Uzaq sahillərdə. Гасан Мехти оглы Сеидбейли
Чтение книги онлайн.

Читать онлайн книгу Uzaq sahillərdə - Гасан Мехти оглы Сеидбейли страница 5

Название: Uzaq sahillərdə

Автор: Гасан Мехти оглы Сеидбейли

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ rəngi qaçdı, yanağı yenə də səyriməyə başladı, ağzı əyildi.

      – Bu nədir? – deyə kapitan yenə də bağırıb onun üstünə yeridi. – Nə ağız-burnunu əyirsən?!

      Lakin elə bu vaxt ober-leytenant sakit və arxayın hərəkətlə ayağa qalxdı.

      – Cənab kapitan, – deyə o, “Cırtdan”ın qabağını kəsərək sakit səslə kapitana müraciət etdi, – əlbəttə, yanağın səyriməsi əsgər üçün o qədər də böyük ziynət deyil, amma bu əsgəri reyxsmarşalın özü təbrik edib. Xahiş edirəm, tanış olasınız, onun adı sadəcə “Cırtdan”dır.

      – Başa düşmədim! – deyə kapitan təkəbbürlə ober-leytenantı süzdü.

      Ober-leytenant sözünü davam etdi:

      – “Cırtdan” məni ölümdən xilas edib, rus mərmisi başımızın üstündə vıyıldayanda, o, bədəni ilə məni qorudu. Özü də zədələndi. O, həqiqi qəhrəmandır.

      – Lakin bu ona, burnunu bizim xörək qablarına soxmaq ixtiyarını verməyib! Əgər o, sizin həyatınızı xilas edibsə, onu istədiyiniz meyxanada qonaq edə bilərsiniz.

      Kapitan oturacağını çəkib onların masasının arxasında əyləşdi. Ober-leytenant “Cırtdan”a baxıb gülümsündü və heç bir şey olmayıbmış kimi onun çiynindən vuraraq dedi:

      – Nə olar, “Cırtdan”, görünür ki, bu salonu tərk edib, aşağıya enməlisən… Gedək, gedək… Yanağın yaman dartılır. Birdən aşağıda da səni incidərlər. – O, başı ilə əsgərə dalınca gəlməsini işarə etdi. Sonra kapitana tərəf dönüb yumşaq bir tövrlə sözünü bitirdi. – Cənab kapitan, mən bu dəqiqə qayıdıram.

      Kapitan cavab vermədi. Onlar salondan çıxandan sonra kapitan yaxındakı masanın arxasında əyləşən, sinəsi başdan-ayağa xaç və ordenlərlə bəzənmiş qoca bir polkovnikə müraciət etdi:

      – Gördünüzmü bu cırtqozu?!

      – Onunla ciddi danışmaq pis olmaz, – deyə polkovnik cavab verdi. – Yeməkdən sonra mən onunla haqq-hesab çəkərəm.

      – İcazə verin, bunu özüm edim. Onun iştahını necə pozmaq lazım olduğunu mən yaxşı bilirəm. Özü də burada onun üçün yer saxlayıram…

      Musiqi çalındı, təbilin gurultulu səsləri altında kürəyi açıq, parlaq və uzun paltarlı bir qadın yüyürə-yüyürə salona girdi. Qadın ilan kimi qıvrılaraq rəqs edir və kişi səsinə bənzər yoğun səslə oxuyurdu. Zabitlər qadını gözlərilə yeyir, ayağa qalxaraq onun hər bir hərəkətini izləyirdilər. Onlar “Cırtdan”ın stəkana qoyduğu salfetlərlə əllərini silərək, bu yarımçılpaq qadını alqışlamağa hazırlaşırdılar.

      Birdən-birə salonda qarışıqlıq düşdü… Qoca polkovnik salfetin üstündə yazılar gördü. O, əzilmiş salfeti hamarlayıb eynəyini taxdı, yazıları oxuduqdan sonra qəddini düzəltdi. Hamının eşidə bilməsi üçün ucadan əmr verdi:

      – Hamı masalardakı salfetlərə baxsın!

      Musiqi kəsiləndə salfetlər xışıldamağa başladı. Hərə öz salfetindəki bu qısa sözləri oxudu: “Ölümə ölüm!” Bunların altında da “Xalq intiqamçıları” sözləri yazılmışdı.

      – Direktor! – deyə kimsə vəhşicəsinə bağırdı.

      Yarımlüt rəqqasə özünü itirərək orkestr meydançasının yanında durmuşdu. Çalğıçıların rəngi qaçmışdı.

      – Qapıları bağlayın, heç kəsi buraxmayın! – deyə polkovnik bağırdı.

      Qorxudan ölümcül hala düşmüş, top kimi yumru, balacaboy bir italyan, özünü yetirib soruşdu:

      – Nə var, nə var?!

      Əsgərlər yüyürüşərək içəri doluşdular. Xörəkpaylayan qadınlar bir küncə yığıldılar. “Döyçe soldatenhaym”ın bütün adamları bu salona toplaşmışdı.

      “Görəsən, onların arasında paltarını dəyişmiş partizan kimdir?”

      Axtarış başlandı, hitlerçilər o qədər çox idilər ki, böyük zala yerləşmirdilər…

      Həmin vaxtda Triyestin küçələrində müharibə dövrünə xas olan adi həyat vardı.

      Şəhər tramvayı başqa sərnişinlərlə bərabər ober-leytenantı və onun əsgəri “Cırtdan”ı funikulyorla yuxarı aparırdı.

      Tramvay dayananda onlar qapıya tərəf yönəldilər. Sərnişinlər qaşqabaqlarını töküb kənara çəkilərək onlara yol verdilər.

      Onlar tramvaydan düşüb, dinməz-söyləməz uzaqlaşdılar, sarı rəngli, hündür və sərt qayalarla örtülmüş dikə qalxmağa başladılar. Bir zaman Adriatik dənizinin dalğaları bu qayalara çırpılırdı.

      Bu hündür yerdən baxanda aşağıdakı evlər balaca oyuncaq kimi görünürdü. Düzənliyin qurtaracağında isə dağlar ucalırdı. Bu dağların zirvəsi seyrək şam ağacları ilə örtülmüşdü.

      Onların durduğu yer Opçina adlanırdı.

      Ober-leytenantla əsgər dik qayanın yanında dayandılar.

      – Bura bax, Vasya, – deyə ober-leytenant yavaş səslə “Cırtdan”a müraciət etdi, – o nə idi, şəhərin içində Ancelikanı qucaqlayırdın?

      Vasya ötkəmliklə gülümsündü:

      – Bütün almanlar qızlarla belə gəzirlər.

      – Lazım deyil, Vasya. Əvvəla, bu hərəkətin yerli əhalidə Ancelikaya qarşı nifrət oyada bilər. İkinci də, Ancelika gözəl qızdır, başqaları da sənə baxıb, onu qucaqlamaq fikrinə düşər.

      Vasya susurdu. Onun sifəti ciddi ifadə aldı, ağımtıl qaşları çatıldı.

      – Yaxşı, – deyə o, cavab verdi, – əgər lazım deyilsə, daha Ancelikanı qucaqlamaram.

      Ober-leytenant cib saatını çıxarıb baxdı və gözünü Vasyaya zillədi:

      – Bu, nə deməkdir?

      – Nə qədər keçib?

      – 28 dəqiqə.

      – Otuz olmalıdır.

      Onların ikisinin də siması ciddiləşdi.

      – Vasya! – deyə birdən-birə pıçıltı eşidildi.

      Onlar səs gələn tərəfə çevrildilər.

      Ancelika СКАЧАТЬ