Название: Uzaq sahillərdə
Автор: Гасан Мехти оглы Сеидбейли
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn:
isbn:
Partizanların keşikçiləri və müdafiə dəstələri hər tərəfdən qərargahı əhatə edərək, bütün yolları nəzarət altında saxlayırdılar. Onlar dağın döşü ilə uzanan dar və güclə seçilən bir cığıra xüsusi diqqət yetirirdilər. Briqadanın qərargahı bu cığır vasitəsilə yaxın meşədə yerləşdirilmış əsas qüvvələrlə əlaqə saxlayırdı.
Axşam idi. Malikanənin buxarılarında odun yanır, xüsusi dayaqların üstündəsə partizan çaydanları və qazanlar qaynayırdı. Oyaq olanlar silahlarını təmizləyir, paltarlarını yamayır, çay içir, üzlərini qırxırdılar. Onlar yatanları oyatmasınlar deyə, ehtiyatla və səssiz tərpənirdilər. Tapşırıqdan qayıtmış yorğun adamlar çarpayılarda, divanlarda, masaların üstündə, pəncərələrin içində, kreslolarda və döşəmənin üstündə – hər kəs bacardığı kimi yerləşib yatırdı.
Birdən kimsə qapını taybatay açıb qışqırdı:
– “Mixaylo” qayıtdı.
Bütün malikanə hərəkətə gəldi. Bu xəbər salondan-salona, otaqdan-otağa, pilləkəndən-pilləkənə yayıldı.
Bir dəqiqə sonra adamlar “Mixaylo”nun əlini sıxır, qucaqlayır və tez-tez çiyninə vururdular. “Mixaylo” onların əlindən güclə qurtara bildi.
– Qonağımız da var, – deyə “Mixaylo” başı ilə qapının yanında tək dayanmış yumşaq şlyapalı adamı göstərdi. – Xahiş edirəm ki, ona hörmət eləyəsiniz.
O, pillələrlə bir qədər yuxarı qalxandan sonra ayağında uzun bataqlıq çəkməsi, belindənsə iri bir mauzer sallanan oğlanın qulağına pıçıldadı:
– Gözdən qoyma, Silvio!
“Mixaylo” yüyürə-yüyürə dəhlizi keçdi, qapılardan birini açıb içəri girdi. Üstünə çoxlu kağız və xəritə yığılmış, şamlarla işıqlanan masanın arxasından geniş alınlı, xoşsifət bir kişi qalxdı.
– İcazə olar, yoldaş polkovnik? – deyə “Mixaylo” şən səslə soruşdu.
Polkovnik cavab vermədi. O, sevinclə gülümsəyərək “Mixaylo”ya yaxınlaşdı, əlinin dalı ilə dodağını sildikdən sonra, əvvəlcə bu yanağından, sonra o biri yanağından öpərək oğlanı bağrına basdı.
– Çox sağ ol, Mehdi! – deyə nəfəsini dərib bir də qucaqladı.
Polkovnikin bu nəvazişindən mütəəssir olan “Mixaylo” həyəcanlı və utancaq halda dayanmışdı…
Onlar masaya yaxınlaşdılar.
– Salamatsan, kefin sazdır? – deyə polkovnik, “Mixaylo”nun gözlərinin içinə baxaraq soruşdu.
“Mixaylo” sevincək cavab verdi:
– Hər şey öz qaydasındadır, Sergey Nikolayeviç!
– Əlbəttə ki, bir dəfəyə 630 zabit və əsgərin öhdəsindən gəlmək zarafat deyil! – deyə Sergey Nikolayeviç şən bir hərəkətlə masa üstündəki ensiz kağızı göstərdi. Bu, Triyest şəhərindəki gizli təşkilatın rəhbəri “P” yoldaşın göndərdiyi məlumat idi. – “Döyçe soldatenhaym”da olanlardan cəmi üç-dörd əsgər sağ qalıb. Əyləş.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.