə nə məsləhət görürsünüz? – deyə naməlum adam soruşdu.

      “Mixaylo” cavab verdi:

      – Heç nə!

      Naməlum adam köksünü ötürdü:

      – İnanmırsınız? Çox təəssüf! Müttəfiqlər belə hərəkət etməməlidirlər. Siz ki russunuz…

      “Mixaylo” yenə də susur, hər şeyi lazımınca fikirləşmək üçün vaxtı uzadırdı. O da bir siqaret çıxarıb yandırdı.

      – Sağlıqla qalın! – naməlum adam dostcasına gülümsündü, – Mən sizi təqsirləndirmirəm. Bəlkə də, siz elə bu cür etməli idiniz. Sizə yaxşı yol!

      – Dayanın! – “Mixaylo” onu yavaşdan çağırdı.

      Naməlum adam dayandı. “Mixaylo” qəti səslə dedi:

      – Mən heç bir xəbər aparmayacağam. Siz də heç yana getməyəcəksiniz. Sizi özümlə aparıram. Yol uzundur. İkilikdə xoş keçər.

      Naməlum adam bir qədər fikirləşəndən sonra yaxınlaşıb sevincək bir hərəkətlə əlini onun çiyninə vurdu:

      – Nə deyirəm ki, pis fikir deyil… Ehtiyat edirsiniz? Namusuma and olsun ki, bizim Ştatlarda olsaydınız, sizi xalq qəhrəmanı adlandırardılar. Hər qəhrəmanlığınıza Hollivud bir film həsr edərdi.

      Onlar söhbət edə-edə qayaların dalından çıxanda Vasya ilə Ancelika təəccüblə bir-birinə baxdılar.

      * * *

      Əvvəllərdə “Döyçe soldatenhaym” binası ucalan yerdə indi daş-daş üstündə qalmamışdı. Alman və italyan əsgərləri daşları eşələyərək uçmuş binanın altından meyitləri çıxarırdılar. Onlar daş-torpağın arasından qəfildən bir əlin uzandığını gördülər. Bu əl yanıb külə dönmüş bir tirdən tutmağa çalışırdı. Onlar təsadüfən diri qalan zabiti tirlərin altından güclə çıxara bildilər. Bu, Otto fon Şults idi. Bir qədər sonra Şults dəlicəsinə bağırmağa başladı. Bu səsi eşidən esesçilər hövlnak özlərini onun yanına atdılar. Əsgərlər, Şultsun toz-torpağa bulaşmış kostyumunu təmizlədikcə, o, onları söyüb, kənara itələməyə çalışırdı, sanki baş vermiş hadisəyə onlar bais olmuşdular.

      Bir dəqiqədən sonra hadisə yerinə bir minik maşını yaxınlaşdı. Maşından düşən iki cavan esesçi və bir həkim qorxudan özlərini itirmiş halda Şultsa yaxınlaşıb, farağat durdular.

      – Allah! – deyə həkim tələsik Şultsu müayinə etdikdən sonra təəccüblə səsləndi. – Sizin bədəninizdə heç cızıq yeri də yoxdur! – O, rahatlıqla nəfəsini dərib, Şultsa müraciət etdi, – Siz rahatlanmalısınız, cənab mayor. Allah üzünüzə baxıb, salamat qurtarmısınız… Sizə indi ancaq rahatlıq lazımdır. İcazə verin, sizi maşınla aparım…

      Lakin Şults onu itələyib piyada yola düzəldi. Şults əvvəl çox tez-tez yeriyirdi, sanki kiməsə daldan çatmaq, haqlamaq istəyirdi. Onun gözləri qanla dolmuşdu, sifətindən qəzəb yağırdı. O, gərgin halda fikirləşirdi: “Bu gün onunla bir yerdə yemək yeyənlərdən kimsə partizanmış! Bəlkə də o, “Mixaylo”dur? Ola bilər!” Gör ha, Şults təcrübəli bir gestapoçu olsa da, onu görə bilməyib! “Mixaylo” onun burnunun dibində, gözlərinin СКАЧАТЬ