Beş həftə hava şarında. Жюль Верн
Чтение книги онлайн.

Читать онлайн книгу Beş həftə hava şarında - Жюль Верн страница 5

Название: Beş həftə hava şarında

Автор: Жюль Верн

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952245226

isbn:

СКАЧАТЬ yan aldı. Aprelin 16-da şarı meşədəki çəmənliyə düşürdülər. Həmin vaxt bütün sahilboyu keşikçilər düzülmüşdü. “Mətin”in qayıqları isə boğazda növbə çəkirdilər.

      İşi belə görən yerli əhali indi öz qəzəblərini yalnız uzaqdan-uzağa qışqırmaqla bildirirdi. Kahinlər camaatın içində gəzişir, onları daha da qızışdırırdı. Bəziləri hətta üzüb adaya getməyə çalışırdı. Ancaq onların qarşısı asanlıqla alınırdı.

      Həmin gün axşam saat 6-da bizim səyyahlarla “Mətin”in heyəti son dəfə süfrə arxasında oturdular. Ayrılıq anının yaxınlaşması hamıda kədərli düşüncələr oyatmışdı. Cəsur səyyahlarımızın taleyi necə olacaq? Yenə görüşə biləcəklərmi? Şarı idarə eləmək alınmasa və səyyahlar vəhşi qəbilələrin arasına düşsələr, nələrlə üzləşəcəklər? Bu sual doktorla onun sadiq nökərindən başqa, hər kəsi düşündürürdü.

      Səyyahlar səhər tezdən kayutlarını tərk edib Kumbeni adasına getdilər. Şərq küləyi hava şarını yüngülcə yırğalayırdı. Səyyahların yola salınması və təşkil olunan təntənəli mərasimdə iştirak etmək üçün kapitan Pennet də öz zabitləri ilə adaya gəlmişdi.

      Bu arada Kennedi doktora yaxınlaşıb dedi:

      – Samuel, uçuş qərarında qətisən?

      – Elədir, əziz Dik.

      – Sənə mane olmaq üçün hər şeyi etdim.

      – Doğrudur.

      – Onda mənim vicdanım təmizdir. İndi mən də səninlə gedirəm.

      – Mən buna inanırdım, – doktor kövrəldiyini gizlətmədi.

      Səhər saat 9-da üç aeronavt[18] hava şarında öz yerini tutdu. Doktor odluğu yandırıb kranı açdı. Bir neçə dəqiqədən sonra şar yuxarı qalxmağa başladı. Dənizçilər onu saxlayan kanatları yavaş-yavaş boşaltdılar. Səbət yerdən iyirmi fut[19] ayrıldı…

      – Dostlar! – öz yoldaşlarının arasında başıaçıq dayanmış doktor qışqırdı. – Hava şarımıza ad verək. Qoy bu ad ona uğur gətirsin! Onu “Viktoriya”[20] adlandıraq!

      “Ura” qışqırıqları ətrafa yayıldı.

      “Viktoriya” sürətlə havaya qalxdı. “Mətin”in dörd topundan yaylım atəşi açıldı.

      7

      Bir müddət sonra “Viktoriya” min beş yüz fut hündürlüyə qalxdı. Sürətli hava axını şarı cənub-qərbə apardı. Bizim səyyahların gözü önündə gözəl mənzərə açıldı. İndi Zənzibar adası ovuc içində imiş kimi görünürdü. Hər cür çaları olan yaşıl düzənliklər, ağaclıqlar və meşələr… Adanın sakinləri isə bu qədər hündürlükdən baxdıqda həşəratlara oxşayırdılar. Onların qışqırığı getdikcə uzaqlarda itib əriyirdi…

      – Necə də gözəldir! – Co ilk olaraq səssizliyi pozdu.

      Ancaq ona heç kim cavab vermədi. Doktor barometri müşahidə eləyib nələrsə yazırdı. Kennedi isə önündəki mənzərədən gözünü çəkə bilmirdi: “Mətin” buradan adi qayığa oxşayırdı, Afrikanın qərb sahili isə sanki köpüklənirdi.

      İki saatlıq uçuşdan sonra “Viktoriya” saatda səkkiz mil sürətlə hərəkət eləyirdi. Doktor odluğun alovunu azaltdı. Şar yerdən artıq üç yüz fut hündürlükdə idi. Afrikanın şərq sahilinin bu hissəsi Mrima adlanırdı. Sıx manqo ağacları sahili qoruyurdu. Su çəkildiyindən Hind okeanının yuduğu manqoların köklərini görmək olurdu. Üfüqdə uzanıb gedən qum təpələri nəzərə çarpır, şimal-qərbdə isə Nquru dağları ucalırdı.

      “Viktoriya” indi Kaşe adlı kəndin üzərindən uçurdu. Doktor həmin kəndi xəritədə tapmışdı. Yerlilər hava şarını görüb öz qəzəb və qorxularını qışqırıqlarla ifadə eləyirdilər. Çox keçmədən isə onlar şara ox atmağa başladılar. Lakin xoşbəxtlikdən şar oxların çata biləcəyi hündürlükdə deyildi.

      Bir qədər sonra külək şarı cənuba aparmağa başladı. Doktor bundan təşvişə düşmürdü, hətta kapitan-lar Burtonla Spikin keçdiyi yolu tədqiq etmək imkanı yarandığı üçün sevinirdi.

      Co isə hələ də dil boğaza qoymurdu.

      – Rədd olsun faytonlar! Rədd olsun gəmilər! Səyahət üçün hava şarından gözəl nə ola bilər!

      – Bunun yanında axı dəmir yolları nə olan şeydir. – Kennedi onunla razılaşdı. – Müxtəlif ölkələrdən keçib gedirsən, ancaq, demək olar, heç nə görmürsən.

      – Bizim “Viktoriya”nın tayı-bərabəri yoxdur! – Co ondan geri qalmadı. – Hərəkət etdiyini hiss eləmirsən. Təbiətin özü qarşında canlanır.

      – Hələ mənzərələrə bax! Elə bil, qamakda[21] yatıb yuxu görürsən.

      – Yeri gəlmişkən, səhər yeməyinin vaxtı deyilmi? – birdən Co soruşdu. Təmiz hava onu iştaha gətirmişdi.

      – Yaxşı fikirdir, – Fergüson onunla razılaşdı.

      – Səhər yeməyi hazırlamaq çox vaxt aparmaz: suxarı ilə ət konservi, – Co bildirdi.

      – Bir də qəhvə, – doktor əlavə etdi.

      Az keçmiş üç fincan buğlanan qəhvə doyumlu səhər yeməyindən sonra səyyahların ovqatı daha da yaxşılaşdı.

      Şarın indi üzərindən uçduğu ölkə son dərəcə münbit idi. Bunu əyri-üyrü cığırların sıx yaşıllıqlar arasında itməsindən aydın görmək olardı. Orada-burada qarğıdalı, arpa tarlaları, al-qırmızı çiçəkləri olan çəltik, tütün plantasiyaları gözə çarpırdı. Pəyələrlə bərkidilmiş qəfəslərdə qoyun və keçilər görünürdü: yəqin, həmin qəfəslər onları bəbirin dişlərindən qorumaq üçün idi. Yaşayış məskənləri çox idi və “Viktoriya”nı görəndə çaxnaşma düşür, hay-küy qalxırdı. Lakin hava şarı hələ də elə yüksəkdən uçurdu ki, ora ox çatmırdı. Yerlilər komalarının yanında dəstə-dəstə dayanıb səyyahların arxasınca lənətlər yağdırırdılar.

      Aeronavtlar tezliklə Tunda adlı kəndin üstünə çatdılar.

      – Bax elə burada, – doktor dedi, – Burton ilə Spik qızdırmaya tutulublar və ekspedisiyanın uğursuzluqla üzləşdiyini düşünüblər. Onlar sahildən çox da uzaqlaşmamışdılar, ancaq yorğunluq, məhrumiyyətlər artıq öz sözünü deyirdi.

      Doğrudan СКАЧАТЬ



<p>18</p>

Aeronavt – uçucu aparatlarda havaya uçan adam (red.)

<p>19</p>

Fut – 30 sm 48 mm-ə bərabər uzunluq vahidi (red.)

<p>20</p>

Viktoriya – latınca söz. “Qələbə”, "qalib" mənalarında işlənir (red.).

<p>21</p>

Qamak – torlu asma yataq (red.)