Название: Beş həftə hava şarında
Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952245226
isbn:
– Nə qəşəng ağaclardır! – Co səsləndi. – On belə ağac olsa, bütöv bir meşə yaranar!
– Bunlar baobab ağaclarıdır, – doktor izah elədi. – Gövdəsinin diametri yüz fut olar.
Artıq Dutimi dağı görünürdü.
– Əgər hesablamalarım dəqiqdirsə, dağı saat yeddidən tez aşacağıq, – Fergüson dedi.
– Yəni gecə də uçacağıq? – ovçu soruşdu.
– İmkan daxilində yox, – doktor cavab verdi. – Ehtiyat tədbirləri görsək, gecə də təhlükəsiz şəkildə uça bilərik. Ancaq Afrikanın yalnız üstündən uçmaq kifayət deyil, onu görmək də lazımdır.
– Afrikadan şikayətlənməyə hələ haqqımız yoxdur, – Co dedi. – Bunun harası səhradır! Dünyanın ən münbit qitəsidir! Gəl indi bundan sonra coğrafiyaçılara inan!
– Tələsmə, Co, görək hələ sonrası necə olacaq, – doktor dilləndi.
“Viktoriya” saat 7-nin yarısında Dutiminin üstün-dən keçib saat 8-də əks tərəfdə yerə enməyə başladı. Səbətdən lövbər atıldı. Dağ hava şarını şərq küləyin-dən qoruyurdu, bu səbəbdən də “Viktoriya”, demək olar, hərəkətsiz idi.
Bizim aeronavtlar təmiz havada ləzzətlə şam elədilər. Sonra qərara alındı ki, gecə növbə ilə keşik çək-sinlər.
Kennedi ilə Co adyala bürünüb örtüyün altında şirin yuxuya getdilər, Fergüson isə növbə çəkməyə başladı.
8
Gecə sakit keçdi. Səhər açılanda isə hava dəyişdi. Göy üzünü qara buludlar aldı. Tezliklə leysan başladı. Tikanlı kol-kos basmış cığırlar dərhal keçilməz hala düşdü.
Co cəld şəkildə lövbəri sikomor[22] ağacından açdı və ipək nərdivanla səbətə dırmaşdı. Doktor odluğu yandırdı və külək “Viktoriya”nı qabağına salıb qovdu.
Saat 10-da hava düzəldi. Lakin bu dəfə də doktor Fergüson şarı şimal-şərqə aparacaq hava axını axtarmağa başladı və onu altı yüz fut hündürlükdə tapdı. Yer təpəlik, hətta dağlıq idi. Qəfildən şişuclu zirvələr peyda olmağa başladı. Onlara ilişməmək üçün diqqətli olmaq lazım idi.
– Biz kifayət qədər təhlükəli qayaların arasındayıq, – Kennedi dedi.
– Ancaq etiraf etmək lazımdır ki, hava şarı gözəl səyahət vasitəsidir, – Co bildirdi.
– Bilirsiniz, – doktor söhbətə qarışdı, – biz indi yağışın palçığa döndərdiyi yollarla getsəydik, yük heyvanlarımızın çoxu artıq ölmüşdü. Gündüzlər rütubətli istidən, gecələr soyuqdan və adamı dəli edən mığmığalardan əziyyət çəkəcəkdik. Hələ yırtıcı heyvanları, vəhşi qəbilələri demirəm.
“Viktoriya” təxminən saat 11-də İmenjo adlı su hövzəsinin üstündən keçdi. Təpələrə səpələnmiş komaların sakinləri aeronavtları öz silahları ilə hədələyirdilər.
– Diqqətli olun! – Fergüson yoldaşlarına dedi. – Biz Rubexo dağına yaxınlaşırıq. Bu dağın adı yerli dildə “Küləklərin keçdiyi yol” deməkdir. Şişuclu zirvələrə toxunmamaq üçün, yaxşı olar, beş min futdan yuxarı qalxaq.
– Bu qədər hündürlüyə qalxmaq tez-tez lazım gələcək? – Kennedi maraqlandı.
– Yox. Afrika dağları, görünür, Avropa və Asiya dağlarından alçaqdır.
Altı min fut hündürlükdə hava hiss ediləcək dərəcədə seyrəldi. Səslər bir xeyli boğuq çıxırdı. Yerdəki cisimlərin cizgiləri aydın görünmürdü. Adamları, heyvanları isə, ümumiyyətlə, görmək olmurdu. Yollar sapa, göllər hovuza oxşayırdı.
“Viktoriya” meşələrin üstündən keçib Rubexonun əks yamacında enməyə başladı. Aşağıda gündən yanmış sarımtıl düzənlik uzanıb gedirdi.
Doktor şarı endirdi. Co lövbərləri atdı və onlardan biri yekə bir sikomorun budağına ilişdi.
Co cəld aşağı sürüşüb lövbəri bərk-bərk bağladı.
– İndi isə, əzizim Dik, tüfənglərini çıxar, – Fergüson dedi, – Co ilə gedib nahara dadlı antilop əti gətirin.
– Ova! – Kennedi vəcdlə qışqırdı.
– Ehtiyatlı olun, öz postumdan ətrafda baş verənlərə göz qoyacağam. Bir şey olsa, karabindən atəş açacağam. Bu toplaşmaq üçün işarə olacaq.
9
Diklə Co yarım saat piyada gedəndən sonra kitrə meşəsinə girdilər. Tüfəngləri əllərində hazır tutmuşdular.
Qurumuş çaydan qalan gölməçələrdə onlarla antilop su içirdi. Bu qəşəng heyvanlar təhlükə hiss etdiklərindən narahat idilər. Tez-tez başlarını qaldırıb döyükürdülər.
Co tərpənmədi, Kennedi isə iri ağacların arxasından keçərək antiloplara bir güllə məsafəsi yaxınlaşıb tətiyi çəkdi. Sürü bir anda yoxa çıxdı, ancaq antilopun biri yerdə qaldı. Kennedi öz qənimətinə doğru atıldı.
– Bilirsən, Co, – ovçu dedi, – bu, nadir cins antiloplardandır. Onun dərisini soyub saxlamaq fikrindəyəm.
– Doktor Fergüson əlavə yük götürməyə heç vaxt razılaşmaz.
– Haqlısan, Co, ancaq bu cür gözəl heyvanı atıb getməyə adamın heyfi gəlir.
– Niyə atırıq ki? Yemək üçün ən yaxşı tikələrini kəsib götürəcəyik.
– Onda, dostum, sən bununla məşğul ol, mən də ocaq qalayım.
Bir neçə dəqiqə sonra artıq ocaq yanırdı. Can ətinin qoxusu ətrafa yayılanda güllə səsi eşidildi.
– Mənim karabinimdir, səsindən tanıyıram, – Kennedi dedi. – Yəqin, doktor üçün təhlükə var.
Ovçular qənimətlərini də götürüb gəldikləri yolla qaça-qaça geri döndülər. Onlar meşənin kənarına çatanda “Viktoriya”nı öz yerində, doktoru isə səbətdə gördülər. Şarı bir sürü əntər meymunu СКАЧАТЬ
22